Bakı Dövlət Universiteti Filologiya fakültəsi


Açar sözlər: M.Adilov, Azərbaycan dilçliyi, qrammatika, təkrarlar



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə14/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   ...   10   11   12   13   14   15   16   17   ...   122
SON - BDU-100 KONFRANS 1

Açar sözlərM.Adilov, Azərbaycan dilçliyi, qrammatika, təkrarlar. 
 
ZEMFİRA ŞAHBAZOVA 
Filologiya elmləri doktoru, professor 
Bakı Dövlət Universiteti 
BDU-nun DİLÇİ ALİMLƏRİNİN ARAŞDIRMALARINDA AZƏRBAYCAN DİLİNİN SİNTAKSİSİ
PROBLEMLƏRİ 
 
1919-cu ildə Bakı Dövlət Darülfununu təsis edilmiş və ilk təşkil olunan tarix-filologiya fakültəsinin 
nəzdində dil-ədəbiyyat ixtisası olmuşdur. Müəyyən dövrdən sonra bu ixtisas əsasında filologiya fakültəsi 
ayrıca fəaliyyət göstərməyə başlamışdır. Filologiya fakültəsi özünün elmi potensialına və elmi nailiyyətlərinə 
görə respublikamızda imzası imzalar içərisində seçilən fakültə olmuşdur. Estafeti belə güclü nəsildən almış 
bugünki filoloqlar bu missiyanı şərəflə davam etdirir və gələcək nəsillərə ötürürlər. Biz bu qısa yazıda 
filologiyanın ancaq bir sahəsindən – dilçilik elminin sintaksisə aid bölməsindən və əldə edilən 
nailiyyətlərdən bəhs etmək istəyirik. Sintaksisin qarşıya çıxan problemlərini həll etmək üçün alimlər ilk 
gündən səfərbər olmuş, maraqlı, eyni zamanda həm ölkə daxili, həm də ölkə xaricində qəbul edilən yeni elmi
nailiyyətlər əldə etmiş, bir çox nəzəri problemlərin həllində ilk olmuşlar. Bu araşdırmaları aşağıdakı şəkildə 
qruplaşdıra bilərik.
1. Söz birləşmələri və sintaktik əlaqələr 1960-cı illərədə elmi araşdırmaya ehtiyacı olan, öz həllinin 
gözləyən problemlərdən biri idi. Bu mövzuda M.Hüseynzadənin “Təyini söz birləşmələri”, R.Xəlilovun 
“Azərbaycan dilində sintaktik əlaqələr”, Y.Seyidovun “Azərbaycan dilində söz birləşmələri” adlı 
fundamental araşdırmalarını göstərmək olar. Y.Seyidovun araşdırmaları sonralar bu mövzuya aid yeni elmi 


BDU-nun Filologiya fakültəsi - 100 
14 
işlərin yaranmasına meydan açdı - A.Əbilov, İ.Əhmədzadə, Z.Nəbiyeva və başqalarının tədqiqatı üçün bir 
örnək oldu.
2. BDU araşdırmaçılarının sadə cümlə sintaksisinə və cümlədaxili vahidlərə aid tədqiqatları da 
diqqəti cəlb edir. Cümlə üzvlərinə aid dos. A.Həsənovun araşdırmaları maraq doğurur. Müəllif birinci və 
ikinci dərəcəli üzvlərin qrammatik və semantik təyinatı, aralarındakı əlaqə, müəyyənlik və qeyri-müəyyənlik, 
eyni zamanda cümlə üzvlərinin bəzilərinin daxili məna növləri haqqında maraqlı araşdırmalar aparmışdır. 
Prof. Ə.Z.Abdullayevin əlavə və xüsusiləşmələrə aid araşdırmaları indi də öz aktuallığını saxlayır. Dos. 
S.Kazımova sadə cümlənin həmcinsliyi, Z.Şahbazovanın ara söz, ara söz birləşmələri haqqında gəldiyi 
nəticələr indi də elmi ictimaiyyətin diqqət mərkəzindədir. 
3.1950-1955-ci illərdə mürəkkəb cümlə problemi, ümumən, türkologiyada aktual problemlərdən biri 
idi. Budaq cümlə və feilin təsriflənməyən formaları arasındakı münasibətlər uzun zaman mübahisəli 
olmuşdur. Bəzi müəlliflər bunlar arasında adekvatlığı qeyd edir, bəziləri budaq cümləni tərkib, qısaldılmış 
cümlə, potensial cümlə, kvazi-pronozision, çevrilmiş üzvlər, sintaktik budaq cümlə, transform, xüsusi tipli 
budaq cümlə adlandırmışlar. Bəzən isə feili tərkibli cümlələri qovuşmuş mürəkkəb cümlə adlandırmışlar. 
Ə.Abdullayevin “Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr”, “Sintaksisin aktual məsələləri”
kitablarında bu problemlərə aydınlıq gətirilmişdir. Müəllifin İ.X.Axmatovla birgə yazdığı “Грамматика 
карачаево-балкарского языка” adlı əsəri artıq yeniliyin türkologiyada qəbul olunduğunun sübutu idi. 
Yaratdığı məktəbin davamçıları – F. Cəlilov “Mürəkkəb cümlə sintaksisi” , T. Hacıyev “Tabeli mürəkkəb 
cümlənin transformasiyası”, “Mürəkkəb cümlənin struktur-semantik tipləri”, E.Həsənova “Mürəkkəb 
cümlənin polipredikativliyi”, Ə.Cavadov “Tabeli mürəkkəb cümlənin məna özəyi (cütözəklilik), S.Seyidova 
“Azərbaycan dilində tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlələr” adlı elmi işlərini nəşr etdirmişlər. 
Burada K.Vəliyev, R.Quliyeva, Ə.Əliyevin də adları qeyd edilməlidir.
4. Sintaksisin aktual problemlərindən biri də mətn sintaksisidir. Nisbətən gənc sahə olan mətn 
sintaksisi sahəsində ilk araşdırmaçılardan filologiya fakültəsinin yetirməsi olan, indi isə akademik 
səviyyəsinə yüksəlmiş K.Abdullayevin rolu danılmazdır. Mətn, onun sərhədləri, bağlanma vasitələri, 
kompozisiyası, aktual üzvlənmə sahəsində aparılan araşdırmalarda dos. Ə.Xəlilov, prof. K.Vəliyev, dos. 
F.Əlizadə, dos. E.Həsənova, prof. Z.Şahbazovanın elmi məqalə və kitablarını qeyd etmək olar.

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin