Baki – 2020 Mövzu Yumurta



Yüklə 0,9 Mb.
səhifə267/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   263   264   265   266   267   268   269   270   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

Mişar materialları –Mişar materiallarının əsas növləri emaldan keçməmiş tirlərdən, tirciklərdən və taxtadan, habelə mişarlanmış materiallardan ibarətdir. Bu məmulat şalban və dirəklərin uzunasına tərəf kəsilməsi nəticəsində əldə edilir. Taxtaların və tirlərin enli tərəfinə, habelə dirəklərin yonulmuş tərəflərinə təbəqə və ensiz tərəflərinə isə kənar deyilir.

Tir – iki tərəfdən, yaxud dörd tərəfdən mişarlanmış eni və qalınlığı 100 mm-dən artıq olan şalbanlara deyilir. Tirlər cinsinə görə iynəyarpaq və enliyarpaqlı ağac cinslərindən olur.

Tirciklər – qalınlığı ən çox 100 mm və eni qalınlığından iki dəfə artıq olan dörd tərəfdən mişarlanmış nazik şalbanlardan ibarətdir. Tirciklər tir kimi, ağac cinsinə və uzunluğuna görə bölünür.

Taxta –girdə şalbanların uzunasına tərəf mişarlanması nəticəsində əldə edilən mişar materialından ibarətdir. Taxtaların qalınlığı 100 mm-dən aşağı və eni isə həmişə ikiqat qalınlığından artıq olmalıdır

İnşaatda istifadə edilən ümumi təyinatlı taxtalar ağacının cinsinə , emal xarakterinə və ölçüsünə görə fərqlənir.

Ağacın cinsinə görə taxtalar iynəyarpaq və enliyarpaqlı ağac cinslərindən olan taxtalara bölünür.

Emal xarakterinə görə taxtalar yanı kəsilmiş və yanı kəsilməmiş olur. Yanı kəsilməmiş taxta ona deyilir ki, qıraqları ya heç mişarlanmamış, yaxud da uzunluğunun yarısından az miqdarı mişarlanmış olsun. Yanı kəsik taxta ona deyilir ki, yanları uzunluğunun yarısından çox mişarlanmış olsun.


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   263   264   265   266   267   268   269   270   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin