§ 4.2. Ulduz vaxtı
Verilmiş coğrafi meridianda yaz bərabərliyi nöqtəsi-nin iki ardıcıl eyni adlı kulminasiyası (aşağı və ya yu-xarı kulminasiya) arasında keçən zaman fasiləsinə ulduz günü deyilir.
Ulduz gününün başlanğıcı yaz bərabərliyi nöqtəsinin yu-xarı kulminasiyasından hesablanır.
Yaz bərabərliyi nöqtəsinin yuxarı kulminasiyasından verilmiş ana qədər keçən vaxta ulduz vaxtı deyilir.
Aydındır ki, verilmiş coğ-rafi meridianda ulduz vaxtı ədədi qiymətcə yaz bərabərliyi nöqtəsinin saat bucağına bəra-bər olacaqdır. Yəni, şəkil 4.1-dən göründüyü kimi,
s = tT. (4.1)
Yaz bərabərliyi nöqtəsi xə-
yali bir nöqtə olduğundan
Şəhii 4.1. uiduz vuxtımn onun saat bucağını həqiqi bir
təyımnə daır м göy cisminin düz doğuşu və
saat bucağı ilə ifadə etsək ulduz vaxtını
s = tT=am+tm (4.2)
kimi yaza bilərik. Seçdiyimiz göy cismi yuxarı kulminasiyada (meridianda) olduqda onun saat bucağı
tm =0
olduğundan
s=am (4.3) olar. M göy cismi aşağı kulminasiyada olduqda isə ulduz
vaxtı
s = ам +12h
(4.4)
olar. Bir çox astronomik məsələlərin həllində ulduz vaxtın-dan istifadə etmək əlverişlidir. Lakin bizim həyatımız və əmə-li fəaliyyətimiz üçün bu vaxt anlayışı yaramır. Bizim gündəlik həyatımız Günəşin doğub batması ilə əlaqədar olduğundan Günəş günü və Günəş vaxtından istifadə etmək daha uyğun-dur.
Dostları ilə paylaş: |