Teqvim2013. pdf


Cəbrayıl rayonunun işğalının 20-ci ildönümü (23.08. 1993)



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə282/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   278   279   280   281   282   283   284   285   ...   538
Cəbrayıl rayonunun işğalının 20-ci ildönümü (23.08. 1993)  

Füzuli rayonunun işğalının 20-ci ildönümü (23.08. 1993)  

Beynəlxalq Azərbaycan Muğamı Günü (26.08.2010)

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası Xalq maarifinin, 

orta məktəblərin milliləşdirilməsi haqqında qərar qəbul etmişdir 

(28.08.1918)

Qubadlı rayonunun işğalının 20-ci ildönümü (31.08.1993)  

244


245

245


246

247


249

248



228

Milli ədəbiyyat

AV

Q

U

S

T

Ə d ə b i y y a t

Bu qılınc pas ata bilməz 

[Mətn]: (şeirlər, poema-

lar) /Ə.Əhməd.- Bakı: 

Yazıçı, 2000.- 200 s.

Dünya əlimdən sürüşür 

[Mətn] /Ə.Əhməd.-Bakı: 

Qarabağ, 2007.-528 s.

Qanlı torpaq [Mətn] 

/Ə.Əhməd.- Bakı: Qor-

qud, 1998.- 125 s.

Salam, ay anası ölmüş 

oğullar [Mətn]: şeirlər və 

poema /Ə.Əhməd; [red. 

E. İsgəndərzadə].-Bakı: 

Vektor, 2008.- 229 s.

Bura bizim şəhərdi... 

[Mətn] /Ə.Əhməd //525-

ci qəzet.- 2010.- 24 

dekabr.- S.5.

Ənvər Əhməd [Mətn] //

Azərbaycan yazıçıları 

(XX-XXI yüzillikdə): 

ensiklopedik məlumat ki-

tabı.- Bakı, 2011.- S.302.

Yusifli, V. Ənvər Əhmədin 

şeir dünyası-1 [Mətn] 

/V.Yusivli //Ədalət..-

2012.- 8 sentyabr.- S.14.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

8

Ənvər Əhməd

1943

70  

illiyi

Ədəbiyyatşünas

Ənvər Misir oğlu  Əhmədov (Ənvər 

Əhməd) 1943-cü il avqust ayının 8-də 

Azərbaycanın Kəbilli mahalının Sarıyer 

yaylağında doğulmuşdur. Ağcabədinin 

5 saylı  şəhər orta məktəbində ibtidai 

təhsil alandan sonra Bakı Statistika 

Texnikumunda təhsilini davam etdir-

mişdir. 1961-1962-ci illərdə  Ağcabədi 

rayonundakı Salmanbəyli kəndində 

mühasib köməkçisi işləmişdir.  Ənvər 

Əhmədin poeziyaya gəlişi XX əsrin 

altmışıncı illərinin  əvvəllərinə  təsadüf 

edir. “Dağ və mən” adlı ilk şeiri 1962-ci 

ildə “Ağcabədi pambıqçısı” qəzetində 

dərc olunmuşdur. 1963-1968-ci illərdə 

Azərbaycan Dövlət Universitetinin 

(indiki BDU) filologiya fakültəsində 

təhsilini davam etdirmişdir. Sonra 1968-

1976-cı illərdə Ağcabədi rayon “Sürət” 

qəzetində ədəbi işçi, müxbir, məktublar 

şöbəsinin müdiri, 1976-1994-cü illərdə 

isə Xankəndi Dövlət Pedaqoji İnstitu-

tunun Azərbaycan dili və  ədəbiyyatı 

kafedrasının müəllimi, sonra dosenti 

işləmişdir.  Ənvər  Əhməd 1982-ci ildə 

dissertasiya müdafiə etmişdir. 1991-

ci ildə Azərbaycan Yazıçılar Birliyi-

nin Qarabağ  fılialının sədri seçilmiş-

dir. 1994-2000-ci illərdə N.Tusi adına 

Azərbaycan Dövlət Pedaqoji Universi-

tetinin  Şuşa fılialının direktoru, 2000-

2002-ci illərdə Azərbaycan Müəllimlər 

İnstitutunun Ağcabədi  filialının direk-

toru olmuşdur. Bədii tərcümə ilə ciddi 

məşğul olur. “Qızıl qələm” mükafatı la-

ureatı, 2000-ci ildə beynəlxalq dərəcəli 

fəlsəfə və filologiya doktoru, professor, 

2001-ci ildən Beynəlxalq Kadrlar Aka-

demiyasının həqiqi üzvüdür.

Ə.Əhməd milli poeziyamızın 

B.Vahabzadə, N.Xəzri, Qabil, H.Arif, 

Ə.Kürçaylı, M.Araz, X.Rza kimi 

görkəmli simalarının davamçısıdır. Mil-

li mənəvi duyğuların, vətənpərvərlik və 

Azərbaycançılıq ideyalarının təbliği, 

tarixi həqiqətlərin bu günün meyarla-

rı ilə qiymətləndirilməsi, vahid, bütöv 

mənəvi Azərbaycan uğrunda mübarizə, 

əsrlərdən bəri vəsf və tərənnüm olunan 

Ana, Vətən, Təbiət, Sevgi mövzuların-

da təzə söz demək hünəri, Nizamidən 

üzü bəri davam edən və poeziyamızın 

başlıca leytmotivini özündə əks etdirən 

humanizm konsepsiyasının davam 

etdirilməsi, insana xas olan ən nəcib, 

ən ülvi duyğuların tərənnümü  Ənvər 

Əhmədin poeziyasında da öz əksini ta-

pır. “Nəslimiz”, “Anamın izləri”, “Sev-

gi yurdu”, “Sevgi cavan qalır”, “Oğullar 

və qartallar”, “Sağlıq olsun”, “Kəfənim 

qandan biçilər”, “M.Ə.Sabirin poeti-

kası”, “Od qanı”, “Qanlı torpaq”, “Bu 

qılınc pas ata bilməz”, “Dünya əlimdən 

sürüşür”, “Salam, ay anası ölmüş oğul-

lar” kitablarının müəllifidir. “İttiham”, 

“Bu yara köz bağlamaz”, “Qara qutu”, 

“Qırğın”, “Qalx ayağa, Üzeyir”, “Gəl, 

dərdləşək” poemalarında Qarabağ 

hüznü, dərd, qınaq, ittiham, kədərin 

böyüklüyündən yaşanan hisslərin tüğya-

nı, hətta acı göz yaşları şairin öz dərdi, 

kədəri kimi ifadə edilmişdir.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   278   279   280   281   282   283   284   285   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin