Başkent Universitetinin rektoru atu-da qonaq oldu



Yüklə 9,02 Mb.
Pdf görüntüsü
səhifə6/24
tarix02.01.2022
ölçüsü9,02 Mb.
#2187
1   2   3   4   5   6   7   8   9   ...   24
Arif MƏMMƏDLİ

Fotolar Cənnətalı Çingizindir

Milli Qurtuluş Günü qeyd edildi

ATU-nun mətbuat xidməti


http://www.amu.edu.az

16 iyun   2016-cı il

4

  İmtahan  prosesinin  gedişi-



ni  universitetinin  tədris  işləri 

üzrə  prorektor,  professor    Sa-

bir  Əliyev,  Tədris  Cərrahiyyə 

Klinikanın  baş  həkimi  Asiman 

Həsənov,  I  mü alicə-profilaktika 

fakül təsinin  dekanı,  professor 

Abuzər  Qazıyev  və  ATU-nun 

tədris  metodik  və  innovasi-

ya  şöbəsinin  müdiri,  profes-

sor  Akif  Qurbanov    izləyiblər. 

S.Əliyev  tələbələrdən  imtahan 

götürən  müəllimlərlə  görüşüb, 

onlara lazımi  tövsiyələrini verib.                                                                                                                   

Qeyd  edək  ki,  ilk  dəfə  olaraq, 

Azərbaycan Tibb Universitetində 

imtahanlar  yeni  OSKİ  (Obyektiv 

Strukturlaşdırılmış  Klinik  İmta-

hanı) üsulu ilə keçirilir.

Bu  üsul  tələbələrin  bacarıq-

larının  qiymətləndirməsi  üçün 

tətbiq olunur və digər imtahan-

laran fərqlidir.

İyunun  2-i  və  3-də  isə 

stomatologiya  və  pediatri-

ya  fakültələri  üzrə  Dövlət  At-

testasiya  imtahanları  keçirilib.                                                             

İki  mərhələdə  nəzərdə  tutulan 

imtahanların  birinci  mərhələsi 

Dövlət  İmtahan  Komissiyası, 

ikinci  mərhələsi  isə  ATU-nun 

Virtual  Test  Mərkəzində  (VTM) 

test üsulu ilə həyata keçir. 

Hər mərhələ 50 bal hüdudun-

da qiymətləndirilir.

Bacarıq  imtahanlarına  sto-

matologiya  fakültəsindən  7 

qrup  qatılıb  və  imtahan  yüksək 

səviyyədə baş tutub. Tələbələrin 

əksəriyyəti  imtahandan  yüksək 

bal toplayıblar.

Pediatriya  fakültəsinin  so-

nuncu kursunun 140 tələbəsinin 

hamısı imtahanda iştirak edib.

Pediatriya  fakültəsinin  deka-

nı,  dosent  Nəriman  Nağıyevin 

sözlərinə  görə,  imtahan  ob-

yektiv  şəkildə,  müvəffəqiyyətlə 

keçib  və  qeyri  kafi  qiymət  alan 

olmayıb.

İyunun  3-də  isə  müalicə-

profilaktika  fakültəsinin  dövlət 

imtahanları keçirilib. 

 

ATU-nun 


İnnovasiya 

şöbəsinin  müdiri  Akif  Qurba-

novun  verdiyi  məlumata  görə, 

tələbələr  yeni  üslubda  baca-

rıq  imtahanları  veriblər.  Hər 

fənndən  beş  məntəqə,  hər 

məntəqədə  bir  bacarıq  icra 

etmək şərti ilə imtahan keçirilib: 

“İmtahanda  həmçinin  dekanlıq-

ların  rəhbərlikləri  iştirak  edib. 

II  müalicə-profilaktika  fakültəsi 

mama-ginekologiyadan, 

müalicə-profilaktika  fakültəsi 



isə daxili xəstəliklərdən bacarıq 

imtahanı verib”.

ATU-nun  II  müalicə-pro-

filak tika  fakültəsinin  de ka nı 

Taryel  İsmayılov  isə  bildirib  ki, 

imtahanlar  mütəşəkkil  keçiri-

lib.  Onun  sözlərinə  görə,  hər 

bir  fakültədə  İmtahan  Komis-

siyasının  tərkibi  beş  nəfərdən 

ibarətdir:  “Bundan  əlavə,  imta-

han  götürən  müəllimlərimiz  də 

var. Hər bir fənn üzrə imtahanda 

12-15  müəllim  iştirak  edib.  Bir 

fakültədə  bütün  fənlərin  imta-

hanları  dörd  gün  ərzində  başa 

çatacaq. Bundan sonra tələbələr 

müvafiq  fənlərdən  test  üsulu 

ilə  imtahan  verəcək.  Sonda  isə 

bacarıq  imtahanlarından  alınan 

ballarla,  test  üsulu  ilə  yazıl-

mış  nəzəri  biliklər  imtahanının 

nəticələri  toplanacaq  və  yekun 

qiymət  müəyyən  ediləcək. 

Birinci mərhələnin bir hissəsi 

1-4  iyunda  keçirilib.  Digər 

hissəsi  8-11  iyun  arası  baş 

tutacaq.  İkinci  mərhələ  isə 

14-18 iyun arası keçiriləcək”.

İyunun  8-də  əczaçılıq 

fakültəsində 

də 

yekun  


Dövlət Attestasiya  İmtahan-

ları keçirilib.

Obyektiv  və  aşkarlıq 

şəraitində  keçirilən  bura-

xılış  işlərinin  müdafiəsini 

valideynlərin  də  izləməsi 

üçün imkan yaradılıb.

  Fakültənin  dekanı,  pro-

fessor  Tahir  Süleymanov  qeyd 

edib ki, diplom buraxılış işlərinin 

müdafiəsinin  qiymətləndirilməsi 

iki  mərhələdə  aparılır.  Əvvəlcə 

kafedrada 

buraxılış 

işinin 

rəhbəri və rəyçilər tərəfindən il-

kin qiymətləndirmə həyata keçi-

rilir. Burada işlər maksimum 50 

bala qədər qiymətləndirilir. İkin-

ci mərhələdə isə dövlət attesta-

siya komissiyası üzvlərinin qar-

şısında  diplom  işinin  məzmunu 

çatdırılır, onların sualları cavab-

landırılır  və  bunların  əsasında 

qiymətləndirmə  aparılır.  Burada 

da  tələbəyə  maksimum  50  bal 

verilə bilər.

  T.Süleymanovun  sözlərinə 

görə,  mərhələlərin  hər  birində 

qiymətləndirmə 

meyarla-

rı  fərqlidir:  “Birinci  mərhələdə 

diplom işinin tərtibatı, tələbənin 

mövzunu  mənimsəməsi,  il-

lüstrativ  materiallar  və  s.  kimi 

məsələlərə  üstünlük  verilirsə, 

ikinci  mərhələdə  attestasi-

ya  komissiyasının  üzvlərinin 

qarşısında 

yerinə 


yetirilən 

təcrübələr  qiymətləndirilir.  Bu 

zaman tələbənin işi nə dərəcədə 

mənimsədiyinə,  sualları  han-

sı  səviyyədə  cavablandırmasına 

diqqət yetirilir”.

Dekan həmçinin onu da qeyd 

edib  ki,  imtahan  zamanı  tələbə 

işin  məzmununu  7-8  dəqiqəlik 

çıxışı zamanı hərtərəfli izah edə 

bilməlidir:  “Fakültədə  buraxılış 

işləri 5 ixtisas üzrə yerinə yetiri-

lir. Bunlar əczaçılıq işinin təşkili, 

əczaçılıq  texnologiyası,  farma-

koqnoziya, əczaçılıq kimyası və 

toksikoloji kimya fənləridir. Ye-

kun  dövlət  attestasiya  komis-

siyasının  tərkibinə  göstərilən 

ixtisasların hər biri üzrə yüksək 

səviyyəli  mütəxəssislər  daxil 

edilib”.

 Qeyd edək ki, bu il ATU-nun 

əczaçılıq  fakültəsini  91  nəfər 

tələbə bitirməlidir. Onlardan 13-

nün  akademik  borcu  olduğun-

dan, yekun dövlət attestasiyası-

na buraxılmayacaqlar. Rektorun 

əmrinə əsasən, hazırda 78 nəfər 

buraxılış  işlərinin  müdafiəsində 

iştirak  edir.  Buraxılış  işlərinin 

müdafiəsinin  hər  gün  10  nəfər 

olmaqla, 8 gün ərzində aparıla-

cağı planlaşdırılır.

Terapevtik 

stomatologiya 

üzrə  imtahanlar  da  ATU-nun 

Stomatoloji  Klinikasının  Tədris 

Mərkəzində  təşkil  olunub.  Bu-

rada  tələbələrə  öz  bacarıqlarını 

nümayiş etdirmək üçün stoma-

toloji qurğular, xəstələr, mulyaj-

lar,  müxtəlif  alətlər,  cihazlar  və 

plomb  materialları,  o  cümlədən 

rentgen  şəkilləri,  dərmanlar  və 

s. vasitələr təqdim olunub.

İmtahanların 

gedişinə 

müşahidə  kameraları  və  im-

tahanlara  nəzarət  qrupunun 

əməkdaşları  tərəfindən  nəzarət 

olunub.

Qeyd  edək  ki,  imtahanlar 

başlayandan  prosesin  gedişi 

universitetin  rektoru,  profes-

sor  Gəray  Gəraybəylinin  diqqət 

mərkəzindədir.  Rektor  vaxtaşırı 

Dövlət  İmtahan  Komissiyasının 

üzvləri,  nəzarətçilər,  tələbələr 

ilə  görüşüb,  imtahanların  gedi-

şi ilə maraqlanaraq onların fikir 

və  təkliflərini  dinləyib,  bununla 

bağlı  müəllimlərə  lazımi  tapşı-

rıqlarını veribdir. Gəray müəllim 

həmçinin  imtahanları  uğurla 

verən  tələbələri  təbrik  edərək 

onlara  gələcək  karyeralarında 

uğurlar arzulayıb. 


Yüklə 9,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin