Bakı Dövlət Universiteti Filologiya fakültəsi


BDU-nun Filologiya fakültəsi - 100



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə6/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   2   3   4   5   6   7   8   9   ...   122
SON - BDU-100 KONFRANS 1

BDU-nun Filologiya fakültəsi - 100 

Professor Məmmədhüseyn Abbasqulu oğlu Təhmasib 1907-ci ildə anadan olmuşdur.Bakı 
pedaqoji texnikumunu və Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini bitirmişdir. 1939-cü 
ildən Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində baş müəllim, dosent, professor vəzifələrində 
işləmişdir.
“Azərbaycan folkloru kursu”, “Azərbaycan xalqının qəhrəmanlıq eposu (parçalar)”, “Azərbaycan 
xalqının qəhrəman oğulları”, “Azərbaycan xalq dastanları (orta əsrlər)” və s. kitabların müəllifidir. 
Prof. M.Təhmasibin elmi-pedaqoji fəaliyyəti nəticəsində BDU-da “Şifahi xalq ədəbiyyatı” akademik 
məktəbi formalaşmışdır. Prof. Ə.Cəfərzadə AMEA-nın müxbir üzvü, prof. A.Nəbiyev, prof. V.Vəliyev, dos. 
Ç.Quliyev və başqaları bu akademik məktəbin tanınmış nümayəndələri olmuşlar. F. e. d., dosent N.Xəlilov, 
f. e. d. S.Orucova, dos. M.M.Məmmədov və başqaları “Şifahi xalq ədəbiyyatı” elmi-pedaqoji məktəbinin 
ənənələrini bu gün də layiqincə davam etdirirlər.
Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının öyrənilməsində akad. H.Araslı əvəzsiz xidmətlər 
göstərmişdir. 
Akademik Həmid Hacı Məmmədtağı oğlu Araslı 1909-cu ildə anadan olmuşdur. 1931-ci ildə 
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini bitirmişdir. 1943-cü ildə namizədlik, 
1954-cü ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1938-ci ildə Azərbaycan Dövlət Universitetində 
qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı fənnindən dərs deməyə başlamış, uzun müddət elmi-pedaqoji 
fəaliyyət göstərmişdir. Şərq xalqlarının ədəbi-bədii fikir tarixinə, qədim türk, fars, ərəb dillərinə yaxşı bələd 
olan alim tədqiqatlarında klassik Azərbaycan şeirinin elmi-nəzəri şərhinə xüsusi diqqət yetirmişdir. Onun 
Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı mühüm xidmətlərindən biri 1960-cı ildə nəşr olunan üçcildlik 
“Azərbaycan ədəbiyyatı tarixi” kitabıdır. 
Alim tədqiqatlarında türkdilli Azərbaycan ədəbiyyatının təşəkkülündə mühüm rol oynamış Qazi 
Bürhanəddin, Nəsimi, Xətayi, Füzuli kimi sənətkarların Azərbaycan ədəbiyyatı tarixindəki mövqeyini müəy-
yənləşdirərək onların bədii-ictimai fikir tarixinə təsirini aydınlaşdırmışdır. 
Akademik H.Araslı Məhəmməd Füzulinin ardıcıl tədqiqatçısı olmuşdur. Onun dahi şairin həyatı və 
yaradıcılığının müxtəlif problemlərinə həsr etdiyi 20-dən artıq məqaləsi və çoxillik araşdırmalarının yekunu 
– rus və Azərbaycan dillərində nəşr edilən “Böyük Azərbaycan şairi Füzuli” monoqrafiyası vardır. 
Akademik H.Araslı onlarca elmlər doktoru və elmlər namizədi yetişdirmişdir. 
Bakı Dövlət Universitetində akademik H.Araslının elmi-pedaqoji ənənələri dos. F.Sadıqov, AMEA-
nın müxbir üzvü, prof. Ə.Səfərli, prof. S.İbrahimov və başqaları tərəfindən davam etdirilmiş və davam 
etdirilməkdədir. 
Akademik Feyzulla Qasımzadə XIX əsr Azərbaycan ədəbiyyatının yorulmaz tədqiqatçısı kimi 
tanınır.
Akademik Feyzulla Səməd oğlu Qasımzadə 1898-ci ildə anadan olmuşdur. 1923-1925-ci illərdə APİ-
də (indiki ADPU), 1926-1929-cu illərdə ADU-nun (indiki BDU) şərqşünaslıq fakültəsində oxumuş, 
universiteti bitirdikdən sonra Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda aspirant olmuşdur. 1939-cu ildə 
namizədlik, 1956-cı ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1957-ci ildə professor elmi adı almışdır.
30-cu illərin sonlarından ADPİ-nin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında assistent, dosent, 
müdir, BDU-nun Azərbaycan ədəbiyyatı tarixi (indiki Klassik Azərbaycan ədəbiyyatı) kafedrasında dosent, 
professor, 1941-1950-ci illərdə müdir vəzifəsində çalışmışdır.
Elmi fəaliyyəti əsasən XIX əsr Azərbaycan ədəbiyyatı tarixini əhatə edir. 600-dək elmi məqalənin, 
onlarla dərslik və monoqrafiyaların müəllifidir. Onlarca elmlər namizədi və elmlər doktoru yetişdirmişdir. 
Onun “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” dərsliyi bu gün də ali məktəblərin filologiya fakültələrində 
əsas dərslik kimi istifadə olunur.
Akad. F.Qasımzadənin ardıcıl elmi-pedaqoji fəaliyyətinin nəticəsi olaraq XIX əsr Azərbaycan 
ədəbiyyatı istiqamətində akademik məktəb formalaşmışdır. Görkəmli alimin elmi-pedaqoji ənənələri BDU-
da dos. R.Həsənova, dos. Y.Piriyev, dos. B.Məmmədzadə və başqaları tərəfindən davam etdirilmişdir.
Bakı Dövlət Universitetində XX əsr Azərbaycan ədəbiyyatı və ədəbiyyat nəzəriyyəsinin əhatəli 
tədqiqi və tədrisi prof. Mir Cəlal Paşayevin adı ilə bağlıdır.
Professor Mir Cəlal Əli oğlu Paşayev 1908-ci ildə anadan olmuşdur. 1932-ci ildə Kazan Şərq 
Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsini bitirmiş, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun 
aspiranturasında təhsilini davam etdirmişdir. 1940-cı ildə namizədlik, 1947-ci ildə doktorluq dissertasiyasını 
müdafiə etmişdir. O, 1933-cü ildən Azərbaycan Dövlət Universitetində müəllim, dosent, professor kimi 
fəaliyyət göstərmiş, 1961-ci ildən ömrünün sonuna kimi (1978) Azərbaycan ədəbiyyatı tarixi kafedrasının 
müdiri olmuşdur.



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin