Backup of Uz Qabigi



Yüklə 3,95 Mb.
səhifə45/183
tarix02.01.2022
ölçüsü3,95 Mb.
#1162
növüDərslik
1   ...   41   42   43   44   45   46   47   48   ...   183
§ 4.4. Orta Günəş vaxtı
Günəşin ekliptika üzrə illik hərəkətinin orta sürəti ilə ekvator boyunca sabit sürətlə hərəkət edən və yaz bəra-bərliyi nöqtəsindən Günəşlə eyni vaxtda keçən xəyali nöqtə orta Günəş və ya orta ekvatorial Günəş adlanır. Eyni coğrafi meridianda orta ekvatorial Günəşin iki ar-dıcıl eyni adlı kulminasiyası arasında keçən vaxt fasilə-sinə orta Günəş günü deyilir.

Orta Günəş gününün də başlanğıcı onun aşağı kulminasi-yasından hesablanır.


Orta Günəşin aşağı kulminasiyası anından verilmiş ana qədər keçən vaxta orta Günəş vaxtı deyilir.

Orta Günəş vaxtını Tm və orta Günəşin saat bucağını tm ilə işarə etsək

Tm= tm+12h (4.6)

olar. Orta Günəş yuxarı kulminasiyada olduqda orta günorta olur. Bu anda

t =0h

m

olduğundan günorta vaxtı



Tm=12h

olar. Orta Günəş aşağı kulminasiyada olduqda (gecəyarısı)

tm=12h

və orta Günəş vaxtı

Tm=24h

olar. Hazırda bütün dünyada istifadə olunan vaxt orta Günəş vaxtıdır. Qeyd edək ki, bundan sonra gün dedikdə biz orta Günəş gününü, vaxt dedikdə isə orta Günəş vaxtını nəzərdə tutacağıq.



Yüklə 3,95 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin