Nəticə
Yuxarıda verilmiş faktlardan aydın görünür ki, çar Rusiyası imperiyası Qafqazda
həyata keçirdiyi inzibati idarəçilik sistemində əsasən, ancaq xristian dininə məxsus olan
insanların işləməsində maraqlı idi. Bəzi rus müəllifləri bunu o dövrdə Qafqazda müsəl-
manlar arasında ziyalı təbəqəsinin az olması ilə əlaqələndirsə də, həqiqətdə bu belə
deyildir. Çünki, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası elan edildiyi dövrdə
cəmi aradan 4 il keçməsinə baxmayaraq Azərbaycanda kifayət qədər ziyalılar olmuşdur.
Bu ziyalıların demək olar ki, heç birinə istisnalar olmaqla imperiya hökuməti idarəçilik-
də yer verməmişdi. Çar hökumətinin o dövrdə müsəlmanlara idarəçilik sistemində yer
verməməsinin səbəblərindən biri də o dövrdə imperiyanın Qafqazın tamamilə xristian-
laşması siyasəti səbəb olmuşdur. Çar hökuməti bu işdə Qafqazın yerli sakinləri olan və
o dövrdə imperiyanın siyasətinə uyğun hətta adları dəyişdirilərək tatar adlandırılan
Azərbaycan türklərinin hökumətin bu siyasətinə qarşı çıxacaqlarını çox yaxşı bilirdi.
Qaynaqlar:
1. ARDTA, f.62, s.1, iş 39, v.9.
2. Azərbaycan tarixi. Yeddi cilddə. V cild (1900-1920-ci illər). Bakı: Elm, 2008, 696 s. + 40
səh. illüstrasiya.
3. Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə. Z.M.Bünyadovun redaktəsi ilə. Bakı: Elm,
1990, 384 s.
4. Hacıyev Q.Ə. Qarabağ tarixi. Bakı: Təknur nəşriyyatı, 2014, 228 s.
5. Qarabağnamələr. Bakı: Yazıçı, 1991, 450s.
6. Məmmədov N.R. Azərbaycanın Şuşa qəzası 1900 -1917-ci illərdə. Bakı: ADPU-nun
Bakı Avrasiya Universiteti
92
mətbəəsi, 2005, 169+9 s.
7. Piriyev Vaqif Ziyəddin oğlu Azərbaycanın tarixi-siyasi coğrafiyası. – Bakı: Müəllim nəş-
riyyatı, 2006, 148 s.
8. Кавказский календарь на 1905 год/Под ред. Е.Кондратенко. Издание Закавказского
Статистического Комитета. Тифлись: Типография А.В.Кутателадзе, 1904.
9. Кавказский календарь на 1907 год/Под ред. Д.Д.Пагирева; Издание Закавказского
Статистического Комитета. Тифлись: Типография К.П.Козловскаго, 1906.
10. Мильман А.Ш. Политический строй Азербайджана в XIX – начале XX вв. Б., 1966,
218 c.
11. Памятная книга Елиcаветпольской губернии на 1910 годъ. Подъ редакцией
Секретаря Комитета И.П.Бабенко. Типография Канчелярий Наместника Е.И.В. на
Кавказъ.Тифлисъ: 1910.
12. Памятная книга Елисаветпольской губернии на 1914 годъ. Подъ редакцией Сек-
ретаря Комитета И.П.Бабенко. Типография Канчелярий Наместника Е.И.В. на Кав-
казъ. Тифлисъ: 1914.
13. Сборник материалов для описания местностей и племен Кафказа. Тифлис: Типогра-
фия К.Козловскаго.1904.
14. Умаев А.А. Проникновение капитала в сельское хозяйство Азербайджана. Б., 1965.
15. https://ru.wikipedia.org/
SUMMARY
Bakhiyar Hasanov
ADMINISTRATIVE-TERRITORIAL DIVISION OF THE GARABAGH REGION OF
AZERBAIJAN (EARLY TWENTIETH CENTURY)
The article provides with data about administrative management system implemented by
Tsarist Russia in the Caucasus and its results. The reasons why tsarist government did not share
place for Muslims in the management system at the beginning of the twentieth century are
analyzed and the involvement of Christian officials' in governance is investigated. The reasons
for estrangement of the indigenous inhabitants of the Caucasus - Azerbaijani Turks renamed as
the Tatar by Tsarist government at that time, from the governance are illuminted.
Keywords: Azerbaijan, Garabagh region, administrative-territorial division, the officials
of imperial government
РЕЗЮМЕ
Бахтияр Гасанов
АДМИНИСТРАТИВНО-ТЕРРИТОРИАЛЬНОЕ УСТРОЙСТВО ГАРАБАГСКОГО
РЕГИОНА АЗЕРБАЙДЖАНА (НАЧАЛО ХХ ВЕКА)
В статье приводятся сведения о политике Российской империи на Кавказе в облас-
ти административно-территориального устройства и ее итогов. Исследуются причины
привлечения царским правительством в исследуемый период чиновников христианского
исповедания к управлению и наоборот отвлечения от него мусульман, связанного с
политикой христианизацией южнокавказского региона.
Ключевые слова: Азербайджан, Гарабагский регион, административно-террито-
риальное устройство, чиновники царского правительства
Sivilizasiya
93
Günel MƏMMƏDOVA
∗
MİLLİ DÖVLƏTİN YARANMASINDA MİLLİ-MƏNƏVİ
DƏYƏRLƏRİN ROLU
Açar sözlər: dövlət quruculuğu, milli dövlət, mənəvi dəyər, qloballaşan dünya, mədəniyyət
Giriş
Cəmiyyətin siyasi sisteminin özəyini dövlət təşkil edir. “Dövlət siyasi birlik olmaq
etibarı ilə müəyyən struktura malik olan, siyasi hakimiyyətin müəyyən təşkili ilə səciy-
yələnən və müəyyən ərazidə sosial proseslərin tənzimlənməsini təmin edən xususi
təsisatdır” [5].
Milli dövlət cəmiyyətdə mövcud olan bütün siniflərin, təbəqələrin haqq və mənfə-
ətini qoruyan birlikdir. İlk dəfə bu anlayış XIX yüzillikdən etibarən Avropada işlənmə-
yə başlanmış, zaman keçdikcə bir çox başqa dövlətlərin lüğətlərində istifadə olunmağa
başlanmışdır. Bu zaman baş vermiş sənaye inqilabı, eyni zamanda əksər dövlətlərdə
əmələ gələn ortaq dil, mədəniyyət və dəyərlərin yayılması artıq milli dövlətin əsasında
dəyər və milli şüurun əhəmiyyətini artırırdı.
Milli dövlətin yaranmasında bir neçə zəruri şərtlər var ki, bunlardan birincisi ərazidir.
Ərazi dövlətin fiziki, maddi-təbii əsasıdır, onun məkan mahiyyətidir. Dövlətin ikinci
ünsürü mövcud dövlətin ərazisində yaşayan və onun hakimiyyətinə tabe olan əhalidir.
Xalqsız, milli əsasdan məhrum dövlət ola bilməz. Bəşər mədəniyyəti tarixinin
araşdırılması sahəsindəki qazanılmış təcrübələr sübut edir ki, insanların mənəviyyatı,
əxlaq normaları və baxışları ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır.
Hər bir xalqın ən böyük mirası olan milli-mənəvi dəyərlərin milli dövlət quruculuğunda
rolu mühümdür. Dövlətin düzgün idarə edilməsində bu dəyərlər yaxından iştirak edir.
Bu səbəbdən hər şeydən əvvəl bütün sahələrdə, o cümlədən “mədəniyyət siyasəti sahə-
sində mədəniyyətin təsbiti mövzusuna üstünlük verilməli, milli-mənəvi dəyərlər gə-
ləcək nəsillərə daha da zənginləşdirilmiş halda ötürülməlidir. O da şübhəsizdir ki, mə-
dəniyyət dəyişmədən və zənginləşdirilmədən varlığını qoruya bilməz. Bu məqsədlə
müasir mədəniyyət siyasətində yaradıcı və qurucu səciyyəli hər cür fəaliyyət təşviq
edilməli, yeni qabiliyyətlərin kəşf edilməsi, istiqamətləndirilməsi, dəyərləndirilməsi
fəaliyyətlərinə mühüm əhəmiyyət verilməlidir” [7]. Xüsusən etnik tərkibi olduqca zən-
gin olan ölkələrdə bu vasitə aparıcı qüvvələrdəndir.
1. Xalqın milli xüsusiyyətləri və milli xarakteri
Hər bir xalqın milli xüsusiyyətləri, milli xarakteri onun dövlət quruluşunda özünü
tapır, dünyaya da öz milli dövlət obrazını təqdim edir. “Milli xarakter əsrlərlə formalaşan
və reallığa uyğun olaraq yeniləşə bilən, dövlətin gələcəyini təmin edən ali xüsusiyyətlərin
vəhdəti olmayanda xalqın inkişafında maneəyə çevrilir. Müstəqil dövlətçiliyin keçilən
yolunun uğurları göstərir ki, xalqımızın tarixən formalaşan milli xarakteri onun
yüksəlişini təmin edən əsas amillərdən biridir” [2, s. 78].
Milli dövlət quruculuğunda dahi Heydər Əliyevin böyük rolu var. Müstəqilliyini
bərpa etdikdən sonra Azərbaycan Respublikasının qarşısında bir neçə inkişaf yolu var
idi. Müxtəlif kənar təsirlər həmin dövrdə Azərbaycanı fərqli istiqamətlərə yönəltməyə
∗
Dissertant, Bakı Dövlət Universiteti gunelabdullazadeh@yahoo.com
Bakı Avrasiya Universiteti
94
çalışırdı. Lakin ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi quruculuq siyasəti
Azərbaycan xalqının milli mənəviyyatına əsaslanan milli dövlətin əsaslarını formalaş-
dırmağa yönəltdi. Belə ki, ulu öndərin əsasını qoyduğu dövlət quruculuğu siyasətinin
mühüm xüsusiyyətlərindən biri dövlətin əbədi mövcudluğunu təmin edəcək zəruri mə-
nəvi dayaqların formalaşdırılması idi.
“Dövlətşünaslıq elmimizin sütununu ümummilli lider Heydər Əliyevin milli döv-
lətçilik fəlsəfəsi, konsepsiyası və onun gerçəkləşən Azərbaycan modeli təşkil edir. Müs-
təqilliyimizin memarı böyük dövlət xadimi olmaqla yanaşı, həm də hüquqşünas, tarixçi,
siyasətşünas və fəlsəfi düha sahibi olan ümummilli lider Heydər Əliyevin müstəqil döv-
lətin qurulmasında tarixi xidmətləri, siyasi müdrikliyi, bu gün real nəticələrini və dün-
yada etiraf edilən bəhrələrini verən nəzəri irsi dövlətçilik elmimizin “qızıl fondu” kimi
özünün əbədi aktuallığını təmin etmişdir” [2, s. 11].
Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik si-
yasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının
gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstə-
qillik arzusuna çatmasına nail oldu.
2. Heydər Əliyev və milli-mənəvi dəyərlər
Adət-ənənə, dəyərlər, mentalitet məsələsi hələ qədim zamanlardan bəri milli dövlə-
tin əsasının qoyulmasında, dövlətin təşkili və dövlət müstəqilliyinin qorunub saxlanıl-
masında daim diqqət mərkəzində olmuşdur. Bu mənada Azərbaycanın milli-mənəvi də-
yərlərinə yiyələnməklə gənc nəslin milli ruhda tərbiyə olunması məsələsini Heydər Əli-
yev əsas vəzifələrdən biri kimi irəli sürürdü. Dövlət başçısı bu məsələdən bəhs edərkən
deyirdi: "Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilmə-
lidir. Milli dəyərlərimizi, milli adət və ənənələrimizi, tariximizi yaxşı bilməyən gənc
vətənpərvər ola bilməz”. Ulu öndər milli adət və ənənələrimizin və bu müstəvidə for-
malaşdırılan milli dəyərlər sisteminin qorunub saxlanılmasında və bunun əsasında güclü
və qüdrətli dövlət qurulması istiqamətində mühüm tədbirlər həyata keçirdi. Bununla da
Azərbaycan dövlətinin əsaslarının yaradılmasında məhz Azərbaycan xalqının milli-
mənəvi dəyərləri başlıca dayağa çevrildi.
Milli-mənəvi dəyərlər sırasında ümummilli lider Heydər Əliyev ana dilinə xüsusi
önəm verirdi. O, elmə, mədəniyyətə, maarifə, incəsənətə daim diqqət və qayğı göstərir,
ziyalıların əməyini hər zaman yüksək qiymətləndirirdi. Bu gün milli adət və ənənələri-
miz və onların əsasında formalaşdırılan milli-mənəvi dəyərlər sistemi ölkəmizin icti-
mai-siyasi həyatında mühüm rol oynayaraq güclü və qüdrətli dövlət quruculuğu
prosesinə öz töhfəsini verməkdə davam edir.
Dövlətçiliyin təməlinin, milli varlığın özülünün mədəniyyətə bağlı olduğunu aydın
dərk edən ulu öndər deyirdi: “Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimiz-
lə, adət-ənənələrimizlə fəxr edirik. Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələ-
rimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviy-
yatını təşkil edən amillərdir”. Heydər Əliyev millət və cəmiyyətin bütün təbəqələrinin
mənəvi potensialını bilir, xalqın, Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin birləş-
dirilməsində görürdü. Onun fikrincə, bu birliyin həyata keirilməsininn ilk, başlanğıc pil-
ləsini vətənin, ölkənin bu günü və gələcəyi, millətin sabahkı günü üçün fərdlərdə yük-
sək məsuliyyət hissinin formalaşdırılması təşkil etməlidir. İkinci pilləni isə millət və cə-
miyyətin mənəvi və əxlaqi birliyi təşkil edə bilər. Əgər xalqın əxlaqi və mənəvi birliyi
Sivilizasiya
95
təmin edilmişsə, deməli, bir çox sosial və siyasi məsələlərin həlli asanlaşar və reallaşa
bilər” [1, s. 11].
Çıxışlarından birində Heydər Əliyev demişdir: “Hər bir xalq, hər bir dövlət, ölkə öz
dövlətini, ölkəsini özünün daxili, tarixi ənənələrinə, dünya təcrübəsinə əsaslanaraq qu-
rub. Biz də həm öz tarixi ənənələrimizi, həm daxili mənəviyyatımızı, həm xalqımızın
mentalitetini nəzərə almışıq, eyni zamanda bütün dünya təcrübəsini təhlil etmişik, nə-
zərdən keçirmişik, onlardan bəhrələnmişik, istifadə etmişik”[1, s. 49]. Bütün bunlar onu
deməyə əsas verir ki, “Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət qu-
ruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin,
təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır” [1, s.7].
Mədəniyyətlərin bir-birinə nüfuz etdiyi və hətta bəzi hallarda assimilyasiyaya uğra-
dığı qloballaşan dünyada milli-mənəvi keyfiyyətlərin mühafizə edilərək gələcək nəslə
ötürülməsi maddi-mənəvi irsin qorunub saxlanılmasından asılıdır. Milli dövlətin for-
malaşması və əbədiyaşar olması onun mənəvi əsaslarının milli dəyərlərlə nə dərəcədə
səsləşməsindən asılıdır. Hər bir cəmiyyətdə milli-mənəvi dəyərlər istər ölkənin idarə-
edilməsində, istərsə də xalqın milli-etnik şüurunun formalaşmasında mühüm rol oyna-
yır. Milli dəyərlərə söykənən dövlət quruculuğu xalqın milli şüuruna, identikliyinə, mə-
nəvi dəyərlərinə istinad edir. Bizim ölkəmizdə də bunun bariz nümunəsi kimi Azər-
baycan Prezidenti İlham Əliyevin oktyabrın 19-da andiçmə mərasimində əlini “Qurani-
Şərif”ə basaraq milli-mənəvi dəyərlərimizi qoruyacağına and içməsini nümunə göstərə
bilərik. Bu fakt bir daha dövlətimizin milli-mənəvi dəyərlərimizə, ənənələrimizə verdiyi
önəmin göstəricisidir.
Azərbaycanda dövlət quruculuğu prosesi məhz milli-mənəvi dəyərlər üzərində
həyata keçirilir. Müasir dünya siyasətində qlobal, regional və lokal problemlərin, qlo-
ballaşma və mədəni inteqrasiya məsələlərinin həllinə yeni münasibət müşahidə edil-
məkdədir. Demokratiyanın siyasi sistem kimi formalaşdırılmasını tələb edən bu proses-
də Azərbaycan Respublikası da fəal iştirak etməkdədir. Yalnız milli və bəşəri dəyərlərin
sintezi və dünya təcrübəsi əsasında həyata keçirilən islahatlar sayəsində sosial, mədəni,
iqtisadi cəhətdən inkişaf etmiş dövlətlər səviyyəsinə çatmaq mümkündür. Sosial, mədə-
ni, iqtisadi tərəqqiyə xidmət edən bu prosesdə qarşıya çıxan problemlər isə bilavasitə
mədəniyyət sahəsində bəşər tarixinin, dünyanın inkişaf təcrübəsinin öyrənilməsini,
kompleks əlaqələrin genişləndirilməsini zərurətə çevirir ki, bütün bunlara da yalnız mü-
kəmməl mədəniyyət siyasəti sayəsində nail olmaq mümkündür.
Müstəqilliyimizin bərpa olunmasından sonra həyata keçirilən mədəniyyət siyasəti
milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və gələcək nəsillərə çatdırılması üçün
böyük zəmin yaradır. Xalqımızın əldə etdiyi bu böyük nailiyyət milli sərvətimiz olan
mənəvi dəyərlərimizin istifadəsini, bəşəri dəyərlərin tərkib hissəsi kimi inkişafını və
inteqrasiyasını təmin edir. Azərbaycan xalqı azad və suveren dövlət quraraq, mədəni-
iqtisadi islahatlar aparmaqla öz milli-əxlaqi dəyərlərinə, tarixinə qayıdır, demokratik
ölkələrin təcrübəsindən istifadə edir.
3. Milli dövlət quruculuğunda dövlət siyasəti
Bu gün Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmləndirilməkdədir, res-
publikamızda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi daha sürətlə inki-
şaf etməkdədir. Ümummilli lider Heydər Əliyevin yürütdüyü siyasi-mədəni xəttin la-
yiqli davamçısı Prezident İlham Əliyevin inamla və sədaqətlə həyata keçirməkdə oldu-
Bakı Avrasiya Universiteti
96
ğu mədəniyyət siyasətinin uğurlu nəticələri və perspektivləri artıq göz qabağındadır.
Belə ki, “mədəniyyət sahəsində dövlət konsepsiyasının əsas qayəsi mədəniyyət siyasəti-
nin təminatı mexanizmlərini dünya standartları səviyyəsinə çatdırmaq yolunda mədəni
irsin qorunması, yaradıcılığın dəstəklənməsi və mədəni sənayelərin dirçəldilməsi kimi
prioritet istiqamətləri müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirməklə Azər-
baycan mədəniyyətinin və incəsənətinin qorunub saxlanılmasına, gələcək inkişafına və
dünya mədəniyyətinə uğurla inteqrasiyasına nail olmaqdır” [6]. Mədəniyyət və incəsə-
nətin bütün sahələrində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi
həyata keçiriləcək islahatların əsas məğzi kimi nəzərdə tutulub. “Mədəniyyət siyasəti-
nin perspektivlərini müəyyənləşdirən konsepsiyanın ümumi məqsəd və vəzifələri mədə-
niyyət siyasətinin təminat mexanizmləri kimi çıxış edən və mədəniyyətin bütün sahələ-
rini əhatə edən mədəniyyətin idarəolunma, hüquqi, maliyyə, elmi-informasiya təminatı,
insan resurslarının inkişafı, maddi-texniki infrastrukturunun müasirləşdirilməsi və bey-
nəlxalq əməkdaşlığın möhkəmləndirilməsi kimi ümumi məsələlərin inkişaf etdirilmə-
sindən ibarətdir” [6]. Həmçinin mədəniyyət siyasətinin göstərilən sahələrinin dünya
standartları səviyyəsinə çatdırılması üçün tələb olunan islahatların həyata keçirilməsinin
təmin edilməsindən ibarətdir.
“Hər hansı bir millətin, xalqın, yaxud da insanların özünəməxsus daxili aləminin
sabit tərəflərini, sosial-mənəvi təcrübənin ümumiləşdirilmiş simvolunu, dünyanın
məxsusi anlam tərzilə mənalandırılmasını, insanların min illər boyu yaşadığı və fəaliy-
yət göstərdiyi yaşayış mühitinin xüsusiyyətlərini özündə əks etdirən mentalitet, xüsusilə
keçid dövrlərində və ümumiyyətlə də bütün tarixi fəaliyyət prosesində sosial-mədəni,
mənəvi fəalliği şərtləndirir” [2, s. 243].
Bu gün Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınmasına, müstəqilliyi-
nin möhkəmləndirilməsinə dair bir sıra tədbirlər həyata keçirilir. Mənəvi dəyərlərimizin
qorunub saxlanması və inkişaf etdirilməsi müstəqil respublikamızın mədəniyyət siyasəti-
nin əsas vəzifələrindən biridir. Bu mənada Azərbaycan dövləti öz daxili və xarici siyasəti-
ni yeni tarixi şəraitə, müasir tələblərə uyğun olaraq, xalqımızın tarixi və mədəni ənənələ-
rinə, dilimizə, dinimizə, milli-mənəvi dəyərlərimizə istinad edərək həyata keçirir.
Qaynaqlar:
1. Əliyev Heydər. Mənəviyyat. Mənəvi dəyərlər. Mənəvi tərbiyə. Bakı: “Müəllim” nəşriyyatı,
2008, 637 səh.
2. Aslanova R. Müasir dövlət və dövlətşünaslıq elmi. Bakı: Azərnəşr, 2011, 440 səh.
3. Həbibbəyli İ. Heydər Əliyevin dövlətçılilk təlimi və müasir dövr. Naxçıvan: “Əcəmi”
nəşriyyat-poliqrafiya birliyi, 272 səh.
4. Mehdiyev R. Azərbaycan: qloballaşma dövrününü tələbləri. Bakı: “XXI – Yeni nəşrlər
evi”, 2005, 464 sh.
5. https://az.wikipedia.org
6. http://modern.az/
7. http://www.milliarxiv.gov.az/
8. http://www.hukukcagi.com/
Sivilizasiya
97
SUMMARY
Gunel Mammadova
THE ROLE OF NATIONAL AND SPIRITUAL VALUES IN THE
FORMATION OF THE NATIONAL STATE
National state, state, statehood, national and spiritual values are analysed in the article,
the role of national values are laid out in the statehood of the government. That is displayed that
the statehood and national state-building in Azerbaijan dates back to the 90s of the XX century.
The foundation of national state which was laid by national leader Haydar Aliyev beside to
be independent and sovereign it is also a political institution that embodies our national and
moral values. The Azerbaijani nation set up a free and sovereign state has returned its national
and moral values using the experience of democratic countries.
Today in Azerbaijan the worthy successor of the political course Haydar Aliyev, President
Ilham Aliyev carry out of the national statehood with faithfully and confidently. The head of
state refers to spiritual values, traditions, national thought as the social and spiritual support of
the country and carries out its domestic and foreign policy.
Key words: state-building, national and moral values, a globalized world, cultural.
РЕЗЮМЕ
Гюнель Мамедова
РОЛЬ НАЦИОНАЛЬНО-МОРАЛЬНЫХ ЦЕННОСТЕЙ В ФОРМИРОВАНИИ
НАЦИОНАЛЬНОГО ПРАВИТЕЛЬСТВА
В статье анализируются вопросы государства, национального государства и нацио-
нально-моральных ценностей, выдвигается в передний план роль национальных цен-
ностей в формировании национального государства. Формирование национального госу-
дарства был заложен общенациональным лидером Гейдаром Алиевым к 90-х годах
двадцатого века.
Национальное государство помимо того, как независимое и суверенное государство,
также политический институт, воплощающий в себе национальные и моральные цен-
ности. Азербайджанский народ создав свободное и суверенное государство на примере
демократических стран, достиг национальных и моральных ценностей.
Сегодня, достойный преемник Гейдара Алиева, президент Азербайджана Ильхам
Алиев добросовестно и уверенно продолжает политическую линию в формировании нац-
ионального государства. Глава государства осуществляет свою внутреннюю и внешнюю
политику в социальной и моральной поддержки со стороны национальных идей, тра-
диций и нравственных ценностей.
Ключевые слова: государственное строительство, национальные государствo,
нравственные ценности, глобализoванный мир, культура.
Bakı Avrasiya Universiteti
98
Elman CƏFƏRLİ
∗
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ 1998-Cİ İL KONSTİTUSİYASI
Açar sözlər: Naxçıvan Muxtar Respublikası, Konstitusiya, muxtariyyət, Ali Məclis, Ali
vəzifəli şəxs, Avropa Şurası
1991-ci ildə Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən son-
ra Azərbaycanın müstəqil dövlətçilik tarixinin yeni mərhələsi başlandı. Lakin müstəqil-
liyin ilk iki ilində, 1991-1993-cü illərdə Azərbaycanda, müəyyən kiçik istisnalar olmaq-
la, hüquqi, demokratik, müasir dövlət quruculuğu istiqamətində ciddi addımlar atılmadı.
Əvəzində SSRİ-nin süqutu ərəfəsində ermənilərin Azərbaycan torpaqlarına qarşı
növbəti əsassız iddialarının və qanlı qəsbkarlıq planlarının başlaması ilə alovlanan Er-
mənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin mövqelərinin fəal hər-
bi əməliyyatlar bölgəsində hərbi, münaqişə ilə bağlı beynəlxalq miqyasda aparılan mü-
barizədə isə diplomatik uğursuzluqlar dalğası başlandı. Bu uğursuzluğu xarici siyasətdə
ölkəmizin təcrid olunmasına səbəb olan siyasi xəttin yürüdülməsi daha da dərinləşdirdi.
Bir tərəfdən Azərbaycanda siyasi hakimiyyətin taleyinin müəyyənləşməsində əsas
faktora çevrilən münaqişənin getdikcə daha da qızışması və ağır nəticələri, digər tərəf-
dən hakimiyyət uğrunda amansız mübarizə aparan çoxsaylı siyasi partiya və qrupların
məhdud maraqlarla çərçivələnən və ümummilli mənafeyə zərbə olan ambisiyaları və ən
nəhayət, sovet hakimiyyəti dövrünün son illərindən başlanan və getdikcə kəskinləşən
sosial-iqtisadi böhran 1993-cü ilin yayınadək olan dövrdə Azərbaycanda müstəqil döv-
lətçiliyin məhvə doğru sürüklənməsində əsas faktorlar oldu. Bu faktorlar üçün münbit
zəmin isə 1992-ci ilin iyununadək Azərbaycana rəhbərlik etmiş partnomenklatura siste-
minin imperiyanın qorunub saxlanılması istiqamətindəki fəaliyyəti və ondan sonrakı bir
il ərzində AXC-Müsavat tandeminin psevdodemokratiya siyasətinin səbəb olduğu anar-
xiya və xaos mühiti idi.
Bu dövrdə Naxçıvanın da vəziyyəti çox ağır və mürəkkəb idi. 1918-ci ildə Zəngə-
zurun ermənilər tərəfindən işğalından sonra Azərbaycanın əsas hissəsindən coğrafi cə-
hətdən ayrı düşən Naxçıvan düşmənin işğal planlarında ən azı Dağlıq Qarabağ qədər
əhəmiyyətli yer tuturdu. Azərbaycanla, hava nəqliyyatı istisna olmaqla, bütün kommu-
nikasiya əlaqələrinin kəsilməsi Naxçıvanın sosial-iqtisadi vəziyyətindəki böhranlı duru-
mu fəlakət həddinə çatdırmışdı. Lakin 1990-1993-cü illərdə ulu öndər Heydər Əliyevin
Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi, muxtar respublikaya rəhbərlik etməsi, bütün
bacarıq, səriştə və təcrübəsini Naxçıvanın düşmən işğalından xilasına və sosial-iqtisadi
böhranın aradan qaldırılmasına yönəltməsi muxtar respublikanın taleyinin uğurlu həlli
üçün müstəsna və ən böyük amil oldu.
1990-cı il iyulun 22-də görkəmli dövlət xadimi və mahir siyasətçi Heydər Əliyevin
Moskvadan Azərbaycana, Naxçıvana qayıtması ilə hakimiyyət uğrunda mübarizəyə
çevrilmiş milli-azadlıq hərəkatının başlıca məqsədlərə doğru motivasiyasında ciddi sə-
fərbərlik müşahidə edilməyə başlandı. 1990-cı il sentyabr ayının 30-da Azərbaycan
SSR və Naxçıvan MSSR Ali Sovetlərinə keçirilən seçkilərdə ümummilli lider Heydər
Əliyev respublika və muxtar respublika parlamentlərinə deputat seçildi. 1990-cı il no-
yabrın 17-də Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin bir-
∗
Tarix üzrə fəlsəfə doktoru, dosent, Naxçıvan Dövlət Universiteti ecaferli@mail.ru
Sivilizasiya
99
inci sessiyasında məhz onun təşəbbüsü ilə mühüm tarixi qərarlar qəbul edildi. “Naxçı-
van MSSR-in adının dəyişdirilməsi haqqında” qərarla “Muxtar Sovet Sosialist Respub-
likası” adından “Sovet Sosialist” sözləri çıxarıldı və muxtariyyət Naxçıvan Muxtar Res-
publikası adlanmağa başladı. “Naxçıvan MR Ali Dövlət hakimiyyəti orqanı haqqında”
qərarla Naxçıvan MR Ali Soveti – Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
adlandırıldı. “Naxçıvan MR-in dövlət rəmzləri haqqında” qərarla isə Azərbaycan Xalq
Cümhuriyyətinin 1918-ci il noyabrın 9-da qəbul edilmiş üç rəngli, aypara və səkkiz
guşəli ulduzlu bayrağı Naxçıvan MR-in Dövlət bayrağı kimi qəbul edildi [2, s. 123].
Ümummilli lider Heydər Əliyevin Naxçıvana və Azərbaycana rəhbərlik etdiyi dövr
Naxçıvanın muxtariyyət statusunun möhkəmləndirilməsində mühüm mərhələ oldu.
Hələ 1991-ci il yanvarın 11-də məhz onun təşəbbüsü ilə Naxçıvan MR Ali Məclisi xü-
susi bəyanatla çıxış edərək Moskva və Qars müqavilələrinin iştirakçısı olan dövlətləri
erməni təcavüzü nəticəsində Naxçıvanın ərazi bütövlüyünün pozulması faktına münasi-
bət bildirməyə çağırdı. Ermənilərin muxtar respublikaya təcavüzünün genişləndiyi
1992-ci ilin may ayında Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevin qardaş
Türkiyə Cümhuriyyəti rəhbərliyi ilə qurduğu uğurlu diplomatik münasibətlər və məq-
sədyönlü mübarizəsi nəticəsində dünyanın 57 dövləti Ermənistanın Naxçıvana təcavü-
zünü qətiyyətlə pislədi. Həmin il may ayının 28-də Türkiyə ilə Azərbaycan (Naxçıvan)
arasında mühüm hərbi-strateji və siyasi-iqtisadi əhəmiyyət daşıyan Sədərək-Dilucu,
xalq arasında deyildiyi kimi, “Ümid” körpüsünün açılışı oldu.
Belə bir taleyüklü məqamda AXC-Müsavat iqtidarı hakimiyyəti ələ keçirən kimi
ulu öndər Heydər Əliyevə olan sonsuz xalq sevgisinə, dünya miqyasında nüfuzuna və
böyük dövlətçilik təcrübəsinə görə ona qarşı hiss etdikləri qısqanclığı bütövlükdə
Naxçıvanın muxtariyyət statusunun ləğvi ilə bağlı təhdidlərə çevirmişdi. Bir tərəfdən
Azərbaycan parlamentinin o zamankı sədri və dövlət katibi Naxçıvanın muxtariyyətinin
ləğvi barədə məkrli və savadsız çıxışlar edir, digər tərəfdən 1992-ci il oktyabrın 24-də
Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevi devirmək üçün ölkənin daxili işlər
nazirinin rəhbərliyi səviyyəsində çevriliş cəhdi edilir, üçüncü bir tərəfdən isə 1992-ci
ilin noyabrında keçirilən AXC-nin II qurultayında Naxçıvanın statusu ilə bağlı ölkə
rəhbərliyi qarşısında məsuliyyətsiz çıxışlar edilir və qurultayın qətnaməsinə müvafiq
məsələ salınırdı. Belə təhdidlərin ermənilərin işğalçılıq siyasətinə xidmət etdiyini söylə-
yən ümummilli lider hələ 1992-ci il iyunun 17-də Naxçıvan MR Ali Məclisinin Rəyasət
Heyətinin ilcasında bəyan etmişdi ki, “Naxçıvanın statusunun dəyişdirilməsinə yönəldi-
lən hər hansı cəhdin, onun ərazisinə edilən hər cür qəsdin qarşısı qətiyyətlə alınacaqdır”
[4, s. 830].
Naxçıvanın muxtariyyət statusunun Azərbaycan dövlətinin unitarizminə təhlükə və
ziddiyyət təşkil etdiyini söyləyən siyasi işbazların nə normal tarixi və siyasi savadları,
nə də beynəlxalq hüquqdan xəbərləri yox idi. Belə ki, dünyanın bir sıra unitar dövlət-
lərində muxtariyyətlər mövcuddur. Məsələn, Finlandiyada Aland adaları, Danimarkada
Qrenlandiya və Farer adaları, Portuqaliyada Madeyra arxipelaqı və Azor adaları, İspani-
ya muxtariyyətləri, İtaliyada Cənubi Tirol, Çində beş iri regional muxtariyyət və ümu-
milikdə yüzdən artıq milli muxtariyyət, Moldovada Qaqauziya, Gürcüstanda Acarıstan,
Özbəkistanda Qaraqalpaqstan Respublikası və s. Bu muxtariyyətlərin böyük əksəriyyəti
məhz milli-etnik prinsipə əsaslandığı halda həmin unitar dövlətlərdə mərkəzi hakimiy-
yətin muxtariyyətlərin ləğvi tələbi ilə çıxış etməsi uzun illərdən bəridir, demək olar ki,
müşahidə olunmur.
Bakı Avrasiya Universiteti
100
Digər tərəfdən Beynəlxalq müqavilələrin hüququ barədə 1969-cu il Vyana konven-
siyasının 26-cı maddəsində qeyd olunur ki, “qüvvədə olan hər bir müqavilə onun işti-
rakçıları üçün məcburidir və onlar tərəfindən vicdanla yerinə yetirilməlidir”. Tərəflər
müqavilədə təsbit olunmuş şərtlərin yerinə yetirilməməsinə daxili çətinlikləri bəhanə
edərək haqq qazandıra bilməzlər. Beynəlxalq hüquqa dair 1970-ci il Deklarasiyası və
beynəlxalq müqavilələrə riayət edilməsi prinsipinin (“pacta sund servanda”) təsbit
olunduğu 1975-ci il Helsinki Yekun Aktı da Moskva və Qars müqavilələrinin icra
olunmasının hüquqi bazasını təşkil edir [3, s. 137].
1991-ci il sentyabrın 3-də ulu öndər Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin
Sədri seçildi. Onun muxtar respublikaya rəhbərliyi dövründə Naxçıvanda qəbul edilmiş
bir sıra Konstitusiya qanunları yalnız muxtar respublikanın deyil, bütövlükdə Azərbay-
can dövlətinin müstəqillik tarixində mühüm yer tutdu. Artıq Naxçıvanın 1978-ci il
Konstitusiyası müstəqillik dövrünün yeniləşən tələblərinə cavab vermirdi və yeni Əsas
Qanun qəbul edilənədək mövcud Konstitusiyaya zəruri dəyişikliklər edilməsinə ehtiyac
duyulurdu. 1992-ci il yanvarın 31-də Naxçıvan MR Ali Məclisinin Qanunvericilik
mülahizələri, hüquq-mühafizə və millətlərarası münasibətlər daimi komissiyası Naxçı-
van MR Ali Məclisi Rəyasət Heyətinin fəaliyyətini daha da yaxşılaşdırmaq məqsədi ilə
Naxçıvan Muxtar Respublikası Əsas Qanununun (1978-ci il Konstitusiyasının – E.C.)
103-cü maddəsinin yeni redaksiyası haqqında qanun layihəsini və həmçinin “Azərbay-
can Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə əlaqədar Nax-
çıvan Muxtar Respublikasının Konstitusiya Qanunu”nun layihəsini Ali Məclisin müza-
kirəsinə vermək haqqında qərar qəbul etmişdi [8, 1992, 5 fevral]. Naxçıvan MSSR-in
1978-ci il Konstitusiyasının 103-cü maddəsi 11 bənddən ibarət idi və Naxçıvan MSSR
Ali Soveti Rəyasət Heyətinin səlahiyyətlərini müəyyənləşdirirdi [7, s. 27]. “Azərbaycan
Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə əlaqədar Naxçıvan
Muxtar Respublikasının Konstitusiya Qanunu” yeni Konstitusiya qəbul edilənədək
muxtar respublikada dövlət quruluşu, siyasi, iqtisadi və sosial həyatla bağlı məsələləri
tənzimləməli idi. Qanun Naxçıvan Muxtar Respublikasını Azərbaycan Respublikasının
tərkibində muxtar ərazi statusuna malik demokratik dövlət, hakimiyyətin mənbəyi olan
xalqı demokratik quruluşun və qanunun aliliyinin təminatçısı elan edildi. Bu Qanunda
ilk dəfə “hakimiyyətlərin bölgüsü” prinsipi təsbit edilmişdi [8, 2014, 3 aprel].
Ümummilli lider Heydər Əliyev 1993-cü ilin iyun ayında Azərbaycanda hakimiy-
yətə qayıtdıqdan sonra ölkədə müasir hüquqi, demokratik dövlət quruculuğu prosesi
başlandı və bu proses Naxçıvanı da əhatə etdi. 1995-1998-ci illər Naxçıvanın muxtariy-
yət statusunun möhkəmləndirilməsi istiqamətində mühüm dövr oldu. 1995-ci il noyab-
rın 12-də referendumla qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına
Naxçıvanla bağlı xüsusi fəsil (VIII fəsil, maddə 134-141) salındı [1, s. 54-57].
Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlət
və ölkənin ayrılmaz tərkib hissəsi elan edildi.
Müstəqil Azərbaycanın Konstitusiyası əsasında Naxçıvan Muxtar Respublikasının
yeni Konstitusiyasının hazırlanması zərurətini nəzərə alaraq Naxçıvan Muxtar Respub-
likasının Ali Məclisi özünün 23 dekabr 1995-ci il tarixli, 16-1 saylı qərarı ilə muxtar
respublikanın yeni Konstitusiyasının layihəsini hazırlayan komissiya yaratdı. Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun başçılıq etdiyi komissiyanın
hazırladığı ilkin variantda 12 fəsil, 146 maddədən ibarət olan muxtar respublika Konsti-
tusiyasının layihəsi Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədri oldu-
Sivilizasiya
101
ğu Azərbaycanın yeni Konstitusiya layihəsini hazırlayan Komissiyada ayrı-ayrı vaxtlar-
da dörd dəfə müzakirə olundu [8, 2014, 3 aprel].
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası Naxçıvan Muxtar Respubli-
kasının yeni Konstitusiyasının hazırlanması və qəbul olunması üçün başlıca hüquqi
bazaya çevrildi. Ulu öndər 1998-ci il yanvarın 14-də Konstitusiya Komissiyasının icla-
sında Naxçıvanın muxtariyyət statusunun qorunub saxlanılmasının böyük əhəmiyyət
kəsb etdiyinə toxunaraq deyirdi: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu
qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaq-
larının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub
saxlamalıyıq”.
Bu zaman Naxçıvanın muxtariyyət statusunun təmin edilməsində 1921-ci il Mosk-
va və Qars müqavilələrinin həyati əhəmiyyətini əsaslandıran Azərbaycan Respublikası-
nın Prezidenti Heydər Əliyev deyirdi: “Naxçıvanın muxtariyyəti mühüm hadisədir. Bu,
çətin bir dövrdə, böyük bir mübarizənin nəticəsi olubdur. Naxçıvanın statusunu qoru-
yub saxlamaq üçün Moskva müqaviləsinin və xüsusən Qars müqaviləsinin böyük əhə-
miyyəti olubdur. Naxçıvan Azərbaycanın əsas toprağından ayrı düşdüyünə görə, Naxçı-
vanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin
etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan sənəddir. Belə ağır
şəraitdə Naxçıvanın yaşamasının, inkişaf etməsinin əsas şərtlərindən biri də odur ki,
Naxçıvana o vaxt muxtariyyət hüququ veriblər. Bu muxtariyyət hüququ bu çətin vəziy-
yətdə yaşamaqda, inkişaf etməkdə Naxçıvana böyük şərait yaradıbdır. Amma Naxçıva-
nın bundan sonra da buna ehtiyacı vardır, müstəqil Azərbaycan dövlətinin içində buna
ehtiyacı vardır” [3, s. 137-138].
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev sonradan özünün “Naxçı-
van Muxtar Respublikasının 75 illik yubileyinin keçirilməsi haqqında” 4 fevral 1999-cu
il tarixli Fərmanında Naxçıvanın statusunu şərtləndirən başlıca tarixi-coğrafi amili də-
qiq açıqlayırdı: “İlk olaraq Azərbaycan torpağı Zəngəzur mahalı Ermənistan SSR-in
tərkibinə qatıldı. Əslində isə ermənilərin planları daha geniş idi və onların torpaq iddia-
larının əsas hədəfi məhz Naxçıvan idi. Onlar Zəngəzurun ilhaq edilməsini bu yolda atıl-
mış mühüm addım hesab edirdilər. Beləliklə də, Naxçıvanı Azərbaycandan ayıran
Azərbaycan torpaqlarının – Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvanın
muxtariyyət məsələsini zəruri etdi”.
Beləliklə, 1998-ci ildə Naxçıvan Muxtar Respublikasının yeni, sayca dördüncü
Konstitusiyasının layihəsi hazırlandı. Layihə ingilis və fransız dillərinə tərcümə olu-
naraq rəy verilməsi üçün Avropa Şurasına, Qanun Vasitəsilə Demokratiya Uğrunda Av-
ropa Komissiyasına (Venesiya Komissiyası – E.C.), Fransa Dövlət Administrasiyasının
Beynəlxalq İnstitutuna və bir sıra başqa beynəlxalq təşkilatlara göndərildi. Beynəlxalq
təşkilat və ekspertlərin ümumiləşmiş rəyi bundan ibarət idi ki, Konstitusiya layihəsi
demokratik, hüquqi, dünyəvi dövlət quruluşuna təminat verməklə, demokratik dövlətin
siyasi və hüquqi təşkili prinsiplərinə uyğundur [8, 2014, 3 aprel].
Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın
Sədri Heydər Əliyevin müzakirə edilmək üçün 12 aprel 1998-ci il tarixli məktubla
Naxçıvan Muxtar Respublikası Ali Məclisinə göndərdiyi layihə aprelin 15-də “Şərq qa-
pısı” qəzetində dərc edildi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1998-ci il ap-
relin 28-də keçirilən sessiyasında qəbul edilmiş Naxçıvan Muxtar Respublikasının Kon-
stitusiyası dekabrın 29-da Azərbaycan Respublikasının Milli Məclisində təsdiq edildi və
Bakı Avrasiya Universiteti
102
elə həmin gün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən imza-
landı. Naxçıvan Muxtar Respublikasının 6 fəsil, 50 maddədən ibarət olan yeni Konstitu-
siyası 1999-cu il yanvarın 8-də dərc edilərək qüvvəyə mindi [6].
Naxçıvan Muxtar Respublikasının 1998-ci il Konstitusiyası muxtariyyətin əvvəlki
konstitusiyalarından bir sıra cəhətlərinə görə əsaslı şəkildə fərqlənir. Əvvəlki sovet
dövrü konstitusiyalarından fərqli olaraq bu Əsas Qanun müstəqil Azərbaycan dövlətinin
tərkib hissəsi olan muxtar dövlətin Konstitusiyasıdır. Bu Konstitusiya daha lakonikdir,
burada hüquqi norma və göstərişlər daha aydın və birbaşa əks olunmuşdur. İlk dəfə
olaraq Əsas Qanunun özündə onun ən yüksək və birbaşa hüquqi qüvvəsinin olduğu gös-
tərilmiş, qanunvericilik sisteminə daxil olan aktların əhatə dairəsi müəyyənləşdirilmiş-
dir. Konstitusiyanın preambula hissəsi genişdir və ilk dəfə olaraq məhz bu Əsas Qanun-
da muxtariyyətin əsaslarının hazırda qüvvədə olan 16 mart 1921-ci il tarixli Moskva və
13 oktyabr 1921-ci il tarixli Qars beynəlxalq müqavilələri ilə qoyulduğu, həmin müqa-
vilələrdə Naxçıvanın Azərbaycanın tərkib hissəsi olmasının bəyan edildiyi və Naxçıva-
nın ərazi hüdudlarının dəqiqləşdirildiyi öz əksini tapmışdır. Preambula hissəsində Nax-
çıvanın muxtar respublika statusunun təşəkkülü və onun əvvəlki konstitusiyalarının qə-
bulu məsələsi də verilmişdir. Konstitusiya qəbul edilərkən ilk ülvi niyyət kimi “Azər-
baycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq” amalı
bəyan edilir. Şübhəsiz ki, bu, Azərbaycan dövlətinin unitarlığını möhkəmləndirmək mə-
ramına xidmət edir.
Bu məram Konstitusiyanın ayrı-ayrı maddələrində daha da inkişaf etdirilir. Kon-
stitusiyaya görə, Naxçıvan muxtar dövləti Azərbaycan Respublikası tərkibində demok-
ratik, hüquqi, dünyəvi muxtar respublikadır. Naxçıvan Muxtar Respublikasının səlahiy-
yətlərinə aid edilən məsələlərin həllində o, Azərbaycan Respublikasının ümumi məna-
feləri ilə bağlıdır. Naxçıvan Muxtar Respublikasının ərazisi Azərbaycan Respublikası-
nın dövlət sərhədləri hüdudunda vahiddir, toxunulmazdır və bölünməzdir.
Məhz bu Əsas Qanunda ilk dəfə olaraq dövlət hakimiyyətinin “hakimiyyətlərin
bölünməsi prinsipi” əsasında həyata keçirildiyi konstitusion norma olaraq əks olunmuş-
dur. Qanunvericilik hakimiyyətini Naxçıvan MR Ali Məclisi, icra hakimiyyətini Naxçı-
van MR Nazirlər Kabineti, məhkəmə hakimiyyətini Naxçıvan MR məhkəmələri həyata
keçirir.
Konstitusiya muxtar dövlətin başçısı statusunda “Naxçıvan Muxtar Respublikası-
nın Ali vəzifəli şəxsi” institutunu təsis edir. Naxçıvan Muxtar Respublikasının Ali vəzi-
fəli şəxsi həm qanunvericilik, həm də icra hakimiyyəti sahələrində səlahiyyətlərə malik-
dir. Konstitusiya prezidentli respublika olan Azərbaycan dövlətinin tərkibində parla-
mentli muxtar respublika modelini yaradır: “Naxçıvan Muxtar Respublikasının Ali və-
zifəli şəxsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədridir”. Yaşı otuzdan aşağı
olmayan, Naxçıvan MR ərazisində beş ildən az olmayaraq, daimi yaşayan, başqa döv-
lətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Naxçıvan MR
Ali Məclisinin hər bir deputatı Naxçıvan MR Ali Məclisinin Sədri seçilə bilər.
Əsas Qanun insan və vətəndaş hüquq və azadlıqlarının, həmçinin vətəndaşların
vəzifələrinin icrasının təmin edilməsində Azərbaycan Konstitusiyasının III bölməsində
öz əksini tapmış müvafiq normalara bilavasitə istinad edir, muxtar respublikada yaşa-
yan Azərbaycan vətəndaşlarına səsvermə (seçki) hüququnu tanıyır. Bu, Naxçıvan MR
Konstitusiyası tərəfindən Azərbaycanda vahid vətəndaşlıq institutunun tanındığı anla-
mına gəlir.
Sivilizasiya
103
Əvvəlki Konstitusiyalardan fərqli olaraq Naxçıvan Muxtar Respublikasının dövlət
rəmzləri və paytaxtı bu dəfə Əsas Qanunun son maddələrində deyil, “Ümumi müd-
dəalar” adlanan ilk fəslinin son maddələrində əks olunmuşdur. Naxçıvan Muxtar Res-
publikasının paytaxtı Naxçıvan şəhəridir. Naxçıvan Muxtar Respublikasının dövlət
rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, gerbi və Azərbaycan Respublika-
sının Dövlət himnidir. Muxtar respublika müstəqil Azərbaycan dövlətinin rəmzlərini
heç bir müdaxilə olmadan özünün rəmzləri kimi qəbul edir və bununla vahid Azərbay-
can dövlətçiliyini təcəssüm etdirir. Xatırladaq ki, Azərbaycan Respublikasının Ali
Soveti tərəfindən Azərbaycanın Respublikasının Dövlət bayrağı 1991-ci il fevral ayının
5-də üç rəngli, ay və səkkiz guşəli ulduzdan ibarət bayraq, Azərbaycan Respublikasının
Dövlət himni 1992-ci il may ayının 27-də müəllifi Ü.Hacıbəyli və Ə.Cavad olan himn,
Azərbaycan Respublikasının Dövlət gerbi 1993-cü il fevralın 23-də isə üçrəngli dairəvi
qalxan üzərində, içində alov olan səkkizguşəli ulduz təsvirli gerb olaraq təsdiq edil-
mişdir. Dövlət bayrağı və gerblə yanaşı, ilk dəfə məhz bu Konstitusiyada Naxçıvan
muxtariyyətinin Dövlət himni barədə müddəa da əks olunmuşdur [2, s. 127].
Naxçıvan Muxtar Respublikasında qanunvericilik hakimiyyətini majoritar seçki
sistemi əsasında, 45 deputatdan ibarət tərkibdə 5 il müddətinə seçilən Naxçıvan Muxtar
Respublikasının Ali Məclisi həyata keçirir. Muxtar respublika ərazisində daimi
yaşayan, yaşı 25-dən aşağı olmayan hər bir Azərbaycan Respublikası vətəndaşı qanunla
müəyyən edilmiş qaydada Naxçıvan MR Ali Məclisinin deputatı seçilə bilər. Konstitu-
siya Naxçıvan MR Ali Məclisinə seçkilərdə passiv seçki hüququ ilə iştirakına qadağa
qoyulanların da əhatə dairəsini müəyyənləşdirir. Seçkilərin nəticələrinin düzgünlüyü
Naxçıvan MR Ali Məhkəməsi yoxlayır və təsdiq edir. Hər il iki növbəti sessiyaya yığıl-
malı olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, 31 deputatın səlahiyyətləri təs-
diq edildikdə, səlahiyyətlidir.
Naxçıvan MR Ali Məclisində qanunvericilik təşəbbüsü hüququ Ali Məclisin de-
putatlarına, Naxçıvan Muxtar Respublikasının Baş nazirinə, Naxçıvan MR Ali Məhkə-
məsinə və Naxçıvan MR Prokurorluğuna mənsubdur.
Naxçıvan Muxtar Respublikasında icra hakimiyyətini muxtar respublikanın yuxarı
icra orqanı olan Naxçıvan MR Nazirlər Kabineti həyata keçirir. Nazirlər Kabineti Nax-
çıvan MR Ali Məclisinə tabedir və onun qarşısında hesabat verir. Nazirlər Kabinetinin
tərkibinə Naxçıvan MR-in Baş naziri, onun müavinləri, nazirlər və başqa mərkəzi icra
hakimiyyəti orqanlarının rəhbərləri daxildirlər. Nazirlər Kabinetinin tərkibini Naxçıvan
MR Baş nazirinin təklifi ilə Naxçıvan MR Ali Məclisi təsdiq edir. Naxçıvan MR Baş
nazirini Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Naxçıvan MR Ali
Məclisi təyin edir.
Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsinə yaşı 30-dan aşağı, Baş nazi-
rinin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanının rəhbəri vəzifəsinə isə yaşı
25-dən aşağı olmayan olmayan, ali təhsilli, seçkilərdə iştirak etmək hüququna malik, baş-
qa dövlət qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir.
Naxçıvan Muxtar Respublikasında məhkəmə hakimiyyətini Naxçıvan MR Ali
Məhkəməsi, ümumi və ixtisaslaşdırılmış məhkəmələr həyata keçirirlər. Naxçıvan MR
Ali Məhkəməsi muxtar respublika ərazisində apelyasiya qaydasında ədalət mühakimə-
sini həyata keçirir, Konstitusiya nəzarətini təmin edir. Naxçıvan Muxtar Respublikası-
nın ümumi və ixtisaslaşdırılmış məhkəmələri qanunla səlahiyyətlərinə aid edilmiş işlər
üzrə birinci instansiya məhkəmələridir.
Bakı Avrasiya Universiteti
104
Naxçıvan MR Ali Məhkəməsinin hakimlərini Naxçıvan MR Ali Məclisinin Sədri-
nin Azərbaycan Respublikasının Prezidentinə verilmiş təklifi və Azərbaycan Respubli-
kası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.
Naxçıvan Muxtar Respublikasının ümumi və ixtisaslaşdırılmış məhkəmələrinin hakim-
lərini Naxçıvan MR Ali Məclisi Sədrinin təklifi ilə Azərbaycan Respublikasının Prezi-
denti təyin edir.
Naxçıvan MR Konstitusiyası Naxçıvan Muxtar Respublikasının digər normativ
hüquqi aktları arasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malikdir və Naxçıvan
Muxtar Respublikasının qanunvericilik sisteminin əsasıdır. Qanunvericilik sisteminə
Naxçıvan MR-in Konstitusiyası, qanunları, Naxçıvan Muxtar Respublikası Ali vəzifəli
şəxsinin fərmanları, Naxçıvan MR Nazirlər Kabinetinin qərarları və muxtar respublika
mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları daxildir.
Konstitusiyaya dəyişikliklər və əlavələr Naxçıvan MR Ali Məclisində 35 səs çoxlu-
ğu ilə qəbul edildikdən sonra təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Milli
Məclisinə təqdim edilir. Belə dəyişikliklər və əlavələr haqqında təklif Naxçıvan MR Ali
Məclisində 2 dəfə səsə qoyulur. İkinci səsvermə birinci səsvermədən 3 ay sonra
keçirilir.
Əsas Qanuna əlavə edilmiş dörd keçid müddəasında 1998-ci il Konstitusiyasının
qüvvəyə minməsindən sonra 1978-ci il Konstitusiyasının qüvvədən düşməsini elan edir,
Naxçıvan MR Ali Məclisinə keçiriləcək yeni seçkilərlə bağlı və o dövrdə qüvvədə olan
qanunların və digər normativ hüquqi aktların qüvvəsini saxlamasına dair məsələləri tən-
zimləyir.
2002 və 2009-cu illərdə keçirilən referendumlarda Azərbaycan Respublikasının
Konstitusiyasına edilən əlavə və dəyişikliklər, habelə müasir siyasi-hüquqi inkişaf ten-
densiyası Naxçıvan Muxtar Respublikası Konstitusiyasına da əlavə və dəyişikliklərin
edilməsi zərurətini ortaya çıxarmışdır. 2005 və 2006-cı illərdə muxtar respublika Kons-
titusiyasına edilən əlavə və dəyişikliklərlə Naxçıvan MR Ali Məhkəməsinin səlahiyyəti
artırılmış, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) institutu təsis olunmuş, 2009-
cu il iyulun 30-da üçüncü çağırış Naxçıvan MR Ali Məclisinin yeddinci sessiyası
zamanı Konstitusiyanın 10 maddəsinə 20 əlavə və dəyişiklik edilmişdir. 30 sentyabr
2010-cu il tarixli Konstitusiya Qanunu ilə isə Ali vəzifəli şəxsin səlahiyyətləri artırıl-
mış, Naxçıvan MR Prokurorluğuna qanunvericilik təşəbbüsü hüquq verilmişdir. Həm
bu, həm də 2011-ci il noyabrın 15-də muxtar respublika Konstitusiyasına edilən dəyi-
şikliklərlə məhkəmə hakimiyyətinin fəaliyyəti təkmilləşdirilmiş, Naxçıvan MR Ali
Məhkəməsi hakimlərinin, ümumi və ixtisaslaşdırılmış məhkəmələrin hakimlərinin təyin
edilməsi proseduru dəqiqləşdirilmişdir [9, s. 92].
Qeyd edək ki, 1938-ci ildən üzü bəri Naxçıvan Muxtar Respublikası ilk dəfə 1990-
ci illərin əvvəllərində ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə diplomatik
fəaliyyətlə bağlı müəyyən addımlar atdı. Bu, heç şübhəsiz ki, ilk növbədə həmin illərdə
Naxçıvanın təhlükəsizliyi və Azərbaycanın tərkib hissəsi kimi ərazi bütövlüyünün
qorunub saxlanılmasına xidmət edirdi. Hazırda Bakı şəhərində Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin imzası ilə 1992-ci il fevralın 24-də
təsis olunmuş Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyi fəaliyyət göstə-
rir. Muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində isə 1993-cü il fevralın 5-dən
Türkiyə Cümhuriyyətinin, 1993-cü il martın 8-dən isə İran İslam Respublikasının kon-
sulluqları fəaliyyətdədir [4, s. 290, 834-835].
Sivilizasiya
105
Bundan başqa, ilk dəfə məhz 1998-ci il Əsas Qanununda muxtar respublika rəhbə-
rinə konstitusion səviyyədə xarici siyasətlə bağlı müəyyən hüquqlar tanınır. Belə ki,
Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsinə Konstitusiyanın 5-ci maddəsinin
8-ci bəndində Naxçıvan Muxtar Respublikasını xarici dövlətlərlə və beynəlxalq təşkilat-
larla, habelə başqa fiziki və hüquqi şəxslərlə münasibətdə təmsil etmək, həmin mad-
dənin III hissəsində isə Naxçıvan Muxtar Respublikasının mənafeləri ilə bağlı iqtisadi
və mədəni məsələlərdə, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası ilə müəyyən
edilmiş həddə və Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada
Azərbaycan Respublikasının beynəlxalq münasibətlərində Naxçıvan Muxtar Respubli-
kasını təmsil etmək səlahiyyəti verilmişdir.
Artıq bir neçə ildir ki, Azərbaycanın Avropa Şurasının Yerli və Regional Hakimiy-
yətlər Konqresindəki nümayəndə heyətində muxtar dövlətin nümayəndələri uğurla təm-
sil olunur və heyətə rəhbərlik edir. Bu fəaliyyət Naxçıvan muxtariyyətinin milli dövlət-
çilik təcrübəsini, siyasi-hüquqi sistemini Avropa təcrübəsinin üstün modeli kimi təbliğ
və təqdim etməyə kömək edir. Naxçıvan Muxtar Respublikasının qanunvericilik təcrü-
bəsinin Avropa qanunvericiliyinin qitədə yüksək səviyyədə qəbul olunan tərkib hissəsi-
nə çevrilməsi Qanun vasitəsi ilə Demokratiya uğrunda Avropa Komissiyasının (Venesi-
ya Komissiyası) muxtar dövlətin Əsas Qanunu barədə verdiyi rəydə də öz əksini
qabarıq şəkildə tapmışdır. Həmin rəydə deyilir: “Naxçıvan Muxtar Respublikası digər
Avropa muxtariyyətləri arasında geniş muxtariyyətə malikdir. Naxçıvan Muxtar Res-
publikasının Konstitusiyası bütövlükdə muxtariyyətin idarə edilməsi qaydalarını şərt-
ləndirən normal əsaslar yaradır və qitənin digər muxtariyyətlərinin səlahiyyətlərinin və
əsaslarının müəyyənləşdirilməsində model kimi çıxış edə bilər” [5, s. 60].
Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 2013-cü il oktyabrın
28-31-də Fransanın Strasburq şəhərində keçirilən 25-ci sessiyasında qəbul edilən “Av-
ropanın xüsusi statuslu regionları və əraziləri” adlı sənədin II hissəsinin “b” bəndində
qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikası eksklav xarakterli muxtariyyət mo-
delidir. Sessiyada mövzu barədə səslənən hesabatda, qətnamə və tövsiyə layihələrində
Naxçıvan Muxtar Respublikasının statusu model kimi vurğulanmış və bu modelin
tətbiqinin uğurlu və faydalı olduğu qeyd edilmişdir [8, 2013, 13 noyabr].
Dostları ilə paylaş: |