Backup of Uz Qabigi


§ 3.3. Günəşin illik hərəkəti



Yüklə 3,95 Mb.
səhifə35/183
tarix02.01.2022
ölçüsü3,95 Mb.
#1162
növüDərslik
1   ...   31   32   33   34   35   36   37   38   ...   183
§ 3.3. Günəşin illik hərəkəti
Müşahidələrlə müəyyən olunmuşdur ki, Günəş günlük hərəkətindən başqa illik hərəkətə də malikdir. Özü də Günə-şin illik hərəkəti onun günlük hərəkətinin əksinə - yəni qərb-dən şərqə doğru yönəlmişdir. Günəşin zahiri illik hərəkəti Ye-rin Günəş ətrafında illik hərəkətinin təzahürüdür.

Günəşin illik zahiri hərəkəti zamanı göy sferində cızdığı böyük göy dairəsinə ekliptika deyilir. Ekliptika (yunanca ek-lipsus) tutulma deməkdir. Ekliptika müstəvisi ekvator müstə


visi ilə 23°26.'5-lik bucaq əmələ gətirir. Bu bucağa ekliptikanın meyli deyilir. Günəşin ekliptika üzrə illik zahiri hərəkəti şəkil 3.1 -də göstərilmişdir.

Günəş illik zahiri hərə-kəti zamanı 12 ulduz bür-cündən keçir. Bu bürclərə zədiak bürcləri, onların əhatə etdiyi göy zolağına




isə ZOdiak deyilir. Zodiak Şəkil 3.1. Günəşin ekliptika üzrə

yunanca "heyvanlar dairə- illik zahiri hərəkəti

si" deməkdir.

Zodiak bürcləri aşağıdakılardır: Qoç, Buğa, Əkizlər, Xər-çəng, Şir, Qız, Tərəzi, Əqrəb, Oxatan, Oğlaq, Dolça və Balıq-lar.

Şəkil 3.2- də Günəşin zodiak bürcləri üzrə zahiri yerdəyiş-məsi təsvir olunur. Göründüyü kimi mart ayında Yerdən bax-dıqda Günəş Qoç bürcündə görünür. Yer III (mart) vəziyyət-dən IV (aprel) vəziyyətinə keçdikdə Günəş Qoç bürcündən Buğa bürcünə keçir. Bir aydan sonra Yer IV vəziyyətdən V (may) vəziyyətinə keçdikdə Günəş Buğa bürcündən Əkizlər bürcünə keçir və s. Beləliklə, Yer Günəş ətrafında bir dövr et-dikdə Günəş göy sferində böyük göy dairəsi (ekliptika) cıza-raq yenidən ulduzlar arasındakı əvvəlki yerinə qayıdır. Şəkil-dən göründüyü kimi yazda Günəş Qoç, Buğa və Əkizlər bürc-lərində; yayda Xərçəng, Şir və Qız bürclərində; payızda Tərə-zi, Əqrəb və Oxatan bürclərində, qışda isə Oğlaq, Dolça və Balıqlar bürclərində olur.

Günəşin ekliptika boyunca zahiri illik hərəkətində 4 sə-ciyyəvi nöqtə və ona uyğun 4 səciyyəvi an vardır:





Yüklə 3,95 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin