olar. Onda (3.3)-dən (3.2)-ni çıxaraq ekliptikanın meyli üçün alırıq:
e=1/2(z"o- z'o). (3.4)
Qeyd edək ki, ekliptikanın meyli zamandan asılı olaraq çox yavaş dəyişir. Onun zamandan asılılığı aşağıdakı kimi tə-yin olunur:
s=23°27'8".26 - 0".47(t-1900). (3.5)
Burada 23°27'8".26 e-nun 1900-cu ildəki qiyməti, t isə il-lərlə ölçülən zamandır. Məsələn, 2000-ci il üçün bu ifadədən alarıq ki,
e(2000)= 23°26'21".26.
§3.6. Müxtəlif en dairələrində Günəşin hərəkəti
Müxtəlif coğrafi enliklərdə Günəşin hərəkətinə baxaq: l.Yerin şimal qütbündə (ф=+90°)
Verilmiş coğrafi enlikdə meyli 5 olan göy cisminin bat-mayan olması üçün (2.1) şərtindən
5> 90o - ф
olmalıdır. Yerin şimal qütbü üçün ф=90° olduğundan yuxarı-dakı şərtdən alarıq ki, verilmiş coğrafi enlikdə göy cisminin batmayan olması üçün onun meyli
5 > 0
şərtini ödəməlidir. Deməli, Yerin şimal qütbündə göy cisminin batmayan olması üçün onun meyli müsbət olmalıdır. Bildiyi-miz kimi, Günəşin meyli martın 21-dən sentyabrın 23-nə kimi müsbət olur. Beləliklə, Yerin şimal qütbündə Günəş martın 21-də doğur, 6 ay ardarda gündüz olur və yalnız sentyabrın 23-də batır.
olmalıdır. Yerin şimal qütbündə ф =+ 90° olduğundan bu şərt
Aydındır ki, Yerin cənub qütbündə bunun əksi müşahidə olunacaqdır. Yəni, Günəş sentyabrın 23-də doğur və yalnız yarım ildən sonra, martın 21-də batır.