Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə276/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   272   273   274   275   276   277   278   279   ...   538
12

Ə d ə b i y y a t

Babayev, A. TÜRKSOY-un 

birlik səsi [Mətn]: mo-

noqrafiya] /Adil Babayev; 

elmi red. A.Axundov.- Bakı: 

Təhsil, 2006.- 364 s.

2012-ci il TÜRKSOY 

çərçivəsində “M.F.Axundov 

ili elan edilmişdir” [Mətn] 

//Azərbaycan.- 2012.- 10 

yanvar.- S.3.

İ n t e r n e t d ə

www.anl.az

www. az.wikipedia.org

www. turkkon.org

www. türksoy.orq.az


221

Tarixdə bu gün

Milli Mətbuat və Jurnalistika Günü 

1875

İYUL

22 iyul - Azərbaycanda Milli Mətbuat 

və Jurnalistika Günü kimi qeyd olunur. 

Dövrün görkəmli ziyalısı  Həsən bəy 

Zərdabinin 1875-ci il 22 iyul tarixində 

nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası 

qoyulmuş Azərbaycan milli mətbuatı 

bütün dövrlərdə həqiqət carçısı olmuş, 

cəmiyyəti düşündürən problemləri, 

dövrün mütərəqqi ideyalarını  əks et-

dirmiş, xalqımızın maariflənməsində, 

milli və  bəşəri dəyərlərin təbliğində 

mühüm rol oynamışdır.

XX  əsrin  əvvəllərində  mətbuat or-

qanları Azərbaycanda milli-azadlıq 

hərəkatının  əsas istiqamətverici qüv-

vəsini təşkil etmiş, milli oyanış, mil-

li özünüdərk proseslərinin aparıcı 

vasitələrindən biri olmuşlar. Milli si-

yasi mətbuatın təşəkkül dövrü adlan-

dırılan 1905-1907-ci illərdə  KİV-lər 

Azərbaycan cəmiyyətinin siyasi və ide-

oloji fəallığının artırılmasında mühüm 

rol oynamışlar. “Şərqi-rus”, “Həyat”, 

“Füyuzat”, “Tazə  həyat”, “Şəlalə”, 

“Açıq söz”, “Dirilik” və digər qəzetlər 

xalqın milli özünüdərk hissinin forma-

laşmasına çalışmışlar.

Azərbaycan mətbuatı Sovet haki-

miyyəti dövründə kommunist ideolo-

giyasının güclü təsiri altında fəaliyyət 

göstərsə  də milli varlığını qoruyub 

saxlaya bilmiş, respublikanın ictimai-

siyasi həyatında fəal rol oynamışdır.  

Ölkədə  qəzet və jurnalların  şəbəkəsi 

genişlənmiş, jurnalistikanın çeşidli 

növləri meydana çıxmışdır.

Azərbaycan Respublikası Preziden-

tinin 5 iyul 1991-ci il tarixli Fərmanı 

ilə Azərbaycanın ilk milli qəzeti olan 

“Əkinçi” qəzetinin birinci nömrəsinin 

çapdan çıxdığı gün - 22 iyul Azərbaycan 

mətbuatı  və jurnalistikası günü elan 

edilmişdir.

Müstəqilliyin  əldə edilməsindən 

sonra Azərbaycanda KİV-lərin sayın-

da önəmli dərçədə irəliləyiş baş ver-

mişdir. Hazırda ölkədə 4500-dən artıq 

kütləvi informasiya vasitəsi qeydiyya-

ta alınmışdır. Ölkədə informasiya tex-

nologiyalarının inkişafı Azərbaycan 

mətbuatını qlobal informasiya şəbə-

kəsinin bir hissəsinə çevirmişdir. Artıq 

Azərbaycan mətbuatı  həm kəmiyyət, 

həm də keyfiyyət baxımından region 

ölkələrini qabaqlamışdır.

Bir çox demokratik ölkələrdə ol-

duğu kimi, Azərbaycanda da Mətbuat 

Şurası yaradılmış  və “Mətbuat haq-

qında” Qanun qəbul edilmişdir. 

Azərbaycan Respublikasının 1995-ci 

ilin noyabrında ümumxalq səsverməsi 

ilə  qəbul edilən Konstitusiyasının 

50-ci maddəsində söz, azad məlumat 

toplamaq azadlıqları, öz baxışlarının 

azad ifadə edilməsi və digər azadlıqlar 

möhkəmləndirilmişdir.

Ulu öndər Heydər  Əliyevin 1998-

ci il 16 avqust tarixli “Azərbaycan 

Respublikasında söz, düşüncə  və in-

formasiya azadlığının təmin edilməsi 

tədbirləri haqqında” Fərmanı ilə ölkədə 

kütləvi informasiya vasitələri üzərində 

senzura ləğv edilmişdir. 




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   272   273   274   275   276   277   278   279   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin