1. Yaz bərabərliyi (Y)?
Burada Günəş martın 21-də olur və Qoç bürcünə uyğun gəlir. Həmin gün Günəş göy ekvatorunu kəsərək dünyanın cə-nub yarımkürəsindən şimal yarımkürəsinə keçir. Bu gün Yerin şimal yarımkürəsində astronomik baharın başlanğıcıdır, gecə gündüzə bərabərdir.
Şəkil 3.1-dən göründüyü kimi yaz bərabərliyi günü Günə-şin ekvatorial koordinatları aşağıdakı kimi olur:
a0=O° (0h),
50=O°.
Şəkil 3.2. Günəşin zodiak üzrə illik hərəkəti
Yəni, martın 21-də, yaz bərabərliyi günü Günəş koordinat başlanğıcında olur.
2. Yay günəşduruşu (ö);
Burada Günəş iyunun 22-də olur və Xərçəng bürcünə uy-ğun gəlir. Həmin gün Yerin şimal yarımkürəsində astronomik yayın başlanğıcıdır; ən uzun gündüzlər, ən qısa gecələr olur. Yay günəşduruşunda Günəşin ekvatorial koordinatları aşağı-dakı kimi olur:
a0=9O° (6h), 50=+e (+23°26'.5).
3. Payız bərabərliyi (d);
Burada Günəş sentyabrın 23-də olur və Tərəzi bürcünə uyğun gəlir. Həmin gün Günəş göy ekvatorunu kəsərək dün-yanın şimal yarımkürəsindən cənub yarımkürəsinə keçir, ye-nidən gecə ilə gündüz bərabərləşir; Yerin şimal yarımkürəsin-də astronomik payızın başlanğıcıdır. Günəşin ekvatorial koordinatları
a0= 180° (12h) 50= 0°
olur.
4. Qış günəşduruşu ( X);
Burada Günəş dekabrın 22-də olur və Oğlaq bürcünə uy-ğun gəlir; Yerin şimal yarımkürəsində astronomik qışın baş-lanğıcıdır; ən uzun gecələr və ən qısa gündüzlər olur. Qış gü-nəşduruşunda Günəşin ekvatorial koordinatları
a0=27O° (18h) , 50= - e (-23°26.'5)
olur.
Günəşin yaz bərabərliyi nöqtəsindən iki ardıcıl keçmə-si arasındakı zaman fasiləsinə tropik il deyilir.
Tropik ilin uzunluğu 365 gün 5 saat 48 dəqiqə 46 saniyədir.
Tropik il=365.2422 orta Günəş günü = 365d 05h 48m 46s. Onda aydındır ki, Günəşin ekliptika üzrə günlük yerdəyişməsi
Başqa sözlə
olar.
Günəşin illik zahiri hərəkəti zamanı göy sferində ulduzlar arasında öz yerinə qayıtmasına sərf olunan zamana ulduz ili və ya siderik il deyilir.
Ulduz ili = 365.2564 orta Günəş günü.
Göründüyü kimi tropik il ulduz ilindən 20m 24s qısadır. Bu da s°nralar taniş °lacagimiz presessiya hadisəsi ilə əlaqə-dardır. Presessiya nəticəsində yaz bərabərliyi nöqtəsti Günə-şin qarşısına doğru sürüşdüyündən Günəş hər dəfə yaz bəra-bərliyi nöqtəsinə 20m 24s tez daxil olur.
Yuxarıdakılardan göründüyü kimi il ərzində Günəşin meyli -23°26'.5 ilə +23° 26'.5 arasında dəyişir. Ekliptikanın Günəşin maksimal meylinə uyğyn gələn nöqtəsi (50=+23°26'.5) yay günəşduruşu, minimal meylinə (50=-23°26'.5) uyğyn gələn nöqtəsi isə qış günəşduruşu adlanır. Bu nöqtələr
uyğun olaraq - 23 (Xərçəng bürcünün işarəsi) və ^ (Oğlaq bürcünün işarəsi) ilə işarə olunur.
Dostları ilə paylaş: |