BDU-nun Filologiya fakültəsi - 100
12
gündən belə düşünmüşəm və yazılarımda filologiyanın süni şəkildə fərqləndirilən bu iki sahəsinə müvazi
olaraq müraciət etmişəm, onların
kəsişdiyi nöqtələri görmüşəm, ayrı-ayrılıqda hər iki sahədə tədqiqatlar
aparmışam”. Y.Seyidovun Azərbaycan dilçiliyi və ədəbiyyatşünaslığı ilə bağlı sanballı əsərlərinin filologiya
tarixində xüsusi yeri var. Alimin təlim-tərbiyə,
didaktika, metodika ilə bağlı araşdırmaları, məqalələri
zamanın sərhədlərini aşa biləcək səviyyədə dəyərli və əhəmiyyətlidir. “Orta məktəbdə hər bir müəllim öz
ixtisasını
tədris etməklə bərabər, tədris etdiyi fəndən asılı olmayaraq, bir də “tərbiyə” fənnini tədris
etməlidir” – deyimi bu gün üçün bir devizdir və bu, bütün zamanlarda aktual olacaqdır.
Y.Seyidovun
poeziyada fəlsəfə, fəlsəfədə poeziya axtarışları həm filoloji, həm fəlsəfi aspektdən
maraqlıdır. “Həqiqi poeziya və fəlsəfə insan xəyalının və insan təfəkkürünün şərikli məhsuludur”-
deyən
alimin dünya, insan, həyat, ölüm, “insan idrakına sığışmayan sonsuzluq” və s. haqqında orijinal fəlsəfi fikir
dünyası var idi. O, həqiqi şairlərin davranışını, həyatını poeziyaya bənzədirdi. Millətinə və dilinə bağlı olan
alim milli poeziyanı “sözün poeziyası”, “sözün sözə min cür təması” adlandırır, əsl şairlər haqqında isə belə
deyir – “Yox, əsl şair nikbin ola bilməz!”. Dünya fəlsəfi fikir tarixində kədər, dərd faktoruna həyatın və
insan cəmiyyətinin hərəkətverici qüvvəsi kimi baxan mütəfəkkirlər kimi Y.Seyidov da problemə eyni baxış
müstəvisindən yanaşırdı. Alimin fəlsəfi fikirləri, adətən,
poetik örtüyə bürünür, insan həyatının çətinliyini
təbiət lövhələri vasitəsilə verir – “...Zərif otlar, güllər, çiçəklər yaşamaq eşqi ilə sərt daşları, yolların asfalt
örtüyünü deşib baş qaldırırlar”. Y.Seyidov fenomeninin çoxcəhətliyi dərin araşdırmalarda daha aydın görünə
bilər.
Dostları ilə paylaş: