di bir şeydir. Mütləq yoxlatdırmalıyıq.
– Yaxşı, yoxlatdırarıq. – “Öz-özünə keçir də, bəlkə bir daha heç
17
vaxt olmayacaq”– deyə ürəyində fikirləşdi.
Zeynəb xanım:
– Sən get yat, xeyirlisiylə səhər açılsın, baxarıq, – dedi. – Ancaq
çox narahat idi: “Bəlkə qorxulu bir xəstəlikdir? Müalicəsi var görəsən?
Sağalarmı? Keçib gedər, yoxsa qalıcıdır? Yoxsa Barış ondan nələrisə
gizlədir?” Beynində bu suallar dönüb–dolaşır, ancaq bir cavab tapa
bilmirdi.
Barış bəy yatana qədər Zeynəb xanım bir az onun yanında oturdu,
arada mətbəxə gedib–gəldi. Onu narahat etmək istəmirdi. Bu möv-
zunu araşdırıb Barış bəyin başına gələnləri anlamaq, aydınlaşdırmaq
istəyirdi.
Barış bəy yatdıqdan sonra tələbə vaxtı aldığı “Sağlamlıq ensiklope-
diyası”nı götürdü. Yoldaşının başına gələnləri araşdırmaq, bunların nə
olduğunu və nəyə görə baş verdiyini öyrənmək istəyirdi. Fikirləşmişdi
ki, sonra da internetdə baxar. Vaxt itirmək, gecikmək olmaz ...
***
Barış bəy səhər yuxudan duranda yoldaşı çoxdan ayaq üstə idi.
Səhər yeməyini də hazırlamışdı. Səhər yeməyini yeyəndə Zeynəb xa-
nım dedi:
– Barış əzizim, sən yatandan sonra mən araşdırdım. Həm “Sağlamlıq
ensiklopediyası”na baxdım, həm də internetdən tapdım məlumatları.
Barış bəy onun sözünü kəsərək:
– Canım, başa düşürəm, xoşa gəlməyən bir vəziyyət idi, amma elə
də mühüm bir şey deyil. Sən də gördün, öz-özünə keçir, – dedi. Bir
tərəfdən də: “Əslində Zeynəb haqlıdır, şübhəsiz ki, bir şey var. Amma
nə? Pis bir xəstəlik olarsa? Mən də çox qorxuram, ancaq bunları Zey-
nəbə deyə bilmərəm axı!” – deyə götür-goy edirdi.
Zeynəb xanım təkidlə:
– Xeyr, o an nə qədər pis olduğunu mən gördüm. Üstəlik bütün bu
əziyyəti sən çəkdin, – dedi. – Mənim araşdırmalarıma görə, öyrəndim
ki, bu əlamətlər ürək, ağciyər, nevroloji xəstəliklərdə və hormonlarla
əlaqədar ola bilər. Başqa səbəblər də ola bilər. Sabah şənbədir, dərhal
bir həkimin qəbuluna yazılacağam.
– Həftənin axırıdır, necə olacaq? – deyə Barış bəy etiraz etdi.
BARIŞ BƏY VƏ İLK PANİKA TUTMASI
PANİKA POZUNTUSU
18
Zeynəb xanım:
– Dövlət xəstəxanasında müayinəyə düşmək həm çətindir, həm də
kifayət qədər vaxt aparır, – dedi.
Barış bəy bu dəfə yenə etiraz etdi:
– Bəs pul? – Əslində qorxurdu, lakin qorxduğunu deyə bilmirdi.
Zeynəb xanım bu cür bir etiraza hazır idi və dərhal:
Belə vəziyyətdə pulu firkirləşmə, lazım olsa, kredit götürərik, –
dedi.
Barış bəyin etiraz etmək üçün bir səbəbi qalmadığından susmalı
oldu.
***
“Gözləmə salonu elə də böyük deyil”, – deyə Barış bəy fikirləşdi.
Zeynəb xanım Barış bəyin ürəyini müayinədən keçirmək üçün bir-
likdə həkimə gəlmişdilər. Şənbə günü olduğu üçün məktəblə bağlı bir
problem yox idi.
Barış bəy ətrafına baxdı. Divarlara yumşaq rəngli divar kağızı vurul-
muşdu. Katibə kompüterdə xəstələrin qəbul saatlarına baxır, telefonla
danışırdı. Katibənin stolunun qarşısındakı mizin üzərində içində güllər
olan gül qabı vardı. Barış bəy çiçəkləri çox sevirdi, amma əlbəttə ki, elə
burada olduğu kimi canlı gülləri. Gözləmə salonunda onlardan başqa
bir xəstə qohumu ilə oturmuşdu. Üzlərindən yorğunluq, ümidsizlik tö-
külürdü. “Hərənin özünə görə bir dərdi var, həyat davam edir” – Barış
düşündü.
“Yaxşı ki, az adam var, onsuz da balaca bir yerdir”, – deyə öz-özünə
fikirləşdi. Qəbula vaxtından on dəqiqə tez gəlmişdilər, Barış bəy ge-
cikməyi heç xoşlamırdı. Zeynəb xanım onun əlindən tutmuşdu. Bu
xoşuna gəlmişdi, sanki özünü daha etibarlı yerdə hiss edirdi. Qorxula-
rı da deyəsən azalmışdı?
Qorxurdu ki, gözləmə salonunda yenə də tutması olsun, biabır
olardı! Görəsən həkim onunla kifayət qədər maraqlanacaqdı? Başı-
na gələnləri izah edəndə bunun qəribə olduğunu deyib, lağ etsə necə
olacaq? Və ya çox pis bir xəstəlik diaqnozu qoyularsa? Zeynəb xanım
onun qorxduğunu bilməməliydi, yoxsa məyus olardı. Onun məyus ol-
masını istəmirdi. Yenə də bu suallardan və qorxulardan canını qurtara
19
bilmirdi. Vaxt uzandıqca narahatlığı artırdı. Dərindən bir nəfəs aldı.
– Barış əzizim, yaxşısanmı? – deyə Zeynəb xanım soruşdu.
– Yaxşıyam, gözləməkdən bir az yoruldum.
Zeynəb xanım Barış bəyin bir narahatlığının olduğunu bilirdi.
Amma nə olmuşdu? Bax, bunu bilmirdi. Hər nədirsə bunu tez bir
vaxtda müəyyənləşdirib müalicə etdirməliydilər. Vaxtında diaqnozun
qoyulub qısa müddətdə müalicəyə başlamağın nə qədər əhəmiyyətli
olduğunu bilirdi. Beləliklə, daha asan və daha qısa müddətdə nəticə
əldə olunar, bu vəziyyətin ciddi fəsadı olmazdı.
Zeynəb xanım da problemin fərqində idi. Qeyri–müəyyənlik, mə-
lumatsızlıq, tutma baş verən vaxt çarəsizlik təşvişini artırırdı. Hətta
qorxurdu. Səhv diaqnozun qoyulmasından, bunun müalicəsinin
olub-olmamasından narahat idi; pis ehtimallar onu qorxudurdu.
Gözucu Barış bəyə baxdı. Dilxor görünürdü. Öz narahatlığını yol-
daşına bəlli etməməli idi. Barış bəyə dəstək olmaq istədiyini sezdir-
mək üçün əlindən daha möhkəm yapışdı.
– Buyurun, içəri keçə bilərsiniz. Həkim sizi gözləyir, – onlara tərəf
baxan katibənin sözləri ikisini də yüngülcə diksindirdi. Zeynəb xanım
Barış bəyin əlini buraxdı, birlikdə otağa daxil oldular.
***
Barış bəy ilk dəfə idi bir kardioloqun müayinə otağını görürdü.
Otağa daxil olanda diqqətini jalüzlərin yarıaçıq olması çəkdi. Həki-
min masası və stulu, xəstə və onu maşayiət edən şəxs üçün iki kreslo,
onların arasında bir miz, mizin də üzərində jurnallar vardı. Otağın bir
tərəfində müayinə yatağı, qarşısında yığcam pərdə; yatağın yan tərə-
fində rentgenə baxmaq üçün bir lövhə (negatoskop) vardı.
– Xoş gəlmisiniz, buyurun oturun.
Həkim onları dostcasına gülümsəyərək qarşıladı. Bu, Barış bəyin
xoşuna gəldi, dərhal həkimə qanı qaynadı.
– Barış bəy, əvvəl sizi tanıyaq, özünüz barədə məlumat verin. Yaşı-
nız, işiniz, ailəniz barədə?
Barış bəy bu barədə bir az danışdı.
– Buraya gəliş səbəbiniz nədir? Nədən şikayət edirsiniz? – Həkim
bunları səmimi bir şəkildə, mülayim və həlim bir səslə soruşdu. Barış
BARIŞ BƏY VƏ İLK PANİKA TUTMASI
PANİKA POZUNTUSU
20
bəy qərara aldı ki, bu həkim onu başa düşə bilər.
Hər iki tutma haqqında, tutma baş verəndə hiss etdikləri haqda
danışdı. Həkimin dəqiqləşdirici suallarını da cavablandırdı. Sağlam-
lığı haqqında məlumat verdi. Hər hansı ciddi bir xəstəliyi olmadığını,
hansısa ciddi stresli bir hadisə ilə qarşılaşmadığını dedi. Həkim onun
ailəsində ürək və yaxud şəkər xəstəsinin olub-olmadığını soruşanda
dedi ki, belə bir qohumu yoxdur.
Həkim ikinci tutmaya şahid olan Zeynəb xanımdan da bəzi məlu-
matlar aldı.
– Barış bəy, müayinə yatağına keçib paltarınızı çıxarın, sizi müa-
yinə edim.
Həkim ürəyinə, ağciyərlərinə qulaq asdı; qarnını müayinə etdi. Ya-
taqdan endirib müvazinətini qoruyub saxlaması ilə bağlı bəzi hərəkət-
lər etdirdi. Gözlərini bağlatdırıb, bir xətt üzrə hərəkət etməsini istədi,
qücünü yoxladı. Bəzi reflekslərinə baxdı.
Müayinədən sonra həkim masasının arxasına keçdi. Barış bəy də
paltarını geyinib kresloda əyləşdi.
– Barış bəy, müayinənin nəticələrinə görə ürəyinizdə bir narahatlıq
olduğunu deyə bilmərəm. Ürəyiniz çox sağlamdır. Yaxşı olar ki, saydı-
ğınız simptomlarla bağlı bəzi yoxlamalar aparılsın. Beləliklə sizə daha
dəqiq və doğru məlumat verə bilərəm.
Masanın üzərindəki kağızlardan birini görütüb bəzi şeyləri
işarələməyə başladı. Bir tərəfdən də bunlarla əlaqədar ətraflı izahlar
verdi:
– Elektrokardioqramma (EKQ) və ağciyərin rentgeni çəkilməli-
dir, bəzi qan analizləri verilməlidir. Məsələn, ac olanda qanda şəkərin
miqdarı, bəzi elektrolit göstəriciləri, bəzi fermentlər, bəzi hormonlar
kimi. Ac olanda qanda şəkərin miqdarını təyin etmək üçün yemək
yeməzdən əvvəl, bazar ertəsi günü səhər məktəbə gedəndə bu analizi
verə bilərsiniz, axşamçağı da nəticələri alarsınız, danışarıq.
Barış bəy gəldiyi üçün özünü daha rahat hiss edirdi. Beynində-
ki mənfi düşüncələr doğrulmamışdı. Həkim onunla maraqlanmış,
əlamətlərin qəribə olduğunu deməmiş, lağ etməmiş, hətta olduqca
nəzakətli davranmışdı.
21
Təşəkkür edib çıxdılar.
***
Bazar günündən bazar ertəsinə keçən gecə Barış bəy şiddətli bir
ağrıyla yuxudan oyandı.
Sanki boğulurdu, kəsik–kəsik nəfəs alırdı. Pəncərəyə tərəf qaçıb
onu açdı. Yox, yenə də havası çatmırdı. Ürəyi sürətlə döyünürdü, az
qalırdı ölsün. Nə edəcəyini bilmirdi.
Zeynəb xanımı oyandırmaq istəmədi, qanı qaralacaq, narahat
olacaqdı. Yatağın kənarında oturdu, yavaş və dərindən nəfəs almağa
çalışdı. Əvvəl qarşılaşdığı tutmalara bənzəyirdi. Başı hərlənən kimi
oldu, bütün bədənində bir istilik hiss etdi, ürəyi sürətlə döyünürdü;
yatağına uzandı.
Bu narahatlığın neçə dəqiqə davam etdiyini bilmirdi, ancaq nə-
hayət, təsiri azalırdı. Əvvəlkilər kimi bu da keçirdi ... Çarəsizlik, zəif-
lik... Üstəlik, nə edəcəyini də bilmirdi. Divara söykənməyə çalışdı.
Gözlədi, gözlədi ... və keçdi. Nə qədər uzun çəkdi? Bəlkə də ona elə
gəlmişdi, bilmirdi.
Barış bəy yarı yuxulu vəziyyətdə düşünməyə başladı: “Bir xəstəliyi
vardı və artıq bunu qəbul etməli idi. Bunun müzakirəyə ehtiyacı yox
idi. Ona bu qədər problem yaratdığına görə vacib bir xəstəlik olmalıy-
dı. Zeynəb haqlıydı. Dərhal diaqnoz qoyulmalı və müalicə olunma-
lıydı”.
Barış bəy bunları götür-goy edə-edə yuxuya getdi. Səhər yuxudan
oyananda dünənki o xoşa gəlməz hadisədən əsər–əlamət qalmamışdı.
Yenə də qorxurdu. “Yenə də bir tutma olarsa?” – gecə başına gələnlər
barədə Zeynəb xanıma heç nə demədi. Qan analizi vermək üçün ev-
dən yemək yemədən və hər zamankı vaxtdan tez çıxdı.
***
Bazar ertəsi günü məktəbdən çıxıb birbaşa xəstəxanaya getdi.
Zeynəb xanım da gedişatdan xəbərdar olmaq istəyirdi, ona görə də
xəstəxanada görüşmək üçün vədləşmişdilər.
Birlikdə laboratoriyada nəticələri aldılar. Zeynəb xanım nəticələri
diqqətlə gözdən keçirdi. Nəticələrin yanında normal dəyərlər yazıl-
mışdı.
BARIŞ BƏY VƏ İLK PANİKA TUTMASI
PANİKA POZUNTUSU
22
– Yaxşı, bunlar normal görünür. EKQ–ni deyə bilmərəm, – Zey-
nəb xanımın üzündə rahat bir ifadə vardı.
Çox gözləmədən həkimlə görüşə getdilər. Həkim nəticələri bir-bir
nəzərdən keçirdi. EKQ–yə diqqətlə baxdı. Ağciyər rentgenini işıqlı
lövhəyə taxıb diqqətlə gözdən keçirdi, gülümsəyib:
– Barış bəy, xəbərlər yaxşıdır, analizlərin hamısı normaldır. Ürəklə
əlaqədar hər hansı bir probleminiz yoxdur. Ürəyiniz yaxşı vəziyyətdə-
dir, – dedi.
– Bəs onda bu başıma gələnlər nədir, nə ilə əlaqədar ola bilər?
Zeynəb xanım da:
– Həkim, deyirsiniz normaldı, amma yoldaşımın tutmasını mən
gördüm. Necə pis vəziyyətdə olduğunu bilirəm. Çarəsizlik içindəyik.
Bu bir xəstəlikdir, amma nə olduğunu bilmirik, –dedi.
Həkim mülayim bir səslə:
– Əlbəttə, siz də özünüzə görə haqlısınız. Mən ürəklə əlaqədar bir
problemin olmadığını dedim. Bu cür əlamətlər hormonal sistemlə
əlaqədar nasazlıqlarda da ola bilər. Mən hormonları da yoxlatdırdım,
nəticələr normal səviyyədədir. Yenə də xəstəxanamızdakı endokri-
noloqun qəbulunda olsanız, yaxşı olar. Bu analizlərin nəticələrini də
özünüzlə aparın. Keçmiş olsun.
Həkimə təşəkkür edib otaqdan çıxdılar. Zeynəb xanım ümidsiz
görünürdü. Ortada xəstəlik vardı, ancaq diaqnoz qoyula bilmirdi.
Üzünü Barış bəyə tutub:
– Müayinə üçün endokrinologiya şöbəsindən bir qəbul vaxtı alıb elə
gedərik, – dedi.
Barış bəy yavaş səslə:
– Yaxşı, sən dediyin kimi olsun, – dedi.
Endokrinologiyada onlara ən tezi iki gün sonraya vaxt təyin et-
dilər. İki gün sonra məktəbdən çıxıb qəbula gəldilər.
***
Çərşənbə günü məktəbdən çıxdıqdan sonra axşamçağı yenə
xəstəxanada görüşdülər. Qəbula hələ beş dəqiqə vardı.
Endokrinoloq–həkim gülərüzlü bir qadın idi. Barış bəylə hal–əh-
val tutdu. Ailə üzvlərində hər hansı xəstəliklərin olub-olmadığını so-
23
ruşdu. Qalxanvari vəzin ölçüsünü yoxlayıb analizin nəticələrinə bax-
dı:
– Kardioloji cəhətdən bütün lazımi analizlər edilib və nəticələr
normal dəyərlər arasındadır. Qarşılaşdığınız hallar qalxanvarı vəzin
hormonlarının çoxluğu (hipertiroid), qanda şəkərin miqdarının düş-
məsi (Hipoqlikemiya) nəticəsində ola bilər. Sizin analizin nəticələ-
rinə görə endokrinoloji cəhətdən bir anormallıq yoxdur. Sağlamsınız.
Zeynəb xanım dərhal dilləndi:
– Həkim, düz deyirsiniz, ancaq ortada anormal bir vəziyyət var.
Kardioloq da, siz də ‘heç bir şey yoxdur’ deyirsiniz. O zaman yoldaşı-
mın başına gələnlər nədir, nəyə görə olur?
Həkim sakit olmağa çalışaraq:
– Zeynəb xanım, bu əlamətlərin çox müxtəlif səbəbləri ola bilər.
Mən endokrinologiya ilə əlaqədar heç bir problem yoxdur dedim.
Kardioloji cəhətdən də bir anormallıq tapılmayıb. Məncə, lazımi müa-
yinələr edildiyi üçün əlavə bir müayinəyə ehtiyac yoxdur. Belə halda
sizə bir psixiatrın qəbulunda olmağınızı təklif edirəm.
Barış bəylə Zeynəb xanım həkimə təşəkkür edib otaqdan çıxdılar.
***
Zeynəb xanım Barış bəyin qoluna girib:
– Qabaqda bir yerdə oturub həm çay içərik, həm də danışarıq, –
dedi.
Zeynəb xanımın beynindəki fikirlər bir-birini əvəz edirdi. Dəqiq
diaqnozun qoyulmaması xoşuna gəlməmişdi. Ortada çox ciddi bir və-
ziyyət vardı, lakin həkimlər diaqnoz qoya bilmirdilər... Doğrudanmı
həkimlər bilmədilər ki, söhbət hansı xəstəlikdən gedir? Bilmədiklə-
rinə görə onları göndərdilər psixiatrın yanına? Deyirdilər, bu həkim-
lər yaxşıdır, amma ... Eh, artıq bilmirdi ki, nə fikirləşsin.
Barış bəyin də fikirləri qarışmışdı. O qədər pul və vaxt getdi, amma
nəticə sıfırdı.
Naməlum bir xəstəliyi vardı?
Psixiatr məsələsi haradan çıxdı?
Belə vəziyyətdə başqaları haqqında deyərdi ki, psixiatra getmək
normaldır, bəs özü haqqında necə?
BARIŞ BƏY VƏ İLK PANİKA TUTMASI
PANİKA POZUNTUSU
24
Uşaqlıqdan ətrafdakı insanlardan psixiatra gedənlərin dəli oldu-
ğunu eşitmişdi. Axı o, dəli deyildi. Bəlkə dəli olmaq qorxusu vardı,
vəssalam.
Oturanda ikisinin üzündə ümidsizlik, məyusluq aydın hiss olunur-
du. Zeynəb xanım stulunu Barış bəyin stuluna yaxınlaşdırdı. Sanki
onun yanında olub kömək edəcəyini hiss etdirmək istəyirdi:
– Barış, əzizim, ola bilər ki, həkimlər diaqnoz qoya bilməsinlər və
ya səhv etsinlər? Ancaq mən sənin nə vəziyyətdə olduğunu gördüm.
Dəqiq, bu, bir xəstəlikdir. Nə xəstəlik olduğunu bilmirəm, amma elə-
dir ki var, – deyə ürəyindən keçənləri söylədi.
Barış bəy bir az kədərli, bir az ümidsiz üz ifadəsiylə alçaqdan:
– Mən də başa düşmədim. Sürətli ürək döyüntüsü, sinədəki ağrı,
nəfəs darlığı, baş gicəllənmə, titrəmə, tərləmə, hamısı fiziki əlamətlər-
dir. Psixiatriya, çox güman ki, belə fiziki əlamətlərlə məşğul olmur axı.
– Görəsən başqa xəstəxanaya gedək? – Zeynəb xanım çarəsizliklə
dedi.
– Bilmirəm. Mən yəqin indi tam aydın düşünə bilmirəm.
Zeynəb xanım özünü ələ almağa çalışdı. Əgər yoldaşına dəstək ola-
caqsa, məntiqli və qərarlı düşünməli idi. Öz-özünə danışırmış kimi:
– Başqa xəstəxana demək, başqa həkimlər deməkdir. Onlar da ana-
liz istəyəcəklər, analizlərin nəticələri kobud desək, təqribən eyni ola-
caq. Həkimlərin dünyagörüşü, yanaşması fərqli ola bilər; ancaq analiz
nəticələrinin şərhi eyni olacaq, – dedi.
– Düzdü, – dedi Barış bəy. – Şərh dəyişməyəcək. Bəlkə də arada
vaxt itirəcəyik.
Barış bəy, “Pul da itirəcəyik”, – deyə fikirləşdi. Lakin yoldaşına
bunu demədi, desəydi bu səbəbi qətiyyətlə qəbul etməyəcəkdi.
İkisi də tərəddüd içində idi. Ən doğrusu nəydi? Ən doğrusu, qısa
bir vaxtda vəziyyəti aydınlaşdırıb müalicəyə başlamaqdı. İkisi də bu
mövzuda həmfikir idilər. Çıxış yolu nə idi?
Bir dənə də çay istədilər. Susurdular. Nəhayət Zeynəb xanım:
– İnternetdə bu əlamətlərin panika pozuntusu ilə də bağlı ola bilə-
cəyini görmüşdüm. Bəlkə də elə bir şeydir. Fiziki bir xəstəlik tapmadı-
lar. İstəyirsən, bir psixatrın da qəbulunda olaq.
25
Barış bəy nə fikirləşsin, nə desin bilmirdi. Psixiatriya haradan çıx-
dı? Axı o, dəli deyildi. Həm də başına gələnlər fiziki əlamətlərdi. Psixi-
atr bunlara nə edə bilərdi? Dostları eşitsəydi nə deyərdilər? Bu fikir-
lərdən uzaqlaşmağa çalışdı. Özü universitet məzunudur, çox oxuyan,
elmə inanan bir insan, bir müəllim idi. Yenə də illər boyu davam edən
səhv fikirlərdən xilas ola bilməmışdi. Bir tərəfdən də həyat yoldaşı ca-
vab gözləyirdi.
Könülsüz–könülsüz:
– Yaxşı, bunu da sınayarıq, – dedi
– İndi dərhal gedib bir görüş vaxtı alaq, oradan da evə gedərik.
– Yaxşı, amma şənbə gününə alaq. Bilirsən, məktəb ...
– Hə, elə edərik, – dedi Zeynəb xanım. Səbəbini başa düşürdü, la-
kin yoldaşından şənbə günü ilə bağlı heç nə soruşmadı.
BARIŞ BƏY VƏ İLK PANİKA TUTMASI
26
PANİKA POZUNTUSU
2
Panika tutması, panika pozuntusu
Qəbul saatını gözləyən Barış bəyin hissləri və fikirləri birbirinə qarış-
mışdı. Beynində suallar sürətlə bir-birini əvəz edirdi.
“Psixiatrın yanına gəlməkdə düz etmişdi?”
“Gəlməsəydim, görəsən öz-özünə keçməzdimi?”
“Burada gözləyəndə bir tanışına rast gəlsə, o nə fikirləşər?”
“Və ya birdən burada da bir tutma halı baş verərsə?”
“Həkim onun bu vəziyyətini başa düşəcəkmi? Kifayət qədər vaxt ayı-
rıb onunla maraqlanacaqmı, yoxsa başından edəcək?”
Bütün bunları fikirləşdikcə narahatlığı daha da artdı, bədənində bir is-
tilik hiss etdi. Fikirlərdən uzaqlaşmaq üçün ətrafına nəzər salmağa başlad.
Katibəyə baxdı. Mülayim, nəzakətli bir insana oxşayırdı. Katibə Barış
bəyə baxıb gülümsədi. O da gülümsəməylə cavab verdi. Katibə yumşaq
bir səslə:
– Barış bəy, ümumiyyətlə ilk qəbulda həmişə belə narahat olurlar. Bir
az həyəcanlı görünürsünüz, amma narahat olmayın, bir də ki, bunun üçün
buradasınız, –dedi.
– Elədir, birinci dəfədir psixiatrın yanına gəlirəm. Doğrusu bir az nara-
hatam, həyəcanlıyam. Hər halda bu normaldır.
– İlk dəfə gələnlərin hamısında belə hisslər olur, – deyə katibə müla-
yim səslə bildirdi.
Barış bəy düşündü ki, katibə bu məsələdə təcrübəlidir, hər halda onun
kimi ilk dəfə gələn yüzlərlə belə xəstə görüb.
– Buyurun, Barış bəy, keçə bilərsiniz. Zeynəb xanım, lazım olsa, həkim
daha sonra sizi çağıracaq.
Barış bəy bir az həyəcanlı, narahat halda içəri daxil oldu. Otaq sadə bir
üslubda dizayn olunmuşdu, rənglər yumşaq tonlarda seçilmişdi. Psixiatr
gülümsəyərək sakit bir səslə:
– Barış bəy, xoş gəlmisiniz, buyurun əyləşin, – dedi. – Bir az nara-
hat görünürsünüz, əvvəl sizinlə tanış olaq, sonra şikayətlələriniz barə-
də danışarıq.
Həkimin 45–50 yaşı olardı. “Xarici görünüşünə görə etibarlı insan
təsiri bağışlayır” – Barış bəy ürəyində fikirləşdi. Bu yaşda olduğuna görə
təcrübəli bir həkim olmalıdır.
27
PANİKA TUTMASI, PANİKA POZUNTUSU
Barış bəy şikayətləri barədə danışmağa başlamazdan əvvəl həkim
onun yaşı, işi, ailəsi, uşaqları haqqında suallar verdi. Barış bəy hamısını ca-
vablandırdı, ancaq hiss etdi ki, Özləm haqqında daha çox danışdı. İşini və
mütaliə etməyi nə qədər çox sevdiyini, həyatında ən vacib şeyin də ailəsi
olduğunu dedi.
– Barış bəy, müraciətinizin səbəbi nədir? Şikayətlərinizdən danışa
bilərsinizmi?– deyə həkim soruşdu.
Barış bəy başına gələn hər üç tutma barədə ətraflı məlumat verdi. Tut-
ma olduğu zaman keçirdiyi hisslər, fikirlər və çarəsizliyi haqqında danışdı.
Kardioloq və endokrinoloqla olan görüşləri, müayinə və analizin nəti-
cələrindən bəhs etdi. Həkim ondan son zamanlarda həyatında vacib bir
dəyişiklik olub-olmadığını da soruşdu. Xeyr, olmamışdı. Siqaret çəkib–
çəkmədiyini soruşdu. Xeyr çəkmirdi.
– Analizlərin nəticələri yanınızdadırmı?
– Yoldaşımdadır, o da bayırda gözləyir.
– Çağıraq gəlsin, analizin nəticələrini də gətirsin. Deyəcəyim şeyləri o
da bilməlidir. Çünki gələcəkdə sizə köməyi dəyəcək ən mühüm insanlar-
dan biri yoldaşınızdır, – deyə həkim bildirdl. Həkim telefonla katibəsinə
dedi ki, Barış bəyin xanımını içəri göndərsin.
Zeynəb xanım nəticələri gətirdi. Həkim ondan da şahidi olduğu tutma
barədə soruşdu. Zeynəb xanım gördükləri haqqında danışıb, qısaca kardi-
oloq və endokrinoloqla olan söhbətlərindən bəhs etdi.
Həkim analizlərin nəticələrinə baxdıqdan sonra:
– Barış bəy, indi sizin vəziyyətinizlə bağlı məlumat verəcəyəm. Sonra
da necə bir müalicə metodunu tətbiq edəcəyimizi danışıb birlikdə qərar
verərik, – dedi. – Bəzi adamlar bu simptomların fiziki bir xəstəliklə bağlı
olduğunu eşitmək istəyirlər. Hər hansı bir diaqnozun qoyulması beyin-
dəki qeyri–müəyyənliyi ortadan qaldıracaq. Diaqnoz düzgün qoyulanda
müalicə metodu da düzgün seçilir. Sizdəki bu əlamətlər panika tutması-
nın əlamətləridir. Müəyyən diaqnoz kriteriyaları əsasında panika pozun-
tusu diaqnozu qoyula bilər. Panika pozuntusu haqqında hər hansı bir mə-
lumatınız varmı?
Zeynəb xanım:
– Mən internetdə bir az araşdırmışdım, – dedi.
– Yaxşı, sizə panika tutmasının simptomlarına dair bir siyahı verə-
cəyəm, ona baxarsınız. Panika pozuntusu təşviş pozuntuları qrupuna
PANİKA POZUNTUSU
28
daxil olan bir pozuntudur. Təşvişi adi dildə insanın səbəbini bilmədiyi
daxili bir narahatlıq kimi qiymətləndirmək olar. Panika, ani və şiddətli
təşviş deməkdir. Bura qədər başqa bir şey soruşmaq istəyirsinizmi?
Barış bəy:
– Dünyada bu qədər insan olduğu halda niyə gəlib məni tapdı? Nəyə
görə baş verdi? – deyə soruşdu.
– Nəyə görə sizdə olduğunu vaxt keçdikcə daha yaxşı anlaya bilərik.
Nə səbəblə ortaya çıxa bilər, onu da izah edəcəyəm. Panika pozuntusu
bütün dünyada və hamıda rast gəlinə bilər. Bu problemlə təkcə siz qarşı-
laşmamısınız, yəni siz tək deyilsiniz.
Zeynəb xanım:
– Kimlərdə rast gəlinir?– deyə soruşdu.
– Hamıda ola bilər, insanda birinci dəfə panika tutması ən çox gənclik
çağı və yeniyetməlik dövründə, 18–40 yaş arasında olur. Qadınlarda ki-
şilərə nisbətən daha çox rast gəlinir, təxminən iki dəfə çox. İlk tutmanın 40
yaşdan sonra baş verməsi nadir bir haldır. Uşaqlarda da rast gəlinə bilər.
İnsanın ömrü boyunca panika pozuntusuna tutulma ehtimalı 1.6–7.0%–
Dostları ilə paylaş: |