ARC – Qövslərin çəkilməsi üçün nəzərdə tutulmuşdur.
Qövsləri çəkmk üçün 11 üsuldan istifadə olunur. Komanda belə işləyir:
Komandaya daxil oluruq,sol düyməni vurub,qövsün başlanğıc nöqtəsini
qeyd edirik.Müəyyən istiqamət verib,qövsün mərkəzini qeyd edirik.
Növbəti istiqaməti seçib,sol düyməni vurmaqla,əməliyyatı sona
çatdırırıq.
Circle – çevrənin çəkilməsi üçündür. Çevrənin çəkilməsi üçün 6 üsul vardır. Komanda belə işləyir:
Komandaya daxil oluruq.Ekranın hər hansı bir yerində sol düyməni vurub,çevrənin mərkəzini qeyd edirik. Müəyyən istiqamət çəkib radius və ya diametri qeyd edərək,çevrəni çəkirik.
|