Balıqçılıq haqqında


Balıqçılıq sahəsində dövlətin vəzifələri



Yüklə 46,59 Kb.
səhifə3/6
tarix27.04.2023
ölçüsü46,59 Kb.
#103462
1   2   3   4   5   6
Balıqçılıq

Balıqçılıq sahəsində dövlətin vəzifələri
 
Maddə 7. Balıqçılıq sahəsində dövlət siyasətinin əsas prinsipləri [16]
Balıqçılıq sahəsində dövlət siyasəti aşağıdakı prinsiplərə əsaslanır:
balıq və digər su bioresurslarının istifadəsi və mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi;
balıq və digər su bioresurslarının artırılması, istifadəsi və mühafizəsinin hövzəçilik prinsipi əsasında idarə edilməsi;
balıq və digər su bioresurslarının və onların məskunlaşdığı mühitin mühafizəsi;
balıq və digər su bioresurslarından istifadənin tənzimlənməsi;
balıqçılıq sahəsində idarəetmə funksiyaları ilə balıq və digər su bioresurslarının istifadəsi funksiyalarının ayrılması;
balıq və digər su bioresurslarından istifadənin qanunla müəyyən edilən hallar istisna olmaqla, ödənişli olması;
balıq və digər su bioresurslarının ov həcmi müəyyən edilərkən ekoloji, sosial, iqtisadi amillərin, o cümlədən balıq məhsulunun istehsalı və satışı haqqında məlumatların nəzərə alınması;
qiymətli balıq və digər su bioresursları növlərinin üstün mühafizə rejiminin müəyyən edilməsi, onların ovunun məhdudlaşdırılması və ya qadağan edilməsi;
akvakulturanın davamlı inkişafı məqsədi ilə ekoloji, iqtisadi və sosial maraqların elmi cəhətdən əsaslandırılmış uyğunluğunun təmin edilməsi;
akvakultura təsərrüfatının layihələndirilməsi və tikintisində balıqçılıq su obyektləri sahələrinin qonşu ərazilərin təbii və sosial-iqtisadi xüsusiyyətləri ilə uzlaşdırılması;
akvakultura təsərrüfatının yarada biləcəyi zərərli təsirlərin istisna edilməsi.
Maddə 8. Balıqçılıq sahəsində dövlətin vəzifələri [17]
Balıqçılıq sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
balıqçılıq sahəsində dövlət siyasətini həyata keçirmək;
balıqçılıq sahəsində normativ hüquqi aktlar qəbul etmək;
balıqçılıq haqqında qanunvericiliyə əməl edilməsinə nəzarət etmək;
balıq və digər su bioresurslarının artırılması, bərpası, mühafizəsi, iqlimləşdirilməsi, balıqçılıq su obyektlərinin balıqçılıq təsərrüfatı monitorinqi, kadastrı və meliorasiyası işlərini təşkil etmək;
Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir və nəsli kəsilməkdə olan balıq və digər su bioresurslarının qorunması üçün müvafiq rejimi və xüsusi mühafizə olunan su sahələrini (akvatoriyalarını) müəyyən etmək;
balıqçılıq sahəsində texniki normativ hüquqi aktları, balıqçılığın inkişafının elmi əsaslarını hazırlamaq və təsdiq etmək;
balıq və digər su bioresurslarının ovu və toplanmasının limitlərini (kvotalarını) müəyyən etmək və tənzimlənməsini həyata keçirmək;
balıq və digər su bioresurslarının vəziyyətinə təsir edən müəssisələrin, texniki qurğuların, digər su təsərrüfatı və energetika obyektlərinin tikintisi, yenidən qurulması layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada hazırlanmış ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin, habelə ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan layihələrin dövlət ekoloji ekspertizasını keçirmək; [18]
balıqçılıq sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək.
 
III fəsil
Balıq və digər su bioresurslarından istifadə [19]
 
Maddə 9. Balıq və digər su bioresurslarından istifadə formaları [20]
Balıq və digər su bioresurslarından istifadə aşağıdakı formalarda həyata keçirilir:
balıq və digər su bioresurslarının ovu və toplanması (bundan sonra balıq və digər su bioresurslarının ovu);
akvakultura.
Balıq və digər su bioresurslarının ovu aşağıdakı məqsədlər üçün həyata keçirilir:
balıq və digər su bioresurslarının sənaye, idman və həvəskar ovu;
balıq və digər su bioresurslarının akvakultura üçün ovu;
balıq və digər su bioresurslarının elmi-tədqiqat, təhsil, maarifləndirmə və nəzarət üçün ovu;
balıq və digər su bioresurslarının iqlimləşdirilməsi üçün ovu.
İdman və həvəskar ovu istisna olmaqla balıq və digər su bioresurslarının ovu, forması və verilmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən balıqovlama bileti əsasında həyata keçirilir.
Balıqovlama bileti müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Balıqovlama biletinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. [21]
Bərpa məqsədilə balıq və digər su bioresurslarının akvakultura üçün ovu, habelə elmi-tədqiqat, nəzarət, idman və həvəskar ovu istisna olmaqla balıq və digər su bioresurslarının ovu ödənişlidir.
Balıq və digər su bioresurslarının ovu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun həyata keçirilir.
Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş balıq və digər su bioresurslarının ovuna yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda və qaydada icazə verilir.
Ovlanması nəzərdə tutulan balıq və digər su bioresurslarının növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarı (kvota) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Balıq və digər su bioresurslarının ovuna aşağıdakı kvota növləri tətbiq edilir:
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində balıq və digər su bioresurslarının sənaye ovu üçün kvotalar;
başqa balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının sənaye ovu üçün kvotalar;
elmi-tədqiqat və nəzarət məqsədilə balıq və digər su bioresurslarının ovu üçün kvotalar;
təhsil və maarifləndirmə məqsədilə balıq və digər su bioresurslarının ovu üçün kvotalar;
akvakultura məqsədilə balıq və digər su bioresurslarının ovu üçün kvotalar;
balıq və digər su bioresurslarının istifadəsi və mühafizəsi üzrə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənən su obyektlərində balıq və digər su bioresurslarının ovu üçün kvotalar.
Balıq və digər su bioresurslarının ovu üçün kvotaların balıqçılıq subyektləri arasında bölünmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 10. Balıq və digər su bioresurslarının sənaye ovu [22]
Dövlət mülkiyyətində olan balıqçılıq su obyektləri və ya onların bir hissəsi, Azərbaycan Respublikasının Su Məcəlləsində və su obyeklərindən istifadəyə dair digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada balıq və digər su bioresurslarının sənaye ovu üçün istifadəyə verilir. [23]
Balıq və digər su bioresurslarının sənaye ovu üçün ayrılmış dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərinin sahili boyu ov alətlərinin təmiri və qurulması, gəmilərin və qayıqların yan alması, habelə yaşayış və istehsalat təyinatlı binaların yerləşdirilməsi məqsədilə, su qanunvericiliyində müəyyən edilmiş qaydada quru zolaqlar (vətəgə sahələri) ayrılır. [24]
Balıq və digər su bioresurslarının sənaye ovu ilə məşğul olan hüquqi və fiziki şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müqavilə ilə sərhədləri bilinən vətəgə sahələri ayrılır.
Vətəgə sahələrinin ayrılması haqqında müqavilədə ovlanan balıq və digər su bioresurslarının miqdarı, növləri və ölçüləri, balıq tutmaq üçün qadağan olunan ov alətləri, texniki vasitələr, digər qaydalar və şərtlər müəyyən edilir. [25]
Sənaye balıq ovu ödənişlidir və müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş balıqovlama biletləri əsasında həyata keçirilir. [26]
Balıq və digər su bioresurslarının sənaye ovu üçün ayrılmış balıqçılıq su obyektlərindən və ya onların müəyyən hissələrindən istifadə edən hüquqi və fiziki şəxslər vətəgə sahələrini çirklənmədən və zibillənmədən qorumalı, ov alətlərinin qurulduğu yerləri lazımi sanitariya vəziyyətində saxlamalıdırlar. [27]
Balıq və digər su bioresurslarının sənaye ovu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydalar əsasında həyata keçirilir. [28]
Maddə 11. Balıq və digər su bioresurslarının idman və həvəskar ovu [29]
Balıq və digər su bioresurslarının idman və həvəskar ovu insanların şəxsi ehtiyacları və istirahəti üçün ümumi istifadədə olan balıqçılıq su obyektlərində sərbəst ov etməsini nəzərdə tutur. [30]
Xüsusi mühafizə olunan təbiət əraziləri və balıqartırma təsərrüfatları istisna olmaqla, digər balıqçılıq su obyektlərindən Azərbaycan Respublikasının Su Məcəlləsinə və su obyeklərindən istifadəyə dair digər normativ hüquqi aktlara uyğun olaraq balıq və digər su bioresurslarının idman və həvəskar ovu üçün istifadə edilə bilər. [31]
Balıq və digər su bioresurslarının idman və həvəskar ovu üçün dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərinin və ya onların müəyyən hissəsinin ayrılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. [32]
Müqavilə ilə istifadəyə və ya icarəyə verilmiş dövlət mülkiyyətində, bələdiyyə mülkiyyətində və ya xüsusi mülkiyyətdə olan balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının idman və həvəskar ovu su obyektlərinin istifadəçiləri və mülkiyyətçilərinin razılığı ilə həyata keçirilir. [33]
İdman və həvəskar ovun həyata keçirilmə vaxtı, yeri, ovlanan balıq və digər su bioresurslarının miqdarı və ölçüləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda və qaydada məhdudlaşdırıla bilər.
İdman və həvəskar ov nəticəsində ovlanan balıq və digər su bioresurslarının məskunlaşdığı mühitə qaytarılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada həyata keçirilir.
Balıq və digər su bioresurslarının idman və həvəskar ovu üçün ayrılmış balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının kütləvi qırğınına səbəb ola bilən zəhərli, kimyəvi və partlayıcı maddələrin, habelə qadağan olunmuş ov alətlərinin tətbiqi qadağan olunur. [34]
Dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının idman və həvəskar ovu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydalar əsasında həyata keçirilir. [35]
Maddə 12. Akvakultura [36]
Akvakultura balıqçılıq su obyektlərində bioloji və texnoloji əsaslandırma əsasında həyata keçirilir. Akvakulturanın həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Balıqçılıq su obyektlərində akvakulturanın həyata keçirilməsi üçün akvakultura subyektləri tərəfindən hazırlanan bioloji və texnoloji əsaslandırma müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeydiyyata alınır. Bioloji və texnoloji əsaslandırmanın qeydiyyatına görə dövlət rüsumu tutulur.
Bioloji və texnoloji əsaslandırmada akvakultura təsərrüfatının məqsədi, yerləşmə sxemi, bu fəaliyyəti həyata keçirmək üçün tələb olunan və iqlimləşdirilən balıq və digər su bioresurslarının növləri, onların bioloji xüsusiyyətləri və əldə olunma mənbəyi, tətbiq olunacaq texnologiyalar və balıqçılıq meliorasiyası işləri, balıq məhsulu istehsalının həcmi, istifadə ediləcək su obyektinin xarakteristikası, obyektdəki suyun həcmi və balıq tutumu, enerji sərfiyyatı, istifadə ediləcək yem növləri, tullantıların növləri və miqdarı əks etdirilir. Bioloji və texnoloji əsaslandırmanın nümunəvi forması və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Akvakultura üçün bioloji və texnoloji əsaslandırma nərəkimilərə münasibətdə 25 illik, başqa növ balıq və digər su bioresurslarına münasibətdə isə 10 illik müddətə hazırlanır.
Akvakulturanın istiqaməti dəyişdirildikdə, təsərrüfat yenidən qurulduqda və ya genişləndirildikdə bioloji və texnoloji əsaslandırmaya müvafiq dəyişikliklər edilir və bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.
Akvakultura növlərinin, obyektlərinin, təsərrüfatlarının, infrastrukturunun və akvakulturanın həyata keçirilməsi üçün istifadə olunan xüsusi qurğuların və texnologiyaların təsnifatı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Akvakultura təsərrüfatında istehsal edilən balıq məhsulunun ümumi həcmindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada akvakultura subyektləri bioloji və texnoloji əsaslandırma hazırlamaqdan azad edilirlər.
Əmtəə məhsulu istehsalı və rekreasiya məqsədilə törədici balıqların və onların sürülərinin yaradılması, saxlanması, istifadəsi, uçotu akvakultura subyektləri tərəfindən həyata keçirilir.
Balıq və digər su bioresurslarının bərpası və mühafizəsi məqsədilə törədici balıqların və onların sürülərinin yaradılması, saxlanması və istifadəsi üzrə texniki normativ hüquqi aktlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir.
Balıq və digər su bioresurslarının bərpası və mühafizəsi məqsədilə törədici balıqların və onların sürülərinin uçotu müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.
Akvakultura üçün endemik, genetik modifikasiya olunmuş və toksik balıq və digər su bioresurslarından istifadəyə yol verilmir.
Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir.
