Backup of Uz Qabigi


§13.1. Süni peyklərin buraxılması



Yüklə 3,95 Mb.
səhifə146/183
tarix02.01.2022
ölçüsü3,95 Mb.
#1162
növüDərslik
1   ...   142   143   144   145   146   147   148   149   ...   183
§13.1. Süni peyklərin buraxılması


Şəhil 13.1. Süni peykin buraxılması
Yerin süni peykləri da şıyıcı raketlər va sitə silə şaquli isti -qamətdə müəyyən hündürlüyə qaldırılır və sonra ona üfüqi is-tiqamət verilir (şəkil 13.1). Bu hün- u0 dürlüyə peykin buraxılma hündür-lüyü deyilir. Başlanğıc sürətindən asılı olaraq peyk konik kəsiklərin-dən biri (çevrə, ellips, parabola və hiperbola) boyunca hərəkət edə-cəkdir. Adətən peykin Yer ətrafın-da hərəkət trayektoriyası ellips olur.

Şəkil 13.2-də başlanğıc sürət-dən asılı olaraq süni peykin orbitlə-ri göstərilmişdir.

K

Şəkil 13.2. Süni peykin orbitlərinin başlanğıc sürətdən asılılığı

Əgər peykin başlanğıc sürəti dairəvi sürətə bərabər olsa o Yer ətrafında dairə boyunca hərəkət edər (I).

Əgər süni peykin başlanğıc sü-

rəti dairəvi sürətdən böyük olarsa,

peykin orbitə çıxma nöqtəsi elliptik

orbitin perigeyi olar (IV). Əgər

peykin başlanğıc sürəti dairəvi sü-

rətdən kiçik, peykin buraxılma

hündürlüyü kifayət qədər böyük

olarsa orbitə çıxma nöqtəsi elliptik

orbitin apogeyi olar (II).

Təbiidir ki, peykin başlanğıc

sürəti kiçik olsa o Yer ətrafında do-

lanmadan onun səthinə düşər (III).




Yerin süni peyklərinin və kosmik ар aratlarm trayektori -yası iki hissədən ibarətdir:

  1. Fəal hissə

Orbitin fəal hissəsində peykin hərəkəti reaktiv mühərri-kin dartma qüvvəsi və Yerin cazibə qüvvəsi ilə təyin olunur.

  1. Passiv hissə

Orbitin passiv hissəsi reaktiv mühərrikin söndürülməsin-dən sonra başlayır. Orbitin bu hissəsində kosmik aparat yal-nız Yerin və başqa Günəş sistemi cisimlərinin (Günəşin, Ayın və planetlərin) cazibə qüvvəsinin təsiri ilə hərəkət edir.

Beləliklə, kosmik aparatlar yalnız reaktiv mühərriklər söndürüldükdən sonra göy mexanikasının qanunları ilə hərə-kət etməyə başlayırlar.

Kosmik uçuşların həyata keçirilməsində bir sıra elm və texnika sahələri iştirak edir. Astronomiyanın isə əsas vəzifəsi kosmik apparatların trayektoriyalarının hesablanması, ona göstərilən sarsıntıların nəzərə alınması və uçuşunun müşahidə olunmasıdır.


Yüklə 3,95 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin