Bayramov Rəşid Mahir oğlu «Dövlətin sosial siyasətinin maliyyə təminatında büdcənin rolu»



Yüklə 121,59 Kb.
səhifə4/21
tarix03.01.2023
ölçüsü121,59 Kb.
#78359
1   2   3   4   5   6   7   8   9   ...   21
bayramov rashid

Tədqiqatın predmeti və obyekti: Müasir dövrdə dövlətin həyata keçirtdiyi sosial siyasət və onun maliyyə təminatının gücləndirilməsi sahəsində gördüyü tədbirlər sistemi dissertasiya işinin predmetidir.
Dövlətin sosial funksiyasının fəaliyyət sferasına daxil olan təhsil, səhiyyə, sosial müdafiə, sosial təminat və digər ictimai-mədəni müəssisələr və təşkilatlar və onların saxlanması üzrə büdcə xərcləri sistemi tədqiqatın obyektini təşkil edir.
Tədqiqatın elmi yeniliyi: Azərbaycanda sosial-iqtisadi inkişafın sürətlə davam etdiyi bir şəraitdə dövlətin sosial siyasətinin tərkib hissəsini təşkil edən ayrı-ayrı sahələrin maliyyələşdirilməsi məsələlərinin sistemli şəkildə araşdırılması əsasında sosial siyasətin maliyyə təminatının mövcud vəziyyətinin öyrənilməsi və sosial məqsədlərə dövlət büdcəsindən ayrılan vəsaitin səmərəli istifadə edilməsi yollarının müəyyən edilməsi tədqiqatın elmi yeniliyi kimi qiymətləndirilə bilər.
Tədqiqatın təcrübi əhəmiyyəti ondan ibarətdir ki, dissertasiyada irəli sürülən təkliflər və tövsiyyələr dövlətin sosial siyasətinin həyata keçirilməsi istiqamətində büdcədən ayrılan vəsaitin məqsədəuyğun və səmərəli istifadə edilməsinə əhəmiyyətli təsir göstərə bilər, təhsilin, səhiyyənin, sosial müdafiə, sosial təminatın və digər sosial-mədəni sahələrin xərc smetalarının tərtibi zamanı nəzərə alına bilər ki, bu da maddi-maliyyə normalarının daha real müəyyən edilməsinə müsbət təsir göstərər.
Dissertasiya işinin strukturu. Magistr dissertasiyası giriş, üç fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir və 103 səhifə həcmində başa çatdırılmışdır.
İşin I fəsli «Yeni şəraitdə dövlətin sosial siyasətinin əsas inkişaf istiqamətləri» adlandırılmış, sosial siyasətin tərkibi və əsas istiqamətləri, onun iqtisadi və hüquqi əsasları tətdiq olunmuş və sosial siyasətin inkişafına dövlətin qayğısının artması göstərilmişdir.
II fəsildə «Dövlətin sosial siyasətinin maliyyə təminatı mənbələri və dövlət büdcəsinin rolu» tədqiq olunmuş, təhsilin, səhiyyənin inkişafında büdcənin rolu göstərilmiş, sosial müdafiə və sosial təminatın maliyyələşməsi məsələləri əks olunmuşdur.
III fəsil «Dövlətin sosial siyasətinin maliyyə təminatı sistemainin təkmilləşdirilməsi və büdcənin rolunun artması» məsələləri tədqiq olunmuş, təhsilin, digər sosial mədəni tədbirlərin maliyyələşdirilməsində büdcənin rolunun artması istiqamətləri göstərilmişdir.
İşin sonunda tədqiqatın nəticəsi və ədəbiyyat siyahısı göstərilir.



Yüklə 121,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin