Modify paneli
Bu panel çəkilmiş elementlər üzərində redaktə əməliyyatı aparmaq üçün nəzərdə tutulmuşdur.
Copy – Bu komanda çəkilmiş elementlərin surətini çıxarmaq üçün istifadə olunur. Komanda belə işləyir:
Komandaya daxil oluruq.Obyekti sol düymə ilə qeyd edirik.Kənarda sağ düyməni vururuq.Obyektin hər hansı bir nöqtəsində sol düyməni sıxıb saxlayaraq,obyektin surətini çıxarırıq.
Mirror – Güzgü çevirməsi. Bu komanda çəkilmiş obyektlərin güzgü çevirməsini almaq üçün istifadə olunur.Komanda belə işləyir:
Obyekt çəkilir,soldan sağa qeyd olunur. (fırlanma oxu qeyd olunmur) Sol düymə ilə birinci təpə nöqtəsi qeyd olunur, ikinci təpə nöqtəsi qeyd olunur.Sonra sağ düyməni vururuq.Bu zaman fırlanacaq obyekt götünməz olur. ENTER düyməsini vurduqda əməliyyat sona çatmış hesab olunur.
Offset – Bu komanda Copy komandası ilə oxşardır.Komandanın fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki,obyekt çəkildikdən sonra,daxil olunmuş məsafə qədər obyekti öz ətrafında böyütmək üçün nəzərdə tutulmuşdur. Komanda belə işləyir:
Komandaya daxil oluruq.Əmrlər sətrində məsafəni daxil edirik.Obyektin üzərində sol düyməni vurduqdan sonra obyektin daxilində və ya xairicində sol düyməni vurub,əməliyyatı sona çatdırırıq.
Array – Massiv. Bu komanda çəkilmiş obyekti öz ətrafında çoxaltmaq üçün nəzərdə tutulmuşdur. Komandanın 2 əsas funksiyası vardır:
Düzbucaqlı obyektlərin çoxaldılması
Çevrələrin çoxaldılması
Funksiyanın hansının işləməsi verilən tapşırıqdan asılıdır.
1-ci funksiya – Rectangular Array. Düzbucaqlı obyektlər üçündür.
2-ci funksiya – Polar Array. Çevrə obyektləri üçündür.
Çevrə şəkilli obyektləri çəkmək üçün komandaya daxil oluruq.Obyekti sol düymə ilə qeyd edib,kənarda sağ düyməni vururuq.Əmrlər sətrində çevrənin sayını daxil edirik.ENTER düyməsini vurub,əməliyyatı sonlandırırıq.
Move – Bu komanda obyektlərin yerini dəyişdirmək (sürüçdürmək) üçün nəzərdə tutulmuşdur. Komandaya daxil oluruq.Obyekti qeyd edirik,kənarda sağ düyməni vururuq. Obyektin hər hansı bir nöqtəsindən sol düymə ilə tutub saxlayaraq yerini dəyişdiririk.
Rotate – Fırlatma. Bu komanda obyektləri tələb olunan bucaq qədər fırlatmaq üçün istifadə olunur. Komandaya daxil oluruq. Obyekti qeyd edib,sağ düyməni vururuq və interaktiv şəkildə döndəririk.
Əgər konkret bucaq altında dönmə tələb olunarsa,obyekt qeyd edildikdən sonra,hər hansı bir yerdə sol düymə vurularaq,baza nöqtəsi seçilir.Sağ düymə vurulur, klaviaturadan bucaq daxil olunur.
Scale – Bu komanda çertyojların miqyasını dəyişdirmək üçün istifadə olunur.Komandaya daxil oluruq. Obyekti sol düymə ilə qeyd edirik,kənarda sağ düyməni vururuq. Ekranın hər hansı bir yerində baza nöqtəsini qeyd edib,miqyasın rəqəmini daxil edirik.
Qeyd: Birdən yuxarı rəqəm daxil edildikdə,obyektin miqyası böyüyür. Birdən aşağı rəqəm daxil edildikdə isə miqyas kiçilir.
Trim – Bu komanda birləşmələrdən alınan artıq xətləri kəsib götürmə üçün istifadə olunur. Obyektlər çəkilir. Komandaya daxil oluruq,hər bir kəsiləcək xəttin üzərində sol düyməni vururuq.
Extent - bu komanda çatışmayan xətləri bir-birinə tamamlamaq üçün istifadə olunur. Komandaya daxil oluruq və kənarda sağ düyməni vururuq.Hər bir xəttin üzərində sol düyməni vuraraq birləşməni təyin edirik.
|