Baki avrasiya universiteti Elmi-nəzəri jurnal



Yüklə 4,01 Kb.
Pdf görüntüsü
səhifə26/27
tarix26.02.2017
ölçüsü4,01 Kb.
#9674
1   ...   19   20   21   22   23   24   25   26   27

SUMMARY 
 Aida Shabiyeva 
 
ROLE OF LINGUOPSYCHOLOGY IN THE FORMATION 
AND COMPREHENSION OF SPEECH UTTERANCE 
 
In this article the linguopsychological essence of formation and comprehension of speech 
utterance was explained. The investigations of both classic psycholinguistik school (or West-
European school the so-called “behaviourism” and “neobehaviourism”) and last of them (East-
Europeanschool, the so-called “Sovietpsycholinguistics” or “The theory of speech”) are scien-
tific attempts on study of psychological problems of language. The linguopsychology is occupied 

 
Sivilizasiya 
 
231
with not only psychological, but also linguistic aspects. The linguo-psychology in the first place 
proceeds from linguistic views on language's structure and speech utterance. The 
linguopsychology also takes into account psychological features of the formation of language 
and speech. The object of the linguopsycho-logy as formation, perception and conception of the 
structural units of language and speech, and also learning of primary and secondary language 
were explained. 
 
Key words:  Linguopsychology, formation of speech, the psychology of language, 
function of speech 
 
 
РЕЗЮМЕ 
 Аида Шабиева  
 
РОЛЬ ЛИНГВОПСИХОЛОГИИ В ОБРАЗОВАНИЯ  
И ПОНИМАНИЕ РЕЧИ 
 
Исследования, как классических психолингвистических школ (или западноевропейские 
школы  так  называемые  «бихевиоризм»  и  «необихевиоризм»),  так  и  последних  из  них 
(восточноевропейская  школа,  так  называемая  «советская  психолингвистика»  или  «Тео-
рия  речевой  деятельности»),  считаются  научными  попытками  по  изучению  психоло-
гических проблем языка. Но в результате критического анализа выясняется, что в этих 
исследованиях  рассмотрение  лингвистических,  т.е.  языковых  проблем  игнорируется. 
Даже в тех работах, якобы посвященных конкретному тексту, речи или высказываниям, 
изучаются  только  психологические  аспекты.  Лингвопсихология  занимается  не  только 
психологическими аспектами, но и затрагивает лингвистические аспекты. Лингвопсихо-
логия также учитывает психологические особенности образования языка и речи. Пред-
метом  лингвопсихологии  являются  образование,  восприятие  и  понимание  структурных 
единиц языка и речи, усвоения первичного и вторичного языка. 
 
Ключевые слова:   лингвопсихология, образования языка и речи, психолингви-
стика, общение, лингвистические аспекты 
 
 

 
232
SƏNƏTŞUNASLIQ 
 
Kəmalə PƏNAHOVA

 
 
İNCƏSƏNƏT ƏSƏRLƏRİNDƏ MİSTİK ƏLAMƏTLƏRİN TƏCƏSSÜMÜ 
 
Açar sözlər: incəsənət, mistika, simvol, estetik hiss, abstraksionizm, simvolizm 
 
İncəsənətin ibtidai insanların qorxu və sevinclərini, inanc və ehtiyaclarını anlatmaq 
üçün qayalara, mağara divarlarına həkk etdikləri simvolik rəsmlərdən başlandığı barədə 
mülahizələr mövcuddur.  
Hələ ibtidai insanların fəaliyyəti zamanı onlarda dünyanın tanınması, dərk olunma-
sı zərurəti yaranmış və bu prosesdə paralel olaraq insanın mənəvi həyatına məxsus olan 
ünsürlər də formalaşmağa başlamışdır. Lakin bəşəriyyətin inkişafının ilkin dövrlərində 
insanın mənəvi aləmi onun özü ilə müqayisədə daha dərindən anlaya bildiyi təbiətin 
müşahidəsi və dərk olunmasına cəhd nəticəsində formalaşmışdır. Hər bir primitiv incə-
sənət əsəri belə eyni zamanda idrakın, yaradıcılığın, bir də insanlar arasında ünsiyyətin 
elementlərini özündə cəmləşdirərək yaranmışdır. 
Məlumdur ki, bilavasitə obyektiv aləmin dərki prosesində iştirak edən estetik hiss 
təfəkkürdən ayrı mövcud ola bilməz. Estetik hissin idrakla əlaqəsi ona insanın ətraf alə-
mə psixofizik emosional münasibətindən fərqli olan bir məzmun verir. Estetik hisslər 
ağlın sınağından keçərək meydana gəlirlər. Estetik hissin strukturunda ağıldan kənar 
emosiyalara yer yoxdur. Emosiyalarla ağlın bu cür əlaqəsi estetik hissə  dərin mənəvi 
məzmun və təsirlilik verir, onu inamlı və məntiqi edərək, dünyanı dərketmə vasitəsinə 
çevirir. 
Lakin onu da nəzərə almaq lazımdır ki, emosiyalar orqanizmin xarici aləmə bilava-
sitə hissi reaksiyasıdır. Onda obyektiv məzmun olmaya da bilər, o yalan, subyektiv də 
ola bilər. Beləliklə  də qaranlıq meşənin qavrayışı zamanı meydana gələn qorxu hissi, 
səmada ildırımın çaxmasının emosional qavranılması prosesi hansısa fövqəltəbii varlıq-
ların mövcudluğu haqqında təsəvvürlər yarada bilir. Emosiya özü obyektiv aləmin qav-
ranılan hadisə və proseslərinin rasional, məntiqi qiymətləndirilməsi ilə bilavasitə bağlı 
deyil. O ümumi idrak prosesini maddi aləmin qavranılan obyektiv tərəflərinin gerçək 
səbəb-nəticə  əlaqələrinin aşkar olunmamış inikası  səviyyəsində dayandıra bilər. Təbii 
ki, bu halda idrak prosesində hissi və rasional mərhələlər arasındakı əlaqənin pozulması 
mistik təsəvvürlərin yaranmasına gətirib çıxarır. Mistik fikir idrakın  əsasən hissi-
emosional səviyyəsinin məhsulu hesab edilə bilər. Emosional qavrayışların anlanılması-
nın zəif inkişafı insana onları rasional-məntiqi səviyyəyə qaldırmağa imkan vermədiyi 
üçün əksər hallarda bu emosional təəssüratlar fövqəltəbii, əcaib varlıqlar haqqında anla-
yışların, o cümlədən mistik təsəvvürlərin yaranmasına yol açır. 
İbtidai insan şüuru sinkretik xarakterə malik olmuşdur. Onda həm insanın dünya 
haqqında elementar bilikləri, həm təbii qüvvələr qarşısındakı  zəifliyi, həm də insanın 
özünün sosial və təbii mahiyyətinə mistik mənanın verilməsi öz əksini tapmışdı. 
Təbii ki, keçmişdən yadigar qalan hər bir sənət abidəsi onu yaradan xalqın dini əqi-
dəsini, mifoloji və fəlsəfi dünyagörüşünü əks etdirir. Dünyaya estetik və dini münasibət 
                                                           

 Dosent, Bakı Dövlət Universiteti 

 
Sivilizasiya 
 
233
dərin emosional həyəcanlarsız, bu emosiyaların konkret-hissi obraza çevrilməsi olma-
dan təsəvvür edilə bilməz. Bu obrazlar isə hökmən gerçəkliyin emosional-obrazlı mənim-
sənilməsi əsasında meydana gələrək, bəzən mistik xarakter də daşıya bilər. Tarixi inkişaf 
prosesində gerçəkliyin estetik əksi ilə mistik fantaziya bir-birinə keçərək incəsənətin 
çoxlu mürəkkəb təzahürlərini yaratmışlar. Əslində fəlsəfi ədəbiyyatda incəsənətin mistik 
fikir, magik fəaliyyət əsnasında yaranması haqqında konsepsiyalar da mövcuddur.  
İbtidai incəsənətlə mistik düşüncənin əlaqəsi ictimai şüurun o dövrdə hələ tərkib his-
sələrinə ayrılmaması, bir bütöv forma kəsb etməsi ilə əlaqədar olmuşdur. Burada həqiqi 
və yalan, mistik və mötəbər olan bir-biri ilə çarpazlaşırdı. İctimai şüur formalarının bir-
birindən differensasiya olunmadığı vaxtlarda ibtidai insanların  şüurunda elmi biliklərin, 
incəsənətin, əxlaqi fikirlərin, dini təsəvvürlərin rüşeymləri bir uyğunluq təşkil edirdi.  
Qədim dövrdə magiya həm də bilavasitə istehsal prosesi ilə də bağlı olmuşdur. Xü-
susilə ova gedən insanların həyata keçirdikləri mistik ayinləri buna misal gətirmək 
mümkündür. Adətən insanlar ovdan əvvəl heyvanların şəkillərini çəkir, onların qarşısın-
da ovçuların bədən hərəkətlərini yamsılayan rəqslər edir, nizə  və  mızraqları  təsvirin 
üzərinə endirirdılər. Baş verəcək ov prosesini təxminən bu cür təsəvvürə gətirən insan-
larda bu magik prosesdən sonra qələbə inamı yüksəlirdi. Həm də təbii ki, bu vərdişlər 
ovçuluq edənlərin cəldliyinə, güclənməsinə də səbəb olaraq, əldə edilmiş mistik inamla 
bərabər ov zamanı müvəffəqiyyəti təmin edirdi.  
Dünyanın dərk edilib anlanılmasına olan zərurət qədim dövrün insanını müəyyən 
fəaliyyətlərə sövq edirdi. Onları insan özü üçün başqa cür və  əlbəttə fantastik surətdə 
izah edirdi. Çünki səbəbiyyət əlaqələri haqqında onun bütün təsəvvürləri həddən artıq 
fantastik idi. Ov zamanı həm dərk etmə, həm də məşq (nizələrlə deşilmiş gil ayını yada 
salaq) ibtidai insanlar üçün magik, müqəddəs və bununla bərabər tam utilitar akt idi. 
Hətta ona görə müqəddəs idi ki, onlar bunun praktik nəticəsinə, birbaşa kəsərli təsirinə 
inanırdılar. Gildən düzəlmiş heyvanı öldürərkən, bu üsulla onun canlı oxşarını  əldə 
edəcəklərinə inanırdılar. Üzlərinə heyvan maskalari taxaraq, “ kəl rəqsi “ ifa edərkən 
hesab edirdilər ki. bu çağırış rolunu oynayacaq və  kəlləri onların məskəninə  cəlb edə-
cək...Bu hələ əslində nə din, nə incəsənət, nə də idraki fəaliyyət (indiki anladığımız məna-
da) olmasa da, lakin bütün bu şüur formalarının ilkin, bütöv vəhdəti idi. Belə ki, xarak-
terinə və fəaliyyət nəticələrinə, emosiyaların gücünə, bu prosesdə hasil olan məqsədyönlü 
və ifadəli formanın spesifik duyumuna görə incəsənətə daha çox oxşayırdı (4, 15). 
Mistika təhrif olunmuş təsəvvürlər, cadugər hərəkətlər sistemidir və bu təsəvvürlə-
rə əsaslanan insanlar onu əhatə edən hadisələrə və predmetlərə fövqəltəbii üsullarla təsir 
etməyə çalışırlar. Bəzi hallarda mistik hərəkətlər istehsal prosesi ilə əlaqədar olmuşdur. 
Lakin özünün məzmununa görə mistika əmək prosesindən əsaslı şəkildə fərqlənmişdir. 
Çünki insanın  əmək fəaliyyəti onun tələbatlarını ödəmək məqsədilə müxtəlif  əlaqə, 
münasibət və qanunauyğunluqları dərk etməklə təbiətin predmet və hadisələrinə yiyə-
lənməyə  əsaslanırdısa, mistik hərəkətlər başqa bir mahiyyət daşıyırdı. Sehrbazlıq 
hərəkətləri ilə ibtidai insanların gözlədikləri nəticə arasında yalnız insanların düşüncə-
sində olan, uydurulmuş bir əlaqə yaranırdı.  Əslində özlüyündə ovçuların rəqsləri və 
heyvan rəsmlərinin nizələrlə vurulması heç bir mistik məzmun daşımır. Onlar müəyyən 
təsəvvürlərlə bağlı sehrbazlıq ritualının elementlərinə çevrildikdə isə mistik məna kəsb 
edir. Burada mistikanın mahiyyəti insanın təbii fəaliyyətinin fövqəltəbii nəticələri haq-
qında təsəvvürlərdə təcəssüm olunmasında təzahür edir. 
 

Bakı Avrasiya Universiteti  
 
234
Qədim dövrdə insanların mistik təsəvvürləri haqqında məlumatları biz əsasən onların 
təcəssüm olunduqları müxtəlif simvollarla, incəsənət abidələri ilə tanışlıq vasitəsilə əldə 
edirik. Məsələ burasındadır ki, bu insanların mistik dünyagörüşü onların yarada bildikləri 
incəsənət nümunələrində həkk olunurdu. Ov səhnələrinin daşlar üzərində təsviri onların 
ovun uğurlu keçməsi üçün həyata keçirdikləri magiya mərasimlərinin əksi idi. 
Məsələn, qədim misirlilər hesab edirdilər ki, insan öldükdən sonra axirətdə 
yerdəkinə oxşar həyat keçirəcəkdir. Xoşbəxt olması üçün onu bu dünyada malik olduğu 
öz bədəni də daxil olmaqla hər bir şeylə təchiz etmək lazımdır. Bədənin balzamlanaraq 
qorunması adəti də bu inamla əlaqədar idi. Misirlilərə görə insanın həyati qüvvəsi olan 
“Ka” yerdəki qişasını taparaq, ona daxil olduqda ruh özünü o biri dünyada rahat hiss 
edə bilər. Sərdabəyə ölən insanın özünə oxşar portret heykəlinin yerləşdirilməsi adəti 
”Ka”nın öz simasını asanlıqla tanıması kimi mistik bir təsəvvürlə əlaqədar idi. 
“Qədim dünya incəsənəti” kitabının müəllifləri N.A.Dmitriyeva və N.A.Vinoqra-
dovanın fikirləri ilə razılaşmaq mümkündür ki, məhz bu ənənədən Misirdə  məşhur 
portret sənəti yaranmışdır. Misir portretləri özünəməxsusdurlar: onlar təəccüblü dərəcə-
də fərdi xüsusiyyətləri əks etdirsələr də, üzün ifadəsi mücərrəd, psixoloji cəhətdən açıl-
mamış olaraq qalır. Keçici həyəcanlar maraq doğurmurdu: axı bunlarda zamandan azad 
olmuş, əbədiyyətə gedən bir insan təsvir olunurdu (4, 31). 
Misirdə mövcud olan dini-mistik təsəvvürlərə həm də o dəlalət edir ki, sərdabələrin 
divarlarında rəssamlar axirətdə ölənin rifahını  təmin etmək məqsədilə onun həyat 
səlnaməsini əks etdirən naxışlar, qabarıq təsvirlər həkk edirdilər. Misirlilər heyvanları 
müqəddəs, özlərinin himayədarı hesab edərək, totem kimi ona sitayiş etdikləri üçün 
rəssamların animalizmə meylliyi başadüşüləndir. 
Rəssamın fərdi iradəsinin ifadəsi də ciddi şəkildə məhdudlaşdırılmışdı: onun rolu 
müqəddəs qanunları mühafizə edən, ilahi iradəni qət edən kimi təsəvvür edilirdi. Belə 
ki, yerdəki qısamüddətli həyatdan fərqli olaraq, incəsənət əbədi həyatın daşıyıcısı hesab 
edilirdi, onda o ani, dəyişkən, dayanıqsız olandan azad olunurdu (4, 33).  
Belə  qənaətə  gəlmək mümkündür ki, bir tərəfdən qədim dövrdə insanların mistik 
dünyagörüşünün müxtəlif obrazlarda əks olunması incəsənətin inkişafına təkan verirdi-
sə, digər tərəfdən incəsənət onların mistik arzularının təmin olunmasında yardımçı rolu-
nu oynayırdı.  
Misirdə islahatçı firon IV Amenxoten – Exnaton vahid qanunvericilik aktı ilə tanrı-
ların bütün qədim panteonunu ləğv etdi, məbədlərin mülkünü müsadirə etdi və tarixdə 
ilk dəfə olaraq yalnız günəş-tanrıya Atona sitayiş etməni tətbiq etdi... Əvvəlki ali tanrı 
Amon Ra buzov və ya qoyun (qədim totemin qalığı kimi) şəklində təsvir olunan günəş 
tanrısı idi. Yeni tanrı Aton səmada işıq saçan disk- günəşin özü idi. Exnatonun 
dövründə onu elə belə  də  təsvir edirdilər:  şüalar saçan işıqlı dairə kimi. Hər bir şüa 
insan əli ilə qurtarırdı ki, bu da nemətlərin yer üzünə bağışlanmasını simvolizə edirdi 
(4, 60). Atonun şərəfinə məbəd tikdirmək əmrini də məhz Exnaton verir. 
 Qədim Misirin simvolu olan piramidaların quruluşu da mistik məna daşıyırdı. Pi-
ramida Qədim Misirdə yüksəliş simvolu idi. Onun konusu günəşə və ulduzlara yönələ-
rək, yerlə göy arasında keçidi təmin edirdi. Bu keçid ölən fironun axirət dünyasına daxil 
olmasını təmin etməli idi. Piramidalar həm də günəşin və əcdadların yaradıcı qüvvələri-
nin simvolları idi.  
Qeyd etdiyimiz kimi ibtidai insanların şüuru sinkretik xarakter daşıyırdı. Lakin bu 
prosesdə meydana gələn ziddiyyətli cəhətlər getdikcə  kəskinləşdiyi üçün insanın dünya 

 
Sivilizasiya 
 
235
haqqında bilikləri, təbiət qüvvələri qarşısında acizliyi, insanın sosial və bioloji mahiy-
yətinə mistik məna vermək cəhdləri artıq şüurda ifadə olunurdu. Ətrafda baş verənləri hər 
nə cür olsa da dərk etmək cəhdləri isə emosional-bədii formada təcəssümünü tapırdı.  
Antik incəsənət nümunələrinin özündə daşıdığı simvol və məna indi də incəsənətlə 
məşğul olanları düşündürməkdədir. A.F.Losev “Antik estetika tarixi” əsərində yazır: 
“Poeziya, heykəltaraşlıq, arxitektura, musiqi, ritorika, və s. Yunanıstanda sadəcə incəsə-
nət kimi qiymətləndirilmirdi. Bunlarda böyük bir ideyalılıq var idi, bu artıq incəsənət 
deyil, bunlarda insan, təbiət, kosmos, tanrılar və tale arasında sıx əlaqə var” (1, 542). 
Qədim yunan məbədləri “tanrıların evi” kimi mistik bir funksiya daşıyırdı. Bu 
məbədləri tanrının heykəli ilə işıqlanmalı idi. Böyük divarların adətən pəncərəsi olmur-
du. Ancaq damda kiçik dəliklər açılırdı. Yalnız səhər tezdən məbədin şərq tərəfə istiqa-
mətlənmiş açıq qapılarından düşən günəş şüaları içəri daxil olaraq, öz ölçülərinə görə 
interyerin sahəsi ilə mütənasib olmayan nəhəng heykəli işıqlandırırdı. Qədim Misir mə-
bədləri ritual yürüşlər üçün uyğunlaşdırılmışdısa da, Yunanıstanda bunlar səcdəgahın, 
qurbangahın yerləşdiyi məbədin xaricində baş verirdi. Məbədə yalnız kahinlər, özü də 
qəti müəyyən olunmuş vaxtda girə bilirdilər (10). 
Misir, Mesopotamiya, Hindistan mədəniyyət nümunələrinə məxsus olan qəhrəman-
lar özlərinin sirli və fövqəltəbiilikləri, səma ilə, onun kor-təbii qüvvələri ilə əlaqələrinə 
görə fərqlənirdisə, Qədim Yunanıstanda daha çox real insan obrazına üstünlük verilir, 
hətta yunan tanrılarına insanlara məxsus xüsusiyyətlər aid edilir, antropomorfizm əla-
mətləri önə çəkilirdi.  
Mistik elementlər qədim Şərqdəki heykəllərdə də özünü büruzə verir. Sənətkarlar 
müxtəlif tanrıların heykəllərini yaratmaqda maraqlı idilər. Çünki bu tanrı-heykəllər 
ibadət edən insanlarda xüsusi mistik təəssüratlar yaradırdı. E.ə. XIX-XVIII əsrlərdə 
Babilistanda Hammurapinin qanunlarının oyularaq həkk edildiyi daş plitə  də özündə 
mistik elementləri daşıyır. Daş plitənin yuxarısında Hammurapinin günəş  və  ədalət 
ilahəsi olan Şamaşdan hakimiyyət simvolunu əldə etməsi kimi mistik bir epizod əks 
olunmuşdur. E.ə. XVIII əsrdə Babilistan mədəniyyətinin təsiri altında yaradılmış  mə-
həbbət, məhsuldarlıq və gözəllik tanrısı olan İştarın heykəli də mistik hisslər aşılayır. 
Əlində tutduğu və su novlarının mürəkkəb sisteminə birləşdirilən su dolçası isə ən isti 
günlərdə təmiz su yağdırmaq kimi müqəddəs qabiliyyəti ehtiva edirdi. 
Qədim Assuriyada Dur-Şarrukin  şəhərinin xarabalıqlarında aşkar olunan saraya 
arabaların çıxışı üçün panduslar və arkalı çatılı qalalar şəklində girişlər cinahlardan 
öküz bədənli, qartal qanadlı, hündür baş örtüklü saqqallı kişi başlı fantastik heyvanların 
(şedu) iri açılmış gözlərin qəzəbli baxışları ilə baxan iri (5-il metrlik ) qoşa heykəlləri 
düzülmüşdü. Bir çox nəsillərin sənətkarlarının fantaziyasından doğulan bu heykəllər çar 
sarayını  hər çür şərdən qoruyan təbiət qüvvələrinin  əzəmətini özündə  əks etdirərək, 
mistik məna kəsb edirdi (4, 127). 
Qədim dövrdə sadəlövhcəsinə insanın heyvan və ya əcdadları  şəklinə çevrilməsi 
reallığını  qəbul etdikləri üçün rəssamlar yarım insan-yarım heyvan rəsmləri çəkərək, 
belə varlıqların mövcudluğuna inanırdılar. Bu ibtidai dövr rəssamının yaradıcılıq 
fantaziyası əsasında dünyanın bədii formada dərkinin nəticəsi idi.  
Sakit okeandakı Pasxa adasında qaşdan yonulmuş  və üzü adaya doğru çevrilmiş, 
onlarda müqəddəs ruhların yaşadığı hesab edilən böyük heykəllər tanrıları  təcəssüm 
etdirir. Dini və dünyəvi hakimiyyətin simvolu olan bu abidələr əslində adanı qorumaq 
kimi mistik məna ehtiva edirlər.  

Bakı Avrasiya Universiteti  
 
236
Babilistanda Etemenanki hökmdarlara şəxsi qəbirüstü abidə kimi ucaldılan Misir 
piramidalarından fərqli olaraq, bütün şəhərin müqəddəs yeri, dövlətin fəxri idi. Onun 
arxitekturasında insanların səmaya yaxınlaşa bilmək kimi cəsarətli niyyətləri ifadə 
olunurdu (4, 137). Bu da arxitekturada insanların mistik əhval-ruhiyyələrinin bir daha 
təcəssümünü ifadə edirdi. 
Göründüyü kimi adları tarixə düşmüş  qədim məbədlərin tikilməsi çox zaman 
insanların ilahi qüvvələrə inam, etiqad, mistik arzularına çatmaq istəyindən doğmuşdur. 
Məsələn,  şumerlərdə  hər bir şəhər öz tanrısına ibadət edirdi. Bu tanrıların  şərəfınə 
ucalan məbədlər  ətrafında  şəhərlər meydana gəlirdi. Həmin tikililər öz növbəsində 
memarlığın inkişafına səbəb olurdu.  
Mistik elementlər həmçinin məişət əşyalarında da təsvir olunaraq, insanların təbiət 
qüvvələri qarşısında qorxusunun tənzimləyicısı rolunu oynayırdı. Məişətdə müəyyən 
funksiyalar yerinə yetirən bu əşyalar, eyni zamanda insanların qarşısında qorxu keçir-
dikləri qüvvələri neytrallaşdırmaq kimi mistik funksiyalar da daşıyırdılar. Bu isə əslində 
sənətkarın üzərinə  rəsmlər çəkərək yaratdığı bu məişət  əşyalarına  əlavə bir dəyər 
verirdi. 
Belə ki, Çində  hələ e.ə. III minilliyin ortalarında Yanşao məntəqəsində istehsal 
olunan keramik qablara təbiət qüvvələrini ovsunlayan magik motivlər məxsus idi. 
Banpo qablarını adətən balıqlar və marallar, Myaodiqou qablarını  kərtənkələ  və 
tısbağalar, Xuasyan məmulatlarını quşlar bəzəyirdi (4,181). 
E.ə. XVI-XII əsrlərdə ilk quldarlıq dövləti olan Şanda ölülərin axirətdəki mövcud-
luğu insanlar üçün canlı insanların həyatından az əhəmiyyət kəsb etmirdi. Qədim 
çinlilər inanırdılar ki, onların həyatdakı rifahı tamamilə nəslin əsasını qoyan və hamisi 
olan – totem hesab edilən heyvanla eyniləşdirilən ölmüş  əcdadların himayəçilyindən 
asılıdır. Əcdadların ruhu nəslinin qayğısına qalmalı idi, buna görə ona xidmət etmək la-
zım idi ki, ruhun heç nəyə ehtiyacı olmasın.  Əcdadlara sitayış  Şan dövründən başla-
yaraq, Çində uzun müddət  əhəmiyyət kəsb etməyə başladı. Dəfn mərasimləri xüsusi 
təmtəraq kəsb etdi, sərdabələrin bəzədilməsinə qeyri-adi əhəmiyyət verilməyə başlandı. 
Sərdabələrə oyma nefritdən, ağ keramikadan, qızıldan, yəşəm daşından qiymətli əşya-
lar, həmçinin tuncdan naxışlı qılınclar və canlıların həyatına bənzədilmiş axirət üçün di-
gər vacib əşyalar qoyulurdu. Hesab edilirdi ki, qəbirdəki hər bir predmet özünün magik 
mənasını daşıyır - şər ruhları qorxutmaq, xeyirxah ruhları cəlb etmək, insanlara yaxşı 
məhsul göndərmək,  əkinləri quraqlıq və seldən qorumaq, lazımi vaxtda yağış yağdır-
maq. (4, 184). 
Qədim çinlilər buludu, yağişi, küləyi, dağlari, dənizləri və çayları, quşları və balıq-
ları ilahiləşdirirdilər. Ona görə də neolit dövrünün dulusçuluq məhsullarına məxsus na-
xışlar, vaxt keçdikcə mürəkkəbləşdilər, daha mürəkkəb ornamentlər sisteminə qarışdı-
lar. Bu ornamentin əsas tərkib hissələri günəş, ay, külək və ildırım işarələri deyil, səma 
və su ünsürlərinin “nümayəndələri” – yerə yağış göndərən quş və əjdəha, məhsul müj-
dəçisi cırcırama, insanlara toxluq və sərvət vəd edən öküz və qoyun idi. Arabir təsvir 
edilən heyvanlar əsas heyvanların-müdafiəçi və qoruyucu: pələng, qoyun, əjdahanın 
xüsusiyyətlərindən təşkil olunan ümumiləşmiş sifət alırdılar. Belə tez rast gəlinən naxış-
lar arasında fantastik dombalangöz heyvan “tao-te”nin maskası var idi. Arabir qablar 
özləri insanların həyatını qoruyan heyvan və quş- bayquş, tapir, pələng  şəkilləri alır-
dılar, lakin o zaman da onların üzəri boş yer saxlanılmadan naxışlarla işlənilirdi. Qoru-
yucu qablar formaca hamar və səlis olmurdu. Onlar sanki tikanlarla qabardılırdılar, düş-

 
Sivilizasiya 
 
237
mənlərə buynuzların sərt burumlarını uzadırdılar, iti üzgəclərlə və balıq pulları ilə örtü-
lürdülər. (4, 187). 
Şamanların trans vəziyyətinə düşmək üçün istifadə etdikləri dəf başqa aləmlərə 
keçmək kimi simvolik bir məna ifadə etmişdir. Dəfin üzərinə çəkilmiş dəri isə belə he-
sab edilir ki, yuxarı və aşağı aləm arasındakı sərhəd rolunu simvolizə edir. Dəfin çalın-
masından alınan, bəzən yerin ürək döyüntüsü hesab edilən təkrarlanan ritmlər şamana 
şüurun başqa vəziyyətinə keçməyə imkan verir. Adətən  şamanlara məxsus dəflərin 
üzərində stilizə edilmiş at şəkillərinə rast gəlinir.  
Şamanlıq ənənəsində at simvolu tam anlamı ilə bir ölüm heyvanı və ruh köçürücü-
dür. Çoruhlu qədim türk inancı olan şamanizmdə atın mistik rolunu bu şəkildə açıqla-
maqdadır: Şamanlara məxsus mərasimlərdə at şamanın göy üzünə çıxdığı minik və qur-
banlıq heyvan olaraq önəm qazanmışdır. Göy tanrının (yeni təsbit edilmiş rəvayətlərdə 
baş tanrı sayılan Ülgənin) simvollarından biri olaraq önəm qazanmaqda və qurban kimi 
də təqdim edilməkdədir. Şaman atın yardımı ilə yer altına, ya da başqa dünyaya keçə 
bildiyi üçün ölümün də simvolu olmuşdur. İndiki zamanda da at fiquru Anadolu və türk 
dövlətlərinin bir çoxunda məzar daşlarında şamanlıq inancının təsirini göstərməkdədir 
(11, 691). 
C.Mellart “Yaxın  Şərqin qədim sivilizasiyaları”  əsərində Yaxın  Şərqdə  ən böyük 
neolit yaşayış  məskəni olan Çatal Huyuyuk mədəniyyəti barədə  məlumat verərkən 
məbədlərin tərtibatında skamyalarda və ya sütunlarda yerləşdirilmiş buynuzlu öküz 
başlarından bəhs edərək, bu stilizə edilmiş öküz başlarının buynuzları ilə birlikdə 
məbəd və evlərdə platformaların kənarlarını haşıyələndiyini nəzərə çatdırır. Müəllif 
onların çox güman ki, sakinləri qorumalı və şərin qarşısını almalı olduğunu qeyd edir 
(3, 91). 
C.Mellart həmçinin nəqşkarlığın rəngarəngliyindən də  bəhs edərək, xüsusilə  hən-
dəsi divar naxışlarının bəzilərində  -əl, ayaq, xaç simvollarına rast gəlindiyini, bunun 
onların magik və müdafiə funksiyalarına müvafiq olduğunu göstərir (3, 93).  
Mistik  əlamətlərin məişət  əşyalarında təsvirinə keltlərin sənətkarlığında da rast 
gəlmək mümkündür. Məsələn, keltlərin təbiətə aid simvollarının  əks olunduğu qazan 
bolluğun, dirçəlişin və qurban vermənin simvolu idi. O qidanın və biliyin tükənməz 
mənbəyi hesab olunaraq, Keltlərin ali tanrısı Daqda ilə assosiasiya olunurdu. E.ə. II və 
ya I əsrə aid olunan qızıl suyuna çəkilmiş Qundestrup qazanında “buynuzlu tanrı” olan 
Kernunnosun təsviri verilmişdir. Bu heyvan kişi cinsinə  məxsus olan, ana-torpaqla, 
yaxud təbiətlə müqəddəs nikahda olan tanrı idi. Tanrının başında yeniləşməni simvolizə 
edən maral buynuzu var idi (maralların buynuzlarını  dəyişdikləri, yerinə yenisinin 
böyüdüyü üçün). Kernunnos qabanla da təsvir oluna bilirdi. Keltlər bu heyvanın cəldli-
yinə və döyüş hazırlığına heyran idilər. Onlar inanırdılar ki, qabanlara magik qüvvələr 
məxsusdur və birbaşa yeraltı dünya ilə bağlıdırlar (6, 20) 
Qaban anqlosakslar üçün isə müdafiə  və kral hakimiyyətinin simvolu idi. O kral 
hakimiyyətini və  məhsuldarlıq tanrısı Fro ilə assosiasiya olunurdu. Döyüşçülər qaban 
təsviri ilə özlərinin dəbilqələrini bəzəyərək, qabanın gücünün onlara keçəcəyinə inanır-
dılar (6, 21). 
Azərbaycan ərazisində qədim dövrdə yaşamış insanlara məxsus məişət əşyalarında, 
incəsənət nümunələrində də mistik rəmzlərə rast gəlmək mümkündür. Məsələn, Ermi-
tajda saxlanılan bürünc məcməyi məişətimizdə geniş yayılmış ev avadanlığını xatırla-
dır. Bəzək etibarilə sırf ilkin orta əsrlərlə bağlıdır. Məcməyinin üzərinə döymə üsulu ilə 

Bakı Avrasiya Universiteti  
 
238
həkk edilmiş çiçək, budaq rəsmləri və onların ümumi kompozisiyası öz üslub xüsusiy-
yətlərinə görə bu orijinal sənət  əsərini VI-VII əsrlərə aid edir. Məcməyinin ortasında 
böyük medalyonda verilən ornament motivləri xüsusilə diqqəti cəlb edir. Burada sim-
metrik şəkildə altı ədəd üç şaxəli yarpaq rəsmi həkk edilmişdir. Aparılan elmi araşdır-
malar göstərir ki, bu tipli təsvirlər ilk orta əsrlərdə “Müqəddəs ağacın” rəmzi olmuşdur 
( 2, 12). 
Orta  əsrlərdə toxuculuq sənəti nümunələri olan müxtəlif növ parçalarda mistik 
əlamətlərlə bağlı fiqurlar əks olunmuşdur. Fantastik quş, heyvan, ağac rəsmləri çox 
zaman müəyyən magik inamların təcəssümü olmuşlar. Rasim Əfəndi qeyd edir ki, bu 
parçalar içərisində Brunsviq şəhərindəki Hersoq Anton Ulrix adına muzeydə, İtaliyanın 
Verona şəhərində Qastello Vekkionun şəxsi kolleksiyasında, eləcədə Bakıda Azərbay-
can Tarixi Muzeyində nümayiş etdirilən parçalar diqqəti cəlb edir. Bu parçalar yüksək 
texniki üsulla toxunaraq quş, heyvan və stilizə edilmiş gül-çiçək rəsmləri ilə  bəzədil-
mişdir. Birinci parça üzərində qızıl, gümüş saplarla toxunmuş bir-birinin ardınca təkrar 
olunan tovuz quşu rəsmləri təsvir edilmişdir. Yeri gəlmişkən onu da qeyd etmək lazım-
dır ki, tovuz quşu rəsmləri keçmişdə Azərbaycanda ən geniş yayılmış rəsm ünsürlərin-
dən olmuşdur. O dövrdə həmin quşun təsvirinə nəinki parça üzərində, hətta daş, metal 
və keramikada da tez-tez rast gəlirik. Məlum olduğu kimi, tovuz quşu hələ uzaq keç-
mişlərdə günəş və od tanrısı kimi ilahi və rəmzi bir məna daşımışdır. Araşdırmalar gös-
tərir ki. əsrlər getdikcə tovuz quşu rəsmləri öz keçmiş mənasını itirmiş və nəhayət, sa-
dələşərək Şərq aləmində ən geniş yayılmış “buta” ornamentinə çevrilmişdir (2, 29). 
Süjet xarakteri daşıyan kompozisiyalar adətən məzar daşları üzərində yonulurdu. 
Onların üzərində bir çox simvolik mahiyyət daşiyan rəsmlərə də rast gəlinir. Bunlardan: 
islamı təmsil edən ay-ulduz, günəşi bildirən svastika və ya zolaqlı dairə və s. naxışları 
göstərmək olar (2, 67). 
Məzar daşları üzərində türkdilli xalqların, o cümlədən oğuzların keçmişdə totemi 
sayılan müqəddəs “unu quşu” təsvirləri də yer tutur. Uzaq keçmişlərdə bu quş-onğon 
türk dilli tayfaların həyatında o qədər böyük rol oynamışdır ki, onun taxtadan yonulmuş 
və ya keçədən düzəldilmiş fiquru hər evin yaraşığına çevrilmişdir. Hətta nahar vaxtı hər 
bir  şəxs xoş bir əlamət kimi ilk loğmanı onun ağzına qoymalıymış. Totem xarakteri 
daşıyan bu quşun təsvirinə XII-XIII əsrlərə aid Koniya, Rey saxsı və kaşıları üzərində, 
Səlcuqi sikkələri və s. sənət nümunələrində rast gəlirik. Onun ən qədim təsvirini isə 
VIII  əsrdə yaşamış türk xaqanı Güntəkinin hazırda Ulan-Bator muzeyində nümayiş 
etdirilən portretindəki başlıqda görürük (2, 69). 
Daş qoç fiqurlarının totem xarakteri daşıması barədə məlumatlar da maraq doğurur. 
Daş qoç fiqurları haqqında maraqlı qeydlərə rus alimi V.M.Sısoyevin yazılarında da 
rast gəlirik. 1926-1927-ci illərdə Azərbaycanın Naxçıvan, Ordubad, Laçın və s. Rayon-
larında olmuş V.M. Sısoyev yazır ki, yerli əhali burada tez-tez təsadüf olunan daş qoç 
fiqurlarını müqəddəs sayaraq ona sitayiş edir, hətta bu fiqurları bəzən qədim qəbiristan-
lıq xərabələrində, dağlardan və s. yerlərdən taparaq hörmət əlaməti olaraq öz qohumla-
rının qəbri üstə qoyurlar...” Naxçıvanın  şərqində köhnə  qəbiristanlıq yaxınlığında qır-
mızı daşdan yonulmuş, uzunluğu 1m.50 sm olan, hündürlüyü 62sm, eni 40sm olan qıv-
rım buynuzlu bir qoç fiquru gördüm, burada uşaqları olmayan qadınlar arasında belə bir 
şayiə yayılmışdır ki, kim bu qoçun ayaqları arasından sürünərək o biri tərəfə keçərsə, 
onun mütləq uşağı olacaqdır” ( 2, 70 ). 
 

 
Sivilizasiya 
 
239
A.Qurbanov yazır ki, qədim türk xalqlarının mifologiyasında alıcı quşlara xüsusi 
mistik anlam verilirdi. Onların lələkləri döyüşçülərin tuğulğalarının (dəbilqələrinin) 
yuxarı hissəsinə taxılır, caynaqları isə nəzərlik kimi yaxadan asılırdı. Əski türklərə aid 
edilən qiymətli artefaktlarda da bu quşların təsvirlərinə rast gəlinir. Məsələn, indiki 
Mərkəzi Monqolustan ərazisində, Orxon çayının sahilində yerləşən Kül tikin komplek-
sindəki (VII əsr) təsvirdə böyük sərkərdənin baş geyimində qartal lələyi həkk olunmuş-
dur. Bu rəmzə Bilgə xaqanın xatirəsinə ucaldılmış kompleksdə, Qazaxıstan və Qırğızıs-
tandakı «Altın tamqa tarxan», «Kuli-çur», «Elgene bulaq», «Anonim-4» kimi arxeoloji 
abidələrdə  də  təsadüf olunur. Qədim türk mifologiyasında azad və qüvvətli olan alıcı 
quşların, xüsusilə onların alisi sayılan qartalın sxematik təsvirləri damğa işarələrində, 
eləcə də bəzi türkdilli ölkələrin dövlət rəmzlərində öz əksini tapmışdır (5, 132). 
A.Qurbanov  əlavə edir ki, tarixi Azərbaycan torpaqlarında yaşamış maqların və 
kaspların da mifik təsəvvürlərində alıcı quşlar mühüm yer tuturdular. Onların inancına 
görə, bu quşlar Orta Dünya ilə  İlahilərin Dünyası arasında vasitəçi olaraq, ölən 
insanların ruhlarını qaranlıq dünyaya çatdırırdılar (4, 134). 
Dünya dinləri yayıldıqları zamandan etibarən abidələrinin arxitektura elementlərinə 
dini-mistik məna verməyə  cəhd etmişlər. Bunlar insanların dini assosiasiyalarına təsir 
göstərən səbəblərdən olmuşdur. Məsələn, Buddizm dininə məxsus arxitektura abidələri-
nə nəzər yetirsək, budda məbədlərinin çoxmərtəbəli dam örtüklərinin ritmik, səmadakı 
yüksəkliklərə qalxan siluetləri sanki dindar insanın ruhunun səmavi sakitlik aləminə 
qalxmaq, gündəlik həyatdan uzaqlaşaraq, “nirvanaya” yüksəlmək cəhdlərini ifadə edir.  
Xristian kilsələri  İsa peyğəmbərin ölümünü dindarlara xatırlatmaq üçün ənənəvi 
olaraq xristianlığın simvolu olan xaç formasında tikilir. Qotika üslubunu isə xristian 
dininə məxsus ruhun bariz təzahürlərindən biri hesab edirlər. Qotika arxitekturası ruhun 
nəcibliyini, ilahiyə doğru cəhdini, insanda tanrının daxilən mövcudluğu hissini simvoli-
zə edir. Əslində qotika arxitekturasını estetik cəhətdən təhlil etdikdə dini mərasimlərin 
həyata keçirilməsi üçün tikilən bu məbədlərin zahiri görünüşlərində də xristian dininin 
təsirini hiss etmək mümkündür. İbadət zamanı bu kilsələrdə binanın arxitekturası dini 
ibadətləri həyata keçirənlərin dini əhval-ruhiyyə və hisslərininə təsir edərək, onları güc-
ləndirir. Bu üslubda tikilən məbədlərin səmaya şaquli istiqamətdə ucalan qüllə və qüb-
bələri insanların transsedent hesab etdikləri Allaha çatmaq, ideala qovuşmaq, mənəvi 
kamilliyə nail olmaq cəhdlərini ifadə edirdi. Bu arxitektura üslub dinə xidmət edənlərin 
özlərindən yüksəklikdə olan ilahiyə çatmaq kimi mistik hisslərini təcəssüm etdirirdi. 
Müqayisə aparıldıqda görünür ki, Allaha çatmaq cəhdinə əsaslanan mistik təəssüra-
ta Avropada təşəkkül tapan qotika üslubu katolik məbədlərin portalları  və son dərəcə 
uzunsov,  şişbuçaqlı qüllələri hesabına nail olursa, alçaq Budda məbədləri bu hisslərə 
dam örtüklərinin səmaya qalxan qanadlarının valehedici konturları hesabına çatırlar.  
Bu məbədlər insanların düşüncəsində ilahi biliklər külliyyatı kimi, kainatın simvolu 
kimi qəbul edilirdi. Onların bədii tərtibatı orta əsrlərdə dini və siyasi həyata məxsus iye-
rarxik strukturu, o cümlədən ilahı qüvvələrin insanlar üzərində hakimiyyətini təcəssüm 
etdirirdi. 
Katolik məbədlərin bir çoxunun daxilində və üzərində daşdan oyma fiqurlar və ya 
divarlara çəkilmiş şəkillər formasında mistik məna daşıyan müxtəlif elementlərlə rast-
laşmaq mümkündür. Məsələn Praqa şəhərində yerləşən Müqəddəs Vita məbədinin çöl 
divarları üzərində dili bayıra çıxmış qəzəbli əjdaha fiqurları vardır. Bu vahimə doğuran 
görkəmə malik əcinnələrin məbədə daxil olmağa çalışan alçaq təbiətli insanları,  şər 

Bakı Avrasiya Universiteti  
 
240
ruhları qorxutmaq kimi mistik bir funksiya daşıdığı hesab olunur. Arxitektorlar həm də 
bu fiqurların çölə uzanmış dillərinə damdan suyu axıtmaq üçün nov kimi əlavə bir 
funksiyası da vermişlər. 
Praqadakı Müqəddəs Vita məbədinin  ən hündür cənub qülləsinin uzunluğu-96 
metr, qərb qüllələrinin uzunluğu 82 metr olsa da o öz ölçüləri ilə insanı “əzib-basmır”, 
əksinə məbəddə Allahla insanı bağlayan anima mundi və ya “dünya ruhunun” mövcud-
luğu barədə orta əsr qotik təsəvvürlərə əsasən harmonik və yüngül şəkildə səmaya yük-
səlmə təəssüratı yaradır. Bu effekt dəqiq çıxarılmış praporsiyalar və onun daş divarları-
nı əhatə edən zərif şəbəkəli naxışlar nəticəsində əldə edilir. Qüllələrdən birinə xarakterli 
xoruz fiquru kilsə zəngini simvolizə edir və əfsanəyə görə Müqəddəs Vitanın “yol yol-
daşı” hesab olunur (7). 
Aya Sofiya məbədinin divarlarında təsvir olunan Məryəm və İsa, Mələk Cəbrayıl 
kimi mozaikalar da insanların mistik əhval-ruhiyyəyə köklənməsinə xidmət edirdi. 
Müsəlmanların Allaha ibadət etdikləri məscidlərdəki göy qübbəsi, kainat və yaranı-
şı simvolizə edən minarənin də tamamladığı günbəzlər ilk görünüşdən dindarlarda dini-
mistik hisslər yaradır. Minarə sözünün kökü ərəb dilində “ işıq verən” mənasını ifadə 
edərək,  ətrafdakı icmaya islamın işığının çatdırılması anlamını simvolizə edir. Müəz-
zinin dindarları namaza çağırdığı bu eyvanlı dar qüllə Allahın daimi mövcudluğunu 
onlara xatırladaraq, məsciddəki yerdə toplaşan insanlarla özünün istiqamətləndiyi səma 
arasında mistik əlaqəni təxmin edir. 
Keçmiş əsrlərdən bizə çatan rəssamlıq və sənətkarlıq əsərləri bu gün estetik dəyər 
baxımından nəzərdən keçirilərək, adətən estetik emosiyalar yaradır. Lakin qeyd edildiyi 
kimi, müəyyən dövrlərdə həmin əsərlər məbədlərdə, müqəddəs məkanlarda yerləşərək, 
həm etiqad predmetləri olmuş, həm də  bəzən mistik əhval-ruhiyyələrin yaranmasına 
səbəb olmuşlar. İndi incəsənət nümunələri kimi qəbul edilən həmin əsərlər bəzən mistik 
elementlər kimi qəbul edilmişlər. Bununla belə özündə mistik xüsusiyyətləri təcəssüm 
etdirən görkəmli incəsənət  əsərlərinin dəyəri eyni zamanda onların insani, dünyəvi 
olanları da ifadə etmələrində olmuşdur.  
Mistik duyum əsasında formalaşan incəsənət  əsərlərinə müasir dövrdə  də rast 
gəlinir. Xüsusilə rəssamlıq sahəsində irrasionalizm və mistisizmə  əsaslanan istiqamət-
lərdən simvolizmi, sürrealizmi, abstraksionizmi qeyd etmək olar. 
Simvolizm  ədəbiyyatda və  təsviri incəsənətdə XIX əsrin sonu, XX əsrin 
əvvəllərində realizm və naturalizmə alternativ olaraq meydana gəlmiş cərəyandır. Onun 
dünyagörüşünün  əsasında real aləmdən fərqli həqiqi gerçəkliyin mövcudluğu, bizim 
dünyanın isə onun dumanlı inikası olması barədə fikirlər durur. Adi şüurdan gizlənən 
həqiqəti yalnız yaradıcılıq prosesində anlamaq olar. Bu cərəyanın nümayəndələrinin 
fikrincə  rəssam fövqəlhissi reallıqla illuziyalı aləm arasında vasitəçi rolunu oynayır. 
Simvolizm təsviri incəsənətdə mürəkkəb və yekcins olmayan bir hadisədir. Bu cərə-
yanın əsas cəhəti güclü dini-mistik hisslərdir. Simvolizm “daxili görmə imkanına”, ruh 
sferasına yönəlir. Bu cərəyanda ıncəsənətə  mənəvi dərk və dünyanı dəyişmək vasitəsi 
kimi baxılır. Yaradıcılıq aktı zamanı meydana gələn dərk etmə momenti adi şeylərin 
illuziyalı dünyası üzərindən pərdəni götürə bilər. Bu cərəyanın məqsədi-mürəkkəb dün-
yanın idrak qanunları ilə deyil, intuitiv, mistik yolla anlanılmasıdır. XIX əsr simvolisti 
Odilon Redonun əsərlərində cadugər-mistik obrazlar çox soyuq bir tonda çəkilmişlər. 
Onun əsərlərindəki bədii kabusların mənbəyi qeyri-şüuridir. Məhz insan psixikasının bu 
dərk edilməyən sahəsində rəsmlərində çəkdiyi qorxulu əcaib varlıqlar meydana gələrək, 

 
Sivilizasiya 
 
241
mövcud olur. Odilon Redonun fikrincə incəsənətdə hər şey yalnız iradə gücünə əldə 
Yüklə 4,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin