Açar sözlər: T.Hacıyev, türkologiya, dilçilik, türkoloq, üslubiyyat. MƏHƏRRƏM MƏMMƏDLİ Filologiya elmləri doktoru, professor Bakı Dövlət Universiteti
MƏMMƏDAĞA ŞİRƏLİYEV VƏ AZƏRBAYCAN DİALEKTOLOGİYASI Görkəmli alim, Əməkdar elm xadimi, Türk Dil Qurumunun üzvü, akademik M.Ş.Şirəliyev Bakı
Dövlət Universitetinin məzunu olmuş, 1927-1931-ci illərdə Şərq fakültəsinin dilçilik şöbəsində təhsil
almışdır. Bundan sonra bütün ömrünü pedaqoji işə və dilçiliyin inkişafına sərf etmişdir. Ağdamda və
Azərbaycan Pedaqoji İnstitutunda müəllimlik etmiş 1941- ci ildən Azərbaycan Dövlət Universitetində
çalışmışdır. 1941- 42-ci illərdə Azərbaycan dili kafedrasının müdiri, 1942-45-ci illərdə filologiya
fakültəsinin dekanı, 1945- 49-cu illərdə elmi işlər üzrə prorektor, 1949-1960-cı illərdə kafedra müdiri
vəzifələrində işləmişdir.
Azərbaycan dialektologiyasının inkişafını M.Şirəliyevin adı ilə bağlıdır. XX yüzilliyin əvvəllərində
dialektlərə dair müəyyən araşdırmalar ( K.Foy, N.Aşmarin, İ.Həsənov, Y.Mirbabayev və b.) aparılsa da elmi
əsaslarla ardıcıl şəkildə tədqiqi M.Şirəliyevin araşdırmaları ilə başlanır. Buna görə də bir çox alimlər (ilk
dəfə N.Dmitriyev) M.Şirəliyevi Azərbaycan dialektologiyasının banisi adlandırırlar. O, 1938-40-cı illərdə
dilin bütün sahələri üzrə dialekt fərqləri əhatə olunmaqla “Bakı dialekti” əsərini yazır. Bununla da
dialektoloji tədqiqatlara maraq daha da artır, yeni metodlarda ayrı-ayrı şivələrin araşdırılması geniş vüsət
alır. Görkəmli dialektoloqun Azərbaycan xalq şivələrini öyrənmək sahəsindəki fəaliyyəti onun “Azərbaycan
dialektologiyası” adlı dərs vəsaitində ümumiləşdirilmişdir. Bundan sonra M.Şirəliyevin elmi fəaliyyətinin
əsas istiqamətini dialektoloji tədqiqatlar təşkil edir. 1941-ci ildə ilk dəfə dialektlərin coğrafi təsnifini vermiş,
bir çox şivələrin səciyyəvi xüsusiyyətlərini və mənşəyini müəyyənləşdirmiş, dialektləri qədim yazılı
abidələrin və müasir türk dillərinin və dialektlərinin materialları ilə müqayisəli şəkildə araşdırmışdır. Onun
rəhbərliyi ilə dialektlərin lüğəti və atlası hazırlanmışdır. Alimin araşdırmaları ümumtürkoloji baxımdam
mühüm əhəmiyyət daşıyır və türk dünyasında əsas mənbə kimi yüksək dəyərləndirilir.