Baytarliq



Yüklə 2,2 Mb.
Pdf görüntüsü
səhifə1/12
tarix01.01.2017
ölçüsü2,2 Mb.
#4015
  1   2   3   4   5   6   7   8   9   ...   12

 

 

 

 

 

Baytarlıq elə sahədir ki, burada 

işləyənlər həmişə ayıq və sayıq 

olmalıdırlar. 

 

H.Əliyev 

 

 



 

BAYTARLIQ   

Elmi-praktik jurnal 

   

2

 



BAYTARLIQ 

 

Azərbaycan Baytar Həkimləri Assosiasiyası İctimai Birliyinin elmi-praktik jurnalı. 

Assosiasiyanın İdarə heyətinin sədri, biologiya elmləri doktoru Fuad Qulubəyov 

 

Redaksiya heyəti: 

Surxay Tagızadə 

Baytarlıq elimləri namizədi. 

Respublikanın əməkdar kənd təsərrüfatı işçisi 

Ramiz Səfərov 

Biologiya elmləri doktoru, professor 



Məmməd Salmanov 

AMEA-nın akademiki, professor 



Aleksandr Panin 

RKTEA-nın akademiki, professor 



İlham Əzimov 

baytarlıq elmləri doktoru, professor 



Emma Ağayeva 

baytarlıq elmləri doktoru, professor 



Fuad Qulubəyov 

Biologiya elmləri doktoru 



Cəmil Əsgərov 

Baytarlıq elmləri namizədi 



Qalib Əbdüləliyev 

Baytarlıq elmləri namizədi 

 

 

Baytarlıq elmi-proktik jurnalı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 

27 iyul 2007-ci il tarixli 32T nömrəli əmri ilə təsdiq edilmişdir. 

 

 

 

 

Bank rekvizitləri: 

A1Ödəyən bank 

Adı: Bank Respublika 

A2.Ödəyən müştəri  

Nərimanov filialı  

Adı / Name: Azərb Baytar Həkimlər Assosiasiyası İctimai Birliyi   

Kod: 508182 

 

VOEN / TIN: 1500196051 



VÖİN: 9900001901 

IBAN:Z70BRES00380394400107739001 

M/ h:AZ80NABZ01350100000000014944 

SWIFT: BRESAZ22        



Ünvan:    

Bakı,  AZ 1009, Balababa Məcidov, 4 

Tel/faks: (+ 994 12) 59656 03 

Azərbaycan Respublikası Ədliyyə  Nazirliyyi 

Mətbu nəşrlərin reystrinə daxil edilmə 

nömrəsi və tarixi: 

№ 3334, 04.02.2011-ci il  

AAK-nın 06.07.2012-ci il tarixli,protokol 

№ 10-R qərarı ilə qeydiyyata alınıb. 

 

 



Elmi-praktik jurnal 

  

BAYTARLIQ



 

3

 



 

MÜNDƏRİCAT: 

 

Kənd təsərrüfatı təhsilinin unudulmaz siması. Məmmədov Salman  .......................................... 4 

Davarların aqalaktiya xəstəliyinin müalicəsində dibiomisin və ditetrasiklin preparatlarının 

effektliyinin yoxlanılmasına. Muradov R.H. ............................................................................... 7 

Çiçək xəstəliyi və onunla mübarizə. Əsgərov C.Ə.  ..................................................................... 12  

Ördəklərdə asperigillyoz. Qardaşeva S.D. ................................................................................... 17 

К вопросу контаминации грубых кормов патогенной микобиотой. Сафи Н.В., Ази-

мов М.  ......................................................................................................................................... 20 

Изучение спорицидных свойств препарата «гудронол» в сочетании сульфонолом, 

лизолом и трикрезолом. Юсифов Г. ......................................................................................... 27 

Усовершенствование методов диагностики скрытого мастита и меры борьбы с ни-

ми. Мамедли А.Т. ....................................................................................................................... 31 

Arıların varroatozuna qarşı mübarizə tədbirlərinin təkmilləşdirilməsi. Sultanlı Q.İ. .................. 35 

Lənkəran və astara rayonları ərazisində olan fərdi quşçuluq təsərrüfatlarının başlıca 

helmintozları. Bayramov S.Y. ...................................................................................................... 39 

Naçıvan muxtar pespublikasında gövşəyən heyvanların tizaniezioz və avitellinozun epi-

zootolojı xüsusiyyətləri (avitellinacentripunetata ve thysaniezia giardi). Fərhadov Q.T.  .......... 43 

Xırda buynuzlu heyvanların qarışıq invaziyalarında ”inrmectinin” sınağı. Əkbərova 

R.N., Mehrəlıyeva Ü.M. .............................................................................................................. 47 

Azərbaycanın müxtəlif bölgələrində qan-parazitar xəstəliklərin yayılmasında iksodid 

gənələrinin (ixodidae) rolu. Məmmədova R.Ə.  .......................................................................... 52 

Действие гипохлорида натрия на яйца трихоцефалюсов. Мамедова М.М.  ........................ 58 

Fermer quşçuluq təsərrüfatlarında qarışıq invaziyaların fəsillər üzrə yoluxma dinamikası 

Məmmədova S.Ə. ........................................................................................................................ 64 

Qızılbalıq artırma zavodlarında miksozomoz xəstəliyinin yayılması və ona qarşı mübarizə 

tədbirləri. Süleymanova A.V. ....................................................................................................... 68 

Yemlənmə tipinin camışların kəllə sümüklərinə təsiri. Pürhani T.A. ......................................... 73  

Azərbaycanın Müxtəlif coğrafi zonalarında iri və xırda buynuzlu heyvanlarda hel-

mintozların epizootologiyasının bioekoloji xüsusiyyətləri. Əzizova A.A., Bayramov S.Y. ....... 76 

Quşçuluq təsərrüfatlarından ayrılmış xəstəlik törədicilərini dərman preparatlarına 

həssaslığı. Mikayılov M.S. ........................................................................................................... 81 

Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu ............................................................ 84 

 

 

 



BAYTARLIQ   

Elmi-praktik jurnal 

   

4

 



 

Mamay Qulubəyovun 110 illiyinə 

 

KƏND TƏSƏRRÜFATI TƏHSİLİNİN UNUDULMAZ SİMASI YAXUD 

QAYĞIKEŞ MÜƏLLİM VƏ İNSAN! 

 

Məmməd Salmanov 

Azərbaycan  MEA-nın Mikrobiologiya İnstitutunun direktoru,   

AMEA-nın  həqiqi üzvü 

 

Zaman keçir‚ biz ya-



şa doluruq‚ lakin həya-

tımızın ən maraqlı dövrü 

olan tələbəlik illərində 

bizləri maarifləndirmiş‚ 

saf  əməlləri ilə  hər biri-

mizə örnək olmuş insan-

lar bu gün də qəlbimizdə 

yaşayır və daim bizim-

lədirlər. 

Sözümüz belə unu-

dulmaz insanlardan biri - 

uzun illər Azərbaycanı-

mız üçün kənd təsərrü-

fatı kadrlarının hazırlan-

masında fəal iştirak edən Qulubəyov Ma-

may Rəhim oğlu haqqındadır. 

“Mollavələdli kəndi və mollavələdlilər” 

kitabından tarixi yaddaşa qısa bir nəzər. 

Molla Vələd. Tarixin qaranlığına çəkil-

miş ülama bir kişi. Doğum‚ yaşam tarixini 

çözələdik. Əlimizə bir bəlgə keçmədi. Am-

ma adını verdiyi şenliyi ayaqdan başa‚ tor-

paqdan daşa ələyib-əvsəyib ortaliğa maraqlı 

bir çalışma gətirdik. 

Bəllidir ki‚ kəndlər‚ obalar‚ şenliklər 

dövlətin dayağı‚ yem qaynağı‚ “çörək ağa-

cı” idilər. Belə dayaqlardan biri də Molla-

vələdli kəndi sayılırdı. Xanlıq dönəmində 

Qarabağın‚ rus üsul-idarəsi dönəmində Ye-

lizavetpol quberniyasının taxıl-tərnə‚ mey-

və‚  ət-yun ehtiyacının çox faizini yerinə 

yetirirdi. Kəndin torpaqlarının münbitliyi 

bağçılıq‚ bostançılıq üçün 

əlverişli idi. Yaylağının, 

yataqların bolluğu isə hey-

vandarlığın intensiv inkişa-

fına səbəb olmuşdu. 

Mollavələdli kəndinin 

tarixinin‚ etnoqrafiyasının‚ 

folklorunun tədqiqi bir sıra 

önəmli elmi biliklərin ya-

ranması üçün çox aktualdır. 

Bu kənd haqqında məqa-

lələr yazılsa da hərtərəfli 

öyrənilməyib. Mollavələdli 

ictimai və məişət yaşamına 

görə özəlliklərlə dolu bir 

şenlikdir. Bu kənd əhalisini demoqrafik təd-

qiqi də məqsədəuyğundur. Çağdaş və gələ-

cək nəsillərə Mollavələdlini yan-yörəli ta-

nıtmaq vacib bir işdir. Ona görə də apardı-

ğımız tədqiqat‚ araşdırmalar çoxsahəli oldu. 

Mollavələdli camaatı‚ maarifə‚ təhsilə 

önəm verən bir toplum idi. XX yüzilin əv-

vəllərində  məktəb Zeyvə  kəndində yerlə-

şirdi. Zeyvədə məktəbin müntəzəm işləməsi 

üçün lazımı şərait yaradılmadığından quber-

niya maarif təşkilatlarının razılığı ilə 1905-

ci ildə bu məktəb‚ adını dəyişmədən Molla-

vələdli kəndinə köçürülür. Şübhə yoxdur 

ki‚ məktəbin öz doğma kəndinə  gətirilmə-

sində  cəfakeş müəllim Rəhim bəy Qulu-

bəyovun rolu az olmamışdı. Burada əsas 

səbəblərdən biri də o idi ki‚ hər gün Zeyvə 

ilə Mollavələdli kəndləri arasında olan üç 


Elmi-praktik jurnal 

  

BAYTARLIQ



 

5

 



kilometr yolu gedib gəlmək Rəhim müəllim 

və  şagirdlər üçün böyük çətinliklər törədir 

və  cəhalətlə mübarizə yolunda istənilən 

məqsədə nail olmaq işində maneçilik yara-

dırdı. Mollavələdli kəndində  də  çətinliklər 

az deyildi. Lakin burada Rəhim müəllimi 

başa düşən çox idi. 

Mollavələdli kəndi cəsur‚ comərd kişi-

lərin yurdu idi. Eyni zamanda savadlı‚ aris-

tokrat‚ intellektual səviyyəsi yüksək olan 

ziyalıların yurdudur. 

Bu sözləri, bir qədər  əvvəl adını  çəkdi-

yimiz Qulubəyovlar nəslindən olan, elinin- 

obasının maariflənməsi uğrunda yorulma-

dan çalişan, 1894-cü ildə Qori müəllimlər 

seminariyasına daxil olub‚ 1899-cu ildə 

oranı bitirən Rəhim bəy Qulubəyovun oğlu 

Mamay müəllim haqqında da demək tam 

yerinə düşərdi. 

Mamay müəllim 1904-cü ildə Molla-

vələdli kəndində anadan olmuşdur.  İbtidai 

və orta təhsilini Gəncə  şəhərində almışdı 

(1913-1923).Əmək fəaliyyətinə  məktəbdə 

oxuyarkən Gəncə  şəhəri Maarif şöbəsində 

başlamış(1920)‚1923-1930-cu illərdə Azər-

baycan SSR Xalq Maarif Komisarlığında 

işləmişdi.Azərbaycan Politexnik İnstitutu-

nun (indiki AzTU) kənd təsərrrüfatının 

aqronomluq fakultəsinə qəbul olmuş(1926)‚ 

həmin fakultənin bazası  əsasında Bakı  şə-

hərində yaranmış Azərbaycan Kənd Təsər-

rüfatı İnstitutunu (indiki AKTA) bitirmişdir 

(1930). Naxçıvanda (1930-1934)‚ Gəncə 

Kənd Təsərrüfatı Texnikumunda direktor 

müavini (1934-1937)‚ eyni zamanda Azər-

baycan Kənd Təsərrüfatı İnstitutunda (indi-

ki AKTA) assistent(1935-1937)‚ fakültə 

dekanı(1937) işləmişdir. Müharibə (1941-

1945) illərində kənd təsərrüfatına rəhbər işə 

göndərilmiş‚ kənd təsərrüfatı istehsalına 

rəhbərlik etmiş‚ sonra yenidən S. Ağamalı-

oğlu adına AKTİ-də dekan‚ sonralar institut 

direktorunun tədris işləri üzrə müavini işlə-

miş və həyatının sonunadək pambıqçılıq ka-

fedrasının müdiri olmuşdur. 

Mamay müəllim bütün fəaliyyəti döv-

ründə yüksək  əxlaqi keyfiyyətləri, insanla-

ra, xüsusilə minlərlə ünsiyyətdə olduğu tə-

ləbələrə qayğıkeş münasibəti, xeyirxah fəa-

liyyəti ilə örnək olaraq, dərs dediyi tələ-

bələrlə yanaşı bütün institutda təhsil alan-

ların yaddaşında böyük ehtiram, razılıqla 

anılır-yaşayır. 

Bir ata tərbiyəçi, yol göstərən kimi, yüz-

lərlə, on illərlə öz tələbələrinə göstərdiyi 

qayğıkeşliyin birinin şahidi olmuşam. 

Müəllimlik, qayğıkeş  tərbiyəçilik təcəssü-

mü sayılan, mənə dərs deməsə də, tələbələ-

rə atalıq qayğısını çox eşitdiyim, gözəl in-

san, həmişə gülərüz, mehriban baxışlı. Mər-

hum Mamay müəllimin Kəlbəcərli tələbələ-

rin ac qalması, stependiya alması üçün id-

man müəllimi ilə mübahisəsinin şahidiyəm. 

Qış imtahan sesiyası  ərəfəsində, axırıncı 

dərsi keçirdik, qapı  bərk açıldı, Mamay 

müəllim bir tələbənin  əlindən tutub bizim 

müəllimə yaxınlaşdı. Bütün dərs keçən 

qruplar ona baxırdı, çünki AKTİ-də hamı 

onu tanıyırdı. 

Mamay müəllim “Ə Nazim, nə üçün bu 

uşağın zaçotunu yazmırsan, bu tifil stipen-

diya ilə dolanır, bilirsən bu nə deməkdir”. 

Müəllim: Mamay müəllim, o tələb olunan 

normanı yerinə yetirə bilmir.” Mamay 

müəllim: “Zaçota idmanın nə norması var, 

sənin dərsin attanmaq, tullanmaqdır. Sənin 

bu göydən sallanan kəndirinə bu uşaq mey-

mun deyil ki, dırmaşsın. Bu fağır ağronom 

olacaq, çox-çox arxı hoppanacaq, tullana 

bilməsə arxa düşəcək, böyrü islanacaq, sən 

dədəyin canı, yaz bunun zaçotunu.”Mamay 

Qulubəyov biz tələbələrin hamısı ücün doğ-

ma, əziz və zəhmli sayılırdı. İnstitutda yax-

şı, xatirini istədiyimiz müəllimlər az olmasa 



BAYTARLIQ   

Elmi-praktik jurnal 

   

6

 



da mübaligəsiz olaraq etiraf edirəm ki, heç 

bir müəllim, dekan, Mamay müəllim kimi 

səmimi, canyandıran, hamımızı öz övladı 

sayan müəllim olmamışdır. 

Mamay müəllim respublikada pambıq-

çılığın inkişaf etdirilməsinə yönəldilən mü-

hüm məsələlərin həllinə aid elmi məqalə-

lərin müəllifidir. Respublikamızda ali və 

orta ixtisaslı  kənd təsərrüfatı mütəxəssis-

lərinin hazırlanması sahəsində olan müstəs-

na xidmətlərinə görə orden və medallarla 

təltif edilmişdir. 

Mamay müəllim 1964-cü ildə vəfat edib. 

Mamay müəllimin 43 illik əmək fəaliy-

yətinin 33 ili pedaqoji işə  həsr olunmuş‚ o 

cümlədən 22 il fakultə dekanı  və  tədris 

işləri üzrə direktor müavini vəzifələrində 

çalışmışdır. Bütün bu illərdə Mamay Qulu-

bəyov minlərlə kənd təsərrüfatı mütəxəssisi 

yetirmiş müəllim‚ alim kimi və yüksək əx-

laqi keyfiyyətlərinə görə  hər kəsə daim 

qayğı ilə yanaşan bir ata kimi onu tanıyan-

ların yaddaşlarında həkk olaraq yaşamaq-

dadır. Vaxtı ilə Mamay müəllimin tələbəsi‚ 

sonradan isə dostu olmuş Azərbaycan Kənd 

Təsərrüfatı İnstitunun keçmiş rektoru, kənd 

təsərrüfatı elmləri namizədi mərhum Niyaz 

Səfərovun yazdiğı xatirələri də yazılanlara 

əlavə etsək zənn edirik ki‚ Mamay müəllim 

haqqinda dediklərimizi oxuculara‚ ictimaiy-

yətə‚ onu sevənlərə qismən də olsa dolğun 

çatdırmış olarıq. 

Mamay müəllimlə tanışlığım onun bizə‚ 

113-cü qrupa əkinçilik dərsi dediyi 1947-ci 

ildən başlayıb. Sonra bu tələbə-müəllim ün-

siyyəti sözün əsl mənasında dostluğa çe-

vrildi. 

İlk növbədə Mamay müəllimin əsl-nəca-

bətinə xas olan ədəb-ərkanı dəqiqliyi və ya-

lan vədlər verməməsi nəzər-diqqəti cəlb 

edirdi. Bu təbii idi, ona görə ki‚ Mamay 

müəllim Qori seminariyasını bitirmiş atası 

Rəhim müəllimin tərbiyəsini almışdı. Sonra 

isə onun əkinçilik fənnindən tədris etdiyi 

aqronomluq texnalogiyalarının həyatiliyi 

məni maraqlandırdığı üçün onunla daha sıx 

münasibətim yarandı. Qısamüddətli aqro-

nomluq fəaliyyətimdə isə  mən Mamay 

müəllimin digər müsbət xüsusiyyətlərinə 

bələd oldum.Vəzifəmdən irəli gələn işlə 

əlaqədar çalişdığım təsərrüfatda sıxlaşdırıl-

mış  əkinlər barədə  rəy verməli idim.Yem 

çuğunduru  əkinlərinin qarğıdalı bitkisi ilə 

sixlaşdırılmasını  əsaslandırmalı idim. Rəy 

özünü doğrultdu‚ eyni sahə vahidindən iki 

məhsul:aşağı yarusda yem çuğunduru ‚ 

yuxarı yarusda isə qarğıdalı yetişdirmək 

mümkün oldu. 

Mamay müəllim dərsi tədris naminə  tə-

lim etmir‚ onun təsərrüfatlarda real tətbiqini 

əsas götürürdü. O zaman ekologiya elmi 

barədə indiki kimi geniş mülahizələr irəli 

sürülməsə də Mamay müəllimin namizədlik 

disertasiyası bu gün diqqət mərkəzində olan 

ekoloji kənd təsərrrüfatının mühüm bir 

elementinə həsr edilmişdir. 

Hər bir işdə şux zarafat sahibi olan Ma-

may müəllim elmi işdə  də bunsuz keçin-

mirdi. Mamay müəllimdən özünün tədqiqat 

işi mövzusunun məğzi barəsində soruşanda 

çox ciddiliklə deyərdi: ”saman altından su 

yeridirəm.” Qeyd etmək istərdim ki‚ bu gün 

yamac  əkinçiliyində‚ aranın özündə suvar-

ma suyunun qıtlığı şəraitində Mamay müəl-

limin tədqiqatlarına müraciət etmək yerinə 

düşərdi. 

Mamay müəllim tədris metodikasını  əla 

bilib yerinə yetirdiyi kimi bu prosesin mər-

kəzində  də  tələbəni görürdü. İmtahanlar 

onun tam nəzarəti altinda olurdu. O bunu 

necə edirdi? Onu Mamay müəllimin elmi – 

pedaqoji irsindən öyrənmək olar. 

Yadımdadır‚ baməzə xasiyyəti ilə seçi-

lən müəllim Mahmud Bayramov zoologiya 



Elmi-praktik jurnal 

  

BAYTARLIQ



 

7

 



fənnindən imtahan zamanı bir çox tələbəyə 

qeyri-kafi qiymət yazmışdı. Tələbə demok-

ratiyasının atası sayılan Mamay müəllim 

tələbələrlə imtahanın necə keçirilməsini öy-

rənib ayird edir ki‚ imtahan müəllimi xo-

ruzun başını qoltuğunda gizlədərək tələbə-

lərdən quyruğuna görə onun cinsini soruşur 

və tapmayanlara qeyri-kafi yazırdı. Belə‚ 

tapmacaya bənzər imtahan Mamay müəl-

limi hiddətləndirir və o həmin tələbədən bi-

ri ilə qəflətən imtahan otağına daxil olur. İki 

almış tələbənin başını qoltuğunda gizlədib‚ 

arxa tərəfini imtahan masasına çevirərək 

Mahmud müəllimdən bu tələbənin soyadını 

soruşur. Müəllim çaş-baş qalıb suala cavab 

tapa bilmədikdə Mamay Qulubəyov cox 

ciddiliklə ona deyir: ”Tələbənin müsbət 

qiymətini yaz‚ tapmaca ilə məşğul olma”. 

Tələbələrin sosial qayğılarının vəziyyəti 

ilə daima məşğul olmağı hamıdan tələb 

edən Mamay müəllim özü bu məsələyə 

münasibətində də əvəzsiz örnək idi. Xəstə-

xanaya düşmüş‚ yataqxanada xəstə yatan 

tələbələrə evində hazırlanmış xörəkdən bir 

pay çatdırmağı özünə borc bilirdi. Ona görə 

də‚ bütün tələbə kollektivi öz problemlərini 

məhz onunla bölüşərdi. Belə qayğıkeş 

müəllimin dərsini öyrənməmək mümkün 

deyildi. AKTİ-nin bir mötəbər təhsil və elm 

ocağı kimi formalaşmasında‚ ölkəmizdə və 

onun hüdudlarından kənarda böyük nüfuz 

qazanmasında və minlərlə yüksək ixtisaslı‚ 

peşəsini sevən kənd təsərrüfatı mütəxəs-

sislərinin, tanınmış alimlərin hazırlan-

masında Mamay müəllim və onun ləyaqətli 

həmkarları başqalarına ibrət olacaq fədakar 

əmək və  mənalı ömür sərf etmişlər.Belə 

şəxslər unudulmur‚ unudula bilməzlər. 



Qulubəyov Mamay Rəhim oğlu kimi! 

 

________________________________ 



 

 

UOT. 636. 32/.38 619:616. 9-036.22; 619:616.9 



 

DAVARLARIN AQALAKTİYA XƏSTƏLİYİNİN MÜALİCƏSİNDƏ DİBİOMİSİN 

VƏ DİTETRASİKLİN PREPARATLARININ  EFFEKTLİYİNİN 

YOXLANILMASINA DAİR

 

 

Muradov R.H., baytarlıq üzrə fəlsəfə doktoru 



Azərbaycan Elmi -Tədqiqat Baytarlıq İnstitutu 

 

AÇAR SÖZLƏR

: 

aqalaktiya, xırda buynuzlu heyvan, dibiomisin, ditetrasiklin. 



KEYWORDS

 

agalaxy, sheep, dibimicin, ditetracyclime.



 

 

Yoluxucu aqalaktiya qoyun və keçilərin 



ağır kontagioz xəstəliyi olub xüsusi amil 

tərəfindən törədilən və süd vəzilərinin, oy-

naqların iltihabı, habelə gözün zədlənməsi 

(konyuktivit, keratit və göz almacığının 

irinli iltihabı) ilə xarakterizə edilən bir 

xəstəlikdir. 

Aqalaktiya xəstəliyi qoyunçuluğa böyük 

iqtisadi zərər vurur. Qeyri-sağlam təsərrü-

fatlarda 15-50%-ə bəzən də bütün süd verən 

heyvanların xəstələnməsinə  gətirib çıxarır. 

Ədəbiyyat məlumatlarına  əsasən xəstəlik 

zamanı quzular arasında tələfat 25-30%-ə 

hətta daha çox ola bilir. Xəstə heyvanlar 


BAYTARLIQ   

Elmi-praktik jurnal 

   

8

 



kəskin arıqlayır, süd məhsulu tamamilə kə-

silir, xəstə heyvaların bir hissəsi məcburiy-

yət qarşısında çıxdaş edilir. 

Məlumdur ki, hal-hazıra kimi aqalaktiya 

xəstəliyinin spesifik profilaktikası tam həll 

olunmamış olaraq qalmaqdadır. Ona görə 

də xəstəliyi ləğv etmək üçün ümumi profi-

laktikaya və simptomatik müalicəyə böyük 

ehtiyac vardır. 

Göstərilənləri nəzərə alaraq aqalaktiya 

xəstəliyinin müalicəsində tetrasiklin qru-

pundan olan diurant (dibiomisin, ditetrasik-

lin) preparatların tətbiq edilməsini qarşımı-

za məqsəd qoyduq. 

Son illər  ərzində  Rusiya  elmi  tədqiqat 

eksperimental baytarlıq institutunun anti-

biotikləri öyrənən laboratoriyasında  əmək-

daşlar tərəfindən tetrasiklin qrupu antibio-

tiklərinin bir qrup yoluxucu xəstəliklərin 

müalicəsində (buzovların ağ ciyər xəstəlik-

lərində, donuzların salmonellöz və pasterel-

lyozunda, quşların pasterelyo-zunda və s.) 

müvəffəqiyyətlə tətbiq etmişlər.  

Keçmiş sovetlər ölkəsində bir qrup alimlər 

uzun müddət orqanizmdə qalmaqla daha ef-

fektli təsirə malik olan atibiotiklər təklif et-

mişlər (ekmonovasillin, bissilin-1, bissilin-3, 

bissilin-5, dibiomisin, ditetrasiklin və s.) 

Aqalaktiyanın müalicəsində alimlər tərə-

findən bir neçə  dərman maddələri (Emeris 

1933-cü ildə stovarsol, A.A.Kuşaşvili 25%-li 

qırmızı treptosid, M.M.Fərzəliyev-1948-ci 

ildə urotropin-novarsenol məhlulu, C.R.Cə-

fərov-1952-ci ildə lüqol məhlulu A.B.Quli-

yev-1956-cı ildə rivanolun urotropin qarı-

şığından,  İ.Z.İsmayılov,  İ.B.Səfərov və 

F.Əliyev-1958-ci ildə biomisin, Ç.Damdin-

suren 1964-cü ildə bissilin-3 preparatların-

dan) istifadə etmişlər.

 

Biz öz təcrübəmizdə monomisin, kano-



misin, pensilin, bissilin-3, ditetrasiklin və 

dibiomisin antibiotiklərinə qarşı aqalaktiya 

xəstəliyinin törədicisinin mixbərdə  həssas-

lığını müxtəlif durultma dərəcələrində öy-

rəndik. Bu təcrübələrin nəticəsində müəyyən 

olundu ki, ən çox bakteiosid və bakterio-

statik təsir göstərən xlortetrasiklin-0,78-1,56 

tv/ml və tetrasiklin-1,56-6,25 tv/ml anti-

biotikidir. Belə  nəticə alındıqdam sonra biz 

həmin antibiotiklərin heyvanlar üzərində öy-

rənməyi qarşımıza məqsəd qoyduq. İlk əvvəl 

biz orqanizmə yeridilmiş antibiotiklərin 

qanda qalma müddətini və miqdarını müəy-

yən etdik. Bu məqsədlə müxtəlif dozalarda 

(20, 40, 50 və 60 min tv dozada hər kq diri 

çəkiyə) pasterellyoz serrumunda həll edilə-

rək dibiomisin və ditetrasiklin heyvanlara 

əzələ arasi olaraq inyeksiya edildi. Bundan 

sonra müxtəlif saatlarda heyvanlardan qan 

nümunələri götürülərək orqanizmdə anti-

biotikin miqdarı  təyin olundu. Bir saatdan 

sonra 2,09 tv/ml, 3 saatdan sonra 2,77 tv/ml, 

bir sutkadan sonra 0,94 tv/ml, 7-ci gün 0,24 

tv/ml və sonralar qanda antibiotikin qatılığı 

azalmağa başlayır. Beləliklə 13 gündən son-

ra 0,18-dən 0,03 tv/ml qanda antibiotiklərin 

qaldığını müəyyən etdik. Alınmış nəticələrin 

təhlili göstərdi ki, orqanizmə yeridilmiş 

60.000 tv/kq - 13 sutka, 50.000 tv/kq - 11 

sutka, 40.000 tv/kq – 9 sutka və 20.000 tv/kq 

isə 6 sutka qanda qalır. Bu təcrübə ilə müəy-

yən olundu ki, dibiomisin və ditetrasiklin 

orqanizmdə uzun müddət qalaraq müalicə 

təsiri göstərə bilir. 

Dibiomisin və ditetrasiklin preparatla-

rının müalicə effektliyini aydınlaşdırmaq 

üçün 15 baş davarlar eksperiment şəraitində 

aqlaktiya mikrobu ilə yoluxduruldu. Bütün 

yoluxdurulmuş heyvanlarda 8-25 gün ərzin-

də xəstəliyin klinik əlamətləri biruzə verdi. 

Klinik  əlamətlərinə görə  xəstələr üç qrupa 

ayrılaraq dibiomisin və ditetrasiklin antibio-

tiki ilə müalicəyə cəlb olundu. Hər baş hey-

vana 40.000 tv/kq olmaqla antibiotiklər 

30%-li qliserinin suda məhlulunda həll edi-

lərək 8 gün fasilə ilə əzələ daxili olaraq ye-

ridildi. Nəticələri 1 saylı  cədvəldə  əks 

olunmuşdur. 



Elmi-praktik jurnal 

  


Yüklə 2,2 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin