Bakı Dövlət Universiteti Filologiya fakültəsi


BDU-nun Filologiya fakültəsi - 100



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə8/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   4   5   6   7   8   9   10   11   ...   122
SON - BDU-100 KONFRANS 1

BDU-nun Filologiya fakültəsi - 100 

Hazırda prof. A.Hacıyev, prof. Ə.Xəlilov və başqaları bu akademik məktəbin ənələlərini davam və 
inkişaf etdirirlər. 
Azərbaycanda dünya ədəbiyyatının tədqiqi və tədrisinin təməli professor Əli Sultanlı tərəfindən 
qoyulmuşdur.
Professor Əli Abdulla oğlu Sultanlı 1906-cı ildə anadan olmuşdur. O, 1947-ci ildə doktorluq 
dissertasiyasını müdafiə etmiş, 1948-ci ildə professor elmi adını almışdır. Uzun müddət Azərbaycan Dövlət 
Pedaqoji İnistitunda və Azərbaycan Dövlət Universitetində çalışmış, ADU-da “Xarici ölkələr ədəbiyyatı” 
kafedrasının müdiri olmuşdur. Onun “V.Hötenin yaradıcılıq yolu” , “Roma və Yunanıstanda 
ədəbiyyatşünaslıq və estetika məsələləri” , “Dədə Qorqud və yunan eposları” , “Nizami və Qərbi-Avropa 
ədəbiyyatı” və s. əsərləri dünya ədəbiyyatının müxtəlif problemlərinin tədqiqinə həsr olunmuşdur. Prof. 
Ə.Sultanlının qədim yunan və Roma ədəbiyyatına həsr olunan “Antik ədəbiyyat tarixi” dərsliyi bu gün də 
dəyərini qoruyub saxlayır.
Prof. Ə.Sultanlı BDU-da “Dünya ədəbiyyatı” akademik məktəbini yaratmışdır. Sonralar bu elmi-
pedaqoji məktəbin ənənələri prof. Ə.Ağayev, prof. C.Nağıyev tərəfindən davam etdirilmiş və davam 
etdirilməkdədir.
Bakı Dövlət Universitetində həm dilçilik, həm də ədəbiyyatşünaslıq istiqamətlərində formalaşan 
akademik məktəblərin görkəmli nümayəndələrinin elmi fəaliyyətinin öyrənilməsi Filologiya fakültəsində irs, 
varislik əlaqələrinin möhkəm təməl üzərində qurulduğunu göstərir və mövcud ənənələrin gələcəkdə davam 
etdiriləcəyinə sarsılmaz inam yaradır.
 


BDU-nun Filologiya fakültəsi - 100 
10 
DİLÇİLİK 
NİZAMİ CƏFƏROV
Akademik
 
BİR KAFEDRANIN TALEYİ 
 
Azərbaycanda dilçilik elminin təşəkkülü Bakı Dövlət Universitetinin (və onun tərkibində Ümumi 
dilçilik kafedrasının) yaranması ilə başlamışdır. “Dilçiliyimizin məbədi (BDU-nun Ümumi dilçilik 
kafedrasının tarixi)” kitabının müəllifi Adil Babayevin doğru olaraq göstərdiyi kimi, ilk illərdə kafedraya 
rəhbərlik edən rus mənşəli dilçilər az-çox peşəkar olsalar da, yerli kadrların yetişməsinə elə də can 
yandırmırdılar... 1924- cü ildə Azərbaycan hökümətinin dəvəti ilə professor Bəkir Çobanzadənin Bakıya 
gəlişi vəziyyəti kökündən dəyişdirdi. Respublikanın ümumən dilçilik həyatına, eləcə də Ümumi dilçilik 
kafedrasına rəhbərlik edən görkəmli alim milli dilçi kadrların formalaşması üçün münbit elmi-pedaqoji şərait 
yaradılması yolunda heç bir fədakarlıqdan çəkinmədi. 
Dünyagörüşü etibarilə “gənc qrammatiklər”ə mənsub olan Bəkir Çobanzadə Universitetdə həm ümumi 
dilçiliyə, həm müqayisəli türk dilçiliyinə, həm də Azərbaycan dilçiliyinə aid ana dilində yüksək səviyyəli 
mühazirələr oxumaqla kifayətlənməyib, dərsliklər, dərs vəsaitləri, metodik göstərişlər yazıb nəşr etdirdi. Və
millətçi- pantürkist kimi repressiyaya məruz qalanda onun üç istedadlı yetirməsi – Məmmədağa Şirəliyev, 
Əbdüləzəl Dəmirçizadə və Muxtar Hüseynzadə artıq ilk araşdırmalarına başlamışdılar. Lakin başqa şəraitdə, 
başqa ideoloji şərtlər daxilində... 
Ümumi dilçilik kafedrası birinci zərbəni 30-cu illərdə aldı: Azərbaycan dilçiliyi “ruslaşdırıldı”, türk 
dilçiliyi tədris proqramından çıxarıldı, ümumi dilçiliyi isə N.Y.Marrın “yeni təlim”i əvəz etdi... 50-ci illərin 
sonu, 60-cı illərin əvvəllərindən etibarən öz tarixi nüfuzunu tədricən bərpa eləməyə başlayırdı ki, zahirən 
perspektivli görünən, lakin daxilən özünü o qədər də doğrultmayan (əsasən, subyektiv - dağıdıcı iddialardan 
irəli gəlib elmin metodoloji prinsiplərini nəzərə almayan) bir proses başladı: Azərbaycan dilçiliyi
türkologiya, Azərbaycan dili və onun tədrisi metodikası kafedraları bir- birinin ardınca Ümumi dilçilikdən 
ayrıldı... Və iş o həddə çatdı ki, Universitetin ilk dilçilik kafedrasının özü müstəqillik illərində tamamilə 
bağlanmaq təhlükəsi altında qaldı. 
Əlbəttə, “dilçiliyimizin məbədi”nin bugünkü acınacaqlı vəziyyətinin səbəbləri çoxdur, ancaq, görünür, 
əsas səbəb elmi- nəzəri (və metodoloji) səviyyənin dözülməyəcək dərəcədə aşağı düşməsidir... Həm ümumi 
dilçiliyimizdə, həm də ümumən dilçiliyimizdə... 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin