Bakı Dövlət Universiteti Filologiya fakültəsi


TƏŞKİLATİ İŞLƏR ÜZRƏ KOORDİNATORLAR



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə4/122
tarix28.11.2022
ölçüsü1,18 Mb.
#70994
1   2   3   4   5   6   7   8   9   ...   122
SON - BDU-100 KONFRANS 1

TƏŞKİLATİ İŞLƏR ÜZRƏ KOORDİNATORLAR 
 
1. Aygün Əliyeva – Baş koordinator, BDU-nun Filologiya fakültəsinin II kurs magistrantı, TEB üzvü 
2. Elnarə Talıbova - BDU-nun Filologiya fakültəsinin III kurs tələbəsi, Tələbə Elmi Birliyinin sədri 
3. Qismət Cəfərov – BDU-nun Filologiya fakültəsinin I kurs magistrantı, TEB üzvü
4. Murad Əmənov - BDU-nun Filologiya fakültəsinin II kurs magistrantı, TEB üzvü 
5. Əsmət İmanova - BDU-nun Filologiya fakültəsinin IV kurs tələbəsi, TEB üzvü 
6. Məleykə Mirzəli - BDU-nun Filologiya fakültəsinin II kurs tələbəsi, TEB üzvü 


BDU-nun Filologiya fakültəsi - 100 

ELÇİN MƏMMƏDOV 
Filologiya üzrə fəlsəfə doktoru, dosent 
Bakı Dövlət Universiteti  
 
AZƏRBAYCAN FİLOLOGİYASINI YARADANLAR VƏ YAŞADANLAR 
 
 
Azərbaycan filologiyasının təşəkkülü və inkişafı, əsasən, Bakı Dövlət Universitetinin yaradılması ilə 
bağlıdır. 1919-cu ildə fəaliyyətə başlayan Bakı Dövlət Universitetində ilk yaradılan fakültələrdən biri məhz 
Tarix-filologiya fakültəsi olmuşdur. Azərbaycanda dilçi və ədəbiyyatşünas kadrların hazırlanmasında 
universitetin Filologiya fakültəsinin müstəsna rolu olub. Belə ki, 1920-ci illərdə fakültədə çalışan 
V.V.Sipovski, V.İ.İvanov, A.V.Baqri, V.B.Tomaşevski, N.İ.Aşmarin, B.V.Çobanzadə, R.İ.Şor, 
Ə.Haqverdiyev, A.İ.Samoyleviç və başqaları dil və ədəbiyyatdan mühazirələr oxumaqla yanaşı, dilçilik və 
ədəbiyyatşünaslıq üzrə ilk tədris proqramlarını da hazırlamışlar.
BDU-da milli filoloq kadrların yetişdirilməsində böyük rolu olan prof. B.Çobanzadə eyni zamanda 
1920-ci illərdə ümumi dilçilik və türkologiya aspektlərində tədqiqatlar apararaq, Azərbaycanda dilçilik 
elminin yeni inkişaf mərhələsinin təməlini qoymuşdur. 
Professor Bəkir Vahab oğlu Çobanzadə 1893-cü il mayın 15-də Krımda doğulmuş, İstanbul 
Universitetinin məzunu olmuşdur. O, Budapeşt Universitetində doktorluq dissertasiyası müdafiə etmişdir. 
1920-ci illərin əvvəllərində Bakıya dəvət olunan prof. B.Çobanzadə 1924-cü ildən BDU-da işləməyə 
başlamış, kafedra müdiri və dekan vəzifələrində çalışmışdır. Zəngin və çoxcəhətli nəzəri-filoloji irsə malik 
prof. B.Çobanzadənin türkologiya, dil tarixi və ümumi dilçiliyin tədqiqi və tədrisində böyük xidmətləri olub. 
Belə ki, Azərbaycanda ilk akademik dilçilik məktəbinin əsasını məhz Bəkir Çobanzadə qoymuşdur. O, 1937-
ci ildə bir sıra görkəmli ziyalılarımız kimi, əks-inqilabçılıqda, antisovet fəaliyyətdə günahlandırılaraq həbs 
olunmuş, beləliklə də, onun başladığı işlər yarımçıq qalmışdır. 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji 
qurultayın əsas təşkilatçılarından olan prof. B.Çobanzadə “Türk-tatar lisaniyyətinə mədxəl”, “Türk-tatar 
dialektolojisi” “Türk qrameri”, “Türk-tatar elmi-sərfi” kimi kitabların, eləcə də onlarla elmi məqalənin 
müəllifidir.
1940-cı illərin sonu, 1950-ci illərin əvvəllərindən başlayaraq, prof. B.Çobanzadənin elmi-pedaqoji 
ənənələrinin davam etdirilməsi nəticəsində BDU-da bu gün də fəaliyyət göstərən “Ümumi dilçilik və 
türkologiya” akademik məktəbi formalaşmışdır.
Əsas istiqamətləri ümumi dilçilik, dilçilik tarixi, türkologiya və Azərbaycan dilçiliyinin nəzəri 
əsasları olan bu elmi-pedaqoji məktəbin müxtəlif dövrlərdə prof. N.Məmmədov, prof. F. Zeynalov, prof. 
M.Adilov, dos.C.Cəfərov kimi görkəmli nümayəndələri fəaliyyət göstərmişlər. Hazırda akad. A.Axundov, 
prof. Ə.Rəcəbli, prof. M.Novruzov, dos. M.T.Məmmədov, dos. C.Muradov və başqaları aktual mövzularda 
tədqiqatlar aparmaqla “Ümumi dilçilik və türkologiya” elmi-pedaqoji məktəbinin tarixi ənənələrini 
yaşadırlar. 
1940-cı illərdən etibarən Azərbaycan dilçiliyi müxtəlif istiqamətlərdə inkişaf etməyə başlamış, akad. 
M.Şirəliyev dialektologiya, AMEA-nın müxbir üzvü, prof. Ə.Dəmirçizadə ədəbi dil tarixi, prof. S.Cəfərov 
leksikologiya, prof. M.Hüseynzadə qrammatika, prof. H.Mirzəzadə tarixi qrammatika problemlərini sinxron 
aspektdə araşdırmaqla prof. B.Çobanzadənin elmi ideyalarını davam etdirmiş, Azərbaycan dilçiliyində yeni 
tədqiqat istiqamətlərini müəyyənləşdirmişlər. 
Azərbaycan dilçiliyində dil tarixi və ədəbi dil problemlərinin öyrənilməsi AMEA-nın müxbir üzvü, 
prof. Ə.Dəmirçizadənin, dialektologiyanın tədqiqi isə akad. M.Şirəliyevin adı ilə bağlıdır. Bu görkəmli 
alimlərin gərgin elmi-pedaqoji fəaliyyəti BDU-da “Azərbaycan dilinin tarixi və dialektologiyası” akademik 
məktəbinin formalaşmasına səbəb olmuşdur. 
AMEA-nın müxbir üzvü, prof. Əbdüləzəl Məhəmməd oğlu Dəmirçizadə 1909-cu ildə Şəkidə 
doğulmuşdur. O, 1929-cu ildə Bakıya gəlmiş və ADU-nun pedaqoji fakültəsinə daxil olmuşdur. Burada 
B.Çobanzadə, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli, A.Şaiq kimi görkəmli alim və yazıçılardan dərs almışdır. 
Prof. Ə.Dəmirçizadə 1940-cı ildə namizədlik, 1944-cü ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1945-ci 
ildə professor elmi adını almışdır. Ə.Dəmirçizadə 1940-cı ildən 1943-cü ilə qədər ADU-da, 1943-cü ildən 
ömrünün sonuna qədər isə ADPİ-də Azərbaycan dilçiliyi kafedrasına rəhbərlik etmişdir. Onun 20-dən çox 
kitabı, 200-dən artıq elmi-metodik məqaləsi çap olunmuşdur. “Azərbaycan dili tarixi xülasələri”, 
“M.F.Axundov dil haqqında və Axundovun dili”, “Azərbaycan dilinin tarixi”, “Azərbaycan ədəbi dilinin 
inkişaf yolları”, “Kitabi-Dədə Qorqud dastanının dili”, “Azərbaycan ədəbi dilinin tarixi” kitabları alimin əsas 
əsərləridir. 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin