Baki avrasiya universiteti Elmi-nəzəri jurnal



Yüklə 4,01 Kb.
Pdf görüntüsü
səhifə11/27
tarix26.02.2017
ölçüsü4,01 Kb.
#9674
1   ...   7   8   9   10   11   12   13   14   ...   27

Nəticə 
Yuxarıda verilmiş faktlardan aydın görünür ki, çar Rusiyası imperiyası Qafqazda 
həyata keçirdiyi inzibati idarəçilik sistemində əsasən, ancaq xristian dininə məxsus olan 
insanların işləməsində maraqlı idi. Bəzi rus müəllifləri bunu o dövrdə Qafqazda müsəl-
manlar arasında ziyalı  təbəqəsinin az olması ilə  əlaqələndirsə  də, həqiqətdə bu belə 
deyildir. Çünki, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası elan edildiyi dövrdə 
cəmi aradan 4 il keçməsinə baxmayaraq Azərbaycanda kifayət qədər ziyalılar olmuşdur. 
Bu ziyalıların demək olar ki, heç birinə istisnalar olmaqla imperiya hökuməti idarəçilik-
də yer verməmişdi. Çar hökumətinin o dövrdə müsəlmanlara idarəçilik sistemində yer 
verməməsinin səbəblərindən biri də o dövrdə imperiyanın Qafqazın tamamilə xristian-
laşması siyasəti səbəb olmuşdur. Çar hökuməti bu işdə Qafqazın yerli sakinləri olan və 
o dövrdə imperiyanın siyasətinə uyğun hətta adları  dəyişdirilərək tatar adlandırılan 
Azərbaycan türklərinin hökumətin bu siyasətinə qarşı çıxacaqlarını çox yaxşı bilirdi. 
 
Qaynaqlar: 
1.  ARDTA, f.62, s.1, iş 39, v.9. 
2.  Azərbaycan tarixi. Yeddi cilddə. V cild (1900-1920-ci illər). Bakı: Elm, 2008, 696 s. + 40 
səh. illüstrasiya. 
3.  Azərbaycan tarixi sənədlər və  nəşrlər üzrə. Z.M.Bünyadovun redaktəsi ilə. Bakı: Elm, 
1990, 384 s. 
4.  Hacıyev Q.Ə. Qarabağ tarixi. Bakı: Təknur nəşriyyatı, 2014, 228 s. 
5.  Qarabağnamələr. Bakı: Yazıçı, 1991, 450s. 
6.  Məmmədov N.R. Azərbaycanın  Şuşa qəzası 1900 -1917-ci illərdə. Bakı: ADPU-nun 

Bakı Avrasiya Universiteti  
 
92
mətbəəsi, 2005, 169+9 s. 
7.  Piriyev Vaqif Ziyəddin oğlu Azərbaycanın tarixi-siyasi coğrafiyası. – Bakı: Müəllim nəş-
riyyatı, 2006, 148 s. 
8.  Кавказский  календарь  на 1905 год/Под  ред.  Е.Кондратенко.  Издание  Закавказского 
Статистического Комитета. Тифлись: Типография А.В.Кутателадзе, 1904. 
9.  Кавказский  календарь  на 1907 год/Под  ред.  Д.Д.Пагирева;  Издание  Закавказского 
Статистического Комитета. Тифлись: Типография К.П.Козловскаго, 1906. 
10.  Мильман А.Ш. Политический строй Азербайджана в XIX – начале XX вв. Б., 1966, 
218 c. 
11.  Памятная  книга  Елиcаветпольской  губернии  на 1910 годъ.  Подъ  редакцией 
Секретаря  Комитета  И.П.Бабенко.  Типография  Канчелярий  Наместника  Е.И.В.  на 
Кавказъ.Тифлисъ: 1910. 
12.  Памятная  книга  Елисаветпольской  губернии  на 1914 годъ.  Подъ  редакцией  Сек-
ретаря  Комитета  И.П.Бабенко.  Типография  Канчелярий  Наместника  Е.И.В.  на  Кав-
казъ. Тифлисъ: 1914. 
13.  Сборник материалов для описания местностей и племен Кафказа. Тифлис: Типогра-
фия К.Козловскаго.1904. 
14.  Умаев А.А. Проникновение капитала в сельское хозяйство Азербайджана. Б., 1965. 
15.  https://ru.wikipedia.org/ 
 
SUMMARY 
Bakhiyar Hasanov 
 
ADMINISTRATIVE-TERRITORIAL DIVISION OF THE GARABAGH REGION OF 
AZERBAIJAN  (EARLY TWENTIETH CENTURY) 
 
The article provides with data about administrative management system implemented by 
Tsarist Russia in the Caucasus and its results. The reasons why tsarist government did not share 
place for Muslims in the management system at the beginning of the twentieth century are 
analyzed and the involvement of Christian officials' in governance is investigated. The reasons 
for estrangement of the indigenous inhabitants of the Caucasus - Azerbaijani Turks renamed as 
the Tatar by Tsarist government at that time, from the governance are illuminted. 
 
Keywords:   Azerbaijan, Garabagh region, administrative-territorial division, the officials 
of imperial government 
 
 
РЕЗЮМЕ 
Бахтияр Гасанов 
 
АДМИНИСТРАТИВНО-ТЕРРИТОРИАЛЬНОЕ УСТРОЙСТВО ГАРАБАГСКОГО 
РЕГИОНА АЗЕРБАЙДЖАНА (НАЧАЛО ХХ ВЕКА) 
 
В статье приводятся сведения о политике Российской империи на Кавказе в облас-
ти административно-территориального устройства и ее итогов. Исследуются причины 
привлечения  царским  правительством  в  исследуемый  период  чиновников  христианского 
исповедания  к  управлению  и  наоборот  отвлечения  от  него  мусульман,  связанного  с 
политикой христианизацией южнокавказского региона. 
 
Ключевые  слова:  Азербайджан,  Гарабагский  регион,  административно-террито-
риальное устройство, чиновники царского правительства 

 
Sivilizasiya 
 
93
Günel MƏMMƏDOVA

 
 
MİLLİ DÖVLƏTİN YARANMASINDA MİLLİ-MƏNƏVİ 
DƏYƏRLƏRİN ROLU 
 
Açar sözlər: dövlət quruculuğu, milli dövlət, mənəvi dəyər, qloballaşan dünya, mədəniyyət 
 
Giriş  
Cəmiyyətin siyasi sisteminin özəyini dövlət təşkil edir. “Dövlət siyasi birlik olmaq 
etibarı ilə müəyyən struktura malik olan, siyasi hakimiyyətin müəyyən təşkili ilə səciy-
yələnən və müəyyən  ərazidə sosial proseslərin tənzimlənməsini təmin edən xususi 
təsisatdır” [5].  
Milli dövlət cəmiyyətdə mövcud olan bütün siniflərin, təbəqələrin haqq və mənfə-
ətini qoruyan birlikdir. İlk dəfə bu anlayış XIX yüzillikdən etibarən Avropada işlənmə-
yə başlanmış, zaman keçdikcə bir çox başqa dövlətlərin lüğətlərində istifadə olunmağa 
başlanmışdır. Bu zaman baş vermiş  sənaye inqilabı, eyni zamanda əksər dövlətlərdə 
əmələ gələn ortaq dil, mədəniyyət və dəyərlərin yayılması artıq milli dövlətin əsasında 
dəyər və milli şüurun əhəmiyyətini artırırdı.  
Milli dövlətin yaranmasında bir neçə zəruri şərtlər var ki, bunlardan birincisi ərazidir. 
Ərazi dövlətin fiziki, maddi-təbii  əsasıdır, onun məkan mahiyyətidir. Dövlətin ikinci 
ünsürü mövcud dövlətin ərazisində yaşayan və onun hakimiyyətinə tabe olan əhalidir.  
Xalqsız, milli əsasdan məhrum dövlət ola bilməz. Bəşər mədəniyyəti tarixinin 
araşdırılması sahəsindəki qazanılmış  təcrübələr sübut edir ki, insanların mənəviyyatı, 
əxlaq normaları  və baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır. 
Hər bir xalqın ən böyük mirası olan milli-mənəvi dəyərlərin milli dövlət quruculuğunda 
rolu mühümdür. Dövlətin düzgün idarə edilməsində bu dəyərlər yaxından iştirak edir. 
Bu səbəbdən hər şeydən əvvəl bütün sahələrdə, o cümlədən “mədəniyyət siyasəti sahə-
sində  mədəniyyətin təsbiti mövzusuna üstünlük verilməli, milli-mənəvi dəyərlər gə-
ləcək nəsillərə daha da zənginləşdirilmiş halda ötürülməlidir. O da şübhəsizdir ki, mə-
dəniyyət dəyişmədən və  zənginləşdirilmədən varlığını qoruya bilməz. Bu məqsədlə 
müasir mədəniyyət siyasətində yaradıcı  və qurucu səciyyəli hər cür fəaliyyət təşviq 
edilməli, yeni qabiliyyətlərin kəşf edilməsi, istiqamətləndirilməsi, dəyərləndirilməsi 
fəaliyyətlərinə mühüm əhəmiyyət verilməlidir” [7]. Xüsusən etnik tərkibi olduqca zən-
gin olan ölkələrdə bu vasitə aparıcı qüvvələrdəndir.  
 
1.  Xalqın milli xüsusiyyətləri və milli xarakteri  
 
Hər bir xalqın milli xüsusiyyətləri, milli xarakteri onun dövlət quruluşunda özünü 
tapır, dünyaya da öz milli dövlət obrazını təqdim edir. “Milli xarakter əsrlərlə formalaşan 
və reallığa uyğun olaraq yeniləşə bilən, dövlətin gələcəyini təmin edən ali xüsusiyyətlərin 
vəhdəti olmayanda xalqın inkişafında maneəyə çevrilir. Müstəqil dövlətçiliyin keçilən 
yolunun uğurları göstərir ki, xalqımızın tarixən formalaşan milli xarakteri onun 
yüksəlişini təmin edən əsas amillərdən biridir” [2, s. 78]. 
Milli dövlət quruculuğunda dahi Heydər  Əliyevin böyük rolu var. Müstəqilliyini 
bərpa etdikdən sonra Azərbaycan Respublikasının qarşısında bir neçə inkişaf yolu var 
idi. Müxtəlif kənar təsirlər həmin dövrdə Azərbaycanı fərqli istiqamətlərə yönəltməyə 
                                                           

 Dissertant, Bakı Dövlət Universiteti gunelabdullazadeh@yahoo.com 

Bakı Avrasiya Universiteti  
 
94
çalışırdı. Lakin ümummilli lider Heydər  Əliyevin həyata keçirdiyi quruculuq siyasəti 
Azərbaycan xalqının milli mənəviyyatına əsaslanan milli dövlətin əsaslarını formalaş-
dırmağa yönəltdi. Belə ki, ulu öndərin  əsasını qoyduğu dövlət quruculuğu siyasətinin 
mühüm xüsusiyyətlərindən biri dövlətin əbədi mövcudluğunu təmin edəcək zəruri mə-
nəvi dayaqların formalaşdırılması idi. 
 “Dövlətşünaslıq elmimizin sütununu ümummilli lider Heydər Əliyevin milli döv-
lətçilik fəlsəfəsi, konsepsiyası və onun gerçəkləşən Azərbaycan modeli təşkil edir. Müs-
təqilliyimizin memarı böyük dövlət xadimi olmaqla yanaşı, həm də hüquqşünas, tarixçi, 
siyasətşünas və fəlsəfi düha sahibi olan ümummilli lider Heydər Əliyevin müstəqil döv-
lətin qurulmasında tarixi xidmətləri, siyasi müdrikliyi, bu gün real nəticələrini və dün-
yada etiraf edilən bəhrələrini verən nəzəri irsi dövlətçilik elmimizin “qızıl fondu” kimi 
özünün əbədi aktuallığını təmin etmişdir” [2, s. 11].  
Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik si-
yasəti, dönməz  əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının 
gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstə-
qillik arzusuna çatmasına nail oldu. 
 
2.  Heydər Əliyev və milli-mənəvi dəyərlər  
 
Adət-ənənə, dəyərlər, mentalitet məsələsi hələ qədim zamanlardan bəri milli dövlə-
tin əsasının qoyulmasında, dövlətin təşkili və dövlət müstəqilliyinin qorunub saxlanıl-
masında daim diqqət mərkəzində olmuşdur. Bu mənada Azərbaycanın milli-mənəvi də-
yərlərinə yiyələnməklə gənc nəslin milli ruhda tərbiyə olunması məsələsini Heydər Əli-
yev əsas vəzifələrdən biri kimi irəli sürürdü. Dövlət başçısı bu məsələdən bəhs edərkən 
deyirdi: "Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilmə-
lidir. Milli dəyərlərimizi, milli adət və  ənənələrimizi, tariximizi yaxşı bilməyən gənc 
vətənpərvər ola bilməz”. Ulu öndər milli adət və ənənələrimizin və bu müstəvidə for-
malaşdırılan milli dəyərlər sisteminin qorunub saxlanılmasında və bunun əsasında güclü 
və qüdrətli dövlət qurulması istiqamətində mühüm tədbirlər həyata keçirdi. Bununla da 
Azərbaycan dövlətinin  əsaslarının yaradılmasında məhz Azərbaycan xalqının milli-
mənəvi dəyərləri başlıca dayağa çevrildi.  
Milli-mənəvi dəyərlər sırasında ümummilli lider Heydər  Əliyev ana dilinə xüsusi 
önəm verirdi. O, elmə, mədəniyyətə, maarifə, incəsənətə daim diqqət və qayğı göstərir, 
ziyalıların əməyini hər zaman yüksək qiymətləndirirdi. Bu gün milli adət və ənənələri-
miz və onların  əsasında formalaşdırılan milli-mənəvi dəyərlər sistemi ölkəmizin icti-
mai-siyasi həyatında mühüm rol oynayaraq güclü və qüdrətli dövlət quruculuğu 
prosesinə öz töhfəsini verməkdə davam edir. 
 
Dövlətçiliyin təməlinin, milli varlığın özülünün mədəniyyətə bağlı olduğunu aydın 
dərk edən ulu öndər deyirdi: “Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimiz-
lə, adət-ənənələrimizlə fəxr edirik. Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələ-
rimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviy-
yatını təşkil edən amillərdir”. Heydər Əliyev millət və cəmiyyətin bütün təbəqələrinin 
mənəvi potensialını bilir, xalqın, Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin birləş-
dirilməsində görürdü. Onun fikrincə, bu birliyin həyata keirilməsininn ilk, başlanğıc pil-
ləsini vətənin, ölkənin bu günü və gələcəyi, millətin sabahkı günü üçün fərdlərdə yük-
sək məsuliyyət hissinin formalaşdırılması təşkil etməlidir. İkinci pilləni isə millət və cə-
miyyətin mənəvi və əxlaqi birliyi təşkil edə bilərƏgər xalqın əxlaqi və mənəvi birliyi 

 
Sivilizasiya 
 
95
təmin edilmişsə, deməli, bir çox sosial və siyasi məsələlərin həlli asanlaşar və reallaşa 
bilər” [1, s. 11].  
Çıxışlarından birində Heydər Əliyev demişdir: “Hər bir xalq, hər bir dövlət, ölkə öz 
dövlətini, ölkəsini özünün daxili, tarixi ənənələrinə, dünya təcrübəsinə əsaslanaraq qu-
rub. Biz də həm öz tarixi ənənələrimizi, həm daxili mənəviyyatımızı, həm xalqımızın 
mentalitetini nəzərə almışıq, eyni zamanda bütün dünya təcrübəsini təhlil etmişik, nə-
zərdən keçirmişik, onlardan bəhrələnmişik, istifadə etmişik”[1, s. 49]. Bütün bunlar onu 
deməyə əsas verir ki, “Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət qu-
ruculuğu, vətəndaş  cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış  və elmin, 
təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır” [1, s.7]. 
Mədəniyyətlərin bir-birinə nüfuz etdiyi və hətta bəzi hallarda assimilyasiyaya uğra-
dığı qloballaşan dünyada milli-mənəvi keyfiyyətlərin mühafizə edilərək gələcək nəslə 
ötürülməsi maddi-mənəvi irsin qorunub saxlanılmasından asılıdır. Milli dövlətin for-
malaşması və əbədiyaşar olması onun mənəvi əsaslarının milli dəyərlərlə  nə  dərəcədə 
səsləşməsindən asılıdır. Hər bir cəmiyyətdə milli-mənəvi dəyərlər istər ölkənin idarə-
edilməsində, istərsə də xalqın milli-etnik şüurunun formalaşmasında mühüm rol oyna-
yır. Milli dəyərlərə söykənən dövlət quruculuğu xalqın milli şüuruna, identikliyinə, mə-
nəvi dəyərlərinə istinad edir. Bizim ölkəmizdə  də bunun bariz nümunəsi kimi Azər-
baycan Prezidenti İlham Əliyevin oktyabrın 19-da andiçmə mərasimində əlini “Qurani-
Şərif”ə basaraq milli-mənəvi dəyərlərimizi qoruyacağına and içməsini nümunə göstərə 
bilərik. Bu fakt bir daha dövlətimizin milli-mənəvi dəyərlərimizə, ənənələrimizə verdiyi 
önəmin göstəricisidir.  
Azərbaycanda dövlət quruculuğu prosesi məhz milli-mənəvi dəyərlər üzərində 
həyata keçirilir. Müasir dünya siyasətində qlobal, regional və lokal problemlərin, qlo-
ballaşma və  mədəni inteqrasiya məsələlərinin həllinə yeni münasibət müşahidə edil-
məkdədir. Demokratiyanın siyasi sistem kimi formalaşdırılmasını tələb edən bu proses-
də Azərbaycan Respublikası da fəal iştirak etməkdədir. Yalnız milli və bəşəri dəyərlərin 
sintezi və dünya təcrübəsi əsasında həyata keçirilən islahatlar sayəsində sosial, mədəni, 
iqtisadi cəhətdən inkişaf etmiş dövlətlər səviyyəsinə çatmaq mümkündür. Sosial, mədə-
ni, iqtisadi tərəqqiyə xidmət edən bu prosesdə qarşıya çıxan problemlər isə bilavasitə 
mədəniyyət sahəsində  bəşər tarixinin, dünyanın inkişaf təcrübəsinin öyrənilməsini, 
kompleks əlaqələrin genişləndirilməsini zərurətə çevirir ki, bütün bunlara da yalnız mü-
kəmməl mədəniyyət siyasəti sayəsində nail olmaq mümkündür. 
Müstəqilliyimizin bərpa olunmasından sonra həyata keçirilən mədəniyyət siyasəti 
milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və gələcək nəsillərə çatdırılması üçün 
böyük zəmin yaradır. Xalqımızın  əldə etdiyi bu böyük nailiyyət milli sərvətimiz olan 
mənəvi dəyərlərimizin istifadəsini, bəşəri dəyərlərin tərkib hissəsi kimi inkişafını  və 
inteqrasiyasını  təmin edir. Azərbaycan xalqı azad və suveren dövlət quraraq, mədəni-
iqtisadi islahatlar aparmaqla öz milli-əxlaqi dəyərlərinə, tarixinə qayıdır, demokratik 
ölkələrin təcrübəsindən istifadə edir. 
 
 
3.  Milli dövlət quruculuğunda dövlət siyasəti  
 
Bu gün Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmləndirilməkdədir, res-
publikamızda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi daha sürətlə inki-
şaf etməkdədir. Ümummilli lider Heydər  Əliyevin yürütdüyü siyasi-mədəni xəttin la-
yiqli davamçısı Prezident İlham Əliyevin inamla və sədaqətlə həyata keçirməkdə oldu-

Bakı Avrasiya Universiteti  
 
96
ğu mədəniyyət siyasətinin uğurlu nəticələri və perspektivləri artıq göz qabağındadır. 
Belə ki, “mədəniyyət sahəsində dövlət konsepsiyasının əsas qayəsi mədəniyyət siyasəti-
nin təminatı mexanizmlərini dünya standartları səviyyəsinə çatdırmaq yolunda mədəni 
irsin qorunması, yaradıcılığın dəstəklənməsi və mədəni sənayelərin dirçəldilməsi kimi 
prioritet istiqamətləri müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirməklə Azər-
baycan mədəniyyətinin və incəsənətinin qorunub saxlanılmasına, gələcək inkişafına və 
dünya mədəniyyətinə uğurla inteqrasiyasına nail olmaqdır” [6]. Mədəniyyət və incəsə-
nətin bütün sahələrində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi 
həyata keçiriləcək islahatların əsas məğzi kimi nəzərdə tutulub. “Mədəniyyət siyasəti-
nin perspektivlərini müəyyənləşdirən konsepsiyanın ümumi məqsəd və vəzifələri mədə-
niyyət siyasətinin təminat mexanizmləri kimi çıxış edən və mədəniyyətin bütün sahələ-
rini əhatə edən mədəniyyətin idarəolunma, hüquqi, maliyyə, elmi-informasiya təminatı, 
insan resurslarının inkişafı, maddi-texniki infrastrukturunun müasirləşdirilməsi və bey-
nəlxalq  əməkdaşlığın möhkəmləndirilməsi kimi ümumi məsələlərin inkişaf etdirilmə-
sindən ibarətdir” [6]. Həmçinin mədəniyyət siyasətinin göstərilən sahələrinin dünya 
standartları səviyyəsinə çatdırılması üçün tələb olunan islahatların həyata keçirilməsinin 
təmin edilməsindən ibarətdir.  
 “Hər hansı bir millətin, xalqın, yaxud da insanların özünəməxsus daxili aləminin 
sabit tərəflərini, sosial-mənəvi təcrübənin ümumiləşdirilmiş simvolunu, dünyanın 
məxsusi anlam tərzilə mənalandırılmasını, insanların min illər boyu yaşadığı və fəaliy-
yət göstərdiyi yaşayış mühitinin xüsusiyyətlərini özündə əks etdirən mentalitet, xüsusilə 
keçid dövrlərində  və ümumiyyətlə  də bütün tarixi fəaliyyət prosesində sosial-mədəni, 
mənəvi fəalliği şərtləndirir” [2, s. 243]. 
Bu gün Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınmasına, müstəqilliyi-
nin möhkəmləndirilməsinə dair bir sıra tədbirlər həyata keçirilir. Mənəvi dəyərlərimizin 
qorunub saxlanması və inkişaf etdirilməsi müstəqil respublikamızın mədəniyyət siyasəti-
nin əsas vəzifələrindən biridir. Bu mənada Azərbaycan dövləti öz daxili və xarici siyasəti-
ni yeni tarixi şəraitə, müasir tələblərə uyğun olaraq, xalqımızın tarixi və mədəni ənənələ-
rinə, dilimizə, dinimizə, milli-mənəvi dəyərlərimizə istinad edərək həyata keçirir. 
 
Qaynaqlar: 
1.  Əliyev Heydər. Mənəviyyat. Mənəvi dəyərlər. Mənəvi tərbiyə. Bakı: “Müəllim” nəşriyyatı, 
2008, 637 səh. 
2.  Aslanova R. Müasir dövlət və dövlətşünaslıq elmi. Bakı: Azərnəşr, 2011, 440 səh. 
3.  Həbibbəyli  İ. Heydər  Əliyevin dövlətçılilk təlimi və müasir dövr. Naxçıvan: “Əcəmi” 
nəşriyyat-poliqrafiya birliyi, 272 səh. 
4.  Mehdiyev R. Azərbaycan: qloballaşma dövrününü tələbləri. Bakı: “XXI – Yeni nəşrlər 
evi”, 2005, 464 sh. 
5.  https://az.wikipedia.org 
6.  http://modern.az/ 
7.  http://www.milliarxiv.gov.az/ 
8.  http://www.hukukcagi.com/ 
 

 
Sivilizasiya 
 
97
SUMMARY 
Gunel Mammadova 
 
THE ROLE OF NATIONAL AND SPIRITUAL VALUES IN THE  
FORMATION OF THE NATIONAL STATE 
 
National state, state, statehood, national and spiritual values are analysed in the article, 
the role of national values are laid out in the statehood of the government. That is displayed that 
the statehood and national state-building in Azerbaijan dates back to the 90s of the XX century.  
The foundation of national state which was laid by national leader Haydar Aliyev beside to 
be independent and sovereign it is also a political institution that embodies our national and 
moral values. The Azerbaijani nation set up a free and sovereign state has returned its national 
and moral values using the experience of democratic countries.  
Today in Azerbaijan the worthy successor of the political course Haydar Aliyev, President 
Ilham Aliyev carry out of the national statehood with faithfully and confidently. The head of 
state refers to spiritual values, traditions, national thought as the social and spiritual support of 
the country and carries out its domestic and foreign policy.  
 
Key words:  state-building, national and moral values, a globalized world, cultural. 
 
РЕЗЮМЕ 
Гюнель Мамедова 
 
РОЛЬ НАЦИОНАЛЬНО-МОРАЛЬНЫХ ЦЕННОСТЕЙ В ФОРМИРОВАНИИ 
НАЦИОНАЛЬНОГО ПРАВИТЕЛЬСТВА 
 
В статье анализируются вопросы государства, национального государства и нацио-
нально-моральных  ценностей,  выдвигается  в  передний  план  роль  национальных  цен-
ностей в формировании национального государства. Формирование национального госу-
дарства  был  заложен  общенациональным  лидером  Гейдаром  Алиевым  к 90-х  годах 
двадцатого века.  
Национальное государство помимо того, как независимое и суверенное государство, 
также  политический  институт,  воплощающий  в  себе  национальные  и  моральные  цен-
ности.  Азербайджанский  народ  создав  свободное  и  суверенное  государство  на  примере 
демократических стран, достиг национальных и моральных ценностей. 
Сегодня,  достойный  преемник  Гейдара  Алиева,  президент  Азербайджана  Ильхам 
Алиев добросовестно и уверенно продолжает политическую линию в формировании нац-
ионального государства. Глава государства осуществляет свою внутреннюю и внешнюю 
политику  в  социальной  и  моральной  поддержки  со  стороны  национальных  идей,  тра-
диций и нравственных ценностей. 
 
Ключевые слова:   государственное  строительство,  национальные  государствo, 
нравственные ценности, глобализoванный мир, культура. 
 
 

Bakı Avrasiya Universiteti  
 
98
Elman CƏFƏRLİ

 
 
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ 1998-Cİ İL KONSTİTUSİYASI 
 
Açar sözlər: Naxçıvan Muxtar Respublikası, Konstitusiya, muxtariyyət, Ali Məclis, Ali 
vəzifəli şəxs, Avropa Şurası 
 
1991-ci ildə Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən son-
ra Azərbaycanın müstəqil dövlətçilik tarixinin yeni mərhələsi başlandı. Lakin müstəqil-
liyin ilk iki ilində, 1991-1993-cü illərdə Azərbaycanda, müəyyən kiçik istisnalar olmaq-
la, hüquqi, demokratik, müasir dövlət quruculuğu istiqamətində ciddi addımlar atılmadı.  
Əvəzində SSRİ-nin süqutu ərəfəsində ermənilərin Azərbaycan torpaqlarına qarşı 
növbəti əsassız iddialarının və qanlı qəsbkarlıq planlarının başlaması ilə alovlanan Er-
mənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin mövqelərinin fəal hər-
bi əməliyyatlar bölgəsində hərbi, münaqişə ilə bağlı beynəlxalq miqyasda aparılan mü-
barizədə isə diplomatik uğursuzluqlar dalğası başlandı. Bu uğursuzluğu xarici siyasətdə 
ölkəmizin təcrid olunmasına səbəb olan siyasi xəttin yürüdülməsi daha da dərinləşdirdi.  
Bir tərəfdən Azərbaycanda siyasi hakimiyyətin taleyinin müəyyənləşməsində əsas 
faktora çevrilən münaqişənin getdikcə daha da qızışması və ağır nəticələri, digər tərəf-
dən hakimiyyət uğrunda amansız mübarizə aparan çoxsaylı siyasi partiya və qrupların 
məhdud maraqlarla çərçivələnən və ümummilli mənafeyə zərbə olan ambisiyaları və ən 
nəhayət, sovet hakimiyyəti dövrünün son illərindən başlanan və getdikcə  kəskinləşən 
sosial-iqtisadi böhran 1993-cü ilin yayınadək olan dövrdə Azərbaycanda müstəqil döv-
lətçiliyin məhvə doğru sürüklənməsində əsas faktorlar oldu. Bu faktorlar üçün münbit 
zəmin isə 1992-ci ilin iyununadək Azərbaycana rəhbərlik etmiş partnomenklatura siste-
minin imperiyanın qorunub saxlanılması istiqamətindəki fəaliyyəti və ondan sonrakı bir 
il ərzində AXC-Müsavat tandeminin psevdodemokratiya siyasətinin səbəb olduğu anar-
xiya və xaos mühiti idi. 
Bu dövrdə Naxçıvanın da vəziyyəti çox ağır və mürəkkəb idi. 1918-ci ildə Zəngə-
zurun ermənilər tərəfindən işğalından sonra Azərbaycanın əsas hissəsindən coğrafi cə-
hətdən ayrı düşən Naxçıvan düşmənin işğal planlarında  ən azı Dağlıq Qarabağ  qədər 
əhəmiyyətli yer tuturdu. Azərbaycanla, hava nəqliyyatı istisna olmaqla, bütün kommu-
nikasiya əlaqələrinin kəsilməsi Naxçıvanın sosial-iqtisadi vəziyyətindəki böhranlı duru-
mu fəlakət həddinə çatdırmışdı. Lakin 1990-1993-cü illərdə ulu öndər Heydər Əliyevin 
Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi, muxtar respublikaya rəhbərlik etməsi, bütün 
bacarıq, səriştə və təcrübəsini Naxçıvanın düşmən işğalından xilasına və sosial-iqtisadi 
böhranın aradan qaldırılmasına yönəltməsi muxtar respublikanın taleyinin uğurlu həlli 
üçün müstəsna və ən böyük amil oldu.  
1990-cı il iyulun 22-də görkəmli dövlət xadimi və mahir siyasətçi Heydər Əliyevin 
Moskvadan Azərbaycana, Naxçıvana qayıtması ilə hakimiyyət uğrunda mübarizəyə 
çevrilmiş milli-azadlıq hərəkatının başlıca məqsədlərə doğru motivasiyasında ciddi sə-
fərbərlik müşahidə edilməyə başlandı. 1990-cı il sentyabr ayının 30-da Azərbaycan 
SSR və Naxçıvan MSSR Ali Sovetlərinə keçirilən seçkilərdə ümummilli lider Heydər 
Əliyev respublika və muxtar respublika parlamentlərinə deputat seçildi. 1990-cı il no-
yabrın 17-də Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin bir-
                                                           

 Tarix üzrə fəlsəfə doktoru, dosent, Naxçıvan Dövlət Universiteti ecaferli@mail.ru 

 
Sivilizasiya 
 
99
inci sessiyasında məhz onun təşəbbüsü ilə mühüm tarixi qərarlar qəbul edildi. “Naxçı-
van MSSR-in adının dəyişdirilməsi haqqında” qərarla “Muxtar Sovet Sosialist Respub-
likası” adından “Sovet Sosialist” sözləri çıxarıldı və muxtariyyət Naxçıvan Muxtar Res-
publikası adlanmağa başladı. “Naxçıvan MR Ali Dövlət hakimiyyəti orqanı haqqında” 
qərarla Naxçıvan MR Ali Soveti – Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 
adlandırıldı. “Naxçıvan MR-in dövlət rəmzləri haqqında” qərarla isə Azərbaycan Xalq 
Cümhuriyyətinin 1918-ci il noyabrın 9-da qəbul edilmiş üç rəngli, aypara və  səkkiz 
guşəli ulduzlu bayrağı Naxçıvan MR-in Dövlət bayrağı kimi qəbul edildi [2, s. 123].  
Ümummilli lider Heydər Əliyevin Naxçıvana və Azərbaycana rəhbərlik etdiyi dövr 
Naxçıvanın muxtariyyət statusunun möhkəmləndirilməsində mühüm mərhələ oldu. 
Hələ 1991-ci il yanvarın 11-də məhz onun təşəbbüsü ilə Naxçıvan MR Ali Məclisi xü-
susi bəyanatla çıxış edərək Moskva və Qars müqavilələrinin iştirakçısı olan dövlətləri 
erməni təcavüzü nəticəsində Naxçıvanın ərazi bütövlüyünün pozulması faktına münasi-
bət bildirməyə çağırdı. Ermənilərin muxtar respublikaya təcavüzünün genişləndiyi 
1992-ci ilin may ayında Naxçıvan MR Ali Məclisinin Sədri Heydər  Əliyevin qardaş 
Türkiyə Cümhuriyyəti rəhbərliyi ilə qurduğu uğurlu diplomatik münasibətlər və  məq-
sədyönlü mübarizəsi nəticəsində dünyanın 57 dövləti Ermənistanın Naxçıvana təcavü-
zünü qətiyyətlə pislədi. Həmin il may ayının 28-də Türkiyə ilə Azərbaycan (Naxçıvan) 
arasında mühüm hərbi-strateji və siyasi-iqtisadi əhəmiyyət daşıyan Sədərək-Dilucu, 
xalq arasında deyildiyi kimi, “Ümid” körpüsünün açılışı oldu.  
Belə bir taleyüklü məqamda AXC-Müsavat iqtidarı hakimiyyəti  ələ keçirən kimi 
ulu öndər Heydər Əliyevə olan sonsuz xalq sevgisinə, dünya miqyasında nüfuzuna və 
böyük dövlətçilik təcrübəsinə görə ona qarşı hiss etdikləri qısqanclığı bütövlükdə 
Naxçıvanın muxtariyyət statusunun ləğvi ilə bağlı  təhdidlərə çevirmişdi. Bir tərəfdən 
Azərbaycan parlamentinin o zamankı sədri və dövlət katibi Naxçıvanın muxtariyyətinin 
ləğvi barədə məkrli və savadsız çıxışlar edir, digər tərəfdən 1992-ci il oktyabrın 24-də 
Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevi devirmək üçün ölkənin daxili işlər 
nazirinin rəhbərliyi səviyyəsində çevriliş  cəhdi edilir, üçüncü bir tərəfdən isə 1992-ci 
ilin noyabrında keçirilən AXC-nin II qurultayında Naxçıvanın statusu ilə bağlı ölkə 
rəhbərliyi qarşısında məsuliyyətsiz çıxışlar edilir və qurultayın qətnaməsinə müvafiq 
məsələ salınırdı. Belə təhdidlərin ermənilərin işğalçılıq siyasətinə xidmət etdiyini söylə-
yən ümummilli lider hələ 1992-ci il iyunun 17-də Naxçıvan MR Ali Məclisinin Rəyasət 
Heyətinin ilcasında bəyan etmişdi ki, “Naxçıvanın statusunun dəyişdirilməsinə yönəldi-
lən hər hansı cəhdin, onun ərazisinə edilən hər cür qəsdin qarşısı qətiyyətlə alınacaqdır” 
[4, s. 830].  
Naxçıvanın muxtariyyət statusunun Azərbaycan dövlətinin unitarizminə təhlükə və 
ziddiyyət təşkil etdiyini söyləyən siyasi işbazların nə normal tarixi və siyasi savadları, 
nə də beynəlxalq hüquqdan xəbərləri yox idi. Belə ki, dünyanın bir sıra unitar dövlət-
lərində muxtariyyətlər mövcuddur. Məsələn, Finlandiyada Aland adaları, Danimarkada 
Qrenlandiya və Farer adaları, Portuqaliyada Madeyra arxipelaqı və Azor adaları, İspani-
ya muxtariyyətləri, İtaliyada Cənubi Tirol, Çində beş iri regional muxtariyyət və ümu-
milikdə yüzdən artıq milli muxtariyyət, Moldovada Qaqauziya, Gürcüstanda Acarıstan, 
Özbəkistanda Qaraqalpaqstan Respublikası və s. Bu muxtariyyətlərin böyük əksəriyyəti 
məhz milli-etnik prinsipə əsaslandığı halda həmin unitar dövlətlərdə mərkəzi hakimiy-
yətin muxtariyyətlərin ləğvi tələbi ilə çıxış etməsi uzun illərdən bəridir, demək olar ki, 
müşahidə olunmur.  

Bakı Avrasiya Universiteti  
 
100
Digər tərəfdən Beynəlxalq müqavilələrin hüququ barədə 1969-cu il Vyana konven-
siyasının 26-cı maddəsində qeyd olunur ki, “qüvvədə olan hər bir müqavilə onun işti-
rakçıları üçün məcburidir və onlar tərəfindən vicdanla yerinə yetirilməlidir”. Tərəflər 
müqavilədə  təsbit olunmuş  şərtlərin yerinə yetirilməməsinə daxili çətinlikləri bəhanə 
edərək haqq qazandıra bilməzlər. Beynəlxalq hüquqa dair 1970-ci il Deklarasiyası  və 
beynəlxalq müqavilələrə riayət edilməsi prinsipinin (“pacta sund servanda”) təsbit 
olunduğu 1975-ci il Helsinki Yekun Aktı da Moskva və Qars müqavilələrinin icra 
olunmasının hüquqi bazasını təşkil edir [3, s. 137]. 
1991-ci il sentyabrın 3-də ulu öndər Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin 
Sədri seçildi. Onun muxtar respublikaya rəhbərliyi dövründə Naxçıvanda qəbul edilmiş 
bir sıra Konstitusiya qanunları yalnız muxtar respublikanın deyil, bütövlükdə Azərbay-
can dövlətinin müstəqillik tarixində mühüm yer tutdu. Artıq Naxçıvanın 1978-ci il 
Konstitusiyası müstəqillik dövrünün yeniləşən tələblərinə cavab vermirdi və yeni Əsas 
Qanun qəbul edilənədək mövcud Konstitusiyaya zəruri dəyişikliklər edilməsinə ehtiyac 
duyulurdu. 1992-ci il yanvarın 31-də Naxçıvan MR Ali Məclisinin Qanunvericilik 
mülahizələri, hüquq-mühafizə və millətlərarası münasibətlər daimi komissiyası Naxçı-
van MR Ali Məclisi Rəyasət Heyətinin fəaliyyətini daha da yaxşılaşdırmaq məqsədi ilə 
Naxçıvan Muxtar Respublikası Əsas Qanununun (1978-ci il Konstitusiyasının – E.C.) 
103-cü maddəsinin yeni redaksiyası haqqında qanun layihəsini və həmçinin “Azərbay-
can Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə əlaqədar Nax-
çıvan Muxtar Respublikasının Konstitusiya Qanunu”nun layihəsini Ali Məclisin müza-
kirəsinə vermək haqqında qərar qəbul etmişdi [8, 1992, 5 fevral]. Naxçıvan MSSR-in 
1978-ci il Konstitusiyasının 103-cü maddəsi 11 bənddən ibarət idi və Naxçıvan MSSR 
Ali Soveti Rəyasət Heyətinin səlahiyyətlərini müəyyənləşdirirdi [7, s. 27]. “Azərbaycan 
Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə əlaqədar Naxçıvan 
Muxtar Respublikasının Konstitusiya Qanunu” yeni Konstitusiya qəbul edilənədək 
muxtar respublikada dövlət quruluşu, siyasi, iqtisadi və sosial həyatla bağlı məsələləri 
tənzimləməli idi. Qanun Naxçıvan Muxtar Respublikasını Azərbaycan Respublikasının 
tərkibində muxtar ərazi statusuna malik demokratik dövlət, hakimiyyətin mənbəyi olan 
xalqı demokratik quruluşun və qanunun aliliyinin təminatçısı elan edildi. Bu Qanunda 
ilk dəfə “hakimiyyətlərin bölgüsü” prinsipi təsbit edilmişdi [8, 2014, 3 aprel].  
Ümummilli lider Heydər Əliyev 1993-cü ilin iyun ayında Azərbaycanda hakimiy-
yətə qayıtdıqdan sonra ölkədə müasir hüquqi, demokratik dövlət quruculuğu prosesi 
başlandı və bu proses Naxçıvanı da əhatə etdi. 1995-1998-ci illər Naxçıvanın muxtariy-
yət statusunun möhkəmləndirilməsi istiqamətində mühüm dövr oldu. 1995-ci il noyab-
rın 12-də referendumla qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına 
Naxçıvanla bağlı xüsusi fəsil (VIII fəsil, maddə 134-141) salındı [1, s. 54-57]. 
Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlət 
və ölkənin ayrılmaz tərkib hissəsi elan edildi. 
Müstəqil Azərbaycanın Konstitusiyası əsasında Naxçıvan Muxtar Respublikasının 
yeni Konstitusiyasının hazırlanması zərurətini nəzərə alaraq Naxçıvan Muxtar Respub-
likasının Ali Məclisi özünün 23 dekabr 1995-ci il tarixli, 16-1 saylı  qərarı ilə muxtar 
respublikanın yeni Konstitusiyasının layihəsini hazırlayan komissiya yaratdı. Naxçıvan 
Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun başçılıq etdiyi komissiyanın 
hazırladığı ilkin variantda 12 fəsil, 146 maddədən ibarət olan muxtar respublika Konsti-
tusiyasının layihəsi Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədri oldu-

 
Sivilizasiya 
 
101
ğu Azərbaycanın yeni Konstitusiya layihəsini hazırlayan Komissiyada ayrı-ayrı vaxtlar-
da dörd dəfə müzakirə olundu [8, 2014, 3 aprel].  
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası Naxçıvan Muxtar Respubli-
kasının yeni Konstitusiyasının hazırlanması  və  qəbul olunması üçün başlıca hüquqi 
bazaya çevrildi. Ulu öndər 1998-ci il yanvarın 14-də Konstitusiya Komissiyasının icla-
sında Naxçıvanın muxtariyyət statusunun qorunub saxlanılmasının böyük əhəmiyyət 
kəsb etdiyinə toxunaraq deyirdi: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu 
qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaq-
larının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub 
saxlamalıyıq”. 
Bu zaman Naxçıvanın muxtariyyət statusunun təmin edilməsində 1921-ci il Mosk-
va və Qars müqavilələrinin həyati əhəmiyyətini əsaslandıran Azərbaycan Respublikası-
nın Prezidenti Heydər Əliyev deyirdi: “Naxçıvanın muxtariyyəti mühüm hadisədir. Bu, 
çətin bir dövrdə, böyük bir mübarizənin nəticəsi olubdur. Naxçıvanın statusunu qoru-
yub saxlamaq üçün Moskva müqaviləsinin və xüsusən Qars müqaviləsinin böyük əhə-
miyyəti olubdur. Naxçıvan Azərbaycanın əsas toprağından ayrı düşdüyünə görə, Naxçı-
vanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə  də  təmin 
etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan sənəddir. Belə ağır 
şəraitdə Naxçıvanın yaşamasının, inkişaf etməsinin  əsas  şərtlərindən biri də odur ki, 
Naxçıvana o vaxt muxtariyyət hüququ veriblər. Bu muxtariyyət hüququ bu çətin vəziy-
yətdə yaşamaqda, inkişaf etməkdə Naxçıvana böyük şərait yaradıbdır. Amma Naxçıva-
nın bundan sonra da buna ehtiyacı vardır, müstəqil Azərbaycan dövlətinin içində buna 
ehtiyacı vardır” [3, s. 137-138].  
Azərbaycan Respublikasının Prezidenti Heydər  Əliyev sonradan özünün “Naxçı-
van Muxtar Respublikasının 75 illik yubileyinin keçirilməsi haqqında” 4 fevral 1999-cu 
il tarixli Fərmanında Naxçıvanın statusunu şərtləndirən başlıca tarixi-coğrafi amili də-
qiq açıqlayırdı: “İlk olaraq Azərbaycan torpağı  Zəngəzur mahalı Ermənistan SSR-in 
tərkibinə qatıldı. Əslində isə ermənilərin planları daha geniş idi və onların torpaq iddia-
larının əsas hədəfi məhz Naxçıvan idi. Onlar Zəngəzurun ilhaq edilməsini bu yolda atıl-
mış mühüm addım hesab edirdilər. Beləliklə  də, Naxçıvanı Azərbaycandan ayıran 
Azərbaycan torpaqlarının – Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvanın 
muxtariyyət məsələsini zəruri etdi”. 
Beləliklə, 1998-ci ildə Naxçıvan Muxtar Respublikasının yeni, sayca dördüncü 
Konstitusiyasının layihəsi hazırlandı. Layihə ingilis və fransız dillərinə  tərcümə olu-
naraq rəy verilməsi üçün Avropa Şurasına, Qanun Vasitəsilə Demokratiya Uğrunda Av-
ropa Komissiyasına (Venesiya Komissiyası – E.C.), Fransa Dövlət Administrasiyasının 
Beynəlxalq İnstitutuna və bir sıra başqa beynəlxalq təşkilatlara göndərildi. Beynəlxalq 
təşkilat və ekspertlərin ümumiləşmiş  rəyi bundan ibarət idi ki, Konstitusiya layihəsi 
demokratik, hüquqi, dünyəvi dövlət quruluşuna təminat verməklə, demokratik dövlətin 
siyasi və hüquqi təşkili prinsiplərinə uyğundur [8, 2014, 3 aprel].  
Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın 
Sədri Heydər  Əliyevin müzakirə edilmək üçün 12 aprel 1998-ci il tarixli məktubla 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinə göndərdiyi layihə aprelin 15-də “Şərq qa-
pısı” qəzetində dərc edildi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1998-ci il ap-
relin 28-də keçirilən sessiyasında qəbul edilmiş Naxçıvan Muxtar Respublikasının Kon-
stitusiyası dekabrın 29-da Azərbaycan Respublikasının Milli Məclisində təsdiq edildi və 

Bakı Avrasiya Universiteti  
 
102
elə həmin gün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən imza-
landı. Naxçıvan Muxtar Respublikasının 6 fəsil, 50 maddədən ibarət olan yeni Konstitu-
siyası 1999-cu il yanvarın 8-də dərc edilərək qüvvəyə mindi [6].  
Naxçıvan Muxtar Respublikasının 1998-ci il Konstitusiyası muxtariyyətin əvvəlki 
konstitusiyalarından bir sıra cəhətlərinə görə  əsaslı  şəkildə  fərqlənir.  Əvvəlki sovet 
dövrü konstitusiyalarından fərqli olaraq bu Əsas Qanun müstəqil Azərbaycan dövlətinin 
tərkib hissəsi olan muxtar dövlətin Konstitusiyasıdır. Bu Konstitusiya daha lakonikdir, 
burada hüquqi norma və göstərişlər daha aydın və birbaşa  əks olunmuşdur.  İlk dəfə 
olaraq Əsas Qanunun özündə onun ən yüksək və birbaşa hüquqi qüvvəsinin olduğu gös-
tərilmiş, qanunvericilik sisteminə daxil olan aktların əhatə dairəsi müəyyənləşdirilmiş-
dir. Konstitusiyanın preambula hissəsi genişdir və ilk dəfə olaraq məhz bu Əsas Qanun-
da muxtariyyətin əsaslarının hazırda qüvvədə olan 16 mart 1921-ci il tarixli Moskva və 
13 oktyabr 1921-ci il tarixli Qars beynəlxalq müqavilələri ilə qoyulduğu, həmin müqa-
vilələrdə Naxçıvanın Azərbaycanın tərkib hissəsi olmasının bəyan edildiyi və Naxçıva-
nın ərazi hüdudlarının dəqiqləşdirildiyi öz əksini tapmışdır. Preambula hissəsində Nax-
çıvanın muxtar respublika statusunun təşəkkülü və onun əvvəlki konstitusiyalarının qə-
bulu məsələsi də verilmişdir. Konstitusiya qəbul edilərkən ilk ülvi niyyət kimi “Azər-
baycan dövlətinin müstəqilliyini, suverenliyini və  ərazi bütövlüyünü qorumaq” amalı 
bəyan edilir. Şübhəsiz ki, bu, Azərbaycan dövlətinin unitarlığını möhkəmləndirmək mə-
ramına xidmət edir. 
Bu məram Konstitusiyanın ayrı-ayrı maddələrində daha da inkişaf etdirilir. Kon-
stitusiyaya görə, Naxçıvan muxtar dövləti Azərbaycan Respublikası tərkibində demok-
ratik, hüquqi, dünyəvi muxtar respublikadır. Naxçıvan Muxtar Respublikasının səlahiy-
yətlərinə aid edilən məsələlərin həllində o, Azərbaycan Respublikasının ümumi məna-
feləri ilə bağlıdır. Naxçıvan Muxtar Respublikasının ərazisi Azərbaycan Respublikası-
nın dövlət sərhədləri hüdudunda vahiddir, toxunulmazdır və bölünməzdir. 
Məhz bu Əsas Qanunda ilk dəfə olaraq dövlət hakimiyyətinin “hakimiyyətlərin 
bölünməsi prinsipi” əsasında həyata keçirildiyi konstitusion norma olaraq əks olunmuş-
dur. Qanunvericilik hakimiyyətini Naxçıvan MR Ali Məclisi, icra hakimiyyətini Naxçı-
van MR Nazirlər Kabineti, məhkəmə hakimiyyətini Naxçıvan MR məhkəmələri həyata 
keçirir. 
Konstitusiya muxtar dövlətin başçısı statusunda “Naxçıvan Muxtar Respublikası-
nın Ali vəzifəli şəxsi” institutunu təsis edir. Naxçıvan Muxtar Respublikasının Ali vəzi-
fəli şəxsi həm qanunvericilik, həm də icra hakimiyyəti sahələrində səlahiyyətlərə malik-
dir. Konstitusiya prezidentli respublika olan Azərbaycan dövlətinin tərkibində parla-
mentli muxtar respublika modelini yaradır: “Naxçıvan Muxtar Respublikasının Ali və-
zifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədridir”. Yaşı otuzdan aşağı 
olmayan, Naxçıvan MR ərazisində beş ildən az olmayaraq, daimi yaşayan, başqa döv-
lətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Naxçıvan MR 
Ali Məclisinin hər bir deputatı Naxçıvan MR Ali Məclisinin Sədri seçilə bilər.  
Əsas Qanun insan və  vətəndaş hüquq və azadlıqlarının, həmçinin vətəndaşların 
vəzifələrinin icrasının təmin edilməsində Azərbaycan Konstitusiyasının III bölməsində 
öz əksini tapmış müvafiq normalara bilavasitə istinad edir, muxtar respublikada yaşa-
yan Azərbaycan vətəndaşlarına səsvermə (seçki) hüququnu tanıyır. Bu, Naxçıvan MR 
Konstitusiyası  tərəfindən Azərbaycanda vahid vətəndaşlıq institutunun tanındığı anla-
mına gəlir.  

 
Sivilizasiya 
 
103
Əvvəlki Konstitusiyalardan fərqli olaraq Naxçıvan Muxtar Respublikasının dövlət 
rəmzləri və paytaxtı bu dəfə  Əsas Qanunun son maddələrində deyil, “Ümumi müd-
dəalar” adlanan ilk fəslinin son maddələrində əks olunmuşdur. Naxçıvan Muxtar Res-
publikasının paytaxtı Naxçıvan  şəhəridir. Naxçıvan Muxtar Respublikasının dövlət 
rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, gerbi və Azərbaycan Respublika-
sının Dövlət himnidir. Muxtar respublika müstəqil Azərbaycan dövlətinin rəmzlərini 
heç bir müdaxilə olmadan özünün rəmzləri kimi qəbul edir və bununla vahid Azərbay-
can dövlətçiliyini təcəssüm etdirir. Xatırladaq ki, Azərbaycan Respublikasının Ali 
Soveti tərəfindən Azərbaycanın Respublikasının Dövlət bayrağı 1991-ci il fevral ayının 
5-də üç rəngli, ay və səkkiz guşəli ulduzdan ibarət bayraq, Azərbaycan Respublikasının 
Dövlət himni 1992-ci il may ayının 27-də müəllifi Ü.Hacıbəyli və Ə.Cavad olan himn, 
Azərbaycan Respublikasının Dövlət gerbi 1993-cü il fevralın 23-də isə üçrəngli dairəvi 
qalxan üzərində, içində alov olan səkkizguşəli ulduz təsvirli gerb olaraq təsdiq edil-
mişdir. Dövlət bayrağı  və gerblə yanaşı, ilk dəfə  məhz bu Konstitusiyada Naxçıvan 
muxtariyyətinin Dövlət himni barədə müddəa da əks olunmuşdur [2, s. 127].  
Naxçıvan Muxtar Respublikasında qanunvericilik hakimiyyətini majoritar seçki 
sistemi əsasında, 45 deputatdan ibarət tərkibdə 5 il müddətinə seçilən Naxçıvan Muxtar 
Respublikasının Ali Məclisi həyata keçirir. Muxtar respublika ərazisində daimi 
yaşayan, yaşı 25-dən aşağı olmayan hər bir Azərbaycan Respublikası vətəndaşı qanunla 
müəyyən edilmiş qaydada Naxçıvan MR Ali Məclisinin deputatı seçilə bilər. Konstitu-
siya Naxçıvan MR Ali Məclisinə seçkilərdə passiv seçki hüququ ilə iştirakına qadağa 
qoyulanların da əhatə dairəsini müəyyənləşdirir. Seçkilərin nəticələrinin düzgünlüyü 
Naxçıvan MR Ali Məhkəməsi yoxlayır və təsdiq edir. Hər il iki növbəti sessiyaya yığıl-
malı olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, 31 deputatın səlahiyyətləri təs-
diq edildikdə, səlahiyyətlidir.  
Naxçıvan MR Ali Məclisində qanunvericilik təşəbbüsü hüququ Ali Məclisin de-
putatlarına, Naxçıvan Muxtar Respublikasının Baş nazirinə, Naxçıvan MR Ali Məhkə-
məsinə və Naxçıvan MR Prokurorluğuna mənsubdur. 
Naxçıvan Muxtar Respublikasında icra hakimiyyətini muxtar respublikanın yuxarı 
icra orqanı olan Naxçıvan MR Nazirlər Kabineti həyata keçirir. Nazirlər Kabineti Nax-
çıvan MR Ali Məclisinə tabedir və onun qarşısında hesabat verir. Nazirlər Kabinetinin 
tərkibinə Naxçıvan MR-in Baş naziri, onun müavinləri, nazirlər və başqa mərkəzi icra 
hakimiyyəti orqanlarının rəhbərləri daxildirlər. Nazirlər Kabinetinin tərkibini Naxçıvan 
MR Baş nazirinin təklifi ilə Naxçıvan MR Ali Məclisi təsdiq edir. Naxçıvan MR Baş 
nazirini Azərbaycan Respublikası Prezidentinin təqdimatına  əsasən Naxçıvan MR Ali 
Məclisi təyin edir. 
Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsinə yaşı 30-dan aşağı, Baş nazi-
rinin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanının rəhbəri vəzifəsinə isə yaşı 
25-dən aşağı olmayan olmayan, ali təhsilli, seçkilərdə iştirak etmək hüququna malik, baş-
qa dövlət qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir. 
Naxçıvan Muxtar Respublikasında məhkəmə hakimiyyətini Naxçıvan MR Ali 
Məhkəməsi, ümumi və ixtisaslaşdırılmış  məhkəmələr həyata keçirirlər. Naxçıvan MR 
Ali Məhkəməsi muxtar respublika ərazisində apelyasiya qaydasında ədalət mühakimə-
sini həyata keçirir, Konstitusiya nəzarətini təmin edir. Naxçıvan Muxtar Respublikası-
nın ümumi və ixtisaslaşdırılmış məhkəmələri qanunla səlahiyyətlərinə aid edilmiş işlər 
üzrə birinci instansiya məhkəmələridir. 

Bakı Avrasiya Universiteti  
 
104
Naxçıvan MR Ali Məhkəməsinin hakimlərini Naxçıvan MR Ali Məclisinin Sədri-
nin Azərbaycan Respublikasının Prezidentinə verilmiş təklifi və Azərbaycan Respubli-
kası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir. 
Naxçıvan Muxtar Respublikasının ümumi və ixtisaslaşdırılmış məhkəmələrinin hakim-
lərini Naxçıvan MR Ali Məclisi Sədrinin təklifi ilə Azərbaycan Respublikasının Prezi-
denti təyin edir. 
Naxçıvan MR Konstitusiyası Naxçıvan Muxtar Respublikasının digər normativ 
hüquqi aktları arasında  ən yüksək və birbaşa hüquqi qüvvəyə malikdir və Naxçıvan 
Muxtar Respublikasının qanunvericilik sisteminin əsasıdır. Qanunvericilik sisteminə 
Naxçıvan MR-in Konstitusiyası, qanunları, Naxçıvan Muxtar Respublikası Ali vəzifəli 
şəxsinin fərmanları, Naxçıvan MR Nazirlər Kabinetinin qərarları və muxtar respublika 
mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları daxildir. 
Konstitusiyaya dəyişikliklər və əlavələr Naxçıvan MR Ali Məclisində 35 səs çoxlu-
ğu ilə  qəbul edildikdən sonra təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Milli 
Məclisinə təqdim edilir. Belə dəyişikliklər və əlavələr haqqında təklif Naxçıvan MR Ali 
Məclisində 2 dəfə  səsə qoyulur. İkinci səsvermə birinci səsvermədən 3 ay sonra 
keçirilir. 
Əsas Qanuna əlavə edilmiş dörd keçid müddəasında 1998-ci il Konstitusiyasının 
qüvvəyə minməsindən sonra 1978-ci il Konstitusiyasının qüvvədən düşməsini elan edir, 
Naxçıvan MR Ali Məclisinə keçiriləcək yeni seçkilərlə bağlı və o dövrdə qüvvədə olan 
qanunların və digər normativ hüquqi aktların qüvvəsini saxlamasına dair məsələləri tən-
zimləyir. 
2002 və 2009-cu illərdə keçirilən referendumlarda Azərbaycan Respublikasının 
Konstitusiyasına edilən əlavə və dəyişikliklər, habelə müasir siyasi-hüquqi inkişaf ten-
densiyası Naxçıvan Muxtar Respublikası Konstitusiyasına da əlavə  və  dəyişikliklərin 
edilməsi zərurətini ortaya çıxarmışdır. 2005 və 2006-cı illərdə muxtar respublika Kons-
titusiyasına edilən əlavə və dəyişikliklərlə Naxçıvan MR Ali Məhkəməsinin səlahiyyəti 
artırılmış, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) institutu təsis olunmuş, 2009-
cu il iyulun 30-da üçüncü çağırış Naxçıvan MR Ali Məclisinin yeddinci sessiyası 
zamanı Konstitusiyanın 10 maddəsinə 20 əlavə  və  dəyişiklik edilmişdir. 30 sentyabr 
2010-cu il tarixli Konstitusiya Qanunu ilə isə Ali vəzifəli  şəxsin səlahiyyətləri artırıl-
mış, Naxçıvan MR Prokurorluğuna qanunvericilik təşəbbüsü hüquq verilmişdir. Həm 
bu, həm də 2011-ci il noyabrın 15-də muxtar respublika Konstitusiyasına edilən dəyi-
şikliklərlə  məhkəmə hakimiyyətinin fəaliyyəti təkmilləşdirilmiş, Naxçıvan MR Ali 
Məhkəməsi hakimlərinin, ümumi və ixtisaslaşdırılmış məhkəmələrin hakimlərinin təyin 
edilməsi proseduru dəqiqləşdirilmişdir [9, s. 92].  
Qeyd edək ki, 1938-ci ildən üzü bəri Naxçıvan Muxtar Respublikası ilk dəfə 1990-
ci illərin əvvəllərində ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə diplomatik 
fəaliyyətlə bağlı müəyyən addımlar atdı. Bu, heç şübhəsiz ki, ilk növbədə həmin illərdə 
Naxçıvanın təhlükəsizliyi və Azərbaycanın tərkib hissəsi kimi ərazi bütövlüyünün 
qorunub saxlanılmasına xidmət edirdi. Hazırda Bakı  şəhərində Naxçıvan Muxtar 
Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin imzası ilə 1992-ci il fevralın 24-də 
təsis olunmuş Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyi fəaliyyət göstə-
rir. Muxtar respublikanın paytaxtı Naxçıvan  şəhərində isə 1993-cü il fevralın 5-dən 
Türkiyə Cümhuriyyətinin, 1993-cü il martın 8-dən isə İran İslam Respublikasının kon-
sulluqları fəaliyyətdədir [4, s. 290, 834-835]. 

 
Sivilizasiya 
 
105
Bundan başqa, ilk dəfə məhz 1998-ci il Əsas Qanununda muxtar respublika rəhbə-
rinə konstitusion səviyyədə xarici siyasətlə bağlı müəyyən hüquqlar tanınır. Belə ki, 
Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsinə Konstitusiyanın 5-ci maddəsinin 
8-ci bəndində Naxçıvan Muxtar Respublikasını xarici dövlətlərlə və beynəlxalq təşkilat-
larla, habelə başqa fiziki və hüquqi şəxslərlə münasibətdə  təmsil etmək, həmin mad-
dənin III hissəsində isə Naxçıvan Muxtar Respublikasının mənafeləri ilə bağlı iqtisadi 
və mədəni məsələlərdə, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası ilə müəyyən 
edilmiş həddə və Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada 
Azərbaycan Respublikasının beynəlxalq münasibətlərində Naxçıvan Muxtar Respubli-
kasını təmsil etmək səlahiyyəti verilmişdir.  
Artıq bir neçə ildir ki, Azərbaycanın Avropa Şurasının Yerli və Regional Hakimiy-
yətlər Konqresindəki nümayəndə heyətində muxtar dövlətin nümayəndələri uğurla təm-
sil olunur və heyətə rəhbərlik edir. Bu fəaliyyət Naxçıvan muxtariyyətinin milli dövlət-
çilik təcrübəsini, siyasi-hüquqi sistemini Avropa təcrübəsinin üstün modeli kimi təbliğ 
və təqdim etməyə kömək edir. Naxçıvan Muxtar Respublikasının qanunvericilik təcrü-
bəsinin Avropa qanunvericiliyinin qitədə yüksək səviyyədə qəbul olunan tərkib hissəsi-
nə çevrilməsi Qanun vasitəsi ilə Demokratiya uğrunda Avropa Komissiyasının (Venesi-
ya Komissiyası) muxtar dövlətin  Əsas Qanunu barədə verdiyi rəydə  də öz əksini 
qabarıq şəkildə tapmışdır. Həmin rəydə deyilir: “Naxçıvan Muxtar Respublikası digər 
Avropa muxtariyyətləri arasında geniş muxtariyyətə malikdir. Naxçıvan Muxtar Res-
publikasının Konstitusiyası bütövlükdə muxtariyyətin idarə edilməsi qaydalarını  şərt-
ləndirən normal əsaslar yaradır və qitənin digər muxtariyyətlərinin səlahiyyətlərinin və 
əsaslarının müəyyənləşdirilməsində model kimi çıxış edə bilər” [5, s. 60].  
Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 2013-cü il oktyabrın 
28-31-də Fransanın Strasburq şəhərində keçirilən 25-ci sessiyasında qəbul edilən “Av-
ropanın xüsusi statuslu regionları və əraziləri” adlı sənədin II hissəsinin “b” bəndində 
qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikası eksklav xarakterli muxtariyyət mo-
delidir. Sessiyada mövzu barədə səslənən hesabatda, qətnamə və tövsiyə layihələrində 
Naxçıvan Muxtar Respublikasının statusu model kimi vurğulanmış  və bu modelin 
tətbiqinin uğurlu və faydalı olduğu qeyd edilmişdir [8, 2013, 13 noyabr].  
 
Yüklə 4,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin