Yerin şimal tropikində (ф = +23°26').
Yerin şimal tropikində Günəş hər gün doğur və batır. Yay günəşduruşu günü (22 iyun) Günəşin günorta hündürlüyü
ho =90° - ф +5o = 90° -23°26'+23°26' =+ 90°
və ya
zo = 0°
olur. Yəni həmin gün Yerin şimal tropikində Günəş günorta zenitdən keçir.
-
Yer ekvatorunda (ф =0°).
Yer ekvatorunda bütün göy cisimləri, o cümlədən Günəş hər gün doğur və batır. Gecə gündüzə bərabərdir. Martın 21-də və sentyabrın 23-də Günəşin meyli
5o = 0°.
Ona görə həmin günlər Günəşin günorta hündürlüyü ho =90' - ф +5o = + 90°,
və ya
zo = 90° - ho = 0°
olur. Deməli, Yer ekvatorunda yaz və payız bərabərliyi gün-ləri günorta Günəş zenitdən keçir. Beləliklə:
Soyuq qurşaqlarda (ф > + 66°34' və ф £ - 66°34') Günəş doğmayan və batmayan ola bilər. Qütb gecələri (və gündüzlə-ri ) 24 saatdan 6 aya qədər davam edə bilər.
Mülayim qurşaqlarda (+23°26' £ ф £ + 66°34' , -66°34'£ ф £-23°26') Günəş hər gün doğur və batır. Gündüzün və gecə-nin uzunluğu 24 saatdan kiçikdir. Yayda gündüzlər gecələr-dən uzun, qışda isə gecələr gündüzlərdən uzun olur.
İsti qurşaqlarda (-23°26' £ ф £+ 23°26') Günəş hər gün doğur və batır. İldə iki dəfə günorta (yuxari kulminasiyada) Günəş zenitdən keçir.
IV FƏSİL
VÄXTIN ÖLÇÜLMƏSİ VƏ SÄXLÄNILMÄSI
Zaman materiyanın varlıq forması-dır. Materiya məkansız təsəvvür oluna bilmədiyi kimi zamansız da təsəvvür oluna bilməz. Materiya yalnız məkan-da və zamanda mövcud ola bilər. Bu fə-sildə astronomiyada zaman vahidləri, zamanın (vaxtın) hesablama sistemləri, zamanın ölçülməsi və saxlanılması ilə tanış olacağıq. Burada astronomiya təqvimlərinə, xüsusilə müsəlman dün-yasında istifadə olunan Ay təqvimlərinə böyük yer verilir.
Dostları ilə paylaş: |