Maddə 13. Balıq məhsullarının ticarət dövriyyəsinə daxil edilməsi
Azərbaycan Respublikasında minimum keyfiyyəti və təhlükəsizliyi qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən, mənşəyi və keyfiyyəti barədə sənədləri olan və qida təhlükəsizliyi qeydiyyatına alınmış subyektlər tərəfindən istehsal edilmiş balıq məhsulları ticarət dövriyyəsinə daxil edilə bilər.
Balıq məhsulları “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq qablaşdırılır və etiketləşdirilir. [37]
Ticarət dövriyyəsinə daxil edilmiş balıq məhsullarının satışı kənd təsərrüfatı məhsullarının satışı yerlərində, o cümlədən müvafiq avadanlıqlarla təchiz edilmiş baza, yarmarka, mağaza və xüsusi ayrılmış digər yerlərdə həyata keçirilir. [38]
Müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr şəhərlərdə və Xəzər dənizinin sahillərində balıq məhsullarının satışı üzrə ixtisaslaşdırılmış bazarların təşkili üçün müvafiq torpaq sahələri ayırırlar.
İxtisaslaşmış balıq məhsulları satışı bazarlarının yerləşmə sxemi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Balıq məhsullarının idxal və ixracı “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. [39]
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa şərtlər nəzərdə tutulmamışdırsa, balıq məhsullarının idxal və ixrac edilməsində beynəlxalq sertifikatların göstəriciləri qəbul edilir. [40]
Maddə 14. Balıq və digər su bioresurslarından istifadə hüququnun əldə edilməs [41]
Balıq və digər su bioresurslarından istifadə hüququ Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada əldə edilir.
Balıq və digər su bioresurslarından istifadənin xüsusi icazə tələb edən növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. [42]
Maddə 15. Balıqçılıq fəaliyyəti subyektlərinin hüquqları [43]
Balıqçılıq fəaliyyəti subyektləri aşağıdakı hüquqlara malikdirlər:
sahibkarlıq fəaliyyətini müstəqil qurmaq;
qanunvericilikdə nəzərdə tutulmuş qaydada ovlanmış və istehsal edilmiş məhsullara sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirmək;
əmtəə məqsədilə yetişdirmək üçün balıqartırma müəssisələrindən körpə balıqlar almaq; [44]
balıqmühafizə orqanlarından balıq və digər su bioresurslarının ovu üçün balıqovlama bileti və icazə vərəqələri tələb etmək; [45]
balıqçılıq əhəmiyyətli su obyektlərinin sahili boyu quru zolaqlardan istifadə etmək və onlara təhkim edilmiş vətəgə sahələrində balıq və digər su bioresurslarının ovu alətləri, texniki vasitələri saxlamaq, quraşdırmaq, müvəqqəti yaşayış və istehsalat təyinatlı binalar tikmək; [46]
mülkiyyətlərində və ya istifadələrində olan torpaqlarda yerləşən nohurlardan, axmazlardan, gölməçələrdən akvakultura üçün istifadə etmək; [47]
balıqçılıq sahəsində keçirilən konfranslarda, simpoziumlarda, sərgilərdə və hərraclarda iştirak etmək və müvafiq orqanlardan müəyyən olunmuş qaydada elmi, texnoloji, statistik və digər məlumatlar almaq; [48]
qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
Maddə 16. Balıq və digər su bioresurslarından istifadə hüquqlarının dayandırılması [49]
Balıqçılıq fəaliyyəti subyektlərinin balıq və digər su bioresurslarından istifadə hüquqları aşağıdakı hallarda dayandırılır: [50]
balıq və digər su bioresurslarının istifadəsindən könüllü imtina edildikdə; [51]
balıqçılıq üzrə sahibkarlıq fəaliyyəti dayandırıldıqda;
balıq və digər su bioresurslarından istifadə hüququ başa çatdıqda;
balıq və digər su bioresurslarından istifadəyə görə ödəmələr verilmədikdə;
balıqçılıq su obyektlərində ətraf mühitin mühafizəsi, sanitariya qaydaları pozulduqda və su obyektlərindən başqa məqsədlər üçün istifadə edildikdə; [52]
balıqçılıq su obyektlərində müqavilə şərtləri pozulduqda və ya bu sahələr qeyri-qanuni olaraq başqa şəxslərin istifadəsinə verildikdə; [53]
balıqçılıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi mütəmadi olaraq pozulduqda.
Balıq və digər su bioresurslarından istifadə hüquqlarının dayandırılması müvafiq hallarda məhkəmənin və qanunla müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. [54]
Maddə 17. Balıqçılıq fəaliyyəti subyektlərinin vəzifələri [55]
Balıqçılıq fəaliyyəti subyektlərinin vəzifələri aşağıdakılardır:
balıqçılıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etmək;
balıq və digər su bioresurslarından balıqovlama biletində, bioloji və texnoloji əsaslandırmada göstərilən müddətlər, ölçülər və növlər hüququnda istifadə etmək; [56]
balıq və digər su bioresurslarının məskunlaşdığı təbii şəraitə mənfi təsir göstərə bilən yeni balıq və digər su bioresursları növlərinin , digər su heyvanları və bitkilərinin mühitə uyğunlaşdırılmasına yol verməmək; [57]
balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının məhsuldarlığının yüksəldilməsinə yönəldilən balıqçılıq təsərrüfatı meliorasiyası işləri aparmaq; [58]
balıqçılıq su obyektlərində suyun keyfiyyətinin müvafiq standartlara uyğun olmasını təmin etmək; [59]
satışa çıxarılan balıq və digər su heyvanları məhsullarına, onların mənşəyini, keyfiyyətini, növünü və həcmini əks etdirən müşayiətedici sənədlər təqdim etmək; [60]
müvafiq icra hakimiyyəti orqanının yazılı göstərişlərinə əməl etmək;
balıqçılıq fəaliyyəti üzrə sanitariya, baytarlıq, fitosanitar və karantin qaydalarına riayət etmək; [61]
bioloji və texnoloji əsaslandırmada nəzərdə tutulmayan balıq və digər su bioresursları növlərindən və balıq yemləri standartlarına uyğun olmayan yemlərdən istifadə etməmək; [62]
müəyyən edilmiş qaydada uçot-hesabat işləri aparmaq və müvafiq orqanlara məlumat vermək;
qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
 
IV fəsil
Balıq və digər su bioresurslarının artırılması, bərpası və mühafizəsi [63]
 
Maddə 18. Balıq və digər su bioresurslarının artırılması və bərpası [64]
Balıq və digər su bioresurslarının artırılması və bərpası balıqçılıq su obyektlərində onların növlərinin təbii ehtiyatlarının qorunub saxlanması və akvakulturanın inkişafının təmin edilməsi məqsədilə aparılır. [65]
Balıq və digər su bioresurslarının artırılması və bərpası ixtisaslaşdırılmış dövlət balıqartırma müəssisələri və bu işlərin aparılması üçün müvafiq texniki imkanları olan hüquqi və fiziki şəxslər tərəfindən, bioloji və texnoloji əsaslandırma əsasında həyata keçirilir. [66]
Dövlət sifarişi ilə akvakultura təsərrüfatlarında balıq və digər su bioresurslarının artırılması və bərpası müvafiq icra hakimiyyəti orqanı ilə bağlanan müqavilə əsasında həyata keçirilir. [67]
Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş, habelə nərə cinsli və digər qiymətli vətəgə əhəmiyyətli balıq növlərinin artırılması və bərpası müvafiq elmi-tədqiqat müəssisələrinin alimlərinin və yüksək ixtisaslı mütəxəssislərin nəzarəti altında, məqsədli dövlət proqramları əsasında həyata keçirilir. Bu proqramların layihələrinə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədi hazırlanır və həmin sənədin dövlət ekoloji ekspertizası həyata keçirilir. [68]
Süni yolla istehsal edilmiş və balıqçılıq su obyektlərinə buraxılmış balıq körpələri müvafiq qaydada uçota alınır. [69]
Balıq və digər su bioresurslarının artırılması və bərpası müvafiq qaydada təsdiq edilmiş təlimatlara uyğun olaraq həyata keçirilir.
Maddə 19. Balıq və digər su bioresurslarının məhsuldarlığının artırılması [70]
Balıq və digər su bioresurslarının məhsuldarlığının artırılması məqsədilə balıqçılıq su obyektlərində balıqçılıq təsərrüfatı meliorasiyası, balıq və digər su bioresurslarının iqlimləşdirilməsi həyata keçirilir.
Balıqçılıq təsərrüfatı meliorasiyası işləri ixtisaslaşdırılmış dövlət balıqartırma müəssisələri və bu işlərin aparılması üçün müvafiq texniki imkanları olan hüquqi və fiziki şəxslər tərəfindən bioloji və texnoloji əsaslandırmaya uyğun olaraq həyata keçirilir.
Balıqçılıq təsərrüfatı meliorasiyası balıqçılıq su obyektlərinin hidroloji və hidrokimyəvi rejimlərinin optimallaşdırılması, süni kürüləmə yerlərinin salınması və qurulması, ötürücü kanalların və balıq buraxılışı qurğularının tikilməsi, əhəmiyyətsiz növlərin sayının azaldılması, eləcə də balıq və digər su bioresurslarının xammal bazasının formalaşdırılması üçün əlverişli şəraiti təmin edən digər tədbirlər sayəsində həyata keçirilir.
Balıqçılıq təsərrüfatı meliorasiyası akvakultura subyektinin vəsaiti hesabına aparılır.
Təbii balıqçılıq su obyektlərində balıqçılıq təsərrüfatı meliorasiyası müvafiq icra hakimiyyəti orqanın nəzarəti altında həyata keçirilir.
Balıq və digər su bioresurslarının iqlimləşdirilməsindən əvvəl iqlimləşdirilən növlərin bioloji xarakteristikasını, balıqçılıq su obyektinin balıq qəbulu tutumunu və iqlimləşdirilmənin iqtisadi səmərəsini əks etdirən göstəricilər bioloji və texnoloji əsaslandırmaya daxil edilir.
Balıq və digər su bioresursları genofondunun mühafizəsi məqsədilə təbii balıqçılıq su obyektlərinə balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının buraxılması yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada həyata keçirilə bilər.
Balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının akvakultura məqsədilə istifadəsi bioloji və texnoloji əsaslandırmaya uyğun həyata keçirilir.
Balıq və digər su bioresurslarının iqlimləşdirilməsi və iqlimləşdirilmə obyektlərinin daşınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydalara uyğun olaraq aparılır.
Balıq və digər su bioresurslarının iqlimləşdirilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Balıqçılıq təsərrüfatı meliorasiyası, balıq və digər su bioresurslarının iqlimləşdirilməsi işlərinin aparılması müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi texniki normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir.
 
Maddə 20. Dövlətin balıqmühafizə və akvakultura sahəsində vəzifələri [71]
Dövlətin balıqmühafizə və akvakultura sahəsində vəzifələri aşağıdakılardır:
balıq və digər su bioresurslarının və onların məskunlaşdığı mühitin mühafizəsini təmin etmək;
balıq və digər su bioresurslarının artırılması, bərpası, istifadəsi, mühafizəsi və qorunması sahəsində hüquqpozmaların qarşısını almaq və onları aradan qaldırmaq;
akvakulturanın inkişafını təmin edən dövlət, regional və yerli proqramlar hazırlamaq;
akvakultura subyektlərinin bu Qanunun tələblərinə uyğun fəaliyyət göstərməsinə köməklik etmək;
balıq və digər su bioresurslarının ovunun, habelə akvakultura subyektinin fəaliyyətinin məhdudlaşdırılması, dayandırılması və ya ona xitam verilməsi hallarını və qaydasını müəyyən etmək.
Təbii balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının qorunmasına, onların ovunun tənzimlənməsinə, bərpasına və balıqçılıq təsərrüfatı meliorasiyası işlərinə, habelə akvakultura qaydalarına riayət olunmasına nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
Sahibkarlara münasibətdə balıqçılıq sahəsində dövlət nəzarəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. [72]
Maddə 21. Dövlət balıqmühafizə xidmətinin hüquq və vəzifələri [73]
V fəsil
Balıq və digər su bioresurslarının məskunlaşdığı mühitin mühafizəsi [86]
 
Maddə 23. Balıq və digər su bioresurslarının məskunlaşdığı mühitin mühafizəsinə tələblər [87]
Balıq və digər su bioresurslarının məskunlaşdığı mühitə, balıqçılıq su obyektlərinə və sahilboyu zolaqlara (zonalara) zərərli təsir göstərə bilən müəssisələrin, qurğuların, digər obyektlərin layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, yenidən qurulması və istifadəsini həyata keçirən hüquqi və fiziki şəxslər balıq və digər su bioresurslarının mühafizəsi, artırılması, yerdəyişməsi və qışlaması üçün əlverişli şərait yaratmalı, onların məskunlaşma və nəsilartırma mühitinin toxunulmazlığını təmin etməlidirlər. [88]
Qiymətli növ balıq və digər su bioresurslarının artırılması, bərpası və qorunması üçün mühüm balıqçılıq su obyektlərində və ya onların ayrı-ayrı hissələrində sudan istifadə edənlərin hüquqları balıqçılığın mənafeyi hesabına məhdudlaşdırıla bilər. Belə su obyektlərinin siyahısı və sudan istifadənin məhdudlaşdırılması qaydaları müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir. [89]
Maddə 24. Balıqçılıq əhəmiyyətli su obyektlərinin çirklənmədən, zibillənmədən və dayazlaşmadan qorunması [90]
Balıqçılıq əhəmiyyətli su obyektlərinin çirklənmədən, zibillənmədən və dayazlaşmadan qorunması məqsədilə aşağıdakı tədbirlərin həyata keçirilməsi qadağan edilir:
müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan balıqların kürütökmə yerlərində bənd çəkmək və dağılmış bəndləri bərpa etmək;
müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə sanitariya, hidrotexniki və meliorasiya tədbirlərinin görülməsi halları istisna olmaqla, çaylarda, çay qollarında və kanallarda qalaqlar yaratmaq və ya su axınının qarşısını kəsmək, göllərdən və limanlardan suyu buraxmaq;
balıqçılıq su obyektlərinin üzərindəki qar və buz örtüyünü radioaktiv və zəhərli-kimyəvi maddələrlə, gön-dəri, ağac və neft emalı məhsulları ilə çirkləndirmək və zibilləndirmək, onların tullantılarını balıqçılıq su obyektlərinə axıtmaq; [91]
dibdərinlətmə və dibtəmizləmə işləri zamanı qazılmış torpağı balıqların kürütökmə yerlərinə və qışladığı çuxurlara yığmaq.
Balıqçılıq əhəmiyyətli su obyektlərinə sənaye, kommunal, məişət, drenaj və digər tullantı sularının axıdılması Azərbaycan Respublikasının su qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
Maddə 25. Balıqçılıq əhəmiyyətli su obyektlərinə zərərli təsirin yol verilən normaları [92]
Balıqçılıq əhəmiyyətli su obyektlərinə zərərli təsirin yol verilən normaları uzunmüddətli təsiri ilə su obyektlərinin ekosistemində dəyişikliklərə gətirib çıxarmayan antropogen təsirin yol verilən həddinin həcmi və bu obyektə və ya onların sutoplayıcı sahəsinə axıdılan, yaxud daxil ola bilən zərərli maddələrin yol verilən həddinin miqdarı əsasında müəyyən edilir.
Balıqçılıq əhəmiyyətli su obyektlərinə zərərli təsirin yol verilən normaları və onların təsdiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 26. Balıqçılıq su obyektlərinin balıqçılıq təsərrüfatı monitorinqi [93]
Balıqçılıq təsərrüfatı monitorinqi balıqçılıq su obyektlərində baş verən neqativ proseslərin vaxtında aşkara çıxarılması və qiymətləndirilməsi, bu proseslərin inkişafının proqnozlaşdırılması və zərərli təsirinin qarşısının alınması, həyata keçirilən balıqmühafizə tədbirlərinin səmərəliliyinin təmin edilməsi məqsədilə suların hidroloji, ixtioloji və hidrogeoloji göstəricilərinə müntəzəm müşahidə sistemindən ibarətdir. [94]
Balıqçılıq su obyektlərinin balıqtəsərrüfatı monitorinqi ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqi sisteminin tərkib hissəsidir. [95]
Balıqçılıq su obyektlərinin balıqtəsərrüfatı monitorinqi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada aparılır.
Maddə 27. Balıqçılıq su obyektlərinin balıqçılıq təsərrüfatı kadastrı [96]
Balıqçılıq su obyektlərinin balıqçılıq təsərrüfatı kadastrı balıqçılıq əhəmiyyətli su obyektləri, onların su rejimi, balıq və digər su bioresursları, bu ehtiyatlardan istifadə və istifadəçilər barədə məlumatların məcmusudur. [97]
Balıqçılıq su obyektlərinin balıqçılıq təsərrüfatı kadastrı dövlət ekoloji kadastrın tərkib hissəsidir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır.
Maddə 28. Balıqçılıq su obyektlərinin vəziyyətinə təsir edə bilən obyektlərin dövlət ekoloji ekspertizası [98]
Balıqçılıq su obyektlərinin vəziyyətinə təsir edə bilən müəssisələrin, qurğuların və digər obyektlərin tikintisi və yenidən qurulması layihələrinin müvafiq normativlərə, texniki şərtlərə və tələblərə uyğunluğunu müəyyən etmək məqsədilə “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanır və həmin sənədin dövlət ekoloji ekspertizası müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Balıqçılıq su obyektlərinin vəziyyətinə mənfi təsir edən mövcud müəssisələr, qurğular və digər obyektlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olduqda, həmin obyektlərin yenidən qurulması və ya həmin obyektlərdə mövcud qurğu və avadanlıqların dəyişdirilməsi üçün ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin hazırlanması tələb olunmur, lakin həmin obyektlərə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən sənədlərdə (atıla bilən tullantı həddi (ABTH), buraxıla bilən axıntı həddi (BBAH), ekoloji pasport) ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların və texniki normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla müvafiq dəyişikliklər edilir.
Balıqçılıq su obyektlərinin vəziyyətinə mənfi təsir edən mövcud müəssisələr, qurğular və digər obyektlər ətraf mühitə təsir göstəricilərinə dair ekoloji tələblərə uyğun olmadıqda və ya ilkin layihədə nəzərdə tutulandan fərqli texnologiyalar və texnoloji üsullar tətbiq edildikdə, həmin fəaliyyətə dair yenidən ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) aparılmalıdır.
Balıqçılıq su obyektlərinin vəziyyətinə mənfi təsir edən müəssisələr, qurğular və digər obyektlərə dair ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) həyata keçirilərkən onların transsərhəd təsiri müəyyən edildikdə, həmin obyektlərlə bağlı transsərhəd təsirlərin qiymətləndirilməsi məsələləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həll olunur.
Maddə 29. Su təsərrüfatı obyektlərinin istismarına dair tələblər
Balıqçılıq əhəmiyyətli su obyektləri üzərində inşa edilmiş su təsərrüfatı obyektləri aşağıdakı şərtlərə əməl edilməklə istismar oluna bilər: [99]
su bəndlərinin dövrəsində, balıqların kürütökmə yerlərinə keçidini təmin edən, balıqburaxıcı qurğular quraşdırıldıqda;
balıq və digər su bioresurslarının çoxalma, kürütökmə, qışlama dövründə su anbarlarında suların səviyyəsi tələb olunan həddə saxlanıldıqda;
hidrotexniki, sugötürücü və suburaxıcı qurğular, irriqasiya sistemləri balıqqoruyucu qurğularla təchiz edildikdə;
balıqların kürütökmə və qışlama yerlərində, habelə balıq körpələrinin toplandığı sahələrdə sugötürücü və suburaxıcı qurğular yerləşdirilmədikdə;
kommunal-təsərrüfat, neft-mədən, neft-kimya, neftayırma və balıq və digər su bioresurslarının məskunlaşdığı mühitə zərərli təsir edən digər sənaye obyektlərinin istismarı ekoloji tələblərə cavab verdikdə;
çayların aşağı hissəsində balıq və digər su bioresurslarının artırılmasına münasib şərait yaratmaq məqsədilə su anbarlarının alt hissəsinə kifayət həcmdə su buraxıldıqda.
Balıqçılıq əhəmiyyətli su obyektləri üzərində inşa edilmiş su təsərrüfatı obyektlərinin istifadəyə verilməsi müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmalıdır.
Maddə 30. Su mühafizə zonaları
Su mühafizə zonası su obyektinin akvatoriyasına bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilmiş ərazidir.
Su mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir.
Qiymətli balıq növlərinin kürütökmə yerləri olan çayların, onların qollarının, göllərin və digər sututarların, habelə balıqartırma müəssisələrinin fəaliyyət göstərdiyi su mühafizə zonalarında və sahil mühafizə zolaqlarında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada balıq və digər su bioresurslarının xüsusi mühafizə rejimi tətbiq edilir. [100]
Xəzər dənizinin (gölünün) və digər balıqçılıq su obyektlərinin sahil mühafizə zolaqlarında torpaqların şumlanması və əkilməsi, meşələrin kəsilməsi, qırılması və kökündən çıxarılması, qəbiristanlıqların, heyvandarlıq fermalarının, düşərgələrinin, zibilxanaların yerləşdirilməsi, habelə su qanunvericiliyi ilə müəyyən edilmiş digər fəaliyyət növləri qadağan edilir. [101]
Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçüləri, sərhədləri və istifadə qaydaları Azərbaycan Respublikasının su qanunvericiliyi ilə müəyyən edilir.
 
VI fəsil

Yüklə 46,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin