Başkent Universitetinin rektoru atu-da qonaq oldu


narkotiklərlə zəhərlənmə hallarına rast gəlinir”



Yüklə 9,02 Mb.
Pdf görüntüsü
səhifə4/24
tarix02.01.2022
ölçüsü9,02 Mb.
#2187
1   2   3   4   5   6   7   8   9   ...   24
narkotiklərlə zəhərlənmə hallarına rast gəlinir”


16 iyun 2016-cı il

http://www.amu.edu.az

3

Türkiyənin Başkent Universitetinin rektoru, 

professor Ali Haberal Azərbaycan Tibb 

Universitetinin rektoru, professor Gəray 

Gəraybəyli ilə görüşüb. Görüş zamanı qonağa 

universitetin tarixi, fəaliyyəti, əldə etdiyi 

uğurlar və qarşıya qoyulan hədəflər barədə 

məlumat verilib.

ATU


-nun Azərbaycanda yeganə 

tibb  təhsil  müəssisəsi  ol-

duğunu 

bildirən 

rek-

tor  G.Gəraybəyli  universitet  üçün  prioritet 



istiqamətlərdən  birinin  xarici  tələbələrin  sa-

yının  artırılması  ilə  əlaqədar  olduğunu  de-

yib. Onun sözlərinə görə, hazırda universite-

tin  7000-dən  çox  tələbəsi  var  və  onlar  tam 

beynəlxalq  standartlara  uyğun  təhsil  alır, 

yüksək şəraitli klinikalarda təcrübə keçirlər.

  Professor  G.Gəraybəyli  ATU-nun  beynəlxalq 

mübadilə  proqramlarında  aktiv  iştirak  etdiyini 

vurğulayıb.  Qeyd  olunub  ki,  ATU  rezidentləri 

belə  layihələr  çərçivəsində  dünyanın  bir  çox 

ali  məktəbləri  və  klinikalarında,  o  cümlədən 

Başkent  Universitetində  rotasiya  keçirlər.  Bu, 

Tibb  Universiteti  ilə  Başkent  Universiteti  ara-

sındakı qarşılıqlı əməkdaşlıq sazişi nəticəsində 

mümkün olub. Gələcəkdə bu əlaqələri daha da 

genişləndirmək,  Başkent  Universitetinə  daha 

çox rezident və mütəxəssis göndərməklə bağlı 

planlar mövcuddur.

Başkent  Universitetinin  rektoru,  profes-

sor  Ali  Haberal  da  iki  ali  məktəb  arasında 

əlaqələrin  genişlənməsi,  2006-cı  ildə  bağlan-

mış əməkdaşlıq protokolunun yenilənməsindən 

məmnun  olduğunu  bildirib.  Qeyd  olunub  ki, 

Tibb  Universiteti  və  Başkent  Universiteti  ara-

sındakı qarşılıqlı əməkdaşlıq müqaviləsi akade-

mik heyətdə çalışan əməkdaşların və tələbələrin 

mübadiləsi,  müştərək  konfranslar,  seminarlar 

və müxtəlif tədbirlərin təşkili və digər sahələrdə 

qarşılıqlı fəaliyyətə dair məsələləri özündə əks 

etdirir.


Görüş  zamanı  dünyada  və  Azərbaycanda  or-

qan transplantasiyasının önəmindən söz açılıb. 

Vurğulanıb  ki,  Azərbaycanda  böyrək  köçürmə 

və  qaraciyər  köçürmə  əməliyyatları  ilə  yanaşı, 

sümük  iliyi  transplantasiyası  da  uğurla  aparı-

lır. Bununla yanaşı, ölkəmizdə ilk dəfə süni ürək 

köçürülməsi əməliyyatı da uğurla həyata keçi-

rilib. Ancaq bu sahədə ixtisaslaşan cərrahların 

yetişdirilməsi,  bilik  və  bacarıqlarının  artırma-

sına ehtiyac var. Bu baxımdan, ATU əsasən bu 

sahədə rezidentlərin mübadilə proqramında iş-

tirakına daha çox önəm verir.

Görüşdə  ATU-nun  beynəlxalq  əlaqələr  üzrə 

prorektoru,  dosent  Rəhimə  Qabulova,  Tədris 

Cərrahiyyə  Klinikasının  direktoru,  professor 

Nuru Bayramov iştirak ediblər.




Yüklə 9,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin