Dağınıq ııldıız topaları-
nın orta diametri 2-20 ps- Şdkil 15.3. Herkules bürcündəki
dir. Qalaktikada 1200-ə kürəvi ulduz topası
qədər dağınıq ulduz topası kəşf olunmuşdur.
Ulduz assosiasiyaları ХХ əsrin ortalarında kəşf olunmuş-dur. Aşkar olunmuşdur ki, nəhəng və böyük işıqlıqlı ulduzlar dinamik qruplar təşkil edirlər. Onlara ulduz assosiasiyaları deyilir. Ulduz assosiasiyaları iki qrupa ayrılır. OB - assosiasi-yalar əsasən isti ulduzlardan, T - assosiasiyalar isə nisbətən soyuq və cırtdan ulduzlardan ibarətdir.
Ulduz assosiasiyalarındakı ulduzların sayı 100-500 tərti-bindədir. Müəyyən olunmuşdur ki, bu ulduzlar cavan ulduz
lardır. Bundan başqa ulduz assosiasiyaları dayanıqsız sistem-lərdir. Ona görə güman edilir ki, bu ulduzlar Qalaktikamızda yeni əmələ gəlmişlər. Yəni ulduz əmələgəlmə prosesi bu gün də davam edir. Nəhayət bu ulduz assosiasiyalarının tədqiqi göstərir ki, ulduzlar tək-tək yox, qruplarla yaranırlar.
Qalaktikada ulduzlarla yanaşı qaz, toz və qaz-toz du-manlıqları vardır. Bu dumanlıqlar iki qrupa ayrılır:
-
Işıqlanan dumanlıqlar,
-
Qaranlıq dumanlıqlar.
İşıqlanan dumanlıqlar onların yaxınlığındakı isti ulduz-ların hesabına işıqlanırlar.
Qalaktikada işıq sürətinə yaxın sürətlə hərəkət edən ele-mentar zərrəciklər də mövcuddur. Onlar "kosmik şüalar" ad-lanır.
Dostları ilə paylaş: |