Bakı Dövlət Universiteti Filologiya fakültəsi


BDU-nun Filologiya fakültəsi - 100



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə7/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   2   3   4   5   6   7   8   9   10   ...   122
SON - BDU-100 KONFRANS 1

BDU-nun Filologiya fakültəsi - 100 

Əməkdar elm xadimi, professor M.C.Paşayevin çoxşaxəli yaradıcılığı – bədii, elmi və pedaqoji 
fəaliyyəti BDU-da ədəbiyyatşünaslığın inkişafında xüsusi bir mərhələ təşkil edir. Onun “Füzuli şeirinin 
poetik xüsusiyyətləri” mövzusunda müdafiə etdiyi namizədlik dissertasiyası dahi şairin yaradıcılığına həsr 
olunmuş ən yaxşı elmi əsərlərdən biridir. Mir Cəlal bu əsərində Füzuli şeirinin bədii xüsusiyyətlərini 
hərtərəfli tədqiq etmişdir. Prof. M.C.Paşayevin “Azərbaycanda ədəbi məktəblər” adlı doktorluq 
dissertasiyasında XX əsrin əvvəllərində formalaşmış realizm və romantizm ədəbi cərəyanları, bu ədəbi 
cərəyanların əsas nümayəndələrinin fəaliyyəti tədqiqat obyekti kimi götürülmüşdür. Bu əsərlər görkəmli 
alimi əsl ədəbiyyat nəzəriyyəçisi kimi tanıtmışdır. Onun prof P.Xəlilovla birlikdə yazdığı 
“Ədəbiyyatşünaslığın əsasları” adlı dərsliyi ədəbiyyatşünaslıq elmimizin ən sanballı nümunəsidir.
Prof. M.C.Paşayev ədəbiyyat tariximizin öyrənilməsində də mühum xidmətlər göstərmişdir. 
N.Gəncəvi, İ.Nəsimi, M.Füzuli, İ.Qutqaşınlı, A.Bakıxanov, M.F.Axundzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, 
S.S.Axundov, S.Vurğun haqqında yazdığı dəyərli elmi məqalələrində Azərbaycan ədəbiyyatının görkəmli 
nümayəndələrinin yaradıcılığı araşdırılmışdır. Mir Cəlal Azərbaycan ədəbiyyatşünaslığında “Molla 
Nəsrəddin” ədəbi məktəbinin banisi, görkəmli yazıçı Cəlil Məmmədquluzadənin bədii irsinin əsas 
tədqiqatçılarından biri sayılır.
Prof. M.C.Paşayevin prof. F.Hüseynovla birlikdə yazdığı “XX əsr Azırbaycan ədəbiyyatı” 
dərsliyində bu dövr Azərbaycan ədəbiyyatının mükəmməl mənzərəsi yaradılmışdır.
Prof. M.C.Paşayev BDU-da ədəbiyyatşünaslıq elmini yeni inkişaf mərhələsinə yüksəltmiş, bir neçə 
alim nəslini əhatə edən bütöv bir elmi epoxa yaratmışdır. Prof. P.Xəlilov, prof X.Əlimirzəyev, AMEA-nın 
müxbir üzvü, prof. T.Mütəllimov ədəbiyyat nəzəriyyəsi, prof. A.Zamanov, prof. F.Hüseynov, prof. 
A.Abasov, prof. T.Hüseynov, AMEA-nın müxbir üzvü, prof. N.Paşayeva ədəbiyyat tarixi istiqamətlərində 
böyük alimin elmi-pedaqoji ənənələrini davam etdirmiş və davam etdirməkdədirlər.
Bakı Dövlət Universitetində müasir Azərbaycan ədəbiyyatının tədqiqi və tədrisi professor Cəfər 
Xəndan Hacıyevin adı ilə bağlıdır.
Professor Cəfər Xəndan Zeynal oğlu Hacıyev 1910-cu ildə anadan olmuşdur. Azərbaycan Dövlət 
Pedaqoji İnistitunun dil və ədəbiyyat fakultəsini bitirmişdir. O, 1939-cu ildə namizədlik, 1946-cı ildə 
doktorluq dissertasiyasını müadafiə etmişdir. 1946-cı ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət 
Universitetində çalışan prof. C.X.Hacıyev burada dosent, professor, dekan, rektor, kafedra müdiri 
vəzifələrində çalışmışdır.
Müasir Azərbaycan ədəbiyyatının, ədəbiyyat nəzəriyyəsinin görkəmli tədqiqatçısı olan prof. 
C.X.Hacıyev “Azərbaycan ədəbiyyatı (Sovet dövrü)” , “Sabir (həyat və yaradıcılığı)” , “XX əsr Azərbaycan 
ədəbiyyatı” , “Ədəbiyyat nəzəriyyəsi” , “XX əsr Azərbaycan ədəbiyyatı tarixi oçerkləri” və s. kitabların 
müəllifidir.
Prof. C.X.Hacıyevin ardıcıl fəaliyyətinin nəticəsi olaraq, BDU-da “Müasir Azərbaycan ədəbiyyatı” 
akademik məktəbi formalaşmışdır. Аkad. B.Vahabzadə, prof. C.Abdullayev, prof. N.Quliyev bu elmi-
pedaqoji məktəbin ənənələrini uğurla davam etdirmişlər.
Hazırda prof. İ.Əliyeva, prof. V.Sultanlı, prof. A.Əliqızı və başqaları müasir Azərbaycan 
ədəbiyyatının aktual problemlərini araşdırmaqla bu akademik məktəbin ənənələrini yaşadırlar.
Azərbaycanda rus ədəbiyyatı və ədəbi tənqidin öyrədilməsində akademik Məmməd Arif 
Dadaşzadənin mühüm xidmətləri olmuşdur.
Akademik Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə 1904-cü ildə anadan olmuşdur. O, 1925-
1930-cu illərdə Azərbaycan Dövlət Universitetinin Şərq fakultəsində təhsil almış, universiteti bitirdikdən 
sonra Moskvadan Şərq Xalqları Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsil almışdır.
M.A.Dadaşzadə 1944-cü ildə namizədlik, 1954-cü ildə isə doktorluq dissertasiyyasını müadiə 
etmişdir. O, uzun illər Azərbaycan Dövlət Universitetində çalışmış, “ Rus ədəbiyyatı” kafedrasının müdiri 
olmuşdur.
Akad. M.A.Dadaşzadə sözün əsl mənasında ədəbiyyatşünaslıq, tənqid və tənqidçilər məktəbi 
yaratmış şəxsiyyətdir. Çoxşaxəli yaradıcılığa malik olan görkəmli alim Azərbaycan və Rus ədəbiyyatının, 
ədəbi tənqidin, drammaturgiya və teatr sənətinin, bütövlükdə estetik fikir tariximizin tədqiqatçısı kimi 
tanınır. “Vladimir Mayakovski” , “Krılov və Azərbaycan ədəbiyyatı”, “Cəfər Cabbarlı” , “Cəfər Cabbarlının 
yaradıcılğı”, “Səməd Vurğunun drammaturgiyası” , “Ədəbi-tənqidi məqalələr”, “Dahi rus şairi Puşkin” , 
“Azərbaycan ədəbiyyatının tarixi (rus dilində)” və s. kitabları onun tədqiqat arenası barədə müfəssəl təsəvvür 
yaradır. 
Akad. M.A.Dadaşzadə BDU-da “ Rus ədəbiyyatı və ədəbi tənqid” akademik məktəbinin yaradıcısı 
olmuşdur. Müxtəlif dövrlərdə bu elmi-pedaqoji məktəbin prof. Ş.Qurbanov, prof. S.Əsədullayev kimi 
görkəmli nümayəndələri fəaliyyət göstərmişlər.



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin