1.1. Təhsil
proqramının
mənimsənilməsi
nəticəsində məzun aşağıdakı ümumi kompetensiyalara
yiyələnir:
- ixtisası üzrə Azərbaycan dilində şifahi və yazılı
kommunikasiya bacarıqlarına;
- ixtisasi üzrə ən azı bir xarici dildə kommunikasiya
bacarıqlarına;
- Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi,
mədəni, ideoloji əsasları və müasir dünyadakı yeri və
roluna dair sistemli və hərtərəfli biliklərə, milli
dövlətimizin perspektiv inkişafını proqnozlaşdırma
qabiliyyətlərinə;
9
- Milli dövlətimizin qarşılaşdığı təhdidləri və
çağırışları müəyyənetmə bacarıqlarına;
- iş
yerində informasiya texnologiyalarından
istifadə etmək qabiliyyətlərinə;
- komandada iş, problemin həllinə ortaq yanaşmaya
nail olmaq qabiliyyətinə;
- yeni şəraitə uyğunlaşmaq, təşəbbüs irəli sürmək
qabiliyyətinə və uğur qazanmaq iradəsinə;
- məsələlərin həlli üçün əlavə məlumat resurslarını
müəyyən etmək və seçə bilmək qabiliyyətinə;
- peşəkar məqsədlər üçün müvafiq məlumatı təhlil
etmək, ümumiləşdirmək və tətbiq etmək bacarıqlarına;
- peşəkar fəaliyyətini planlaşdırmaq və təşkil
etmək, gələcək təhsilini və mövcud bacarıqlarını
təkmilləşdirmək, vaxtı idarə etmək və tapşırıqları
vaxtında tamamlamaq qabiliyyətinə;
- fəaliyyətində sosial və ekoloji məsuliyyətə, eləcə
də vətəndaş şüuru və etik yanaşmaya, həmçinin
keyfiyyətə üstünlük vermək bacarığına;
- bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə
vəziyyəti
və
özünü
yenidənqiymətləndirmək
və
özünütənqid bacarığına.
1.2. Məzun aşağıdakı peşə kompetensiyalarına
yiyələnməlidir:
- Azərbaycan dili və ədəbiyyatı üzrə qazanılmış
bilik, bacarıq və vərdişlərə uyğun olaraq, problemlərin
həllində iştirak etməyə hazır olmaq bacarığına;
- Ana diilinin və bu dildə yaranan bədii əsərlərin
məzmununu mənimsətməklə dövlətçilik ideologiyasını,
milli-mənəvi dəyərləri, estetik gözəlliyi qorumaq
bacarığına;
10
- Təlim prosesini ümumi təhsilin Azərbaycan dili
və ədəbiyyat fənləri üzrə dövlət standartlarının tələblərinə
uyğun olaraq təşkil etmək bacarığına;
- Azərbaycan dili və ədəbiyyatı, eləcə də fənn
dərslərində, dərsdənkənar vaxtlarda şagirdlərdə oxucu
(mütaliə) səriştələrini formalaşdırmaq, mənəvi-əxlaqi
inkişafına nail olmaq bacarığına;
- Fənnin
nəzəri
və
praktik
səviyyədə
öyrəniməsinin tərkib hissəsi olan psixoloji, pedaqoji,
didaktik, kommunikativ məsələlərdən baş çıxarmaq
bacarığına;
- Təhsilalanların istedadının aşkar olunması və
inkişafı ilə bağlı, habelə xüsusi qayğıya ehtiyacı olanlar
üçün inklüziv təlim metodologiyasının, distant təhsil
texnologiyalarından istifadə bacarığına;
- Sistem təfəkkürə sahib olmaqla yanaşı, pedaqoji
innovasiyaları mənimsəmək keyfiyyətinə və dəyişən
pedaqoji mühitə uyğunlaşmaq bacarığına;
- Sistemləşdirilmiş linqvistik, ədəbi-nəzəri və
praktik biliklərdən təlim prosesində tədqiqatçılıq
bacarıqlarının müəyyənləşdirilməsi və yerinə yetirilməsi
üçün istifadə etmək bacarığına;
- Təlim prosesində şagirdlərin sosiallaşdırılması,
peşəyönümü proseslərini, şüurlu peşə-ixtisas seçiminə
hazırlaşdırılması məqsədilə dil-ədəbiyyat fənlərinin
imkanlarının reallaşdırılması bacarığına;
- Tədris etdiyi fənnə hazır biliklər toplusu kimi
deyil, daimi dərketmə prosesi kimi baxmaq, analiz və
sintez etmək qabiliyyətinə;
- Təlim-tərbiyə prosesinin keyfiyyətinin təmin
edilməsi
üçün şagirdlərin təhsil proqramı üzrə
11
nailiyyətlərinin, diaqnostik, cari və yekun nəticələrinin
qiymətləndirilməsi üzrə işin təşkili bacarığına;
- İdraki, ünsiyyət və psixomotor fəaliyyətlər
əsasında həyati bacarıqların, milli və bəşəri dəyərlərin
formalaşdırılması bacarığına;
- İnnovativ təlim metodlarının tətbiqi, təhsilin
məzmununun səmərəli mənimsənilməsini təmin etməklə
təhsilalanın
formalaşdırılması,
peşəkarlığının
yüksəldilməsi bacarığına;
- Təhsilalanlarin
nailiyyətlərinin
qiymətlən
dirilməsi üzrə yeni sistemlərin qurulması bacarığına;
- Səmərəli əks-əlaqənin, əməkdaşlıq şəraitinin,
estetik-emosional mühitin yaradılması bacarığına;
- Şagirdlərin
əməkdaşlığının,
fəallıq
və
təşəbbüskarlığının, müstəqilliyinin, yaradıcı fəaliyyətinin
təşkili, universal təlim fəaliyyətinin növlərinin aşılanması
bacarığına;
- Regional
ədəbi-mədəni
təhsil
mühitinin
imkanlarını aşkara çıxarmaq və dil-ədəbiyyat dərslərində
istifadə etmək bacarığına;
- Təhsilalanların
nailiyyətlərinin,
bilik
və
bacarıqlarnın qiymətləndirilməsi üçün şifahi və yazılı
sorğular;
- Zəngin mənəvi-əxlaqi keyfiyyətləri nümayiş
etdirmək qabiliyyətinə;
- Öyrənənlərə və həmkarlara dostcasına yanaşmaq,
onların tənqidinə hazır olmaq və fəaliyyətini tənqidə
uyğun olaraq qurmaq bacarığına;
- Yeni situasiyalara adaptasiya olunmaq, yeni
ideyaları generasiya etmək qabiliyyətinə;
- Problemli şəraitdə təşəbbüskarlıq göstərmək və
məsuliyyəti öz üzərinə götürmək bacarığına.
|