Construction line – Şüaların çəkilməsi üçündür.
Polyline – 2 funksiyası vardır: düz xətt və qövsün çəkilməsi.
Susmaya görə,ilkin olaraq düz xətt çəkilir. Xətdən qövsə keçmək üçün klaviaturadan qövsün başlanğıc hərfi olan A (arc) hərfi daxil edilir.Xəttə qayıtmaq üçün klaviaturadan L hərfi daxil edilir.
Polygon – bərabərtərəfli üçbucağın çəkilməsi üçün istifadə olunur.
Bu komanda bərabərtərəfli üçbucağın çəkilməsi üçün nəzərdə tutulmuşdur. Bucaq və tərəflərin sayı 4-dən 1024-ə qədər götürülə bilər.Komanda belə işləyir:
Komandaya daxil oluruq. Əmrlər sətrindən çoxbucaqlının bucaqlarının sayı daxil olunur. Çoxbucaqlının çəkilməsi 2 üsulla icra olunur:
Çəkiləcək çoxbucaqlının baza nöqtəsini ixtiyari seçirik.Bunun üçün bucaqların sayı seçildikdən sonra,klaviaturadan E hərfi daxil olunur.
Digər üsul isə belədir: Bucaqların sayını daxil etdikdən sonra ekranda siçanın sol düyməsini vururuq. Açılan pəncərədən çoxbucaqlının çevrənin daxilinə və ya xaricinə çəkilməsini qeyd edirik.
Rectangles – düzbucaqlının çəkilməsi.
Komanda belə işləyir:
Komandaya daxil oluruq,ekranın hər hansı bir hissəsində sol düyməni vururuq,diaqonal üzrə istiqamət verib,təkrar sol düyməni vurmaqla düzbucaqlını çəkirik.
|