§ 3.4. Günəşin illik hərəkətinin bərabərsürətli olmaması
Şəkil 3.1-dən göründüyü kimi Günəşin ekliptika boyunca
illik hərəkətində onun °Y°^23^^və —^ ^^°V° yolunun
hər biri 180° təşkil edir, yəni
uT23-= 180°, и=й=£Т = 180°.
Lakin hesablamalar göstərir ki, Günəş °Y°®S®d yolu-
na təxminən 186 gün, К -+°У° yoluna isə 179 gün sərf edir. Deməli Günəşin ekliptika boyunca illik hərəkəti bərabərsürət-li hərəkət deyil. Yazda və yayda Günəş payız və qışdakından yavaş hərəkət edir.
Günəşin ekliptika üzrə illik hərəkəti zahiri hərəkət olub, Yerin Günəş ətrafında dolanmasının təzahürü olduğundan Günəşin illik hərəkətinin bərabərsürətli olmaması Yerin Gü-nəş ətrafında dolanmasının bərabərsürətli olmaması ilə bağlı-dır. Sonralar görəcəyimiz kimi Yerin Günəş ətrafında hərəkət yolu ellips olduğundan onun orbit üzrə hərəkət sürəti müntə-zəm olaraq dəyişir. Qışda, Yer Günəşə ən yaxın olduqda, yə-ni orbitinin perihelisində (1-3 yanvar) olduqda onun orbit boyunca sürəti maksimal, yayda, orbitinin afelisində (2-4 iyul) olduqda isə sürəti minimal olur.
Yaz və yayda Günəşin °rta günlük yerdəyişməsi
payız və qışda isə
olar. Yanvarın əvvəllərində Günəşin günlük yerdəyişməsi 1°01', iyulun əvvəllərində isə 0°57' təşkil edir.
Dostları ilə paylaş: |