SÜRÜCÜ SAYM SİSTRMİNİN BİR ELEMENTİ KİMİ
Müasir hərəkət şəraitində avtomobili idarə etdikdə sürücü dəqiq və iti
reaksiyaya malik olmalı, yol şəraitini düzgün qiymətləndirməyi bacarmalı, bu
şəraitin dəyişəcəyini qabaqcadan görməli, vaxtında qərarlar qəbul etməli, həmçinin
avtomobilin idarə orqanları vasitəsilə müəyyən əməliyyatları tez yerinə
yetirməlidir. Sürücünün təsirlərinin dəqiqliyi və itiliyi əsasən, təhlükəli yol
şəraitində vacibdir. Sürücünün bu keyfiyyətinə ancaq, sürücü-avtomobil-yol-mühit
sisteminin bütün elementlərinin qarşılıqlı təsiri şəraitində baxmaq lazımdır.
Avtomobillərin sayının, hərəkət sürətinin və intensivliyinin artması ilə
sürücüyə və onun psixofizioloжi imkanlarına daha böyük tələblər qoyulur.
Sürücü avtomobilin hərəkəti haqqında o vaxt tam məlumat alır ki, o, hərəkət
şəraiti ilə qarşılıqlı əlaqədə olur (yəni yolun hərəkət hissəsi, onun xarakteri,
vəziyyəti, işıqlanması, intensivliyi və s. ilə). Bu cür əlaqə sürücü tərəfindən qəbul
edilən yol-nəqliyyat vəziyyətlərini müəyyən edir.
Hərəkət şəraiti haqqında sürücünün aldığı bütün məlumatlar
əks əlaqə kanalı
vasitəsilə avtomobili idarə edən mərkəzi sinir sisteminə verilir, digər duyğu növləri
ilə dolğunlaşır, işləndikdən və yeni qərar qəbul edildikdən sonra effektor vasitəsilə
əzələlərə ötürülür ki, onlar da avtomobilin idarə orqanlarına müəyyən təsirlər
edirlər.
Qeyd etmək lazımdır ki, sürücü yol şəraitini qavradıqda avtomobillə yolun
bilavasitə bir-birinə təsirindən də məlumat alır.
Sürücü-avtomobil-yol-mühit sistemində daimi olaraq məlumat mübadiləsi
baş verir: sürücüdən avtomobilə komanda məlumatları (birbaşa əlaqə), avtomobil
və yoldan xəbərdaredici komandalar (əks əlaqə).
SAYM sistemi elə bir nizamlama sistemidir ki, avtomobilin yola görə
vəziyyəti dəyişən olur, sürücü tənzimləyici, avtomobil isə tənzimlənən obyekt
rolunda çıxış edir.
Sürücünün işinin məhsuldarlığı aşağıdakı səbəblərdən azala bilər: vaxt
çatışmazlığı, yorulma, xəstələnmə və s. Bu səbəblər onun səhvlərinə və
ümumiyyətlə, bütöv sistemin işinin etibarlığının azalmasına gətirə bilər.
Dostları ilə paylaş: