SUMMARY
Khalid Niyazov
SOCIAL AND LEGAL PROVISION OF FREEDOM OF MASS MEDIA
The article considers events carried out in the last 10 years in Azerbaijan in connection
with socio-legal ensuring media and analyzed in detail relevant articles of the law "On mass
media". The author investigates regulatory issues of freedom of mass information in Azerbaijan,
mentioning the role of orders and decrees, signed by the president in this direction. It is noted
that in Azerbaijan process formation of a freedom of speech and the press corresponds to
features of democratic development of society, and that the Azerbaijani state successfully
continues a certain policies in the field of providing a freedom of speech and the press.
Keywords: freedom of information, censorship, media law, a state secret, human rights,
civil society
РЕЗЮМЕ
Халид Ниязов
СОЦИАЛЬНО-ПРАВОВОЕ ОБЕСПЕЧЕНИЕ СВОБОДЫ МАССОВОЙ
ИНФОРМАЦИИ
В статье рассматриваются мероприятия, проводимые в последние 10 лет в Азер-
байджане, в связи с социально-правовым обеспечением СМИ и подробно анализируются
соответсвующие нормативные акты регулирующие деятельность масс-медиа. Автором
исследуются вопросы регулирования свободы массовой информации в Азербайджане,
затрагивая роль, подписанных президентом страны распоряжений и указов, в данном
направлении. Отмечается, что в Азербайджане процесс становление свободы слова и
печати соответствует особенностям демократического развития общества, и, что
азербайджанское государство успешно продолжает определенный политический курс в
области обеспечения свободы слова и печати.
Ключевые слова: свобода информации, цензура, законодательство СМИ, государст-
венная тайна, права человека, гражданское общество
116
FƏLSƏFƏ VƏ SOSİOLOGİYA
Elxan HÜSEYNOV
∗
ABDUKSİYA METODU VƏ ONUN ELMI İDRAKDA ROLU
Açar sözlər: abduksiya, izahedici hipotez, nəzəri təfəkkür, induksiya, deduksiya, hipotetiv-
deduktiv metod, fakt, qanun
Elmi idrakın tərkibi və strukturu son dərəcə mürəkkəb olub, öz aralarında qarşılıqlı
surətdə əlaqələnən müxtəlif komponentlərdən və ya elementlərdən təşkil olunmuşdur
[2, s. 55-60]. Bura biliyin spesifikliyinin tam əks etdirməyib, bir-birindən yalnız formal
əlamətlərinə görə fərqlənən və elmi idrakın “mikrostrukturunu” təşkil edən anlayış, mü-
hakimə, əqli nəticə ilə yanaşı rasional idrakın daha mürəkkəb səviyyə daşıyan formala-
rı: fakt, problem, məsələ, ideya, prinsip, qanun, model, nəzəriyyə və s. təfəkkür forma-
ları daxildir. Elmi idrakın “makrostrukturuna” daxil olan belə mühüm formalardan biri
də hipotezdir. Oxucuların diqqətinə verilən bu məqalədə izlədiyimiz başlıca məqsəd
izahedici hipotezlərin axtarışlarında geniş istifadə olunan və mühüm idraki əhəmiyyət
kəsb etməklə müasir epistemologiyanın evristik dəyərli problemlərindən biri kimi möv-
cud olan abduksiya metodunun elmi obrazını yaratmaqdır.
Bu məqsədlə öncə qeyd edək ki, nəzəri təfəkkürdə yeni elmi həqiqətlərin axtarışları
hələ antik alimlərin diqqətini çəksə də, onların sistemli işlənilməsinə yalnız XVII əsrdə,
klassik təbiətşünaslığın yaradılmasından sonra başlanılmışdır. Tarixilik baxımından
məntiq elminin başlanqıc mərhələsini təşkil edən Aristotel sillogizmi ancaq ümumi mü-
lahizələrdən xüsusi mülahizələrə aparan əqli nəticələrlə iş gördüyündən bu systemdən
müşahidə və eksperimentlərin nəticələrini ifadə edən ayrı-ayrı faktların ümumiləşdiril-
məsi üçün istifadə etmək mümkün olmurdu. Bu vəziyyətlə razılaşmayan və fəlsəfədə
yeni metodologiyaya başlanğıc verən F. Bekon Aristotelin “Orqanonu”na qarşı özünün
təbiət hadisələrinin izahı üçün daha geniş imkanlar açan məşhur “Yeni Orqanon” əsə-
rini ortaya qoydu. Bu əsərdə işıq üzü görmüş və XIX əsrdə C.S.Mill tərəfindən sistem-
ləşdirilib inkişaf etdirilmiş induksiya qanunları induktiv məntiqin əsas məzmununu təş-
kil etdirdi. Lakin Bekon və Mill özlərinin induksiya qanunlarının əhəmiyyətini həddən
ziyadə şişirdərək onlara yeni elmi həqiqətlərin azalmasına geniş imkanlar yarada bilən
ideal üsullar kimi baxırdılar. Halbuki, elmi idrakın inkişafı gedişində getdikcə daha çox
məlum olurdu ki, induktiv məntiqlə ancaq bilavasitə müşahidə olunan hadisənin sadə
səbəbiyyət əlaqələrini izah etmək mümkündür. Təbiətin daha dərin qanunauyğunluqla-
rını açıqlamaq üçün elmi dövriyyəyə vizual müşahidə olunmayan obyektləri (atom, mo-
lekul, gen və s.) daxil etmək və belə obyektləri ehtiva edən elmi nəzəriyyələri quraşdır-
maq vacib idi. Bu məqsədlə elmi hipotetik-deduktiv metoda alternativ olan abduksiya
metodu yaradıldı bu metodun yaradılması alimlərdə hasil edilən belə bir yəqinliklə bağ-
lı olmuşdur ki, müşahidə olunan obyektlərdən abstrakt nəzəriyyələrə və qanunlara bir
başa aparan heç bir məntiqi yol yoxdur, bu yolu yalnız çətin və mürəkkəb tədqiqat pro-
sesində kəşf etmək mümkündür. Bu prosesin isə başlanğıc nöqtəsinin nəticələrini ancaq
müşahidə və eksperimentlərdə yoxlaya biləcəyimiz hipotezlər təşkil edə bilər. Bu
məqsədlə alimlər elmin metodologiyasında elmi təfəkkürün hipotetik-deduktiv modelini
∗
professor, Sumqayıt Dövlət Universiteti
Sivilizasiya
117
formalaşdırdılar. Bu model elmi fəlsəfəsinin başlıca vəzifəsini hipotezlərin yaradılması
və onların yoxlanılması ilə məhdudlaşdırır, lakin bu zaman elmdə yeni biliyin mənşəyi
və hipotezlərin formalaşması məsələsindən yan keçirdi. Halbuki, qaldırılmış məsələ ilə
bağlı belə bir sual xüsusi maraq kəsb edirdi ki, elmdə yeni biliklər necə yaranır və onun
daxilində yeni ideyalar, hipotezlər və nəzəriyyələr necə formalaşırlar? Filosofların
böyük əksəriyyəti bu sualların cavablandırılmasında empirik psixoloji idraka, ya da
elmi yaradıcılığın səlahiyyətlər sahəsinə yönəldərək bununla da elmi tədqiqat prosesinin
metodoloji təhlilini formal-məntiqi təhlillə əvəz etməyə çalışırdılar. Buna görə də ayrı-
ayrı alimlərin yaradıcılığının psixoloji xüsusiyyətlərinin öyrənilməsi nə məntiqin
ümumi prinsiplərinin, nə də elmi tədqiqatın metodologiyasının aşkarlanmasına zəmanət
vermirdi. Bu səbəbdən də o zamandan etibarən filosofların tədqiqat predmetini təşkil
edən elmi biliyin əsaslandırılması məsələsi ilə psixoloqların tədqiqat predmetinə çevri-
lən elmi biliyin kəşfi problemi bir-birinə qarşı qoyulurdu. Bu məsələ fəlsəfədə əsaslan-
dırılmasına qarşı qoyan neopozitivist Q. Reyxenbal tərəfindən qeydə alınmışdır.
Görkəmli amerikan məntiqşünası və filosofu Çarlz Sanders Pirs hələ XIX əsrin
sonlarında bu qəbildən olan baxışlara qarşı çıxaraq belə bir fikrə rəvac vermişdi ki,
fəlsəfə və məntiq elmdə yeni ideya və hipotezlərin yaradılmasının konseptual təhlili ilə
məşğul olmalıdır. Pirs deduktiv və induktiv əqli nəticələrin ənənəvi formaları ilə yanaşı,
izahedici hipotezlərin axtarışlarının spesifik üsulu kimi abduksiya metodunu da irəli
sürürdü [7, s. 221-224]. Qeyd edək ki, “induksiya” və “deduksiya” terminləri kimi “ab-
duksiya” terminində “decure” kökündən törəyib, latın dilində “yönəltmək” mənasına
uyğun gəlir. Buna görə də Pirsin yanaşmasına epistemologiyada geniş istifadə olunan
hipotetik-deduktiv metoda alternativ metod kimi baxmaq olar.
Abduksiyanı induksiya və deduksiya ilə müqayisə edən Pirs əqli nəticələr içərisin-
də onun yerini aşağıdakı sözlərlə dəyərləndirirdi: “İnduksiya nəzəriyyələrə baxış kecirir
və onların faktlara uyğunluq dərəcəsini ölçür. O, ümumiyyətlə, heç bir ideya yarada bil-
məz. Hər deduksiya da bunu etməyə qadir deyil. Elmin bütün ideyaları abduksiya
vasitəsilə yaradılır. Abduksiyanın vəzifəsi faktları tədqiq etmək və onları izah edə bilə-
cək nəzəriyyəni yaratmaqdır”. Sözünə davam edərək o yazır ki, “deduksiya sübut edir
ki, nə isə olmalıdır, induksiya göstərir ki, nə isə həqiqətən mövcuddur, abduksiya isə
sadəcə güman edir ki, nə isə ola bilər” [8, s. 189].
Bu müddəada diqqət induksiya, deduksiya və abduksiya üzərində təmərküzləşsə də
onların alınması üsulları əsla açıqlanmırdı. Bu baxımdan abduksiya və induksiya alınma
metodlarına görə kəskin fərqlənsələr də, öz nəticələrinə görə bir-birinə çox oxşardılar.
Doqrudan da abduksiya sadəcə hipotetik, ehtimallı nəticələrə gətirib çıxarmır, o həm də
mövcud faktları izah edə biləcək elmi hipotez axtarışlarının spesifik metodu olmaq
funksiyasını yerinə yetirir [1]. Ənənəvi məntiqdə induksiya xüsusidən ümumiyə, ayrı-
ayrı faktlardan ümumiyə aparan əqli nəticə kimi təqdim edilsə də, həqiqətdə o, sadə
empirik hipotezlərin qərarlaşması vasitəsindən başqa bir şey deyildir. Pirs isə elmdə
hipotez axtarışlarının elə bir prosesini tədqiq etməyi planlaşdırır ki, həmin hipotez
vasitəsilə müşahidə olunan fakt və hadisələrin həm daxili mexanizmini açıqlamaq, həm
də onların izahını vermək mümkün olsun [5, s. 120-132]. Müasirlərinin əksəriyyəti kimi
Pirs də ehtimali əqli nəticə kimi baxdığı induksiyanı mövcud hipotez və nəzəriyyələrin
yoxlanılması metodu kimi xarakterizə edir, abduksiya isə izahedici hipotezlərin
axtarışlarına yol açan metod kimi baxırdı [6, s. 54-59].
Pirs abduktiv mülahizənin məntiqi formasını aşağıdakı şəkildə təqdim edir:
Bakı Avrasiya Universiteti
118
1. Hər hansı bir P hadisəsi müşahidə olunur.
2. Əgər H hipotezi həqiqətdirsə, P hadisəsi izah oluna bilər.
3. Deməli, H hipotezinin həqiqət olmasını düşünməyə əsas vardır.
İlk baxışdan belə görünə bilər ki, abduktiv mülahizə hipotezə müqəddimə kimi
baxdığından özlüyündə o, hipotetik-deduktiv əqli nəticədən çox az fərqlənir. Halbuki,
araşdırmalar göstərdi ki, induktiv əqli nəticənin abduksiyaya bənzəyişi daha çoxdur,
belə ki, əvvəla, induktiv əqli nəticə də faktlardan başlayıb xüsusi mühakimələrdən ümu-
miyə doğru istiqamətlənir; ikincisi, abduksiya kimi induktiv əqli nəticə də həqiqətə yal-
nız oxşar, yaxud ehtimali səciyyə daşıyır. Lakin Pirs induksiyaya tamam başqa nəzərlə
baxır, onun təbirincə induksiya hipotezin sadə və yaxud kəmiyyət formasında qiymət-
ləndirilməsinə imkan verən əməliyyat kimi başa düşülməlidir [5, s. 120-124]. Qeyd
edək ki, induksiyanın bu mənada başa düşülməsi ehtimal məntiqində qəbul edilmiş
müasir nöqteyi-nəzərə tamamilə uyğundur.
Abduksiya təliminin Bekon-Mill klassik induksiya konsepsiyasından başlıca fərqi
onun elmdə həqiqətlərin kəşf edilməsinin qüsursuz metodu, bir növ həmin kəşfin alqo-
ritmi olmasındadır. Abduksiyanın ali məqsədi yeni faktların rasional izahına impuls ve-
rən hipotezlərin axtarışlarıdır. Bununla bağlı Pirs elmdə izahedici hipotezlər qarşısına
üç metodoloji tələb qoyur:
1. İzahedici hipotezlər ancaq müşahidə olunan faktları deyil, həmçinin bilavasitə mü-
şahidə olunmayan və yalnız dolayı yolla yoxlana bilən faktları da izah etməyi ba-
carmalıdır.
2. İzahedici hipotezlər interroqativ mühakimələr kimi formulə edilməli, başqa sözlə onlar
tədqiqatın gedişində cavablandırılması vacib olan müəyyən sualları da ehtiva etməlidir.
3. İzahedici hipotezlər qarşısına qoyulan mühüm tələblərdən biri də onların yoxlanan
olmasından ibarətdir. Hipotezin təkzib edilməsi meyarına gəldikdə isə, deməliyik
ki, o məntiqi baxımdan qəbul edilsə də, olsa-olsa, yalnış hipotezlərin elmdən kənar-
laşdırılması vasitəsi funksiyasını yerinə yetirməlidir.
Yuxarıda verdiyimiz sxemdən bəlli olur ki, abduktiv mülahizə həqiqətin kəşfinə
təlimat verməyib, onun yalnız axtarış yollarını asanlaşdırır, belə ki, bu üsul hipotezin
sadə kəmiyyət təsdiqinə deyil, relevant faktların izah edilməsi kimi keyfiyyət xarak-
teristikasına söykənir.
Abduktiv mülahizələrin sistemli tədqiqi ilə yanaşı onların mümkün tətbiq üsulları-
nın öyrənilməsi də mühüm idrakı əhəmiyyət kəsb edir. Bu baxımdan onlar geniş tətbiq
sferasına malikdir. Hazırda müəyyən edilmişdir ki, abduktiv mülahizələr adi təfəkkür-
dən tutmuş yüksək elmi tədqiqatlara qədər yeni biliklərin axtarışlarının baş verdiyi hər
yerdə geniş istifadə oluna bilər [9, s.44]. Bu tezisi təsdiqləmək naminə bu abduktiv
mülahizələrdən istifadə edilməsinin bir neçə sahəsinin müzakirəsinə nəzər salaq.
Əvvəla qeyd edək ki, dedektiv ədəbiyyatda sujetlərin qurulmasında, axtarışların əsas
mərhələlərinin təsvirində abduksiyalardan istifadə edilməsi daha aydın ifadə olunur. La-
kin buna baxmayaraq dedektivlərin fəaliyyəti əksər hallarda deduktiv, az-az hallarda isə
hipotetik-deduktiv metodlar əsasında təhlil olunur. Halbuki ən yaxşı hallarda belə həm
deduktiv, həm də hipotetik-deduktiv metodlar axtarışların son nəticəsini təsvir edirlər.
Bədii ədəbiyyatda dedektivin deduktiv metodu əsasında mülahizə yürütməsi haq-
qında təsəvvür məşhur ingilis yazıçısı Konan Döylun qəhrəmanı, həvəskar xəfiyyə Şer-
lok Holmsun adı ilə bağlıdır [10]. Həqiqətdə Konan Döylun romanlarının təhlili göstərir
ki, müəllif deduktiv metoddan yalnız öz gümanlarını, fərziyyələrini və hipotezlərini
Sivilizasiya
119
yoxlamaq məqsədilə istifadə etmişdir. Aydın məsələdir ki, belə hallarda dedektiv`aydın
və konkret bir nəticəyə gəlmək üçün özünün gümanlarını, hipotezlərini təsdiqliyə bilə-
cək faktların çətin və uzun sürən təhlilini aparmalıdır. Bu isə o deməkdir ki, dedektivin
mülahizələrinin gedişi deduktiv metod üzərində deyil, abduksiya mülahizələri üzərində
qurulmalıdır. Buna inanmaq üçün sadəcə K. Döylun “Baskervillərin iti” adlı məşhur po-
vestinin məzmununa nəzər salmaq kifayətdir. Əgər biz adı çəkilən povestdə söylənilmiş
mülahizələri diqqətlə təhlil edib, povestin sujet xəttinin açıqlanmasını izləsək əmin ola
bilərik ki, onların hər biri abduktiv mülahizənin ayrı-ayrı elementlərinin çox yaxşı təs-
virinə söykənir. Qeyd edək ki, belə abduktiv mülahizələrə yazıçının digər dedektiv əsər-
lərində (məs. “Alabəzək lent”) rast gəlmək mümkündür. Deyilənlərə bunu da əlavə et-
mək maraqlı olardı ki, müasir tədqiqatlardan biri Konan Doylun yaradıcılığında istifadə
edilmiş 217 belə abduktiv mülahizəni aşkarlaya bilmişdir. Əsərdə müəllif Şerlok Holm-
sun sözləri ilə deyir ki, onun əldə etdiyi nəticələrdə heç bir sirr yoxdur, belə ki, mövcud
faktlar yalnız bir izahat tələb edir. Bu müddəa göstərir ki, K.Doyl özünün bütün əsər-
lərində abduktiv mühakimələr əsasında izahedici hipotezlərin axtarışları ilə məşğul ol-
muş və belə hallarda deduktiv metoddan yalnız özünün güman və hipotezlərini yoxla-
maq üçün istifadə etmisdir.
Əlbəttə, abduktiv mülahizələr sxemi üzrə detektiv janrın yalnız o əsərləri yazılır ki,
müəllif lap ilk başlanğıcdan cinayəti və onun iştirakçılarını açıqlayır, yalnız sonradan
cinayətin baş vermə səbəblərini təsvir edir.
Abduktiv mülahizələrdə yalnız detektiv əsərlərin yazılmasında deyil, həmçinin
məhkəmə versiyalarının quraşdırılmasında və yoxlanılmasında da geniş istifadə olunur
[10]. Əgər detektiv sujetlərdə nəticə və ona aparan yol müəllif tərəfindən uydurulursa
və buna görə də qabaqcadan diqqətlə hazırlanırsa müstəntiq real detalların təhlili zama-
nı ən gözlənilməz hadisələrlə rastlaşa bilir. Bu mənada müstəntiqin fəaliyyəti istənilən
tədqiqatçının: alimin, ixtiraçının, sənədçi-tarixçinin yaradıcı prosesinə daha çox bənzə-
yir. Buna görə də müstəntiqin işi ən mükəmməl detektivin fəaliyyətinə nisbətən daha
mürəkkəb olub, qabaqcadan söylənilməsi mümkün olmayan səciyyə daşıyır. Doğrudan
da, burada nəticə qabaqcadan məlum olmadığı kimi, faktların izahı da müxtəlif yönüm-
lü ola bilir. Lakin bununla belə, detektiv müəlliflərin və müstəntiqlərin iş metodları ara-
sında bir oxşarlıq da nəzərə çarpır. Əvvəla, onların hər ikisinin işi cinayətin və onun
sübut və fakt kimi qəbul edilən izlərinin təhlili ilə başlanır. Ikincisi, onların hər ikisi
uydurulmuş və ya real faktlar əsasında yaradılmış elə bir hipotez və yaxud versiya
axtarır ki, o cinayəti törətmiş və yaxud ona himayədarlıq etmiş şəxslərin xarakterini,
məqsədlərini, motivlərini izah etmiş olsun.
Məhkəmə praktikasında adətən baş vermiş cinayət haqqında işçi hipotez kimi qəbul
edilən bir neçə versiya irəli sürülə bilir. Bundan isə bir qənaət yarana bilir ki, məhkəmə
təhqiqatı məntiqi nöqteyi-nəzərdən hipotetik-deduktiv metod əsasında aparılır. Lakin
müstəntiqin fəaliyyətinin təhlilinə belə hipotetik-deduktiv yanaşma baş vermiş cinayətin
hüquqi araşdırılması prosesinin mahiyyətini heç də adekvat təsvir etmir. Ən yaxşı halda
ona həqiqətə ən çox uyğun versiyasının adekvatlığının yoxlanılmasının yekun mərhələsi
kimi baxmaq olar. Əsl həqiqətdə tədqiqat qeydə alınmış faktların təhlili ilə başlanır.
Buna görə də faktlarla möhkəmləndirilən və onları izah edə bilən versiyalar və
yaxud işçi hipotezlər hesaba alınır. Tədqiqat prosesində bəzən ortaya elə faktlar çıxır ki,
onlar irəli sürülmüş əvvəlki versiyalardan bəzilərini təkzib edir, bəzən də yeni versiya-
ların irəli sürülməsini şərtləndirir. Beləliklə, faktların diqqətli və hərtərəfli təhlili alter-
Bakı Avrasiya Universiteti
120
nativ versiyalar arasından faktları, şəhadətnamələri, maddi sübutları ekspert göstəriş-
lərini və digər məhkəmə materiallarını ən yaxşı tərzdə izah edə bilən yeganə versiya se-
çilib götürülür. Yalnız belə arqument sayəsində, bir tərəfdən, müəyyən bir versiyanın
doğruluğunu sübut etmək, digər tərəfdən digər versiyaları yararsız şey kimi təkzib et-
mək mümkün olur.
Məhkəmə versiyasının quraşdırılmasının bütün çətinliyi də məhz bundan ibarətdir
ki, onun əsaslandırılmasında əvvəla, cinayətin dəqiq protokollaşdırılmış izindən və
maddi sübutlardan; ikincisi, zərərçəkmişin və canlı şahidlərin subyektiv fikirlərindən;
üçüncüsü ekspertlərin real faktlara söykənən rəylərindən istifadə olunur. Versiyanın
tamamlanması mərhələsində müstəntiqin başlıca vəzifəsi məhkəmə versiyasının ümu-
miləşdirilmiş nəticəsini möhkəmləndirən arqumentlər sisteminin uyerarxial qurulmasını
başa çatdırmaqdan ibarətdir. Bu halda daha böyük izahedici qüvvəyə malik olan versiya
baş vermiş cinayətin xarakterini, səbəblərini, məqsədini, habelə cinayət iştirakçılarının
aşkarlanmasına imkan verəcəkdir.
Yuxarıda biz detektiv janrlarda və məhkəmə versiyalarının quraşdırılmasında ab-
duksiyanın rolunu açıqladıq, fikrimizcə təbii-elmi tədqiqatlarda abduksiyanın rolu daha
böyükdür. Bu münasibətlə təbii-elmi tədqiqatlarda abduksiyanın roluna nəzər yetirməyi
vacib bilirik.
Məlumdur ki, hər bir elmi axtarış kimi elmi tədqiqatlar da problemin təhlilindən,
yeni faktlarla onların izah edilməsinin köhnə metodları arasındakı ziddiyyətlərdən baş-
lanır. Belə bir izahat üçün isə əvvəlcə fərziyyə və yaxud güman irəli sürülür. Daha
sonra həmin fərziyyə yeni faktlar və nəzəri mülahizələrlə möhkəmləndirilərək elmi hi-
potez formasına salınır. Bu mülahizənin həqiqiliyini təsdiqləmək üçün Nyutonun
ümumdünya cazibə qanununun kəşfinə gətirib çıxaran “almanın ağacdan düşməsi” ha-
disəsinə qısaca da olsa nəzər salaq. Adətən, bu hadisəni əfsanə adlandırırlar, halbuki,
akademik S.İ.Vavilov onu səhih fakt hesab etmişdir. Akademik öz iddiasının təsdiqi
kimi Nyutonun söhbət əsnasında köhnə həmkarlarından birinə etdiyi etirafa müraciət
etmişdir: “Yeri gəlmişkən, ser Nyuton mənə dedi ki, onun başına cazibə haqqında fikir
gələndə o da belə vəziyyətə düşmüşdür”. Bu fikir onda ağır düşüncələr içərisində out-
rub, ağacdan qopan almanın düşməsi ilə əlaqədar yaranmışdı. O, öz-özünə şaquli vəziy-
yətdə düşür? Nə üçün o kənara deyil, həmişə Yerin mərkəzinə düşür? Deməli bu halda
bütün Kainatı dolduran və bizim ağırlıq qüvvəsi adlandırdığımız qüvvəyə bənzər bir
qüvvə mövcud olmalıdır [3, s.109-110].
Pirsin sxeminə görə almanın düşməsi hadisəsi diqqətəlayiq fakt olub təbii ki,
abduktiv mülahizələrin başlanğıc nöqtəsi kimi qəbul edilməlidir. Lakin buna baxmaya-
raq Nyutonun ümumdünya cazibə qanununun kəşfi uzun sürən empirik və nəzəri hazır-
lıq mərhələsi keçmiş, özünün yalnız empirik faktlarla deyil, həm də Qaliley və Keplerin
daha əvvəllər kəşf edilmiş qanunları ilə əsaslandırılmasını tələb etmişdir. Bu qanuna
xalis məntiqi səciyyə daşıyan induktiv və yaxud deduktiv əqli nəticələrlə nəzarət edilsə
də adı çəkilən qanun heç də onların sayəsində kəşf edilməmişdir. Belə ki, nəzəri qanun-
ların kəşfində yalnız məntiq və riyaziyyatdan deyil, habelə intellektimizin intuisiya və
təxəyyül, fikri eksperiment və konseptual sxemlər kimi incə üsul və vasitələrdən də
istifadə olunur [4,5, s.73-76]. Elmi praktikada abduktiv mülahizələrdən ən çox hadisələ-
rin müşahidə olunan xassə və münasibətləri arasında zəruri əlaqələr yaradan empirik
qanunların kəşfində istifadə olunur. Nəzəri qanunlar isə təcrübədən çıxarılması müm-
kün olmayan abstrakt anlayış və mühakimələri ehtiva etdiklərindən bu üsullarla kəşf
Sivilizasiya
121
edilə bilmirlər. Buna görə də nəzəri qanunların kəşfinə aparan yol hipotezlərdən və
yaxud hipotezlər sistemindən keçir. İzahedici hipotezlərin quraşdırılması isə məhz ab-
duktiv metod əsasında baş verir.
Abduksiya haqqında yuxarıda deyilənləri yekunlaşdırıb belə qənaətə gələ bilərik ki,
abduktiv mülahizələrin fərqləndirici xüsusiyyəti onların bizim biliklərimizi inkişaf
etdirən ümumiləşdirmələr olmasındadır. Buna görə də, bu mülahizələrin nəticələri əv-
vəllər elmə məlum olmayan yeni informasiyaları ehtiva edirlər. Bu kontekstdə abduktiv
nəticələr müqəddəmələri ehtiva etdikləri biliklərdən savayı heç bir digər bilikləri ehtiva
etməyən deduksiyadan əsaslı surətdə fərqlənirlər. Doğrudur, psixoloji baxımdan belə
düşünmək olar ki, deduksiyanın nəticəsi bizə yeni informasiya verir, lakin daha diqqətli
təhlil göstərir ki, bu bilik yalnız nəticədə deyil, qeyri-aydın şəkildə hətta onun müqəd-
dəmələrində də ehtiva olunur, nəticə isə onu yalnız aydın şəkildə ifadə edir. Halbuki,
deduksiyada fərqli olaraq abduktiv mülahizələr ortaya yeni informasiyalar qoyur [11].
Buna görə də biz hökm edə bilərik ki, həqiqəti qoruyub saxlayan deduksiyadan fərqli
olaraq abduksiya bu həqiqətin axtarışları ilə məşğul olur. Bu axtarışlar isə öz ifadəsini
müqəddəmələrə mövcud bilikləri yeniləşdirməyə və genişləndirməyə imkan verən yeni
informasiyanın daxil edilməsi yolu ilə baş verir. Prinsipcə biliklərimizi genişləndirə
bilən ixtiyari ümumiləşdirmələr ehtimallı nəticələrə gətirib çıxardığından, bu dərəcəli
abduksiyada həqiqət axtarışlarının mexanizmi vasitəsilə genişləndirilə bilər. Buna görə
də, abduksiyanın təklif etdiyi sxem mövcud faktları uğurla izah edən və elmi kəşflərə
aparıb çıxaran sxem kimi dəyərləndirilə bilər.
Hazırda elmi həqiqətlərin araşdırılmasına imkan verən modellərdən biri kimi abduk-
siyaya elmi maraq xeyli artmışdır. Abduktiv mülahizələrin müdafiəçiləri onların ləhinə
yeni-yeni arqumentlər irəli sürməkdədirlər. Məsələn, Helsinki universitetinin professoru
S.Paavolanın fikrincə əgər hipotez axtarışlarının strategiyasının əhəmiyyəti nəzərə alınar-
sa abduksiyaya kəşflər məntiqinin açılmasının mühüm vasitəsi kimi baxıla bilər.
Abduksiya mülahizələri haqqında qısa tədqiqatlarımızı başa vurarkən belə bir
məsələyə də diqqət yetirməyi vacib bilirik ki, fəlsəfə uzun müddət yalnız elmi tədqiqat-
ların hazır nəticələri ilə məşğul olmuş və buna görə də yeni biliyin formalaşmasına
nəzər salmamışdır. Fəlsəfə “kəşfin konteksti” və “kəşfin əsaslandırılması” dilemmasına
münasibətdə ikinci kontekstin tərəfini saxlamış və bu tərəfkeşlik özü üçün qabarıq ifa-
dəsini elmin hipotetik-deduktiv modelində tapmışdır. Keçən əsrin 80-ci illərindən etiba-
rən elmi biliyin formalaşmasının və artımının metodoloji təhlili üçün istifadə olunan
evristik vasitələrin spektri xeyli genişlənmişdir. Bütün bunlar şəhadət verir ki, yeni elmi
biliklərin axtarışları və formalaşması prosesinin yaradıcılıq psixologiyası ilə deyil, həm
də fəlsəfənin və elmin metodologiyasını konseptual vasitələri ilə təhlil etmək mümkün-
dür. Abduksiyaya gəldikdə isə qeyd etməliyik ki, onun məzmununda deduksiya ancaq
hipotezlərindən nəticə çıxarılması kimi, induksiya isə həmin nəticələrin yoxlanılması
kimi iştirak etsə də, ona sadəcə əqli nəticə kimi baxmaq olmaz. Buna görə də ona izahe-
dici hipotez axtarışlarında istifadə olunan spesifik evristik metod kimi baxılmalıdır.
Qaynaqlar:
1. Abduction//Commens Dictionary of Pcirces Terms, 2003.
2. Берков В.Ф., Терлюкевич И.И. Взаимоотношение форм развития научного познания
//Философские науки, 1983, №1, с. 55-60.
3. Вавилов С.И. Исаак Ньютон. М-Л., Изд. АН СССР, с. 109-110.
Bakı Avrasiya Universiteti
122
4. Вагин В.Н., Головина Е.Ю. и др. Достоверный и правдоподобный вывод в
интеллектуальных системах. М, 2004, 364 с.
5. Пирс Ч.С. Как сделать наши идеи явными /Вопрос философии. 1996, М 2, с. 120-132.
6. Пирс Ч.С. Принцип философии. СПб., 2001, 542 с.
7. Пирс Ч.С. Избранные философские произведения.
8. Peirce Ch. S. Collekted Papers.-Vol. S, 189.
9. Рузавин Г.И. Абдукция как метод поиска и обоснования объяснительных гипотез //
Теория и практика аргументации. М, 2001. С. 44.
10. Рузавин Т.Н. Абдукция, ее особенности и применение в научном исследовании //
Полигнозна. 2002. №3.
11. Yosepson J.R., Josephson S.C. Abductive inference: Computation Philosophy, Teshnjljgy.
M. J., 1994.
12. Финн В.К. Синтез познавательных процедур и проблема индукции //Научно-
техническая информация. Серия 2. № 1-2, с. 3-52.
Dostları ilə paylaş: |