Sanitar – texniki avadanlıq və armaturanın keyfiyyət ekspertizası. Həmin mal qrupuna daxil olan qara çuqun məmulat (çirkab təmizləmək üçün çuqundan su bakları, isidici tiyanlar, radiatorlar) sortlara ayrılmır. Minalı məmulat I,II və III sortlarda, kranlar isə I və II sortlarda buraxılır. Həmin qrupa aid bütün məmulatın forması düzgün, tökməsi kobud qüsursuz, habelə minası qüsursuz olmalıdır.
1.6. Ağacdan olan inşaat materialları İnşaat ağac materiallarının əsas növləri girdə şalbanlardan, yəni ağacın budaqlarından təmizlənmiş gövdəsinin parçalarından, mişar materiallarından, yəni girdə şalbanların uzunasına kəsilmiş hissələrindən dam və taxtapuş ağac materiallarından ibarətdir. Şərti olaraq bura, habelə faneri də əlavə etmək olar.