Revision Cloud – bulud formalı obyektlərin çəkilməsi üçün istifadə olunur.
Sp Line - əyri xətlərin çəkilməsi üçündür.
Bu komandadan qrafiklərin çəkilməsi üçün istifadə olunur. Məsələn,sinusoidal,kosinusodial.
Komandaya daxil oluruq.Sol düyməni vurub,başlanğıc nöqtəni qeyd edirik,istiqamət verərək xətləri qeyd edirik.
Ellipse – ellipsin çəkilməsi üçün nəzərdə tutulmuşdur.
Komanda belə işləyir:
Komandaya daxil oluruq,ekranın hər hansı bir hissəsində sol düyməni vuraraq,ellipsin mərkəzi nöqtəsini qeyd edirik,müəyyən istiqamətə çəkib,sol düyməni vuraraq ellipsin kiçik oxunu seçirik.
İstiqaməti dəyişib müəyyən məsafə verdikdən sonra,sol düyməni vurub,böyük oxu qeyd edərək, əməliyyatı sona çatdırırıq.
Ellipsin vəziyyəti böyük və kiçik yarımoxlardan asılıdır.
Ellipse arc – Ellips qövsü
Bu qövsü çəkmək üçün Ellips çəkdiyimiz əməliyyat bütövlükdə icra olunur. Sonra bir dəfə sol düymə vurularaq ellips qövsünün başlanğıc nöqtəsi qeyd olunur.İstiqamət verdikdən sonra,təkrar sol düyməni vurduqda qövsün son nöqtəsini qeyd etmiş oluruq.
Make block – bloka almaq.
Bloka alınacaq element çəkilir, name qarşısında bloka ad veririk. Select object düyməsini vurub,ekrana qayıdırıq. Obyekti sol düymə ilə qeyd edirik. Sağ düyməni vurub,komandaya qayıdırıq. OK düyməsini vurub,əmliyyatı sona çatdırırıq.
İnsert block – bu komanda bloka alınmış elementləri blokdan çıxarmaq üçün nəzərdə tutulmuşdur. Komandaya daxil olduqdan sonra name qarşısında tələb olunan bloku qeyd edirik. Ekrana qayıdaraq,hər hansı bir yerdə sol düyməni vuraraq,blokdan çıxarılan elementi tələb olunan yerə yerləşdiririk.
|