Başkent
Universitetinin
rektoru ATU-da
qonaq oldu
u
İyunun 14-də
Azərbaycan Tibb
Universitetində Milli
Qurtuluş Gününə həsr
olunmuş tədbir keçirildi.
Azərbaycan Tibb Universiteti və
Nəsimi Rayon İcra Hakimiyyətinin
birgə təşkilatçılığı ilə baş tutan
tədbiri giriş sözü ilə açan ATU-
nun rektoru, professor Gəray
Gəraybəyli toplantı iştirakçılarını
bayram münasibəti ilə təbrik etdi.
Bundan sonra Azərbaycan Dövlət
Himni səsləndirildi.
15 iyunun böyük ictimai-siyasi və
tarixi əhəmiyyətə malik bir gün oldu-
ğunu bildirən rektor ümummilli lideri-
miz Heydər Əliyevin xalqımızın təkidli
tələbi ilə yenidən siyasi hakimiyyətə
qayıtmasını Azərbaycanın çoxəsrlik
tarixində taleyüklü, möhtəşəm siyasi
hadisə kimi dəyərləndirdi: “Müstəqil
Azərbaycanımızın çox parlaq, se-
vindirici səhifələri ilə yanaşı, müasir
həyatımızda çətin, təhlükəli məqamlar
da yaşamışıq. 1993-cü ilin iyun ayını
Azərbaycanın müstəqilliyi, dövlətçiliyi
tarixində ən ağır aylardan biri hesab
etmək olar. Çünki o zaman iqtidarın
iflic vəziyyətdə olması, hərbi qruplaş-
malar, xarici ölkələrdən maliyyələşən
radikal
qurumların
fəallaşması
nəticəsində ölkəmiz artıq parçalamaq
təhlükəsi ilə üzləşmişdı, çətinliklə
qazandığımız müstəqilliyimiz böyük
risk altında idi. Hər gün bir-birindən
həyəcanlı xəbərlər gəlirdi. Şimal-
da, cənubda separatçılıq meyllərinin
güclənməsi, super güclərin təsiri və
bütün bölgələrdə cinayətkar qrup-
ların meydana çıxması vətəndaş
müharibəsinə gətirib çıxarır, qardaş
qırğınına yol açırdı. İqtidarda olan
qüvvələrin ölkədəki vəziyyətə nəzarəti
itirdiyi bir zamanda bütün ziyalıların,
bütövlükdə xalqımızın baxışları milli
liderimiz Heydər Əliyevə yönəlmişdi”.
Ulu Öndərin xalqın təkidi ilə Bakıya
dönüşü, böyük siyasətə qayıdışı gü-
nünü - 15 iyunu Azərbaycanımızın,
xalqımızın xilas günü adlandıran
rektor qeyd etdi ki, bu zalda əyləşən
gənclərimiz bizdən fərqli olaraq o ta-
rixi özləri yaşamayıblar, kitablardan
oxuyublar. Bizim nəsil isə o günləri
gözü ilə görüb: “Bakının üstündə uçan
hərbi vertolyotları, günorta vaxtların-
da eşidilən atəş səslərini yaxşı xatır-
layırıq. Bəlkə də az adam inanardı ki,
bir neçə ildən sonra Ulu Öndərimizin
rəhbərliyi altında o qədər də böyük
olmayan ölkəmiz belə böyük uğur-
lara imza atacaq. Mən deyərdim ki,
həqiqətən də, Azərbaycan Heydər
Əliyevin simasında böyük bir xilaska-
rını tapdı”.
Heydər Əliyevin dünyada bar-
maqla sayılan siyasətçilərdən oldu-
ğunu xatırladan rektor bildirdi ki,
məhz onun ikinci dəfə hakimiyyətə
gəlişi Azərbaycanın bütün sahələr
üzrə inkişafına gətirib çıxarmışdır:
“Sizin hamınızın yadındadır ki, Ulu
Öndər inkişaf etmiş ölkələrin başçı-
ları ilə müqavilələr bağlayırdı. Bütün
səfərlərində Dağlıq Qarabağ prob-
lemini qaldırır, dünyaya həqiqəti
çatdırırdı. Çünki dövlətlərin çoxu
Azərbaycanda olan real vəziyyətdən
bixəbər idilər. Bu danışıqlar, bu in-
kişaf, nəhayət, əsrin müqaviləsinin
imzalanması ilə nəticələndi. Heydər
Əliyev tərəfindən aparılan uzaqgörən
siyasət nəticəsində Azərbaycan öz
parlaq inkişaf yoluna qədəm qoydu”.
Rektor qeyd etdi ki, Heydər Əliyev
irsi bu gün də öyrənilir. Bu, bir
xoşbəxtlikdir ki, ümummilli lideri-
mizin yolunu möhtərəm preziden-
timiz İlham Əliyev cənabları uğurla
davam etdirir: “Azərbaycan dünya-
nın ən nüfuzlu xəbər agentliklərinin
diqqət mərkəzindədir. Elə bir iqtisadi,
siyasi, idman və sosial tədbir yox-
dur ki, Azərbaycan orada qabaqcıl
səviyyədə təmsil olunmasın. Ölkəmiz
“Formula 1” yarışlarının keçirildiyi
məkana çevrilməklə yenidən dünya-
nın gündəmindədir. Bütün bunlar 15
iyundan başlayan inkişafın uğurlu da-
vamıdır. 15 iyun Azərbaycan tarixində
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq
missiyasının başlandığı gündür”.
Daha sonra Nəsimi Rayon İcra
Hakimiyyətinin başçısı Asif Əsgərov
çıxış edərək bildirdi ki, həyata keçirilən
uğurlu daxili və xarici siyasət, xal-
qın milli-mənəvi dəyərlərindən çıxış
etməklə görülən işlər Heydər Əliyevi
xalqımızın milli liderinə çevirməklə
bərabər, Azərbaycanı da dünyanın
qabaqcıl dövlətləri sırasına yüksəltdi.
A.Əsgərov
həmçinin
müa-
sir dövrümüzdə Ulu Öndər Heydər
Əliyevin siyasi kursunun Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən
uğurla həyata keçirildiyini söylədi: “Bu
gün Azərbaycan dünya ölkələri ilə hu-
manitar sahədə əməkdaşlığını yüksək
şəkildə davam etdirir. Dünyada tole-
rantlıq və multikulturalizm dəyərləri
ilə tanınan Azərbaycan bu gün həm
də idman ölkəsidir”.
Azərbaycan Respublikası Auditor-
lar Palatasının sədri Vahid Novruzov
tədbir təşkilatçılarına təşəkkürünü
çatdıraraq hər kəsin bayramını təbrik
etdi: “Çox sevindirici haldır ki, mən bu
gün belə bir möhtəşəm tədbirdə çı-
xış edirəm. Ulu Öndər Azərbaycanda
iki dəfə hakimiyyətə gəlib. Heydər
Əliyev ikinci dəfə hakimiyyətə gələndə
ölkəmizdə çox ağır iqtisadi şərait
hökm sürürdü. Onun hakimiyyətə qa-
yıdışından sonra ölkəmiz hər sahədə
sürətlə inkişaf etməyə başladı.”
Daha sonra ATU-nun I daxili
xəstəliklər və reanimatologiya kafed-
rasının müdiri, professor İsfəndiyar
İsmayılov çıxış edərək, 15 iyun Milli
Qurtuluş Gününü həm dövlətimizin,
həm də xalqımızın xilas tarixi
kimi səciyyələndirdi. Həmin günü
ölkəmizin yeni inkişaf mərhələsinin
başlanğıcı və istinad nöqtəsi adlan-
dıraraq bildirdi ki, daxili çəkişmələr,
vəzifə uğrunda mübarizə, dövlətə və
hökumətə inamsızlıq, son nəticədə
itaətsizlik
vətəndaş
müharibəsi
təhlükəsi yaratmışdı: “Vətənimizi xi-
las etmək üçün reanimatoloqların dili
ilə desək, “təməl həyat dəstəyi” tələb
olunurdu. Yəni Azərbaycanın varlığı-
nı xilas etmək lazım idi. Belə dəstək
Heydər Əliyevdən gəldi”.
Əsası Ulu Öndər Heydər Əliyev
tərəfindən qoyulan inkişaf strategiya-
sının hazırda möhtərəm prezidenti-
miz İlham Əliyev cənabları tərəfindən
uğurla həyata keçirildiyini söyləyən
professor Azərbaycanda inkişafın
yüksələn xətt üzrə, əmin-amanlıq və
sabitlik şəraitində getdiyini vurğuladı.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin
yorulmaz fəaliyyəti, yeritdiyi müd-
rik daxili və xarici siyasət nəticəsində
müstəqilliyimizin dönməz xarakter
aldığı, dövlət quruculuğu, milli or-
dunun formalaşdırıldığı, beynəlxalq
aləmdə Azərbaycanın demokra-
tik imicinin artması sahəsində bö-
yük işlər görüldüyü vurğulandı.
Həmçinin Ulu Öndərin ideyalarının
və siyasi xəttinin bu gün Prezident
İlham Əliyev tərəfindən uğurla da-
vam etdirilməsindən və müstəqil
Azərbaycan dövlətinin sürətli inkişa-
fından söhbət açıldı.
Tədbir iştirakçılarına Ulu Öndərin
həyat və fəaliyyətini əks etdirən
video-çarx da nümayiş olundu.
Dostları ilə paylaş: |