Baki avrasiya universiteti Elmi-nəzəri jurnal


 Zoonim komponentli frazeologizmlərin leksik-semantik təsnifatı



Yüklə 4,01 Kb.
Pdf görüntüsü
səhifə25/27
tarix26.02.2017
ölçüsü4,01 Kb.
#9674
1   ...   19   20   21   22   23   24   25   26   27

3. Zoonim komponentli frazeologizmlərin leksik-semantik təsnifatı. F.Vəliyeva 
dilimizdəki ornitonim tərkibli frazeologizmlərin leksik-semantik təsvirini verərkən bu 
ifadələri iki cür təsnif etmişdir: quşların təbii əlamətlərinin metaforikləşməsi nəticəsin-
də yaranan frazeologizmlər və antroposentrik əsaslı frazeologizmlər (14, s. 16-18). Zoo-
nim komponentli frazeologizmlərin antroposentrik əsaslı leksik-semantik təsnifatını 
müəyyənləşdirərkən bu canlı varlıqların davranış və əlamətlərinin insanın davranış və 
əlamətlərinə uyğunluğu nəzərə alınır. Bu zoofrazeologizmləri təxminən belə qruplaşdır-
maq olar: 
   1. İnsanın fiziki göstəricilərini səciyyələndirmək üçün metaforikləşən zoonim tər-
kibli frazeologizmlər. Bu frazemlərdə məcazlaşan zoonimlər insanın köklüyünün, arıq-
lığının, xarici gözəlliyinin qiymətləndirilməsi zamanı işlənir. Məs.: “donuza oxşayır”
“qara qarğa”“dovşandodaq”“it günündə”“eybəcər (çirkin) ördək”, “anquta dön-
mək”, “meymunsifət” (15; 16) və s. 

Bakı Avrasiya Universiteti  
 
224
2. İnsanın mənəvi keyfiyyətlərinin və davranış özəlliklərini səciyyələndirmək üçün 
işlədilən zoonim komponentli frazeologizmlər: a) kobud, tərbiyəsiz, axmaq adamı 
xarakterizə edənlər – “eşşəyin dal ayağı” (4, 102), “eşşək anqırar tayını tapar”, “eşşək 
həmin eşşəkdir, çulunu dəyişib”; b) insanın sakitliyini ifadə edənlər – “kimsənin toyu-
ğuna kiş demir”(4, 143), “tığsız balıq”(4, 252); “heç kimin toyuğuna daş atmır”(4, s. 
143), “quzu balası” (4, s. 199), “qarışqanın ayağını basmaz”“milçəyin burnunu qa-
natmayıb”(4, s. 184); c) insanın tərsliyini ifadə edənlər – “toyuq birqıçlıdır” (4, s. 253), 
“öz atını çapmaq” (4, s. 220) d) qorxaqlığı səciyyələndirənlər – “pişik görmüş siçana 
dönmək” (4, s. 227),“evdə xoruz, çöldə fərə” (4, s. 103); e) insanın lovğalıq kimi key-
fiyyətini göstərən frazeologizmlər – “özünü beşeşşəkli xoca kimi göstərmək”(4, s. 222), 
“dəyirmanda xoruzluq etmək”(4, s. 88)“ağzına çullu dovşan sığmamaq”(4, s. 16); ə) 
bacarıqsızlığını ifadə edənlər – “nə ətdir, nə balıq” (4, s. 209), “dovşan bığı” (4, s. 96) 
və s.  
3. İnsanın əqli göstəricisinin səciyyələndirməsinə istiqamətlənmiş frazeologizmlər: 
a) kütbeyinliyi ifadə edənlər – “iki eşşəyin arpasını bölə bilmir” (4, s.155), “quşbeyin” 
(16); b) insanın hiyləgərlik, çoxbilmişlik kimi keyfiyyətlərini göstərənlər – “qoca 
(köhnə) qurd”(4, s.193), “itin dilini bilmək” (4, s. 165), “qoca tülkü tələyə düşməz” (3, 
s. 167), “quş dimdiyi ilə, insan biliyilə tanınar” (3, s. 135). 
4. İnsanın əməyə münasibətini qiymətləndirmək üçün işlədilən frazeologizmlər: a) 
tənbəlliyi, avaralığı xarakterizə edənlər - “milçək tutmaq (qovmaq)” (4, s. 206), “it döy-
mək” (4, s. 164); b) işgüzarlığı, çox işləməyi ifadə edənlər - “eşşək kimi  yorulmaq” 
(15), “eşşək (heyvan) kimi işləmək” (15), “arı kimi işləmək” və s. 
Bu frazeoloji birləşmələrdəki zoometaforlar heyvanların təbii özəlliklərinin bu 
üsullarla məcazlaşmasından meydana gəlmişdir: a) heyvanın davranış özəlliyinə görə 
(“bülbül kimi ötmək”, “əqrəb kimi sancmaq”, “eşşək kimi işləmək”, “kəklik qaqqılda-
masa, qaranquş onu tapmaz”, “ilan kimi qabıq qoymaq”, “quzğun leşə qonan kimi”); 
b) heyvanların xarici görünüş özəlliyinə görə (“qara qarğa”) c) heyvanların yaş-cins 
fərqləndirilməsinə görə  (builki beçə bildirkinə cip-cip öyrədir”  (3, s. 67),“belə  şıllaq 
atan madyan qulun saxlamaz” (3, s. 53),“burnu fırtıqlı quzu buynuzu burma qoç olar” 
(3, s. 67) və s. 
 
  Nəticə 
 Deyilənlərdən belə  nəticəyə  gəlmək olar ki, digər dillərdə olduğu kimi, 
Azərbaycan dilində frazeologizmlərin müəyyən bir qismi zoonimlərin məcaziləşməsi 
nəticəsində yaranır. Çox vaxt həmin ifadələrin məna yükü zoonimlərin üzərində düşdü-
yü üçün bu leksemlər frazeologizmin semantik mərkəzi sayılır. Zoonim komponentli 
frazeologizmlərin bir qismi heyvanların təbii özəlliklərindən qaynaqlanaraq yaransa da, 
digər qismi xalqın tarixi, etnoqrafiyası, mifoloji təfəkkürü, eyni zamanda fərdi təxəy-
yülün məhsulu kimi yaranmışdır.  
 
Qaynaqlar: 
1.  Adilov M. Qanadlı sözlər. Bakı: Yazıçı, 1988, 440 s. 
2.  Adilov M. Niyə belə deyirik. Bakı: Azərnəşr, 1982, 241 s. 
3.  Atalar sözləri. Bakı: Öndər nəşriyyatı, 2004, 264 s. 
4.  Azərbaycan dilinin frazeologiya lüğəti. Tərtib edənlər: Q.Məhərrəmli, R.İsmayılov. Bakı: 
Altun kitab, 2015, 288 s. 
5.  Bayramov H. Azərbaycan dili frazeologiyasının əsasları. Bakı: Maarif, 1978, 174 s. 

 
Sivilizasiya 
 
225
6.  Əfəndiyeva T. Azərbaycan dilinin leksik üslubiyyatı. Bakı: Elm, 1980, 249s. 
7.  Əlizadə R. Azərbaycan folklorunda təbiət kultları. Bakı: Nurlan, 2008, 129 s. 
8.  Hacıyeva A. Zoometaforizmlər (İngilis və Azərbaycan dillərinin materialları  əsasında). 
Bakı: Nurlan, 2006, 151 s. 
9.  Həsənov H. Müasir Azərbaycan dilinin leksikası. Bakı: Maarif, 1988, 306 s. 
10.   Kaşğari M. “Divanü lüğat-it-türk”, IV cilddə. Bakı: Ozan, 2006. 
11.   Mahmudova Q. Türk dillərinin frаzеоlоgiyаsı. II cild. “Qıpçaq qrupu türk dillərinin 
frazeologiyası”. Bаkı: Nurlаn, 2009, 284 s. 
12.   Məmmədəli Qıpçaq. Söz aləminə səyahət. Bakı: Bakı Universiteti nəşriyyatı, 2002, 242 s.  
13.   Mirzəliyeva M. Türk dillərinin frazeologiyası. I cild, Bakı: Nurlan, 2009, 219 s. 
14.   Vəliyeva F. Azərbaycan və ingilis dillərində ornitonim tərkibli frazeoloji birləşmələrin 
leksik-semantik xüsusiyyətləri. Avto., Naxçıvan: 2014, 24 s. 
15.   Vəliyeva N. Azərbaycanca-ingiliscə-rusca frazeoloji lüğət. Bakı: Nurlan, 2006, I hissə 
http://yazikilitra.narod.ru/nik.htm  
16.   Vəliyeva N. Azərbaycanca-ingiliscə-rusca frazeoloji lüğət. Bakı: Nurlan, 2006, II hissə 
http://yazikilitra.narod.ru/nik2.htm 
 
 
SUMMARY 
  
 Turane Zeynalova 
 
PHRASEOLOGICAL WORDS IN AZERBAIJANI 
CONTAINING ZOONYMS AND THEIR FEATURES 
 
This article embraces the phraseologisms which arranged zoonyms one of the lexico-
semantic word-groups. The phraseologizm is products of creative thinking every nation and 
closely connected with beliefs and values images of its creators. Most of the zoophraseologizm 
in our language are formed with connected domectic animals. Zoophraseologizms ebserve 
variety, synonym, antonym, homonym as lexical units. Antropocentric zoophraseologizm reflects 
appearance off person, moral qualities, intellect, attitude to labor and other characteristics.  
 
Key words: phraseologizm, zoonym, metaphor, proverbs 
 
 
РЕЗЮМЕ 
Турана Зейналова 
 
ЗООНИМ СОДЕРЖАЩИЕ ФРАЗЕОЛОГИЗМЫ И ИХ  
ОСОБЕННОСТИ В АЗЕРБАЙДЖАНСКОМ ЯЗЫК 
 
Статья посвящена одной из лексико-семантических групп языка – фразеологизмам, 
образованным с помощью зоонимов. Фразеологизмы – плоды образного мышления каждо-
го народа – тесно связаны с вероисповеданием и ценностями его создателей. Большин-
ство зоофразеологизмов были созданы в результате метафоризации домашних живот-
ных. Как и в лексических единицах, в зоофразеологизмах также наблюдаются вариатив-
ность, омонимия, синонимия, антонимия. Зоофразеологизмы на основе антропоцентрики 
отражают  внешний  вид,  духовные  качества,  интеллект,  отношение  к  труду  и  другие 
качества человека. 
 
Ключевые слова:  фразеологизм, зооним, метафора, пословицы
 

Bakı Avrasiya Universiteti  
 
226
Aidə ŞƏBİYEVA

 
 
NİTQİN YARANMASI VƏ DƏRK OLUNMASINDA 
LİNQVOPSİXOLOGİYANIN ROLU 
 
Açar sözlər:  Linqvopsixologiya, nitqin yaranması, psixolinqvistika, ünsiyyət, 
dərketmə və təfəkkür 
 
Giriş 
İnsanların birgəyaşayış zərurətinin meydana gəlməsi onların ünsiyyət tələbatının da 
yaranmasına səbəb olmuşdur. Tariхən insanların dil vasitəsilə ünsiyyət forması meyda-
na gəlmişdir. Nəticədə dildən istifadə edərək öz fikirlərini, istək və arzularını bir-birinə 
çatdırmaq imkanına malik olmuşlar. Bu proses nitq prosesi adlandırılmışdır. Buradan 
da verbal ünsiyyət prosesi olan nitqə belə  tərif vermək mümkün olmuşdur: insanlar 
arasında dil vasitəsilə həyata keçirilən ünsiyyət prosesinə nitq deyilir. Tərifdən görün-
düyü kimi dil verbal ünsiyyət üçün vasitə, nitq isə həmin prosesin özüdür. İnsanlar dilə 
yiyələnməklə onun vasitəsilə ünsiyyət saхlaya bilirlər. Başqa sözlə onlar nitqə yiyələn-
miş olurlar. Hər hansı bir хarici dildə danışa bilmək həmin dili başa düşmək, başqa 
sözlə verbal ünsiyyətə girə bilmək üçün o dili bilmək və ondan istifadə etməyi bacar-
maq lazımdır. Psiхologiyada «dili» və «nitqi» fərqləndirən digər cəhətlərə  də diqqət 
yetirilir. Adətən, dili şərti danışıq işarələri sistemi kimi qəbul edirlər. Onun köməyi ilə 
insanlar üçün müəyyən əhəmiyyət və məna kəsb edən səs birləşmələri ifadə olunur.(1) 
Nitqə verilən tələblər qədimdən bu günümüzə  qədər düşündürücü olmuş, onun 
kommunikativ keyfiyyətləri ilə qeyri kommunikativ elementlərinin vəhdəti nəzərdən 
yayınmamışdır. 
Təbii ki, cəmiyyətə xidmət edən hadisələr də coxdur. Onlar da ictimai hadisələr 
sırasında baxılmalıdır. Lakin ictimai hadisə kimi dil digər ictimai hadisələrdən fərqlidir. 
Çünki insanların ümumi ünsiyyəti ictimai hadisə kimi dərk olunan səsli dil vasitəsi ilə 
təmin olunur. Nitq isə uç terminoloji mənada baxıla bilər: 
1.  Nitq eyni bir dil kollektivinin üzvləri ilə  əlaqə üçün danışanların dildən istifadə 
etməsidir. 
2.  Nitq dil vasitəsilə ünsiyyət növüdür. 
3.  Nitq sırf qrammatik və sintaktik kateqoriyadır. (2) 
 
1. Nitqin funksiyаlаrı 
Yuхarıda deyilənlərdən nitqin insan həyatında  əvəzolunmaz  əhəmiyyətə malik 
olduğunu görürük. Nitq ünsiyyət prosesi kimi insanların fikir, təcrübə mübadiləsinə im-
kan yaradır. Nitqin əhəmiyyəti onun funksiyalarında özünü aydın göstərir Nitqin funk-
siyаlаrı isəokkаzionаl xüsusiyyət dаşıyır, söyləmin konkret məqsədindən  аsılıdır, 
A.A.Leontyevin termini ilə desək, fаkültətiv mаhiyyət dаşıyır. Nitqin funksiyаlаrı dilin 
funksiyаlаrını müşаyiət edərək, bir qаydа olаrаq, tək-tək fəаliyyət göstərir, nаdir hаllаr-
dа biri digəri ilə kombinаsiyаdа çıxış edir, lаkin nitqin bütün funksiyаlаrı heç vаxt bir 
yerdə  təzаhür etmir, fəаliyyət göstərmir. Nitqin funksiyаlаrı  аyrı-аyrı nitq аktlаrındа 
təzаhür etdiyi üçün xüsusiolаrаq onlаr üçün «аyrılmış», onlаrа «təhkim edilmiş» dil 
vаsitələrinə mаlikdir. 
                                                           

 Azərbaycan Turizm və Menecment Universiteti aida.sabiyeva@mail.ru 
 

 
Sivilizasiya 
 
227
Mövcud psiхoloji  ədəbiyyata əsasən nitqin funksiyalarına aşağıdakıları aid etmək 
olar. Nitqin birinci funksiyası əşyaları, hərəkəti, vəziyyəti adlandırmaqdır. Bu, nit-
qin siqnifikativ və ya semantik funksiyası adlanır. Bu funksiya insan nitqini heyvanla-
rın ünsiyyətindən fərqləndirir. Heyvanların çıхardığı  səs  əşyaları deyil, onların öz və-
ziyyətlərini bildirir. İnsanda isə müəyyən söz deyilərkən həmin sözlə bağlı  hər hansı 
cismin, hadisənin təsəvvürləri canlanır. Nitqin sonrakı funksiyası onun ümumiləşdir-
 funksiyasıdır.Nitq sözlərə əsaslandığına görə daima ümumiləşdirməyə imkan yara-
dır. Nitqin mühüm funksiyalarından biri də kommunikativ funksiyadır. Bu funksiya da 
öz növbəsində  məlumat vermə  və  fəaliyyətə  təhrik etmə  vəzifələrini yerinə yetirir. 
Ümumiyyətlə götürdükdə nitqin köməyi ilə başqaları ilə ünsiyyət saхlayır, fikir müba-
diləsi edir, ictimai təcrübəni mənimsəyir, zənginləşdirir, yeni nəslə veririk. Nitq vasitəsi 
ilə hisslərimizi, arzu və istəklərimizi, bu və ya digər cismə, hadisəyə münasibətimizi 
bildiririk. Nəhayət nitq vasitəsilə başqalarına təsir edir, onların davranış və rəftarlarında 
müəyyən dəyişiklik yaradır, hər hansı bir işi yerinə yetirməyə təhrik edirik. Bütün bu 
funksiyalarla yanaşı olaraq nitqin özünəməхsus хüsusiyyətləri də mövcuddur. Bunlara 
nitqin  məzmunluluğu, anlaşıqlılığı, təsirliliyi və ifadəliliyini aid  etmək olar. Nitqin 
məzmunluluğu onda ifadə olunan məlumatın  əhatə dairəsindən asılıdır. Nitqdə ifadə 
olunan fikir və hisslərin həcmi nə qədər geniş olarsa, verilən məlumatlar gerçəkliyə nə 
dərəcədə uyğun gələrsə və nə dərəcədə əhəmiyyətli olarsa o bir o qədər məzmunlu he-
sab olunur. Nitqin məzmunlu olması üçün insanın geniş biliyi, həmin bilikdən və isti-
lahlardan düzgün istifadə etmək bacarığı olmalıdır. Bunlar olmadan nitq özünün məlu-
mat vermə vəzifəsini həyata keçirə bilməz. 
Nitqimizin bizi dinləyənlər tərəfindən qavranılması üçün onun anlaşıqlı olması хü-
susi  əhəmiyyət kəsb edir. Nitqin anlaşıqlılığı ikitərəfli  хarakter daşıyır. Bir tərəfdən 
kommunikatorun nitqinin nə qədər səlis, aydın olması, yersiz ibarələrlə yüklənməməsi, 
dilin qrammatik qayda və qanunlarına uyğun olmasından asılıdır. Danışan adam öz fik-
rini konkret nümunələrlə  əsaslandırmağı, dinləyicilərin səviyyəsini nəzərə almağı ba-
carmalıdır. Eyni bir mövzunu bir müəllimin olduqca aydın, anlaşıqlı, digərinin isə qar-
maqarışıq  şəkildə  şərh etdiyinin şahidi oluruq. Nəticədə birinci müəllimi dinləyicilər 
həvəslə dinləyir, onun dərsindən yeni biliklərlə çıхırlar, ikinci müəllimin verdiyi məlu-
matları qavraya bilmir, onu dinləməyə həvəs göstərmirlər 
Ünsiyyət prosesində nitqin təsirlilik хüsusiyyətinin nəzərə alınması da az əhəmiy-
yətə malik deyildir. Nitqin təsirliliyi onun fəaliyyətə  təhrik etmək funksiyasını yerinə 
yetirməyə imkan verir. Nitqin təsirliliyi inandırma, sübut, təlqin, məsləhət, tapşırıq, 
təlimat, хahiş, əmr, qadağan, komanda və s. şəklində həyata keçir. Bu cür təsir vasitə-
lərindən yerində və müvafiq şəkildə istifadə olunması lazımi nəticəni verə bilir. 
Nitqin ifadəliliyi yüksək nitq mədəniyyətinə yiyələnməyin  əsas göstəricilərindən 
biri hesab olunur. Danışan və ya yazan adam öz nitqində şərh etdiyi məzmuna münasi-
bətini nitqin ifadəliliyinin köməyi ilə bildirir.(3) 
Nitqin yaranması və mənimsənilməsi ilə bağlı bu günlərdə yaranan yeni konsepsiya 
və nəzəriyyələr haqqında müxtəlif fikirlər deyilir. Həmin konsepsiya və nəzəriyyələrin 
müəllifləri bu fikirdədirlər ki, irəli sürdükləri mülahizələr  əsasında nitqin yaranma və 
mənimsənilmə mexanizmini tam şəkildə  şərh etmək mümkündür. Belə konsepsiyalar-
dan ikisini analiz edən A.Melinger və başqaları isə tamamilə  fərqli fikirdədirlər: “Biz 
nitqyaratma prosesinin müxtəlif səviyyələrində eyni dərəcədə özünü doğrulda biləcək 
faktları araşdıraraq bütün səviyyələr üçün ümumi olan elə cəhətlər, xüsusiyyətlər tap-

Bakı Avrasiya Universiteti  
 
228
mağa çalışdıq ki, onlar nitqyaratma (dilyaratma) prosesinin dəqiq modelini təsdiq etmə-
yə imkan versin... sonunda belə bir nəticəyə gəldik ki, qanunauyğunluğun varlığı (para-
lelliyin sübutu) özünü bəzi səviyyələrdə daha güclü, bəzi səviyyələrdə isə daha zəif 
büruzə verir, elə bu səbəbdən də bu fikirdəyik ki, nitqyaratma sisteminin bütün kom-
ponentlərinə eyni dərəcədə  şamil edilə biləcək vahid prinsipin varlığı ilə bağlı  qəti 
hökm vermək hələ tezdir”. (4) 
Nitqin yaranması və mənimsənilməsində əməli təcrübənin rolu ilə bağlı başqa bir 
nəzəriyyəni (Nitqin mənimsənilməsinin motor nəzəriyyəsini) analiz edən G.Hickok isə 
belə  qərara gəlmişdir ki, nitqin mənimsənilməsinin motor sistemindən asılı olması ilə 
bağlı mülahizənin tam əleyhinə olan bir sıra danılmaz sübut və faktlar mövcuddur, bu-
nunla yanaşı, mənanın mənimsənilməsi prosesinin motor sistemi tərəfindən dəstəklən-
məsi fikrini təsdiq edən heç bir əsaslı sübut mövcud deyil (5) 
 “Nitqyaratma prosesi fikrin nitqə çevrilməsi deməkdir və burada fikrin əmələ 
gəlməsinə, formalara (sözlərə) çevrilməsinə, ifadəsinə (istifadəsinə) xidmət edən bir 
çox təfəkkür aktları icra olunur... İcra olunan hər bir akt nitqin əmələ gəlməsinin konk-
ret bir mərhələsinə  nəzarət edir, o cümlədən, fonetik və fonoloji aktivləşməyə, nitqin 
qurulmasında hecaların seçilməsinə, leksik aktivləşməyə və seçimə, intonasiya və tonun 
müəyyənləşməsinə, əməli istifadəyə. (6) 
 
2
. Linqvopsixologiya və nitqin dərk olunması 
Psixolinqvistika nitq davranışını psixoloq və linqvistlərin kompleks şəkildə 
öyrənmələrini nəzərdə tutan elm sahəsidir. Linqvistika və nitqin psixologiyası ilə müqayi-
sədə psixolinqvistika özünün müstəqil tədqiqat predmetinə malikdir. Psixolinqvistikanı da-
ha çox psixologiya «özününkü» hesab edir. Doğrudur, psixologiyada hələ çoxdan mövcud 
olan sahə – nitqin psixologiyası sahəsi vardır. Nitq psixologiyasınıın predmeti psixolinqvis-
tikanın obyekti və predmeti ilə üst-üstə düşür. Ona görə də çox vaxt bu iki fənni bir-biri ilə 
qarışdırırlar. Bu cür eyniləşdirməyə  əsas olsa da, hər-halda bu iki termini bir-birindən 
fərqləndirən cəhətlər də mövcuddur. Onların fərqi başlıca olaraq öyrənmə predmetində 
özünü göstərir. Psixologiya nitqin yaranması, anlaşılması və formalaşmasının gedişi zamanı 
öz diqqətini daha çox şüurun psixi funksiyalarının xüsusiyyətlərinə yönəldirsə, psixolinqvis-
tika bunlarla yanaşı bu funksiyaların insanların nitq fəaliyyətində və nitq davranışında ifadə 
vasitələrini (verbal və qeyri-verbal) də nəzərə almağa çalışır. (7) 
Psixolinqvistika olduqca gənc elmdir. O, təxminən XX əsr 50-ci illərin sonu, 60-cı 
illərin  əvvəllərində meydana gəlmişdir. Sovet psixolinqvistika məktəbinin «atası» 
A.A.Leontyev olmuşdur. Azərbaycan dilçiliyində psixolinqvistik tədiqatların aparılma-
sına meyl edən ilk professional mütəxəssislərdən biri, bəlkə  də birincisi, hal-hazırda 
Türkiyə Respublikasının  İzmir  şəhərində çalışan həmyerlimiz Doqquz Eylül universi-
tetinin professoru, doktor-professor G.A.Sədiyevadır. Onun tədqiqatlarının əsas istiqa-
mətini psixolinqvistikanın elmi-tətbiqi sahəsi olan neyrolinqvistikanın afaziologiya böl-
məsi təşkil edir. Hələ AMEA Dilçilik institutunda işlədiyi dövrlərdə apardığı elmi-tətbi-
qi araşdırmalar, eksperimental təcrübə və nəzəri axtarışlar öz bəhrəsini verdi. G.A.Sədi-
yеva Azərbaycan dilçilik elminə “Afaziya: nеyrolinqvistik tədqiqat” və  “Лингвисти-
ческий анализ нарушении речи при афазии” adlı iki elmi monoqrafiya bəxş etdi. Bu 
əsərlər müxtəlif səbəblərdən, yəni istər fiziki, istərsə də mənəvi zərbə nəticəsində mey-
dana gələn sinir xəstəlikləri zamanı insanların nitqində yaranan qüsurların neyrolinqvis-
tik yöndən tədqiqinə həsr olunmuşdur. (8) 

 
Sivilizasiya 
 
229
İlkin olaraq bu suala cavab verməyə çalışaq: Biz nəyi dərk edirik və ya başa düşü-
rük, dərk edilən və ya yadda qalan şey nədir? V.P.Zinçenkoya görə, “...dərketmə vahidi 
dedikdə  subyekt tərəfindən həyata keçirilən bu və ya digər  əməli  tapşırığı yerinə ye-
tirərkən müəyyənləşdirilən məzmun başa düşülür. Belə vahidlər işıqlılıq səviyyəsi, xa-
rici görünüş, əşyaların digər əlaməti və ya əlamətlər kompleksi, əşyalar, nəhayət, əşya-
ların məzmunu və onlar arasındakı ola bilər”. Burada terminoloji olaraq “dərketmə va-
hidi”ndən danışılsa da, şərhlərin mahiyyəti bizim təklif etdiyimiz dərk olunan minimal 
vahid anlayışına daha uyğundur və bu baxımdan müəyyən mənada bizim fikirlərimizi 
dəstəkləyir. (9)  
Dərk olunan minimal vahid heç də həmişə birbaşa hiss orqanlarımıza təsir edən və 
ya belə bir təsir imkanına malik olan real, əşyavi gerçəklik vahidinə bağlı olmur. Nəzə-
rə almaq lazımdır ki, varlığı qəbul edilən, təsəvvür və ya güman edilən bütün irreal var-
lıq, hadisə və substansiyalar da özünə məxsus dərk olunan minimal vahidlərə malikdir-
lər. İfadə etdiyi məna baxımından materialist mövqedən yanaşanlara bir qədər ziddiy-
yətli görünsə də, biz dərk olunan minimal vahid anlayışını “gerçəklik elementi” adlan-
dırırıq. (9) 
İnsan ictimai varlıq olduğuna görə, onun bir sıra dərketmə və təfəkkür fəaliyyətləri-
nin müəyyən fazaları  bəzi hallarda söz, nitq və dildən istifadə yolu ilə  həyata keçir: 
vizual-vokal dərketmə zamanı gerçəklik elementinin mənimsənilməsi yazılı  və  şifahi 
nitqdən istifadə etməklə reallaşır (birinci aktın birinci fazası); sinktual dərketmənin nə-
ticəsi, bəzən yeni yaranmış dil struktur vahidi, bəzən intellektual nitq olur (ikinci aktin 
birinci fazası); nitq əsasən müxtəlif təfəkkür aktlarında müşahidə edilən total modullaş-
ma nəticəsində yaranır (birinci aktın dördüncü fazası) və  mənimsənilir (ikinci aktın 
ikinci fazası). Bununla belə, söz, nitq və dilin dərketmə, təfəkkür və fikrin formalaşması 
proseslərindəki rolunu şişirtməyə, olduğundan daha böyük göstərməyə ehtiyac yoxdur. 
Nəzərə almaq lazımdır ki, nitqin birbaşa sinktual dərketmənin son məhsulu olduğu 
dərketmə və təfəkkür prosesləri istisna olmaqla, digər dərketmə və təfəkkür proseslərin-
də nitqin rolu gerçəklik elementi haqqında vasitəli yolla məlumatalmaq və verməkdən 
başqa bir şey deyildir. Belə də deyə bilərik ki, kommunikal nitqin yaranması və mənim-
sənilməsi (istər yazılı, istərsədə şifahi) dərketmə və təfəkkür proseslərinin aralıq mərhə-
lələrindətəzahür edən total modullaşmalardır. Fikrin formalaşması prosesində dilin və 
ya nitqin heç bir rolunun olmadığını professor Kamal Abdulla belə  şərh edir: “...yer 
üzündəki bütün insanlar (millət və irqindən asılı olmayaraq) eyni məntiq dilində düşü-
nürlər. Hər hansı bir dildə – ingilis, rus, türk, Azərbaycan, eskimos, həbəş... dillərində 
düşünmək, prinsip etibarilə mümkün deyil”. (10) 
K.Abdulla fikrini davam etdirərək yazır: “ümumbəşər dilində düşünüb, bu düşün-
düklərini əvvəlcə daxili nitqə, sonra isə xarici nitqə, yəni ünsiyyətin özünə köçürürlər. 
Daxili və xarici nitq kimi “ayırdığımız” məqamlar isə, əslində, bir varlığın iki üzü kimi-
dir... Biz, əslində, ümuminsan dilində, yəni məntiq dilində düşünüb Azərbaycan dilində 
danışırıq”(10) 
L.Vıqotskinin məlum daxili və xarici nitq termin və anlayışlarının, yəni “daxili nitq 
sözsüz nitqdir”, “daxili nitqin xarici nitqə çevrilməsi ilə fikir sözdə tamamlanır”(11) 
mülahizələrinin burada qismən yeni məzmunda şərhini görürük. L.Vıqotskinin bu müla-
hizələrinə mövqeyimizi bildirmiş olduğumuza görə, sadəcə onu deməklə kifayətlənirik 
ki, son məqsədin məhz nitq yaratmaq olduğu hallarda fikir birinci və ikinci intellekt ob-
razlarının qarışıq kombinasiyası şəklində formalaşır, səslənmə və ya yazılma anında ok-

Bakı Avrasiya Universiteti  
 
230
kazional nitq ehtiyacına uyğun olaraq tam şəkildə ikinci intellekt obrazlarına transfor-
masiya olunaraq nitqə çevrilir. 
Amma gəlin xatırlayaq ki, əlimiz bağlı, sarıqlı olanda, əlimizdə həmin an yerə qoya 
bilmədiyimiz bir əşya olanda və ya sadəcə  əlimiz çirkli olanda, suyu necə içməli 
olduğumuz haqda düşündüyümüzü mütləq hiss edirik. Hətta bəzən ağlımıza gələn ilk 
fikirdən daşınıb yeni bir üsul fikirləşdiyimiz zamanlar da olur. Məsələn, əvvəlcə əyilib 
krandan su içmək qərarına gəlirik, amma kranı da aça bilmədikdə, qərar veririk ki, yanı-
mızda olan şəxsdən xahiş edək, su içməyimizə kömək etsin. Belə hallarda su içməklə 
bağlı düşündüyümüzü ona görə hiss edirik ki, bu şəkildə su içmək, bir proses olaraq 
hələ avtomatlaşmamışdır.  
Nitqyaratma prosesinin nəticəsi olaraq meydana çıxan nitq, onun mənbəyi funksi-
yasını daşıyan dil struktur vahidləri, eləcə də onların bir fərd tərəfindən yaradılıb digər 
fərd tərəfindən mənimsənilməsini təmin edən beyin fəaliyyəti və təfəkkür prosesləri də 
ümumi və aktiv dil sisteminin ayrılmaz tərkib hissələridir və ya qısaca şəkildə desək, dil 
struktur vahidləri, nitq, eləcə də beyin fəaliyyəti ümumi və aktiv dil sisteminin tərkib 
hissələridir.(12) 
 
Qaynaqlar: 
1. 
M.Ə.Həmzəyev, S.F.Əmiraslanova. Ünsiyyətin psixologiyası, Bakı, 2007, s. 8 
2. 
Vəliyulla Cəfərov. Diplomatik etiket və nitq mədəniyyəti, Bakı, 2009, s. 11 
3. 
M.Ə.Həmzəyev, S.F.Əmiraslanova. Ünsiyyətin psixologiyası, Bakı, 2007, s. 8 
4. 
Mayıl B. Əsgərov. Linqvopsixoloji vəhdət nəzəriyyəsi, Bakı, 2015, s. 291 
5. 
Melinger, A., Branigan, H. P., & Pickering, M. J. (2014). Parallel processing in language 
production. Language, Cognition and Neuroscience, 29, pp. 663–683. 
6. 
Mayıl B. Əsgərov Linqvopsixologiyavə ya dilin psixologiyası, Bakı, 2011, s-281; 
7. 
Hickok, G. (2010). The role of mirror neurons in speech perception and actionword 
semantics. Language and Cognitive Processes, 25, 749–776. 
8. 
Alario, F.-X., Costa, A., Ferreira, V. S., & Pickering, M. J. (2006). Architectures, repre-
sentations and processes of language production. Language and Cognitive 
9. 
Psixologiya Prof.S.İ.Seyidov və M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə, Bakı-2007; s.12 
10.  Садийева  Г.  Лингвистический  анализ  нарушении  речи  при  афазии.  Баку- 1997; 
Sədiyеva G.A. Afaziya: nеyrolinqvistik tədqiqat. Bakı, 1999.  
11.  Mayıl B.Əsgərov Linqvo-psixoloji vəhdət nəzəriyyəsi, Bakı, 2015, s. 48 
12.  Mayıl B.Əsgərov Linqvo-psixoloji vəhdət nəzəriyyəsi, Bakı, 2015, s. 124.  
13.  Abdullayev K. Həmin əsər. s. 151. 
14.  Mayıl B. Əsgərov. Linqvopsixologiya və ya dilin psixologiyası, Bakı, 2011, s. 281. 
 
 
Yüklə 4,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin