Baki-2014 Redaktor: Şirvani Ədilli



Yüklə 1,52 Mb.
səhifə7/12
tarix30.11.2016
ölçüsü1,52 Mb.
#530
1   2   3   4   5   6   7   8   9   ...   12

Qismət Tanrı payıdır
Mehriban gözlərini bir nöqtəyə dikib, xəyala dalmışdı. Yanında hay-küylə əlini ölçə-ölçə danışan rəfiqəsi Lalə isə ara vermədən hey danışırdı. Tələbə yoldaşları Lalənin bu qədər danışmağına təəccüb edirdilər. Lalə sözünü dayandırıb üzünü Mehribana çevirərək dedi:

- Ey, ay qız, niyə uymusan? Fikrin dağda daşda gəzir. Mənə niyə qulaq asmırsan? Bu saymamazlıqdır axı.

Mehriban rəfiqəsinin xasiyyətinə bələd olduğu üçün ona belə dedi:

- Az, sən nə danışırsan, səhərdən səni dinləmirəmmi?

- Yox, yox dinləmirsən. Dinləsən heç olmasa sifətində bir reaksiya hiss edərdim.

Mehriban olduqca sadə, könül sındırmaz qız idi. Bilirdi ki, bu vəziyyətdən çıxmasa ona baha başa gələcək. Odur ki, qayıtdı ki:

- İstəyisrən son cümlələrini də təkrar edim?

- Elə – deyə Lalə dilləndi.

- Elə isə dediklərini təkrar edirəm. “Fikrət bir gün məni görməyə gəlmədiyinə görə “von otsyuda” deyib onu qovdum”. Bax indi gördünmü mən söhbətini dinləyirdim.

- Onda de görüm, mən düzmü eləmişəm?

- Əlbəttə Yox. Sən qıza layiq olmayan hərəkətlərinlə öz gələcək həyat yoldaşını təhqir etmisən. Şəxsən mən sənin gələcək yoldaşının yerinə olsam, bununla da bütün münasibət­lərimə xitam verərdim. Sən elə bilirsən ki, öz etdiyin hərəkət­lərin doğrudur? Yox əsla.

Bu sözdən sonra Lalə xüsusi bir tərzdə qayıtdı ki:

- O, Mənim dərdimdən dəli-divanədi. Dünya dağılsa da məndən əl çəkməz. Hara getsə də yenə mənim yanıma gələcək.

Mehriban ayağa qalxıb qətiyyətlə bildirdi ki, bu gündən sonra səninlə bir otaqda yaşamayacam.

- Nəyə görə? – deyə Lalə sual verdi

- Ona görə ki, sən vəfasızsan. Dost qədri, qardaş qədri, yar-yoldaş qədiri bilmirsən. Əgər belə deyilsə Fikrət kimi utancaq, sadə, mərifətli bir adamın hiss və duyğularına hörmət qoyardın.

Mehriban sözünü deyib paltarlarını yığışdırıb xalasıgilə yollandı. Yataqxananın girəcəyində Fikrətlə qabaqlaşdı. O, də­qi­qə də yarı ciddi tərzdə “burada neynirsiz” deyə tərs-tərs Fikrəti süzdü. Fikirət onun cavabını qaytarmamış, Mehriban sözünü davam etdi:

-Mən sənin üstündə onunla bir yerdə qalmamaq üçün çıxıb gedirəm. Sən isə qətiyyətsizliyini və acizliyini nümayiş etdirirsən. Sənə “von atsyuda” deyən adam səni it yerinə qo­yursa gələcəkdə atana, anana, qardaş-bacına hansı qiyməti qoyacaq? Xəbərin varmı ki, kişi olan bəndə bu sözdən sonra geri qayıtmaz.

Fikirət Mehribanın bu sözlərindən sonra sanki xəcalət çəkdi. Bir anlıq günahkar insan kimi yerindən tərpənmədi. Tər onu basdı. Mehriba­nın qılıncdan kəsərli sözləri elə bil onu qəflət yuxusundan oyatdı. Artıq Mehriban 10-15 addım atıb getmişdi ki, Fikrət özünü ona çatdırıb dedi:

- Yaxşı, onda gəl maşına əyləş, səni getdiyin ünvana aparım.

O, Mehribanın əlindən zəmbilləri alıb maşına qoydu. Tez qabaq qapını açıb ondan əyləşməyi xahiş etdi. Mehriban bir söz demədən maşına əyləşdi. Maşın Yasamaldan üzü Keşlə qəsəbə­sinə doğru yol aldı. Hər ikisi bu müddət ərzində bir kəlmə belə danışmadılar. Maşın Mehribanın xalasıgilin qapısında dayandı. Fikrət tez düşüb Mehribanın zəmbillərini götürüb qapıya qədər apardı. Ayrılanda biri-biriləri ilə xüdahafizləşmədilər.

O gün­dən Fikrət birdəfəlik Laləylə əlaqəni kəsdi. Di gəl ki, Mehribanın onun yadından çıxmayan sözləri qulağında san­ki, əks səda verirdi. Arabir öz-özünü mühakimə edərək Lalənin necə də maskalandığını indi dərk edirdi. Bir tərəfdən də Mehri­ba­nın düzgünlüyü sevməsi, ağıllılığı, rəfiqələri arasında ən cazibədarlığı ilə seçilməsi diqqətindən yayınmırdı.

Bir gün Fikrət universitetdən çıxanda yenə də təsadüfən Mehribanla rastlaşdı. Salam verdi. Mehriban onun salamı alandan sonra Fikirət qayıtdı ki, sən Allah, səndən soruşacağım bir neçə suala çavab ver.

- Nədir elə? – deyə Mehriban dilləndi.

- Onda xahiş edirəm maşına əyləş, səni aparım, yolum Keşləyə tərəfdir, həm də bu barədə söhbət edək.

Mehriban onun sözünü yerə salmayıb maşına əyləşdi. Yolda söhbətə başladılar. Fikrət dilləndi:

- Son günlər üzündə bir qədər kədər duyuram. Bir şey olmayıb ki?

- Olubdur, bəli. Atam maşın qəzasında ağır yaralanıb. Üç gündür ki, 4 saylı xəstəxanada yatır. Bu gün saat 5-də onun üzərində əməliyyat aparacaqlar. Elə özümüz də bu işlə bağlı çox narahatıq.

Fikirət o dəqiqə bu xəstəxanada cərrah işləyən həkim qo­hu­munu xatırlayıb ondan soruşdu:

- Həkimi kimdir?

- Bilmirəm bir yaxşı insandır. Özü də bizim Tovuzdandır.

- Onda gedək görək o, kimdir – deyib maşını xəstəxanaya tərəf sürdü.

Fikrət elə xəstəxananın qapısınınnın ağzındaca qohu­muy­­la rastlaşdı. Görüşəndən sonra ona bildirdi ki, ən yaxın bir dostunun atası bu gün burada əməliyyat olunmalıdır. Onun üçün buraya gəlib. Həkim Fikrətdən xəstənin adını soruşanda, o, cavab verdi:

- Məmməd Məmmədovdur.

- Öz eloğlumuzdur. Bir saatdan sonra əməliyyata girə­cəm. Narahatçılığa dəyməz. Gedin iki saatdan sonra gəlin. İn­şal­lah, yaxşı olacaq.

Onların hər ikisinin üzündə arxayınçılıq və ümid işığı sezildi. Artıq cəsarət edib nəsə demək istəyən Fikrət Mehriba­na yaxınlaşıb təsginlik veməyə başladı...

Artıq iki saat keçmişdi. Bakıda Məmmədin nə qədər qo­hum-əqrəbəsi var idisə hamısı bura toplaşmışdı. Fikirətin Meh­ribanla yaxınlığını görən qohum-əqrəbanın dodaqaltı yoz­dur­maları da nəyəsə işarə edirdi. Əməliyyatın uğurla keçməsi hamını sevindirmişdi. Məmmədin böyük oğlu Vahid həkimə şirinlik vermək istəyəndə həkim etiraz edib qayıtdı ki:- A yerli, sənin bacınla mənim qohumum dostdurlar. Məni el-oba arasında biabırmı etmək istəyirsən? Bu mənim bor­cum idi ki, mən etdim. İkincisi isə Allaha şükür ki, bu əməliy­yatı mənə həvalə etmişdilər. Çox çətin olsa da 40 illik təcrü­bəm bu gün hoyuma yetdi.

Artıq bir həftədən sonra xəstə ayağa durdu. Müalicəsinin davam etdirmək üçün evə buraxıldı.

Fikrətlə Mehribanın arasında bir-birindən xəbərsiz ilğım bir istək yaranmışdı. Amma söz düşəndə “biz bir-birimizlə dostuq” deyirdilər. Bir gün Fikrət əlinə düşmüş bir neçə foto-şəkli Mehribana gösrərmək üçün görüşməyi təklif etdi. Mehri­ban imtahanlara hazırlaşdığını ona demədən görüşə gəldi. Universitetin çayxanasında oturub şirin-şirin söhbətə başladılar edirdilər. Birdən Mehriban dilləndi ki, yaxşı, bura məni niyə çağırmısan? Fikrət cibindən 10-ədəd şəkil çıxarıb ona uzatdı. Bu şəkillər Lalənin müxtəlif oğlanlarla çəkilmiş şəkilləri idi. İçərisində çox açıq-saçıq formada qucaqlaşmaları, öpüşləri əks etdirənləri də var idi. Mehriban şəkilləri bir xeyli gözdən keçi­rib Fikrətin özünə qaytardı. Sonra isə dedi:

- Mən bu qıznan çoxdan qurtarmışam. Sənin məqsədin nədir axı?

Fikirət utana-utana dilləndi:

- Mənim o qohumum həkim əl çəkmir ki, sabah Məmməd kişiyə qonaq gedək. Nə deyirsən, biz Tovuza gedək, ya yox?

- Bu nə deməkdir ki, atam sənin qohumunu çoxdan gözlə­yir. Buyurub getsin. Gözümüz üstə yeri var.

- Əsas sənin razılığındı – deyə Fikrət Mehribanın üzünə baxdı.

Eyni zamanda əlindəki telefonla onun səsini də gizlin yazdırmağa başladı. Mehriban yenidən dilləndi:

- Ay Fikrət, mən imtahandayam. Ona görə də gedə bil­mi­rəm. Mən razıyam ki, sənin qohumların istədiyi vaxt atamın qonağı ola bilər. Atam onu öz xilaskarı bilir. Bu nə danışıqdır ki, mən razılıq verirəm, ya yox?

Onlar çay içə-içə bir az da söhbət etdikdən sonra ayrıldı­lar. Evə çatanda Fikrəti sanki kimsə yaxasından tutub silkələ­yirdi ki, sən oğurluq ha etmirsən. Bu qıza niyə öz fikrini bildirmirsən? Bu an əl telefonu ilə Mehribanın nömrəsini yığdı. Lakin, tez də söndürdü. Özündə cəsarət tapmadığından xeyli gəzişəndən sonra Tovuzun Kirən kəndindən şair Fəxrəddin tərəfindən göndərilmiş zoğal arağından bir stəkan doldurub başına çəkdi. Handan-hana arağın təsiri bütün utancaqlığa son qoydu. Bayaqdan yığıb danışmağa cəsarət etmədiyi nömrəni yenidən yığdı. Xəttin o başından Meh­ri­banın “bəli” səsi eşidil­di. Zəng edənin Fikrət olduğunu bildikdən sonra isə:

- Nə olub, ay Fikrət, nə xəbər var, xeyirdimi? – deyə Mehriban təəccüblə soruşdu.

- Xeyirdi, mənim mələyim. Mən sənin razılığını almaq üçün elçilərimi sizə göndərirəm. Səni bu dünyada hamıdan çox sevirəm. Biz həm dostuq, həm də eşqin Leyli və Məcnunu! Bu sözləri sənə çoxdan deməliydim. Əgər cəsarət suyundan dad­ma­say­dım yenə də deyə bilməyəcəkdim.

Mehriban Fikrətin baxışlarından, utancaqlığından onu çoxdan duymuşdu. Təəccüblüsü də indiyə qədər fikrini demə­mə­si idi. O dəqiqə hər şeyi başa düşüb qayıtdı ki, Fikirət, bu gün yat, dincəl, yadına düşsə dediklərini sabah təkrar görüşən­də deyərsən.

Doğrudan da bu iki il ərzində Fikrət bircə dəfə də olsa əlini ona toxundurmamışdı. Bu dəfə də səhər durub özünü səliqəyə salaraq təzə aldığı paltarını geyinib maşını qızın xala­sının qapısına sürdü. Mehribanı görcək irəli yeriyib salam verərək əlini ona uzatdı. Hər ikisi ilk dəfə idi ki, belə görüşürdülər. Sonra isə Fikrət imtahandan sonra axşam dedik­lə­rini xatırlayacağını və bir rahat yer tapıb ona deyəcəyini dedi. Mehribanın imtahandan “əla” alması hər ikisinin əhvalını daha da qaldırdı. Onlar bir-birinə qoşulub dəniz kənarına getdilər. Söhbət əsnasında Mehriban dedi:

- Axşam deyəsən toyda olmusan. Möhkəm içmiş adamla­ra oxşayırdın.

Fikrət sözün haraya və nəyə işarə olunduğunu yaxşıca dərk etdiyindən belə cavab verdi:

- Yox, heç bir toyda olmamışam. Amma sənə dediklərimə görə də peşman deyiləm. Evlənməymiz üçün qəti qərarımı bil­dir­mişəm.

Bu dəfə Mehribanın yanaqlarında bir qızartı göründü. Qeyri-ixtiyari olaraq başını Fikrətin sinəsinə söykədi. Xeyli baxışdıqdan sonra min ilin həsrətliləri kimi bir-birinə sarmaş­dılar...

Bu gün başqa bir gün idi. Sən demə bu gün Mehribanın həm də doğum günü idmiş. Fikrət hər şeyi düşünüb daşınmışdı. Onun barmağının ölçüsündə bir üzük, bahalı bir bilərzik də almışdı. Bir gündən sonra elçilər artıq yola düşmüşdülər. Meh­ri­ban da telefonla anasına hər şeyi deyib hazırlıq işləri görmə­sini tapşırmışdı.

Artıq Məmmədin evində böyük hazırlıq işləri gedirdi. Məmməd böyük oğlunu da telefonla çağırmışdı. Qohum-əqra­ba hərə bir işin qulpundan yapışmışdı. Aşıq Əkbərin dalınca da adam göndərilmişdi. Aşıq Əkbər Məmmədlə çoxdan dostluq edirdi. Əgər Qaraçöpə və uzaq yerlərə getməyibsə bu çağırışa mütləq gəlməliydi. Allahdan olan kimi Aşıq Əkbər evdə idi. Heç nə demədən ayağa durdu. “Allah mübarək eləsin” deyib balabançı Müseyibi də maşına oturdub Məmmədin evinə gəldi. Elə bu dəm elçilər də onlarla dabanbasaraq maşından yerə düşdülər. Məmməd gələnlərlə öpüşüb görüşəndən sonra dedi:

- Ay uşaqlar, o erkəyin ikisini də bura gətirin görüm. Mən əhd eləmişəməm, bu xilaskarım – həkimim, bir də bülbüllər bülbülü Aşıq Əkbər bizə gəldiyinə görə qoçdan qurban kəsəm.

Məmməd bu sözləri deyib hər iki dostunun ayaqları altında qurbanı özü kəsdi. Bir azdan elçilər mətləblərini dedi­lər. Məmməd ayağa durub razılığını bildirdi. Aşıq Əkbər də ayağa durdu. Əvvəlcə “Divani” oxuyub sonra isə şahanə səsi ilə ruhları yerindən oynatmağa başladı. Gecə səhərə kimi unudulmaz anları yaşayanlar Əkbərdən doymadıqlarını bildir­dilər.

Doğrudan da bu bir tarixi və unudulmaz günə çevrildi. Məmmədin oğlu Pənah müəllim söz alıb dedi:

- Atamı cərrahiyyə əməliyyatı edəndən sonra istədim hə­ki­mə min manat hörmət edəm. O, isə yaxın buraxmadı. Bu gün bu min manat Aşıq Əkbərə çatacaq. Aşıq Əkbərin telli sazıyla ilahi səsinin şəfası da bizim üçün əzizdir.

O, bunu deyib min manatın da üstünə əlavə beş yüz qoyaraq pulu Aşıq Əkbərin cibinə qoydu. Sonra isə ondan bir “Heydəri” havasını və “Mənsuriyyə” zərbi-muğamını oxumağı xahiş etdi. Sübhə qədər bülbül kimi cəh-cəh vuran Aşıq Əkbər fələklə əlləşirdi. Kürəyinə isti təzə-təzə çatırdı.

Nəhayət söhbət toyun nə vaxta salınmasından düşdü. Məm­­məd dedi ki, Aşıq Əkbər, bu uşaqların toyunun vədəsini sən özün de. Aşıq Əkbər 25 iyul tarixinə qız, 26 iyul tarixinə isə oğlan toyunun salınmasını məsləhət gördü. Hər iki gəncin toyu sazlı, sözlü keçdi. Xeyir-dualarını isə Aşıq Əkbər verdi. Bu cütlük xoşbəxt ailə həyatı qurdu.

MARAQLI ƏHVALATLAR

Kərəmdən betər yanan Kərəm
Anam və xalalarım atası Kərəm kişi haqqında bildik­lərini bizə də söyləmişdilər. Anam Pəri xanım deyirdi ki, anamız seyid Salatının, yaşlı vaxtı tez-tez atam Kərəmi və dayılarım Vəkillə İslamı yadına salıb xısın-xısın ağlaması bizləri də kövrəldirdi. Anamın dediyinə görə atası Kərəm kişi deyirmiş ki, Ərdəbildə varımız, dövlətimiz, pulumuz çox idi, ata və anam haqqa itaətli mömin insanlar idi, kimsəni özlərindən narazı salmazdılar. Onun o tayda qalan Pəri, Safora, Xuraman, Sultan adında bacıları, Fərhad adında qızlardan və özündən kiçik bir qardaşı da var imiş...

Kərəmin atası Əli bir gün yuxudan ayılıb tez arvadı Sənəmi səsləyir. Sənəm cavab verir:

- Nədir a kişi nə olub?

- Gəl bura, sənə bir yuxu danışım.

- Onda, a kişi, yuxunu məndən əvvəl çaya söylə, sonra mənə söylərsən.

- Yox. Arvad, hər ikinizə söyləyəcəyəm. Gecə yuxumda gördüm ki, Kərəm evimizdən bir yolluq çıxıb gedib. Ha yana getdiyini kimlərdən soruşuramsa, hamısı görmədim deyir.

Sənəm ona deyir:

- A kişi Allah xeyrə çevirsin. Mən də son zamanlar belə qatma-qarışıq yuxular görürəm. Yaman narahatam. İcazə ver­sən qonşumuz molla Yolçuya bir Quran açdırardıq. Axı baxıcı kimi ona pənah gətirənlərin sayı-hesabı yoxdur.

- Nə deyirəm arvad, dur, ikimiz də gedib ona quran aç­dıraq.

Hər ikisi qonşuluqda yaşayan baxıcı Yolçunun yanına gəlirlər. Yuxu barəsində heç nə deməyərək Əli kişi deyir ki, gəldim ki, bir özümə baxdırım.

Yolçu deyir ki, gəlmisiniz, düz eləmisiniz. O, “bismillah” deyib Quranı açır. Nə oxuyursa başını bulayıb, Kitabı bağlayıb, təzədən bir də açıb nəsə oxuyur. Sonra qayıdır ki:

- Hayıf ki, evinizdə bir oğlunuzun ayrılığı olacaqdır. Am­ma ki, sağ-salamatlıq görsənir. Ayrılıq Tanrının əlindədir. Onun yazısına pozu yoxdur. Siz buna hazır olmalısınız.

Kərəmin atası Əli kişi məşhur ovçu olduğundan adla söylənirmiş. Hər ayda bir neçə dəfə ova çıxarmış. Bu dəfə də hazırlaşıb yola düşmək istəyəndə oğlu Kərəm ona yaxınlaşıb xahiş edir ki, ata, mənim də səninlə ova getməyimə icazə ver. Atası Kərəmə anasından razılıq almasını söyləyir. Kərəm çevri­lib anasından icazə istəyir. Anası deyir ki, atandan ayrılma, özü də əynini yaxşı geyin.

Kərəm ən yaxşı paltarını geyinib, üstündən bahalı qızıl kəmərini qurşayır. Cibinə bir ovuc qızıl pul qoyub, atası verən tüfəng və güllə darağını çiyninə salıb, atı minib atası ilə ova gedir. Onlar gəzə-gəzə Araz çayının kənarına gəlirlər. Kərəmin atası uzaqdan görünən ceyran balasını nişan alıb, tətiyi çəkir. O dəqiqə də körpə ceyran yerə sərilir. Əli yetirən kimi onun başını kəsib dərisini soymağa başlayır. Bu tərəfdən də Kərəm bir dovşanı görüb onu vurmaq üçün arxasınca qaçmağa baş­layır. Başını qaldıranda özünü yad bir yedə görür. Sən demə Arazı keçibmiş. Xeyli ora-bura at sürür və getdikcə uzaqlaşır. Bu yandan Kərəmin atası ceyranı soyub qurtarır, baxır ki, Kərəm yoxdur. Xeyli onu səsləsə də cavab vermir. Bir qədər meşəni gəzib evə qayıdır. Güman edir ki, yəqin Kərəm evə qayıdıb. Gəlib evdə Kərəmi tapmayanda ağlayıb deyir:

- Arvad, o ceyran balasına güllə atan zaman barmaqlarım quruyaydı. Elə bil o dəqiqə ürəyimə damdı ki, bala öldürənin balasını əlindən alarlar. Elə Yolçu düz deyirmiş, Kərəmi bir daha görə bilməyəcəyik.

Əli kişi qonşularla, qohumlarla yığışıb təzədən Arazın kənarında olan sıx meşəliyi və ətrafı möhkəm gəzirlərsə də, tapa bilmirlər. Kərəmin anası, atası, bacıları və qardaşı onun intizarıyla alovlanmağa başlayırlar. Hər yana xəbər göndərirlər ki, kim Kərəmdən soraq versə, ona ürəyi istədiyi qədər muştuluq verəcəyik.

Görək Kərəm neylədi. Kərəm atını minib yavaş-yavaş tanımadığı bir kəndə gəlir. Axşam kənddəki evlərin birində gecələyib, səhər tezdən geri qayıtmaq üçün atını minib Arazın kənarına gəlir. Görür ki, xeyli sayda hərbiçi əli silahlı hər tərəfi tutublar. Nə İrana gedənləri buraxırlar, nə də oradan Şimali Azərbaycana gələnləri. Kərəm nə qədər edirsə Arazdan keçib evlərinə qayıtmasına icazə vermirlər. Ona və digərlərinə deyir­lər ki, bizə yuxarıdan verilən ciddi əmrdir. Kim bu əmrə tabe olmasa yerindəcə güllələnəcək. Kərəm kor-peşman gecə qaldı­ğı kəndə gəlir. Bu kəndin ağsaqqalları ona deyirlər ki, bu əmri Stalin verib, hələlik qal, yaşa, nə vaxt icazə verilsə qayıdarsan.

Kərəm bir neçə gün Astarada, Lənkəranda, Masallıda gə­zib dolaşır. Sonra o Cəlilabadın hansısa bir kəndinə gəlir. Bir cavan gəlin görür ki, Kərəmin belində bahalı bir qızıl kəmər var. O, bunu nə yolla olur-olsun ondan almaq niyyəti ilə onu evlərinə dəvət edərək bircə qardaşının olduğunu və əslən də Təbrizdən olduqlarını deyir. Kərəm etiraz etmir və onlara gəlir. Təzəcə əyləşmişkən içəri bir kişi daxil olur. Sən demə bu kişi həmin gəlinin əri imiş. Onlar bu qurğunu birlikdə qurubmuşlar. Bir qədər söhbətdən sonra süfrəyə xörək gətirirlər. Bu xörəyə xaşıl deyirlər. Gəlin üstünə bəkməz tökülmüş xaşılı iki sini qabda süfrəyə qoyur. Kərəm baxıb görür ki, xaşıla tökülən bəkməzlərin rəngləri fərqlidir. Tez ev sahibinə deyir ki, gedək hər ikimiz də əlimizi yuyaq gələk. “Nə deyirəm gedək yuyaq” deyə ev sahibi ayağa durur. Əllərini yuyub içəri daxil olanda Kərəm İrandakı ənənəyə uyğun olaraq üzünü ev sahibinə tutub deyir:

- Ağa buyur, ağa buyur.

Ev sahibi birinci keçib əyləşir. Süfrəyə qoyulmuş xaşılın birincisi də ev sahibinə düşür. Sən demə qadın Kərəmi zəhərlə­yib öldürmək üçün həmin birinci sinidəki xaşıla zəhər tökübmüş. Ev sahibi həmin xaşıldan 3-4 qaşıq yeyəndən sonra yerindəcə canını tapşirır. Kərəm ayağa durub insan donunda olan bu iblis qadını tərs-tərs süzərək atını minib evdən çıxır.

Kərəm öz atı ilə Gəncəyə gəlib çıxır. Burada ev tapıb düz 6 ay yaşayır. Amma daim gözdə-qulaqda olur ki, yollar nə vaxt açılacaq. Nəhayət bir gün bir həmyerlisi ona deyir:

- Kərəm, neçə ki, Sovet Hökuməti var, İranla Azərbaycan arasında gediş-gəliş olmayacaq. Sən fikirləş, özünə ev-eşik düzəlt, evlən, ailə qur.

Kərəm qayıdır ki:

- İnsanlar belimdəki qızıl kəmərə görə dəfələrlə məni öldürməyə cəhd ediblər. Mənə elə yer göstər ki, gedib o ucqar yerdə Allah adamlarıyla yaşaya bilim.

Həmin adam deyir:

- Bizim cəddi peyğəmbər övladı bir möcüzkar həm­yer­­limiz olub. Adına da Mirəli ağa deyərlər. Ondan törəyənlərdən biri də Hacı Əhməd ağadır. Hal-hazırda yaşadığı kəndə də Seyidlər (indiki Tovuz rayonunun Qaradaş kəndi. O vaxt bölgə Şəmşəddil mahalı adlanırdı – M.H.) deyirlər. Belə götürəndə bu kəndin kökü Mirəli ağanın törəmələri sayılır.

Kərəm atını satır. Belindəki kəməri, cibindəki qızılları gizlin saxlayaraq birbaşa Qaradaş kəndinə gəlir. Mirəli ağanın böyük törəmələrindən olan Seyid Vəkil ağa və onun övlad­ları Kərəmi doğmaları kimi qəbul edib xoş münasibət göstərirlər.

Aradan bir xeyli vaxt keçəndən sonra Kərəm ona ailə həyatı qurmaq haqqında verilən məsləhətlərə cavab olaraq deyir ki, siz nə desəniz ona razıyam. Odur ki, seyid Məşədi ağanın ortancıl qızı Suqranı ona göstərirlər. Kərəm razılığını bildirir. Axşamı isə ortançıl bacısı Suqradan 3 yaş böyük olan Salatını Kərəmə gəlin köçürürlər. Səhər Kərəm baxır görür ki, Suqranın yerinə Salatını gətiriblər. Tay-tuşları da onunla dilxoşluq edərək deyirlər ki, alanda görmədinmi bu kimdir? Kərəm əhvalını pozmadan deyir ki, mən öz yerimdə sayılıb-seçilən bir adam idim. Allah versəydi öz malımı, pulumu, ad etdiyim qızı öz elimdə, obamda mənə qismət edərdi. Allah mə­nə qisməti Suqra ilə yox, Salatınla qoşa yazıb.

Kərəmlə seyid qızı Salatınının 4 qızı, 2 oğlu olur. Sonra­lar oğlunun biri ölür. Kərəm İranda qalan baçı-qardaşının adlarını övladlarına (Pəri, Safora, Xuraman, Sultan və Fəhrad) qoymaqla böyük təsəlli tapır.

O, son nəfəsində bu sözləri deyib:

- Allah məni Ziyadxan oğlu Kərəmdən də betər yandırdı. Bu ayrılıq illərimdə hər gecə röyada ata-anamı, qardaş-bacımı görürdüm. Səhər yuxudan duranda isə sarsılırdım. Kaş yuxu­larım çin çıxaydı.

Aşıq Əsədin narahatçılığı

Aşıq Əsəd Rzayev öz sənətkarlığı ilə sevilib seçilən korifey aşıqlardan biri olub. Onu həm xalq, həm də dövlət çox yüksək qiymətləndirib. Dövlət onun rəhbərliyi ilə aşıqların Moskvada, Bakıda, respublikamızın rayonlarında zəhmətkeşlər və cəbhədə döyüşən igidlərimizə konsertlər verməsini təşkil edib. Özü də dövlət tədbirlərinə hazırlaşan zamanı Aşıq Əsəd və digər sənətkarları mərkəzə dəvət edərək həftələrlə xüsusi məşqlərə cəlb edirmişlər. Burada cavabdeh dövlət nümayən­dələri də bütün gedişatı izləyirmiş.

Məşqlərin birində Aşıq Əsəd iki naməlum adamın Səməd Vurğun haqqında etdikləri xoşagəlməz söz-söhbəti eşidir. O vaxt Azərbaycana rəhbərlik edən Mircəfər Bağırovun Səməd Vurğunu repressiya ilə məhv etmək üçün Stalinlə danışmaq fikri varmış. Səməd Vurğunu məhv etmək üçün qurulan qurğu­nun icrasını sürətləndirmək istəyənlərin başında duran erməni­lər və erməni xislətli özümüzünkülər də dəridən, qabıqdan çı­xır­mış­lar.

Aşıq Əsəd bu sohbətləri Səməd Vurğuna çatdırmaq istəyir. Onsuz da Səməd Vurğun Aşıq Əsəd və Aşıq Mirzə ilə görüşəndə sübhə qədər onların çalıb-çağırmasından doymur­muş. İşin tərsliyin­dən Səməd Vurğun da Moskvaya gedibmiş. Nə vaxt gələcəyi də kimsəyə məlum deyilmiş. Aşıq Əsədin eşitdikləri isə onu çox narahat edirmiş. Bu xəbəri ona özü şəxsən deməli idi. Odur ki, Aşıq Əsəd götürüb S.Vurğuna belə bir məktub yazır: “Səməd, bu şeirin çavabını özün mənə üzbəüz verməyini istəyirəm. Moskvadan gələn kimi mənə baş çək. Hörmətlə, Aşıq Əsəd”.


Sən sarıdan narahatam,

Heç düşmürsən ələ, Səməd.

Qıyma mənə, yasa batam,

Gərəksən sən elə, Səməd.

Anla sözün mənasını,

Yaşa mərdlər dünyasını.

Eşit dostun sədasını,

Qarışmaynan külə, Səməd.


Yaxşıları tez əkirlər,

Görənin gözün tökürlər.

Qəddimizi tez bükürlər,

Səni tutar tələ, Səməd.


Say seçmələr dəstələnir,

Beynimdən od tüstülənir.

Can kədərdən xəstələnir,

Ömrü vermə yelə, Səməd.


Ey Əsədin can sirdaşı,

Sil gözümdən axan yaşı.

Mərd meydanda olma naşı,

Dön çağlayan selə, Səməd.


Aşıq Əsəd məktubu S.Vurğunun yaxın dostlarından olan Osman Sarıvəlliyə verib deyir ki, şair gələndə ona verərsən və deyərsən ki, mə­nimlə də əlaqə saxlasın.

Aşıq Əsəd Tovuza gedir. Bir neçə gündən sonra Səməd Vurğun Moskvadan qayıdır. Dostu məktubu ona verir və Aşıq Əsədin onunla görüşmək istədiyini deyir. S.Vurğun Aşıq Əsədin şeirini oxuyur və bu şeirin belə yazılma­sından Aşıq Əsədin dərin narahatçılığını hiss edir. Arası iki gün çəkmir ki, Səməd Vurğun Qazağa gedəndə Tovuzda Aşıq Əsədlə görüşür. Aşıq Əsəd eşitdiklərini danışır və ona ehtiyatlı olmağı tapşırır. Səməd Vurğun gülümsəyib:

- Ustad, diqqətinə görə təşəkkürümü bildirirəm. Yaxşı ki, əli kürəyimdə olan ulu Tanrımız və sənin kimi dədə ozanlarımız var. İnşallah heç nə olmaz – deyərək Aşıq Əsədlə görüşüb yoluna davam edir.
Aşıq Yusif Yusifovdan 1991-ci ildə yazıya aldım - M.H.

Aşıq Mikayıl Azaflınin Aşıq Musa ilə

görüşü
Qaraçöplü Aşıq Musa təkcə Qaraçöpdə deyil, bütün Gəncəbasarda, Tovuzda, Qazaxda, Borçalıda, Göyçədə, Başke­çiddə, Qarayazıda, Qarabağda, Şirvanda öz saz-sözü ilə tanı­nan el sənətkarı olub. Üzünü görməyənlər belə onun qoşqu­larını sevə-sevə öyrənib toplantı və digər məclislərdə oxuyur­muşlar. Qaraçöp məclislərinə dəvət edilən aşıqlar bir ustad kimi Aşıq Musanın xeyir-duasını alarmışlar, onunla yekbəyek deyişməyə cürət etməzmişlər.

Tovuzlu adıbəlli el şairi, ustad aşıq Mikayıl Azaflı da cavanlığında Aşıq Musanın məclisində olmuş, onun xeyir-dua­sını almışdır. Özünün söylədiyinə görə 18-20 yaşlarında ustadı Aşıq Əsəd Rzayevlə Aşıq Mirzə Bayramov Qaraçöpə toya dəvət olunublarmış. Toy yiyəsi isə gənc Mikayıl Azaflının sorağını eşidibmiş. Aşıq Əsədi toya çağıranda da ondan xahiş edibmiş ki, Mikayıl Azaflını da özləriylə gətirsinlər, Aşıq Musa başda olmaqla bütün Qaraçöp camaatı onun da iştirakını arzulayır. Mikayıl Azaflını çağırmağı da toy yiyəsinə Aşıq Musa tapşırıbmış.

Mikayıl Azaflı da gənc olmasına baxmayaraq zil şahanə səsiylə, dəyərli və kəsərli şeirləriylə çox tanınırmış. Axı Aşıq Əsəd kimi sazın-sözün koroğlusu olan ustaddan dərs almışdı. Di gəl ki, yenə də öyrənməkdən, yazıb yaratmaqdan doymaz­mış. Bir tərəfdən də Qaraçöplülərin saza-sözə vurğun­luğu, el sənə­ti­nə və sənətkarına ehtiramı barəsində məlumatı varmış. Qara­çöplü Aşıq Musanın şeirlərini də yaxşı bilirmiş.

Ustadı Aşıq Əsəd ona deyəndə ki, Mikayıl, hazırlaş bir həftədən sonra sən də bizimlə Qaraçöpə gedirsən, o, öz məsu­liyyətini bir daha anlayır. Xülasə, vədə vaxtı Aşıq Əsəd, Aşıq Mirzə və Mikayıl Azaflı ata suvar olub söhbət eləyə-eləyə Ceyrançöldən keçib Qaraçöpə gəlirlər. Soraqlaşıb toy evini tapırlar. Elə oradaca camaat onların ayaqları altında qurban kəsib ellikcə onlara xoş gəlmisiniz deyirlər. Aşıq Əsəd məclisə varid olan kimi ilk növbədə dostu və həmkarı Aşıq Musanı soruşub deyir ki, hanı mənim qardaşım? Mən Musanın xeyir duasını dinlədikdən sonra məclisi başlayacağam. Toy yiyəsi qayıdır ki, ustad, üzürlüsünüz, siz məclisi açın, Aşıq Musa harada olsa gələcək. Sən demə, xəbərləri yoxmuş. Aşıq Musa mağarın xəlvət bir yerində oturub qulaq asırmış.

Aşıq Əsədlə Aşıq Mirzə məclisi divani ilə açıb ustadnamə deyə-deyə davam etdirən zaman qəflətən ikisi də səslərinı xırpadan kəsib üzündən nur yağan bir ağsaqqal kişi ilə görüşürlər, əhval-pürsanlıq edirlər. Azaflı Aşıq Musanı üzdən tanımadığı üçün yəqin edir ki, hansısa el ağsaqqalıdır. Bu dəm Aşıq Əsəd Çevrilib deyir:

- Oğlum, bu kişi haqqında sənə danışdığım Aşıq Müsa babandır. İndi yaxın gəl, tanış ol və görüş.

Aşıq Musa onu quçaqlayıb doğması kim üç dəfə alnından öpür. Sonra zarafatla qayıdır:

- Mikayıl, bala kişi kişiylə bax belə görüşməlidir. Bir də ki, a göyçək bala, sənin haqqında Əsədlə Mirzə qardaşım çox danışıb. Eşitmişəm ki, özün çox yaxşı şairsən. Bəs onda niyə özündən də oxumursan?

Mikayıl Azaflı sıxıla-sıxılacavab verir:

- Ay ustad, böyük ustadların gövhər qiymətli şeirlərini nə vaxt xalqa çatdırdıq ki, hələ bir öz sözlərimi də deyim?

Bu haqlı və tutarlı cavabdan sonra Aşıq Musa sağ əlini Mikayılın çiyninə qoyub gülümsəyir. Sonra isə qayıdır ki, yox, ay Mikayıl, təvazökarlıq eləmə, aradabir özündən də oxu.

Bu görüşdən sonra məclis davam edir. Aşıq Əsədin tükürpədici vahiməli səsi Koroğluya köklənir, Aşıq Mirzənin bülbül və şahanə səsi könülləri ehtizaza gətirir. Məclis əhli nəhayət Mikayıl Azaflını eşitmək istədiklərini deyirlər. Gənc aşığa geniş meydan verilir. Sözünü Dədə Qorqutdan, Yunis Əmrədən, Qurbanidən, Abbas Tufarqanlıdan başlayan gənc aşıq nəinki toy əhlinin, eləcə də ustadların diqqətini özünə cəlb edir. Məclisdə oxuduğu şeirlərin əksəriyyəti Aşıq Əsədin, Aşıq Mirzənin, Qaraçöplu Aşıq Musanın və özünün şeirləri olur. Düz üç gün, üç gecə davam edən bu məclis hər kəsdə unudul­maz, xoş bir xatirəyə çevrilir.

Elə ki toy başa çatır, camaat aşıqları şad-xürrəm və razı yola salan zaman Aşıq Musa gənc Mikayıl Azflıya:

- Ay Mikayıl, gəl sənin alnından öpüm. – deyə onun alnından yenə də üç dəfə öpür. – Ustadına bərəkallah olsun. Bir də ki, sənin nəmərini mən verirəm, bərəkətini Tanrı versin – deyib cibindən bir çəngə pul çıxarıb Mikayıl Azaflının cibinə basır. – Oğlum, ustaddan, müəllimdən, ağsaqqaldan xeyir dua qa­zan­maq, siftə almaq da qismətdir. Birdə ki, bu siftədən ya­nındakı Aşıq Əsədnən, Aşıq Mirzəyə verənin xalası evlərində qız qarısın – deyə zarafatında da qalmır.

Aşıqlar Aşıq Musayla xüdahafizləşib ata suvar olub Tovuza qayıdırlar. Evə çatanda Aşıq Əsəd Mikayıl Azaflıya deyir ki, a bala, a Mikayıl, gətir görək Qaraçöplülər bizə nə verib. Həm də pulu­muzu bölək. Mikayıl pulun ümumi məbləğini sayaraq de­yir ki, ustad, burdan beləsi sənindir. Aşıq Əsəd deyir ki, oğlum, bu pulu üç yerə böl. Aşıq Mikayıl etiraz edir ki, siz ustadsınız, mən də şəyirdəm. Aşıq Əsəd də, Aşıq Mirzə də qayıdırlar ki, yox, oğlum, sən bizimlə qoşa oxumusan. Bu gündən adınla qoşa yazılan “Azaflı” ləqəbiylə qazanacağın ad, şöhrət və bu pullar halalın olsun.

Aşıq Mikayıl Qaraçöplü Aşıq Musanın ona verdiyi pulu da ortaya qoyur. Hər iki ustad deyirlər ki, Mikayıl, bu sənin siftəndir. Ona görə də o bölünmür. Bir də ki, Aşıq Musa dedi ki, bu puldan ustadlara verənin xalası evdə qız qarısın. Xalan yazıqdı, qoy evdə qalmasın. Bu sözdən sonra üçü də qəh-qəh çəkib gülüşürlər. Həmin pulu da siftə kimi Mikayılın özünə qaytar­ırlar.

Bundan sonra Mikayıl Azaflı Musa kişinin təklifiylə tez-tez Qara­çöpə toya dəvət alır. Hər toyda yadda qalan günlər yaşayır. Aşıq Musadan da çoxlu dastan, rəvayət və olmuş əhvalatlar öyrənir.

İllər keçir, Mikayıl Azaflı həbsdə olduğu vaxt da Aşıq Musa onunla daim maraqlanır. Qaraçöpdə böyük məclislərin Koroğlu aşığı kimi təsdiqlənən Aşıq İmran Həsənov da həm­karı Aşıq Mikayıl Azaflının xüsusi hörmət-izzətlə yada salın­masının şahidi olur.

Günlərin bir günündə Aşıq İmran Həsənov Qara­çöpdən toydan qayıdırmış. Bu zaman Aşıq İmrana bir məktub və 200 manat da pul verib deyirlər ki, bunu Aşıq Musa verdi ki, Tovuzda Mikayıl Azaflıya çatdırsın. Aşıq İmran məktubu və pulu həmkarı Mikayıl Azaflıya çatdırır. Mikayıl Azaflı da məktubu alıb oxuyur. O, dostunun necə olduğunu soruşur. Aşıq İmran Aşıq Musanın qocaldığını və çox kövrək olduğunu deyir. Amma məktubdakı şeir hər ikisinin diqqətini cəlb edir.

Aşıq Musa məktubda yazıbmış ki, ay Mikayıl, göndərdiyim bu şeirə cavab yaz, özün də mənə baş çək. Yol haqqını da göndərdim. Aşıq Musanın bu hərəkəti Mikayıl Azaflıya möh­kəm toxunur. Yenə də ürəyində zamanın haqsızlığını, başının qarışmağını xatırlayıb bu qınağın haqlılığını da anlayır. Öz-özünə düşünür ki, kişi düz yazıb, indən sonra tez-tez gedib ona baş çəkərəm. O, Aşıq Musanın cavabını isə belə yazır:

Aşıq Musa
Yaylaqlarda toy-düyünün çağıdı,

Arzulu toyları çalsan necədi?

Özüm bağban , könlüm bülbül bağıdı,

Küsənin könlünü alsan necədi?


Mikayıl Azaflı
Tale qismətimə toy-düyün yazıb,

Toy-düyün mənimdi, çalaram, ustad.

Coşuban çağlayıb, şir kimi qızıb,

İncimiş könlünü alaram, ustad.

Aşıq Musa
Bəyənmişəm İmran ilə, Əkbəri,

Hüseyn, Nağı, Həsən, kor Ələkbəri.

Yaşat Əsəd, Mirzə kimi kəsləri,

Dünyamda dünya tək qalsan, necədi?


Mikayıl Azaflı
Əsloğlu Məhəmməd, o şair İbad,

Misgin Həsən, Teymur söylənir ad-ad.

Mən Aşıq Musaya baxarammı yad?!

Ürəkdə od-ocaq qalaram ustad.


Aşıq Musa
Qocalıq Musanı təkləyib, sıxıb,

Dostlar da yan ötüb, qiyqacı baxıb.

Sənin bu sinəni yandırıb-yaxıb,

Arabir boşalıb-dolsan, necədi?


Mikayıl Azaflı
Qəm söyləyib, Azaflını ağlatma,

Ümidinin qapısını bağlatma.

Məni nahaq çoşduruban çağlatma,

Qaynayıb, boşalıb-dolaram , ustad.


Aşıq Musa Mikayıl Azaflıdan məktubun cavabını alandan bir neçə ay sonra dünyasını cənnətməkanlıq edir. Yenə də Aşıq İmran Qaraçöpdən toydan qayıdanda bu acı xəbəri Mikayıl Azaflıya deyir. Bu böyük sənətkar və dost itkisi Mikayıl Azaf­lını çox məyus edir. Bu münasibətlə götürüb belə bir qoşma yazır:
Ağlaynan ürəyim, qan-yaş tök, gözüm,

Aşıq Musa gövhər-kanım köç edib.

Gedib məzarına qoy sürtüm üzüm,

Sənətində sultan-xanım köç edib.


Dillərdə dastandı söhbəti-sözü,

Ruhən sağ qalıbdı, qapanıb gözü.

Onu əvəz etməz , cəmləşsə yüzü,

Qaraçöpdə ilk həyanım köç edib.


Tək evdən yox, böyük eldən ayrılıb,

Şeir-sənət, şirin dildən ayrılıb.

Soşqun dəniz, daşqın seldən ayrılıb,

Azaflıyam, din-imanım köç edib.


Aşıq Musanın qırxından sonra Mikayıl Azaflı ustad Musa Qaraçöplünün məzarını ziyarət edir.

Allah hər iki ustad aşığı­mıza rəhmət eləsin.




Aşıq İmranın Aşıq Musa ilə görüşü
Ölməz şah sənətkarlarımızdan biri olan Aşıq İmran Həsə­novu Qaraçöp toylarının bülbülü sanırdılar. O, böyük el məclis­lərinə yetirmələrindən Aşıq Mahmud Məmmədov, Aşıq Qəh­rə­man, balabançı Abbas İsmayılov, Əsgər Həsənovla (qardaşı) və digərləri ilə birgə gedərmiş. Aşıq İmranın bu eldə-obada böyük hörməti varmış. Qaraçöpün ağsaqqalları və hörmətli ziyalıları daim bu sənətkarları yüksək qiymətləndirər­mişlər. El ağsaq­qalı, ustad aşıq olan Musa Qaraçöplünün də Aşıq İmrana Aşıq Əsəd, Aşıq Mirzə, Aşıq Mikayıl Azaflıya olduğu qədər xoş münasibəti varmış. Aşıq Musa deyir­miş ki, Aşıq Əsədlə, Aşıq İmran sənət meydanında əsl Koroğ­lu olurlar, sözün əsl mənasında bəziləri kimi baş girləmək, yola vermək yox, əsl sənətkarlıq nümayiş etdirdilər. Aşıq İmran da Aşıq Musa haq­qında dəyərli fikirlər söyləyib.

Bir gün Aşıq İmran Qaraçöpdən məktub alır. Məktubu gətirən adam dil cavabı ona belə deyir:

- Aşıq İmran, düz bir ay sıra ilə toy edəcəksən. Bunun üçün sənin ailənin bir aylıq bazarlığının pulunu da göndəriblər. Al, bu da pul.

Aşıq İmran vədə vaxtı Aşıq Mahmudu, Aşıq Qəhrəmanı, Abbas İsmayılovu da götürüb Qaraçöpə gəlir. Məclis başlayır. Püşkatma yoluyla aşıqların hansı dastanı danışacaqları məlum olur. Odur ki, “Abbas və Gülgəz”, “Qurbani”, “Novruz və Qəndab” dastanlarını danışmalı olurlar. Şəyirdlərin ikisi də cavan olduğun­dan tez yoru­lurlar. Aşıq İmran onları məcburi olaraq toy yiyəsi tərəfindən onlara ayrılmış yataq otağına göndərir özü isə məclisi davam etdirir.

Aşıq İmranda belə bir adət vardı ki, oxuyanda səsi daha da açılar, zəngulələri ildırım kimi çaxardı. O, oxuduqca, danışdıq­ca yorulmazdu. Elə bil ki, dincələrdi.

Toyda Aşıq Musa Aşıq İmranı bir tərəfə çəkib xəlvətcə pıçıldayır:

- Artıq on sutkadır ara vermədən çalıb-çağırırsınız. Razılıq ver, gedib başqa aşıqlar çağıraq. Sən də şəyirdlərin kimi bir qədər dincəl.

Söz Aşıq İmrana toxunur. Cavabında qayıdır ki:

- Ay Musa əmi, mənə də “basılmaz İmran” deyərlər, toy qırx gün, qırx gecə davam etsə də meydandan çıxan dryiləm. Bir halda ki, belədi, sənin xatirinə “Koroğlunun Toqat səfərini” başlayıram.

Aşıq İmran bu söhbətdən sonra dastanı danışmağa başlayır. O, danışıb oxuduqca coşub ilhamlanır. Koroğlu havalarından “Dəli Koroğlu”, “Meydan Koroğlu”, “Cəngi Koroğlu”, “Ərəbi Koroğlu”, “Bozuğu Koroğlu”, ”Müxəmməs Koroğlu”, ”Laçını Koroğlu” sanki insanları coşdurur.

Elə ki, dastan qurtarır, Aşıq İmranın gözünə yenə Aşıq Musa görünür. Onun yanına gəlib deyir:

- Ustad, yaman narahat görünürsən.

Aşıq Musa deyir:

- Ay İmran, mən səni Koroğlu bilirəm. Doğrudan da ustadına bərəkallah.

Aşıq İmran isə məhz onun xatirinə “Şah İsmayıl və Ərəbzəngi” dastanını da başlayır. Düz altı saata dastanı danışııb müxəmməslə sona verir. Bundan sonra Aşıq Musa qayıdır ki:

- Aşıq Əsəd öz səsiylə çox otuzluq lampaları söndürüb, sənin fikrin nədi?

Aşıq İmran görür ki, Aşıq Musa onu növbəti sınağa çəkir. Aşıq Əsədə deyir ki, o səsdən məndə də var. Heç birimiz Aşıq Əsəd olmasaq da özümü sınamağa hazıram. Sonra divardan asılmış iki otuzluq lampanın yanına gələrək zildən elə oxuyur ki, lampanın biri sönür. İkinci bənddə də ikinci çırağı söndürür. Bütün bunları gözüylə görən Aşıq Musa heyranlıqla razılığını bildirir və cibindən çıxarıb Aşıq İmrana bir çəngə pul verib deyir:

- İmran, gənc olsan da mənim qibtə etdiyim aşıqsan. Bu gündən səninlə dostam. Bu şeiri də indi bədahətən deyirəm:


İlahi kərəmi-kamına şükür,

Özü boyda alovuymuş, bu İmran.

Ağzından ləl-gövhər, cəvahir trökür,

Sənətdə nər, Koroğluymuş, bu İmran.


Füzulidən, Nizamidən söz açdı,

Onun meydanından çoxları qaçdı.

Lampalar söndürüb, özü nur saçdı,

Həm mülayim, həm coduymuş , bu İmran.


Tərlan sayaq səkə-səkə yeridi,

Məclisində danışanlar kiridi.

Bəlkə Allah möcüzəsi, sirridi,

Biz bilməyən, çox uluymuş, bu İmran.


Qoymadı Qəhrəman, Mahmud oyansın,

Qarşısında fağır-fağır dayansın.

Nə əyilsin, nə büdrəsin, nə sınsın,

Vuran əlin sağ qoluymuş, bu İmran.


Lərzə saldı bədənimə səsinnən,

İldırım çaxışlı gur nəfəsinnən.

Aşıq Musa doyammadı səsinnən,

Susmaz kaman, ya uduymuş bu İmran.


Allah hər iki ustada rəhmət eləsin!
Oğurluğun uğurluluğu

(Vəli oğlu Alının söhbətlərindən)
1941-45 müharibəsinin qızğın çağları imiş. Vəli oğlu Alıya hərbi komissarlıqdan müharibəyə getmək üçün çağırış vərəqəsi gəlibmiş. Alı günlərini sayırmış ki, vaxtı gəlsin, o da qohum-əqrəbayla xüdahafizləşib müharibəyə yollansın.

Günlərin birində o, kəhər atını minib qonşu kənddə yaşayan əmisigilə gedəndə görür ki, bir buynuzlu erkək sürü­dən aralanıb kolun dibində otlayır. Fikirləşir ki, qismətdir, bu erkəyi kəsib əmimə sovqat aparım. Adını da qoyaram ki, də­dəm sizə sovqat göndərib. Tez erkəyi kəsib, cəmdəyini doğra­yıb atın tərkindəki xurcuna qoyur. Yenə də heç nə olmamış kimi atını minib yola düşür. Bir az getmiş o, yolun kənarında bir “vilis” və bir neçə adamın dayanıb söhbət etdiyini görür. Bunların içində hərbi komissarı tanıyıb salam verir. Komissar salamı alıb Alıya deyir:

- Cavan oğlan, bu kəndin kolxoz sədrini tanıyırsanmı?

- Bəli, tanıyıram, yoldaş polkovnik. – deyə Alı cavab verir.

- Onda durma, atını səyird, onu tapıb deynən bizə bir heyvan kəsib bişirtdirsin, qonağım var.

Alı o dəqiqə qayıdır ki:

- Yoldaş polkovnik, mən bir erkək cəmdəyini xurcuna qoymuşam. Ola bilərmi ki, onu bu yaxınlıqdakı yeməkxanaya verib yemək hazırladım?

Polkovnik Alının üzünə baxıb deyir:

- Niyə olmur? Apar ver. Amma gözlə biz nahardan du­ran­da bir mənnən də görüş.

Bu sözdən sonra Alı atı yaxınlıqda olan yeməkxanaya sürür. Cibində olan 50 manat pulun 10 manatını kababçıya əlhaqqı verir. Sonra çöldə gözləyir. Hərbi komissar və onun üç qonağı nahar edib çölə çıxırlar. Komissar üzünü Alıya tutub deyir:

-Kimsən, nəçisən?

- Yoldaş polkovnik, qonşu kənddənəm, sizin tərəfdən müharibəyə getmək üçün çağırış vərəqəsi almışam. Gedirdim ki, əmimin ailəsiylə görüşəm.

Polkovnik deyir:

- Əvvəla, sənə altı ay əlavə vaxt verdim. Sonra isə, hələ yeyilməmiş 7-8 şiş kababımız qalıb, onu da sən ye, işinin dalınca get. Dost-qohumla görüşünü sonraya saxla. Amma arada bir təmiz beçə balınız olsa 2 ramka mənə gətirərsən.

Alı bu sözdən sonra çox sevinir. Ona görə ki, müharibədə bir saniyənin də, altı ayın da yaşantısını dərk edirdi. Aradan 10 gün vaxt keçir. Alı beş ramka xalis beçə balı, təzə inək yağı, motal şoru, süd və qaymaqla dolu üç səbət doldurub rayon mərkəzinə gedir. Komissara xəbər göndərir ki, anam ona bir az sovqat göndərib, onu kimə verim? Komissar öz adamına tapşırır ki, ona de ki, aparıb evimizə versin.

Alı onun yaşadığı mənzilə gəlir. Ərkyana onun xanımyla görüşüb sovqatı ona verir. Beş hinduşkanı, erkək cəmdəyini və digər gətirdiklərini də evə qoyur.

Elə bu vaxtdan da onun hərbi komissarla, rayon partiya komitəsinin katibiylə, prokuror və milis rəisi ilə yaxınlığı və dostluğu başlayır. Komissar Rayon Partiya Komitəsində Alını tərifləyərək deyir: “Belə qabiliyyətli, iş bilən, qoçaq adam yoxdu. Məsləhət görürəm ki, arxa cəbhədə kolxoz qurucu­luğunda onu sədr təyin edək. Özünü də ümümiyyətlə mühari­bəyə ketməkdən saxlayaq”.

Onlar Alını doğrudan da kolxoz sədri təyin edib, müha­ribəyə getməkdən yayındırırlar. 1970-ci ilə qədər bu vəzifədə çalışır. Oğurluğun uğurluluğu düşərli olur.



Bir çaynik çaya 14 qr. qənd
Səlim təsadüfən həmkəndlisi Kərimlə rayon mərkəzində görüşürlər. Xeyli əhval-pürsanlıqdan sonra Səlim deyir:

- Ay Kərim, gedək Ağacanın çayçısında bir çay içək.

- Nə deyirəm, oturub söhbətimizi də davam etdirərik – deyə Kərim razılığını bildirir.

Odur ki, hər ikisi bir-birinə qoşulub çayxanaya gəlirlər. Bir boş stola yaxınlaşıb çay sifariş verirlər. Elə bu vaxt Kəri­min gözü divardan asılmış bir elana sataşır. Orada “bir çaynik çaya 14 qr. (qram) qənd” yazılıbmış. Kərim fikirləşir ki, onsuz da qəndin birini 10 yerə bölüblər. Odur ki, əlini atıb qənd qabından 14 qırıq qəndi sayıb üç-üç, dörd-dörd ağzına atmağa başlayır. İkinci stəkanı sona vurub çayçını səsləyir. Çayçı onun yanına gəlib nə lazım olduğunu soruşur. Kərim çayçıya deyir:

- İndiyə kimi sizin qədər insaflı çayçı görməmişəm. Amma əliniz bərəkətsizdi. Bu qəndqabını böyük edin, özünü də ağzına qədər doldurun.

Çayçı tez başqa bir qənd qabını ağzına qədər doldurub stola qoyur. Aradan bir az keçmiş çayçı baxır ki, müştərisi qəndi xışmalayıb qovurğa təki ağzına atır. Tez onun yanına gəlib deyir:

- A qardaş, bu nə ehsandır, nə də toyuq dənidir. Bax gör divardan nə yazıb asıblar.

Kərim heç kefini də pozmayıb deyir:

- Mən də o yazılana görə 14 qırıq qəndə bir stəkan çay içirəm. Burada nə təəccüblü iş var ki?

Çayçı baxır ki, müştərisi “qram”-ı, “qrıq” kimi başa düşüb. Təzədən onu başa salır:

- A qardaş, sən məktəbə-zada gedibsənmi heç? Əşşi bu “qırıq” yox, “qram” sözüdür.

Kərim də cavab verir:

- Vallah qəndi o qədər kiçik doğramısan ki, adam çaş-baş qalır. Adam beyinsiz olsa eybi yoxdur. Di gəl ki, xəsislik və müştərinin cibini sənin təki kəsmək həm cinayətdir, həm də bağışlanmaz günah. Sən qəndi normal doğrasan divardan asılan elana ehtiyac qalmaz. Müştərini aldatmaqla özünü beyinli saymağın sonu yoxdu.

XATİRƏLƏR

Aşıqlığa sevgini məndə

Aşıq İmran yaradıb
Hələ uşaqkən, 10–12 ya­­­ş­­­larəmda mənə aşıq sə­­nə­tini sevdirənlər bir tərəf­dən atam Hüseyn, anamın da­yı­sı se­­yid Əziz baba, qonşu­muz seyid Ziyad idisə, bir tə­rəfdən də tanınmış korifey aşıq­lar idi. Bu baxımdan olmuş bir əhva­latı xatırlatmaq isəyirəm.

Qudrətli saz-söz ustadı, Əməkdar mədəniyyət işcisi, 6-cı ümumdunya festivalinin laureatı, misilsiz Koroğlu aşığı sayılan, “Şərəf nişani” ordeni ilə təltif olunmuş Aşıq İmran Həsənovla üz-üzə, göz-gözə, diz-dizə bircə dəfə də olsa oturub-durma­mışdım. Bütün bunlara baxmayaraq orta məktəb illərində onun şəklini özüm də bilmədən karandaşla çəkmişdim. Bu şəkli ilk dəfə görəndə kimya muəllimimiz Səfxan Qasımov heyranlıqla demişdi:

- Aşıq İmranın rəsmini nə gözəl işləmisən. Sabah aşıq Əkbəri də çəkib gətirsən, sənə əhsən deyəcəm.

Mən onu inandıra bilmədim ki, heç bir fotodan istifadə etməyərək öz təxəyyülümlə işləmişəm. Səfxan müəllim sual verdi ki, bəs necə oxşatmısan? Mən aşıq İmranın səsində olan əzəmətin, zəngulənin, coşğunluğun, professional ifa taktika­sının və onu tanıyanların danışıqlarından bəhrələndiyimi və onun ifasına böyuk sevgimin olduğunu söylədim. Bunları deyəndən sonra Səfxan müəllim mənə bir kağız, bir qələm verərək dedi:

- Əə, sən kimi aldadırsan? Yaxşı deyiblər, “Arşın burda, bez burda”, indi dediklərini sübut elə.

Mən heç yerə baxmadan əvvəlkindən də yaxşısını cəkdim. Tənəffusdə o, məni götürüb müəllimlər otağına apardı. Hər iki şəkli müəllimlərə gostərərək məni həddindən cox təriflədi və gələcəyin isə gözəl rəssamı olacağımı söylədi. Elə bil o gündən məndə bir dəyişiriklik baş verdi. Olduqca dəcəl idim. Dərslərimdə də fəal idim.



İlk dəfə dərnəkdə başa duşdüm ki,

şeir nədir

Hələ 6-cı sinifdə oxuyarkan ara-sıra şeirlər yazaraq ­ya­­şıdlarıma və ağsaqqallara oxuyardım. Ədəbiyyat müəllimim Təbiət müəllim bir neçə dəfə şeir yazma taktikası, fikri düzgün ifadə etmək, real həqiqətləri şərh etmək barəsində mənə məsləhətlər də vermiş, səhv etməməyin vacibliyini bildirmişdi.

Bir gün 4 qoşmamı və 2 gəraylımı Tovuzda nəşr olunan “Həqi­qət” adlı qəzetə təqdim etdim. Elə o həftə də iki qoşma və bir gəraylımı qəzetdə dərc etdilər. Özümə də məktub göndərdilər ki, iyunun 26-sı saat 12-də yazdığın başqa şeirləri də özünlə götürüb qəzetin nəzdində yaradılmış H.Bozalqanlı adına şeir dərnəyinə gəl.

O vaxt sevincimin həddi-hüdudu yox idi. Özümü kəndi­mizin Səməd Vurğunu sanırdım. Bir tərəfdən də məni Tovuzun mərkəzinə dəvət etmişdilər. Hamı mənə bəxtəvər kimi baxırdı. Bircə atam narazılıq edirdi. O, mənim dərsləri buraxıb aldadıcı şeylərlə məşğul olmağımı istəmirdi. Atam mənə anamdan xəlvət xeyli pul verdi. Anam da əlavə pul xərcləməmək ücün bizə yol xərcliyi və yemək pulu vermişdi.

Mən deyilən vaxtda rayon mərkəzində çağırıldığım ün­vanda oldum. Xeyli adam var idi. Hamının ehtiyat elədiyi, çox ciddi görkəmli, “Həqiqət” qəzetinin baş redaktoru Musa Musayev adımı çəkib ora-bura boylandı. Ayağa durub, “bur­dayam” dedim. O, şeirlərimin qəzetdə çıxması münasibətiylə məni təbrik edəndən sonra yeni şeirlərimi oxumağımı təklif etdi. Mən bir qoşma söylədim. Yerdə bizi qiymətləndirən Səlim Sinədəftər, İsa Cavadoğlu, Süleyman Osmanoğlu mənim qeyrilərinə baxanda fərqli olduğumu desələr də məni elə kökə saldılar ki, onda bütün məsuliyyəti anladım. Şeirlərimi geniş müzakirə edərək gələcəkdə səhv etməməyimi məsləhət gör­dülər. Sonda Musa Musayev məni ruhlandıraraq 3 şeirimi də götürdü.

Mənə ilk dəfə şeir nə olduğunu bir daha bu dərnəkdə anlatdılar. Yaxşı ki, şeiriyyata bələd idim. İncisəm də, utansam da haqlı olaraq bu reallıqla razılaşdım. Bu məclisdə Mikayıl Azaflıyla Əkbər Cəfərov da iştirak edirdi. Hər ikisi əlimi sıxıb həvəsdən düşməməyimi və mütəmadi olaraq bu şeir dərnəyində iştirak etməyimi məsləhət gördülər.

Həmin gün Mikayıl Azaflı məni də götürüb köhnə bazar deyilən bir yerdə yeməkxanaya getdi. Oranın müdirinə dedi ki, dostumun oğludur, hər yerdə də yemək yemir, gör neyləyirsən. Biz süfrə arxasında xeyli söhbət də etdik. Mən özümü dünyanın ən xöşbəx adamı sanırdım. Ona görə ki, əzəmətli, adlı-sanlı bir korifeylə birgə oturmuşdum. Ürəyimdən keçirdi ki, kaş kəndimizin uşaqları məni burda görəydilər. Elə bu vaxt seyid Əli ilə seyid Qəzənfər də içəri daxil oldular. Ustadla və mənimlə salamlaşıb bizimlə bir stolda oturdular. Mən Mikayıl əmiyə dedim ki, bunlar bizim kəndçilərimizdir. O, üzünü onlara çevirib mənim barəmdə dedi:

- Ay seyid babalar, dostumuz Huseynin oğlu nə gözəl şair imiş. Allah saxlamış nə yaxşı şeirlər yazırmış. Bu gün çoxlarından fərqləndiyi ücün “Həqiqət” qəzetində bir neçə şeirini dərc edəcəklər. Mutləq alıb oxuyun.

Mikayıl Azaflıyla da ilk görüşüm elə buradan başladı. Sonra respubliramızda nəşr olunan “Azərbaycan gəncləri”, ”Pioner” və b. mətbu orqanlarında mütəmadi olaraq şeirlərim dərc edildi.


Savadsız aşıq duzsuz xörəyə

bənzəyər
9-10-cu siniflərdə oxuduğum illərdə özündənrazı olma­ğım məni geri salırdı. Muəllimlərim atamla danışanda deyir­dilər ki, Məhərrəm çox istedadlıdır, daimi çalışıb oxusa ali məktəblər üzünə açıq olacaq. Atam hər axşam dərslərimi oyrənməmiş məni yatmağa qoymazdı. Çox vaxt dərslərimi öyrənəndən sonra xalq dastanlarını oxuyardım. O vaxt “Abbas və Gülgəz”, “Əsli və Kərəm”, “Alı xan və Pəri xanım” və “Koroğlu” dastanlarını, Aşıq Ələsgərlə Huseyn Bozalqanlı haqqında dastan-rəvayətləri demək olar ki, əzbərləmişdim. Aşıq İmrana vur­ğunluğum da elə buradan yaranmışdı.

Zil və məlahətli səsim olduğu üçün fərqinə varmadan harda gəldi mahnı oxuyardım. İstəyirdim ki, Aşıq İmran kimi oxuyam. Onun vurduğu zəngulələri etmək ücün xəlvəti yer tapıb məşq edirdim. Radionun “Bakı” və ”Araz” kanallarında həftədə iki gün saat 17:25-də başlayan aşıq musiqisini harada olsam da dinləməyə çalışırdım. Elə olurdu ki, 3-4 km-lik məsafəni qaça-qaça gəlib özümü verilişə çatdırardım. Uşaq­lıqda qaçışda məni ötən yox idi.

Radioda kimlər oxuyacağını da bilirdim. Havaları, sözləri də öyrıənmişdim. Aşıqların ağızlarını yamsıla­maqla, oxuduq­ları kimi oxumaqla bir növ onların təqlidçisinə vrilmişdim. İmranı, Əkbəri, Azaflını, Kamandarı, Əmrahı təqlid etməyim onları mənə doğmalaşdırmışdı. Hüseyn Saraclının danışığı, Hacı Bayramovun xalq deyimlərindəki sehr, İmranın zəngin dili, Azaflının danışıq nitqiylə bərabər hərəkətləri, məclis aparma, insanlarla ünsiyyətdəki səmimi, etik munasibətlər mənim həvəsimi birə min artırırdı.

Hərdənbir kənd ağsaqqalları və cavanları İmranla Əkbər ifacılığından söhbət salar, kimisi İmranı, kimisi də Əkbəri tərifləyərdi. Elə bil ki, İmranı hamıya qısqanırdım. İstə­yirdim hamı mən deyəni desin ki, İmran bütün aşıqların şahıdı.

Kəndimiz Qaradaşda (Seyidlərdə) məktəbimiz səkkizillik olduğundan sonrakı sinifləri qonşu Böyukqışlaq orta mək­təbində oxuyurdum. Hər səhər saat 6-da durub Muzəffər muəllimin oğlu Bulbullə dərsə yollanırdıq. Biz bu 7 km-lik yolu necə getdiyimizi hiss etmirdik. Digər şagird yoldaş­larımızdan tez çatırdıq.

Məktəbin sayılıb-seçilən muəllim­lərindən Paşa müəllim, Abul müəllim, Mehbalı müəllim, Qiyas müəllim, Qələndər müəllim, Mikayıl müəllim, Novruz müəllim, Mahizər müəl­limə, Firuzə müəl­limə və b. bizim dava­miyyət və oxumağımızı digər şagirdlərə nümunə göstərirdilər. Hamı Bulbullə mənə “seyid” deyə muraciət edirdi.

Bir dəfə rus dili müəllimimiz Huseyn muəllim məni “Seyid, gəl dərsi danış” deyə lövhəyə çıxartdı. Mən lövhəyə çıxdım. Dərsi danışdım. Mənə “4” qiyməti yazdı. Yeni dərsi izah edəndən sonra üzünü bizə tutub “kimin sualı var” deyə müraciət etdi. Əlimi qaldirdım. O, “buyur” deyə dilləndi. Mən ondan mənə niyə 4 yazdığını soruşdum. O, səbəb kimi rus dilində əzbərlədiyim A.S.Puşkinin şeirindəki intonasiya qü­surlarımı göstərdi. Mən isə uşaq dəcəlliyimdəki hərəkətlərimlə “müəllim, siz də mənim seyid olmadığımı bilə-bilə mənə seyid deyirsiniz, siz də bu intonasiyanızı düzəldin” dedim. Huseyn müəllim ağzını açmaq istəyirdi ki, zəng çalındı. O, gülümsəyib jurnalı yığışdıra-yığışdıra “gələn dərsimizdə sənə niyə seyid dediyimi deyəcəm” deyib xudahifizləşdi.

Növbəti dərsdə Huseyn muəllim öz pedoqoji təcrübə­sindən istifadə edərək sual-cavabla şagirdləri qiymətləndirib təzə dərsi izah etdikdən sonra mənim sualımın üstündə dayandı. Olduqca mədəni, savadlı, təmkinli, gözəl boy-buxunlu, səliqəli geyimi ilə fərqlənən Huseyn müəllim ana tərəfimin məşhur Mirəli ağanın (Alı dədənin) törəməsi oldu­ğunu, ata tərəfdən isə Qarabağa kök bağlılığımı qeyd etdi. Sonra məni şagird yoldaşım Bulbullə fərqləndirərək mənim südlə, onun isə sümüklə gələn seyid­liliyimizi dedi.

Oxuduğumuz bu iki ildə Böyukqışlaq mədəniyyət evində dəfələrlə Tovuzun azman sənətkarlarının kecirdiyi konsert məclislərində iştirak etmişəm. Aşıq İmran, Aşiq Əkbər, Mikayıl Azaflı, Aşıq Nağı Rzayev, Aşıq Mahmud, Aşıq Əlixan, Aşıq Yusif, Aşıq Yunis, Aşıq Qədir və b. ilə daha yaxından tanış və dost olmuşam. Bir dəfə Huseyn muəllim Aşıq İmrana dedi ki, Aşıq İmran, bu balaca seyidin bənzərsiz səsı və istedadı var. Onu bir ustad kimi yoxlasan yaxşı olar. Aşıq İmran qayıtdı ki, ay Huseyn muəllim, Məhərrəmin haqqında mənə deyiblər, qoy vaxt eləyib evimizə gəlsin.

Biz vədələşdik. Gələn bazar günü onun yanına getdim. Məni özu qarşılayıb evə apardı. Evdə Bakıdan və başqa yer­lərdən qonaqlar var idi. Bir az sonra əlindəki sədəfli sazı mənə uzadıb dedi ki, al bir hava oxu. İlk dəfə “Cəngi”ni çalıb oxudum. İçəridə olan adamlar və ustadın özünün üzündə razılıq hissi duydum. Aşıq İmran soruşdu ki, daha nə oxuya bilərsən? Mən də “nə istəsən” deyib onun özünün oxuduğu kimi “Nə­fəsalmaz Koroğlu”nu oxudum. O, gulə-gülə əlini kürəyimə vurub “əhsən, əhsən” dedi. Elə bu vaxtı Aşıq İmranın atası Mehralı kişi icəri daxil oldu. O:

- Nə gözəl səsin var, a bala, Allah saxlasın – deyib mənimlə görüşdü.

Aşıq İmran sazı əlimdən alıb sual verdi:

- Məhərrəm, neçənci sinifdə oxuyursan?

Cavab verdim:

- Onuncu sinifdəyəm, ustad!

- Dərslərindən necəsən?

- Pis deyiləm.

- Onda uşaqlar sənə bir neçə sual versinlərmi?

- Əlbəttə, versinlər.

Orada onun böyük oğlu Əmrah (o, təzəcə tibb univer­si­tetinə daxil olmuşdu) mənə ədəbiyyatdan, kimyadan, tarix­dən, coğrafiyadan xeyli suallar verdi. Hamısına da cavab verdim.

Aşıq İmran atası tərəfə çevrilib dedi:

- Ay dədə, Məhərrəmdən aşıq olacaqmı?

- Mehralı kişi qayıtdı ki:

- Ay İmran, olacaq, amma...

Bu vaxt Aşıq İmranın süfrəyə xörək düzən həyat yoldaşı Səlmi xanım dilləndi:

- Əşşi, nə amması var. Səs bunda, gözəllik bunda. Elə bil ki, İmranın cavanlığıdı.

Mehralı kişı dedi:

- A Səlmi, səhərdən onun səsinə heyran kəsilmişəm. Uşaqlar da xeyli sual-cavab ediblər. Cox xoşuma gəldi. Qoy ali məktəbə imtahan verib qəbul olunsun. İndi onu məktəbdən ayırmaq olmaz. Birdə ki, olmağına, öyrənib aşıq olacaq, amması da budur ki, savadsız aşıq olacaq.

Məni bu danışıqlar razı salmadı. İllərlə qəlbimdə dunya qədər ümid bəslədiyim Aşıq İmran mənim şagird olmağıma niyə özu qərar vermirdi axı? Elə bunu fikirləşirdim ki, Aşıq İmran “bismillah edin” deyə bizim sufrəyə əyləşməyimizi təklif etdi. Mən ac olsam da imtina edib tox olduğumu söy­lədim. Aşıq İmran məni anladığından yanımda əyləşib dedi:

- Məhərrəm, sizin kənddə bu xörəyə nə deyilir?

Cavab verdim:

- Xaş.


- Ona duzu kim salıb tamlandırır? Əlbəttə özümüz. Onda bir qaşıq ondan dad.

Mən bir qaşıq xaşdan ağzıma aldım.

- Duzsuz, tamsız xörək sənə ləzzət verdimi?

- Yox! – deyə dilləndim.

- Onda duz tök xörəyinə. Mən xaşa lazımı qədər duz, sirkə, sarımsaqlı qatıq əlavə edib bir qaşıq daddım.

Aşıq İmran gülümsünüb dedi:

- Hə, indi necədir?

- İndi ləzzət verir – deyə cavab verdim.

- Bax, onda incimə. Mehralı baban da, mən də, sənin atan – dostum Huseyn kişi də təkidlə təklif edirik ki, sən ali təhsil alasan. Ona kimi də səsin daha da cilalanar. Bu bir həqiqətdir ki, savadsız aşıq, duzsuz xörəyə bənzəyər. İndiki dövrümüz təhsilə, savada, qiymət verir. Lazım olsa övladlarıma orta mək­təbdə oxuya-oxuya aşıqliq öyrədərdim.

Mən ustadı dərindən anladım. Bu gün ali universitet təhsilimin olması özumə və xalqıma gərəkli olmaqla hoyuma catır. Mən aşıq sənətində savadı əvvəl, sənəti sonra bilirəm. Böyük saz-söz karifeyimiz Huseyn Bozalqanlı dediyi kimi:


Arif məclisində, alim yanında,

Neçə dəfə imtahana düşmüşəm.


Aşıq savadlı olsa bütün maneələri asanlıqla aşa bilər. Doğrudan da aşıqlıq hər cəfəngin və kəmsavadın mənimsə­mədiyi çox mürəkkəb bir sənət, həm də cəsarətlə deyərdim ki, böyük elm deməkdir. Onu uni­versitet səviyyəsində tədris etdirmək gərəkdir.

Akademik Qoşqar Əhmədli ilə

tanışlıq
1975-ci ilin bir yay günü idi. Aram­sız yağan yağışlar davam edirdi. Ağsaq­qallar deyirdilər ki, son on ildə belə yağ­murlu yay olma­yıb. Bəzən yaşlı adamlar deyinirdilər ki, canımız bircə dəfə də olsa bu yayda qızın­madı.

Gədə­bəyin camaatı yaşadığı­mız kən­din içindən kedən yolla gedib-gəlirdilər. Havaların yağmurlu keçmə­sindən sel, su yolları bərbad vəziy­yətə qoymuşdu. “Vi­lis” maşının­dan başqa bu yollarda təkəmseyrək digər maşınlar gedib-gələrdi. Evimiz yolun qırağında idi. Atamı hamı tanı­dığından həmişə qonaqlı-qaralı olurduq.

Bir dəfə yenə də axşam şam yeməyindən təzəcə qalxmışdıq ki, kiminsə atamı adıyla səslədiyini eşitdik. Atam və mən tez bayıra çıxdıq. Bir orta yaşlı adam maşının ya­nında dayanmışdı. O, ata­­­­ma salam verib dedi:

- Allah qonağı qə­bul edirsənmi?

Atam gülümsünüb cavab verdi:

- Qonağa da, onu bi­zə qismət eləyən Al­la­hı­na da qurban olum. Buyurun, xoş gəlmisi­niz. Gözümüz üsüntə yeriniz var.

Atam tez irəli yeriyib qonaqla əl tutuşdu və bayır darva­zasını açdı ki, maşını qapıya versinlər. Maşından daha bir kişi və bir arıq oğlan da düş­d­ü. Atam onlarla da gö­rüşüb “xoş gəldin” edən­dən sonra hamısını evə dəvət et­di. Qonaqlar evə daxil oldu­lar.

Anam tez süfrəyə çay gətirdi. Arası on də­qi­qə çəkmədi ki, anam süfrəyə inək qaymağı və qoyun pendiri qoy­du, qa­zanın yarısına qədər dolu olan bozartmanı qablara çəkib stola düzdü. Ucaboylu adam qayıtdı ki:

- Gəlin Tanış olaq. Mə­nim adım Qoş­qar­dır. Bu qarda­şı­mın adı Şa­mil müəl­lim­dir, bu oğl­an isə Nizamidir. Mə­nim böyük oğ­lum­dur, uni­versi­tetin də tələbəsidir. Əslim Gə­də­bə­yin Sö­yüdlü kən­­­dindən­dir. Ba­kı­da ya­şayırıq. Hər il kəndə gəlib bir az din­cəl­məsəm rahat olam­mıram.

Atam qayıtdı ki:

- Olmaya sən mənim dostum Teymur müəllimin oğlu Qoşqarsan?

Qoşqar müəllim:

- Düz tapmısan, oyam ki ,oyam – deyib gülümsədi.

Atam yaxına gedib Qoşqar müəllimlə, Şamil müəllimlə, Nizamiylə təzədən qucaqlaşıb öpüşdü. Elə bil yer göy onun idi. Atamı Qoşqar müəllim də tanıyırmış. Atam tez mənə göz eləyib dedi ki, qoyunun içində ən yaxşı erkək toğlunu seçib bayıra çıxart. Sonra Qoşqar müəllimə dedi:

- A Qoşqar müəllim, sizdən bir xahiş etmək istəyirəm.

- Buyur, ay Hüseyn əmi, hazıram.

- Bir dəqiqəlik bayıra çıx, səninlə işim var. Xahiş edirəm sözümü yerə salma.

Qoşqar müəllim tez bayıra çıxdı. Atam əlimdən toğlunu alıb Qoşqar müəllimin ayaqları altında kəsdi. Bir azdan evdə yeyib içmək başladı, nə başladı. Məni mağazaya yollayıb bir neçə şüşə içki aldırdı. Düzdür, atam ömründə bir qram da olsa içki içməmişdi, amma qonağa hörmət əlaməti olaraq süfrəsini boş qoymazdı.

O gecə doğrudan da çox ürəkaçan bir gecə oldu. Axşam saat 12-yə qədər söhbətləri uzandı. Anam qonaq otağında qatı açılmamış yorğan döşəkləri əziz qonaqlar üçün açmışdı.

Qoşqar müəllimin dostluğu mənimlə tez tutdu. İlkin olaraq mənə dərslərimdən sual verdi. Hamısına cavab verdim. Sonra qayıtdı ki:

- Ay Hüseyn əmi, Məhərrəm bizim adamdı.

Atam gülümsəyib cavab verdi:

- Hələ sən onun səsini, dastan bilməsini, eşitməmisən. Mən istəyirəm ki, dastan oxumaqdan çəkinib vaxtını dərslərinə sərf eləsin. Amma sözümə baxmır.

Bu dəfə Qoşqar müəllim sual verdi ki, hansı dastanı bilirsən. Dedim “Abbas və Gülgəzi”, “Koroğlu” dastanının bütün boylarını və başqalarını da bilirəm. Qayıtdı ki, Abbas Tufarqanlının dastanında bir təcnis var, onu bilirsənmi? Dedim bilirəm, amma atamdan utanıram. O da qayıtdı ki, mən icazə alaram sən de. Mən “Gülgəz indi, gül gəzindi” adlı təcnis formasındakı şeiri əzbərdən dedim. Əlavə bir neçə şeiri də mənə danışdırdı. Yamanca xoşuna gəlmişdim.

Səhər açılanda atam onun tezdən yuxudan durduğunu görüb salam verdi və soruşdu:

- Qardaş oğlu, deyəsən yata bilməmisən?

Qoşqar müəllim:

- Yox yaxşı yatdım. Düzü bu kəndin mənzərəsi, hər tərəf­dən uca dağlarla əhatə olunması məni valeh edib. Nə gö­­zəl görünüşdür. – dedi və sifətində ilahi bir təbəssüm yarandı.

Atam Qoşqar müəllimə dedi ki, Məhərrəm bu kəndə bir şeir yazıb, stəyirsənsə oxusun. Qoşqar müəllim də “yaxşı olar, qoy oxusun” dedi. Mən bu şeiri əzbərdən söylədim:


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin