Bakı Dövlət Universiteti Filologiya fakültəsi


Açar sözlər: BDU, ümumi dilçilik, dilçiliyin məbədi, kafedra, elmi-nəzəri səviyyə



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə9/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   5   6   7   8   9   10   11   12   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlərBDU, ümumi dilçilik, dilçiliyin məbədi, kafedra, elmi-nəzəri səviyyə.

 
İSMAYIL MƏMMƏDLİ 
Filologiya elmləri doktoru, professor 
AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutu 
 
AKADEMİK TOFİQ HACIYEVİN ELMİ-PEDAQOJİ FƏALİYYƏTİNƏ
BİR NƏZƏR
 
Azərbaycan dilçiliyi və ümumən türkologiyanın görkəmli nümayəndələrindən biri, AMEA 
Dilçilik İnstitutunun direktoru, Bakı Dövlət Universiteti türkologiya kafedrasının müdiri, Azərbaycan 
Milli Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi 
Tofiq İsmayıl oğlu Hacıyev elm tariximizdə özünəməxsus yeri olan şəxsiyyətlərdəndir. 
T.İ.Hacıyev dilçilik və ədəbiyyatşünaslığın müxtəlif problemlərinə həsr olunmuş 37 kitabın, 
500-dən çox elmi və elmi-kütləvi məqalənin müəllifidir. O, təkcə Azərbaycan Respublikasında deyil, 
onun hüdudlarından uzaqlardakı elmi dairələrdə yaxşı tanınan görkəmli türkoloq alimdir. Ədəbi dil 
tarixi, dialektologiya, müqayisəli-tarixi türkologiya, üslubiyyat və ədəbiyyatşünaslıq məsələlərinə dair 
sanballı elmi əsərləri, elmi pedaqoji kadrların hazırlığı sahəsindəki səmərəli fəaliyyəti ona böyük 
şöhrət qazandırmışdır. 
Elmi-pedaqoji fəaliyyətini ömrünün sonunadək gənclik həvəsi ilə davam etdirən akademik 
T.Hacıyev bir çox yüksək dövlət və ictimai əsaslarla olan vəzifələrdə çalışmışdır. O, Azərbaycan 
Respublikasının Təhsil naziri, sonralar həmin nazirliyin Azərbaycan türk dili elmi-metodiki şurasının 


BDU-nun Filologiya fakültəsi - 100 
11 
sədri, BDU Böyük elmi şurasının üzvü, 3 cildlik Türk Dünyası Ensiklopediyasının müəlliflərindən 
biri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Türk Dil Qurumunun f əxri üzvü, “Dədə-Qorqud” 
ensiklopediyasının dil və ədəbiyyat şöbəsinin rəhbəri olmuş, 1989-cu ildə isə Sovet Türkoloqlar 
cəmiyyətinin üzvü seçilmişdir. 
T.İ.Hacıyev elmi fəaliyyətə Azərbaycan dialektologiyası sahəsində başlamış, sonra 
Azərbaycan ədəbi dili tarixinin ən görkəmli araşdırıcısı kimi tanınmışdır. Sonralar o öz yaradıcılığının 
üfüqlərini genişləndirərək türk xalqlarının dili və ədəbiyyatı sahəsində ünlü mütəxəssis kimi 
tanınmışdır. Müasir türkologiyamızın görkəmli nümayəndəsi olan T.İ.Hacıyev bütün türk xalq 
dastanlarının tədqiqi və nəşri sahəsində səmərəli fəaliyyət göstərmiş, misilsiz əmək sərf etmişdir. 
Təkcə, M.Kaşqarinin “Kitabi-divani-lüğət-it-türk” əsərinin ərsəyə gəlməsi işindəki xidməti onun 
filologiyamızda əvəzedilməz xidmətlərindən sayılmalıdır. O, AMEA-nın Nəsimi adına Dilçilik 
İnstitutunun direktoru kimi məsul bir vəzifəni yerinə yetirməklə Azərbaycan dilçiliyinin inkişafına 
dəyərli töhfələr vermişdir.
Tofiq Hacıyev elmi irsi ilə, daima öz dəyərini qoruyub saxlayacaq əsərləri ilə gələcək nəsillərə 
örnək olacaq. Buna biz ürəkdən əminik. Qəbrin nurla dolsun, yerin behişt olsun ölməz müəllimimiz, 
ulu ustad!

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin