Qabil ABDULLAYEV
Ş.Bayramov:
“OSKİ sisteminin tətbiqi
zamanı heç bir problem qeydə
alınmadı”
A
yda bir dəfə olmaqla müxtəlif
klinikaların neonatoloqları ATU-nun
Tədris Cərrahiyyə Klinikasında bir ara-
ya gələrək təcrübə və bilik mübadiləsi, müəyyən
sahələrdə qaranlıq qalan mövzular üzərində
müzakirələr aparırlar.
Seminar respublikanın baş neonatoloqu
Rüstəm Hüseynovun, ATU-nun Tədris
Cərrahiyyə Klinikasının neonatologiya
kafedrasının müdiri, professor Səfixan Həsənov
və uzman Erkin Rəhimovun təşəbbüsü ilə
keçirilib.
Seminarda Neonatologiya kafedrasının
assistenti, t.ü.f.d. Sevinc Muxtarova “Su-
elektrolit balans və disbalans” haqqında ətraflı
çıxış edərək, 3 xəstə üzərində aparılan müayinə
müzakirə olundu. Klinikanın rezidenti Nərgiz
Süleymanzadə “Kasabach–Merritt sindrom” lu
(KMS) körpə ilə bağlı, Baku Medikal Plazadan
həkim Nərgiz Məmmədova və həkim oftal-
moloq Rüxsarə Qurbanova “Erkən doğulan
uşaqlarda ROP”, Caspian International Hos-
pitaldan Aynur Bağırova isə “Fenilketonuria”-lı
körpə və “Ağcaqayın şirəsi xəstəliyi” barədə geniş
məruzə ilə çıxış ediblər.
Seminar iştirakçıları mövzulara dair maraqlı
disskusiya da aparıblar.
Həkim-
neonatoloqların
növbəti
seminarı
Görüş zamanı tibb elmləri doktoru, pro-
fessor Davud Pənahov qonaqlara klinikanın
fəaliyyəti haqqında ətraflı məlumat verib. O,
klinikada tələbələrin yüksək səviyyəli təhsil və
təcrübə əldə etməsi üçün hər cür imkan yara-
dıldığını bildirib.
Qonaqlar klinikanın müxtəlif şöbələri, o
cümlədən Tədris Treyninq Mərkəzindəki si-
mulyasiya otaqları ilə tanış olublar. Mərkəzin
şöbə müdiri, tibb elmlər namizədi, dosent
Qorxmaz Əhmədov qeyd edib ki, simulya-
siya otaqları tələbə, həkim-rezidentlər üçün
nəzərdə tutulub və dünya standartlarına uy-
ğun ən müasir avadanlıqla təchiz olunublar:
“Burada tələbələr və rezidentlərin biliklərini
artırması üçün bacarıq laboratoriyaları
fəaliyyət göstərir. MDB ölkələrində analoqu
olmayan bacarıq laboratoriyalarında anato-
mik, funksional və mulyaj simulyatlar quraşdı-
rılıb ki, bu da dünya standartları səviyyəsində
gənc mütəxəssis hazırlığını təşkil etməyə im-
kan verir”.
Qeyd olunub ki, mərkəzdə ABŞ, İsrail və
digər ölkələrin istehsalı olan robot-simulya-
torlar, anatomik, laparoskopik və endoskopik
virtual simulyatorlar, çoxsaylı pediatrik, gine-
koloji, cərrahi, uroloji, BBQ (LOR), oftalmoloji,
reanimatoloji və s. simulyatorlar və mulyajlar
yerləşdirilib.
Qonaqlar ATU-nun Tədris Cərrahiyyə Klini-
kasında yaradılmış şəraitdən məmnunluqlarını
bildiriblər.
Dostları ilə paylaş: |