Keyfiyyət şərtləri. Yapışdırılmış faner A, A1, AB, AB1, B, BB və C işarəli sortlara bölünür. Fanerin sortu birinci növbədəoduncağın qüsuruna görə (düyün, qeyri-normal rəng, çat və s.) müəyyənləşdirilir. Burada habelə emal qüsurları da (kələ-kötürlük, cızıntı, yarıq və s.) nəzərə alınır.
Keyfiyyətli faner möhkəm yapışdırılmış olmalı və əyəndə qopmamalıdır. Faner vərəqləri düzbucaq altında kəsilməli və kənarları düz və hamar olmalıdır. Fanerdə heç bir oduncaq çürükləri olmamalıdır.
1.7. Rulon örtük materialları
Rulon örtük materialları neft bitumu, yaxud qatran sürtülmüş xüsusi örtük kartonu zolaqlarından ibarətdir. Bu materialların, adətən sonra bir tərəfinə, yaxud hər iki tərəfinə xüsusi maddə səpilir.
Rulon örtük materiallarının çeşidi. Rulon örtük materiallarının əsas növləri ruberoyd, perqamin və tol adlananmateriallardan ibarətdir.
Ruberoyd. Bu material yumşaq kartondan ibarət rulon şəklində olur və örtük kimi tətbiq edilir. Buna neft bitumu və onun da üstündən bir, yaxud iki tərəfdən çətin əriyən bitum maddəsi sürtülür. Ruberoydun üst tərəfinə narın mineral maddələr mika şistindən ibarət axçavari qırıntı, habelə iri dənəvər maddələr səpilir. İki tərəfi örtülü ruberoydun alt tərəfinə narın mineral maddələri səpilmiş ola bilər.
Ruberoyd birtərəfli və ikitərəfli olur. Birtərəfli ruberoyd narın və axçavari olmaqla ROM-350, ROÇ-350 markalarda, ikitərəfli ruberoyd isə narın axçavari və iri dənəvər səpkili olmaqla RM-350, RÇ-350 RB-420 markalarda buraxılır.
Narın və axçavari səpkili ruberoyd 750-1000 mm enində rulon şəklində buraxılır və bunun ümumi sahəsi 20±0,5 m², iri dənəvər səpkili ruberoyd rulonun isə eni 650-1050 mm və ümumi sahəsi 10±0,5 m²olur.
Perqamin. Bu material ruberoyd kimi yumşaq neft bitumu sürtülmüş örtük kartonundan hazırlanır, lakin sonra üzərinə bitum qatı çəkilmir və səpkisiz olur. Həmin istehsal xüsusiyyətlərinə görə perqamin ruberoyda nisbətən zəif olur və az müddət xidmət edir.
Perqamin rulon şəklində olaraq (P-300, P-350) sənaye tərəfindən iki markada buraxılır.Rulonun eni 750 və 1000 mm, ümumi sahəsi isə 20±0,5 m² olur.
Tol. Bu material qatran sürtülmüş örtük kartonundan hazırlanır. Bəzən bunun da üzərinə əlavə örtü qatı çəkilmir və səpki tətbiq edilmir.
Tol üç növdə buraxılır. Bunlardan birinə qum səpilir, ikincisinə iri dənəvər səpki tətbiq edilir, üçüncüsü isə örtüksüz olur ki, buna da gön- tol deyilir.
Dostları ilə paylaş: |