BAYTARLIQ
9
Eksperimental olaraq yoluxdurulmuş heyvanlarda dibiomisin və ditetrasiklin
antibiotiklərinin müalicə effektliyinin nəticələri. Cədvəl 1
Antibiotik
Heyvanın
miqdarı
Preparatın
dozası (tv/kq)
Antibiotikin
yeridilməsi
(gün)
Antibiotikin
vurulması
(dəfə)
Nəticələr
Öldü
Sağaldı
Xəstə
Dibiomisin
5
40.000
8
əzələ daxilinə
iki
-
5
-
Ditetrasiklin
5
40.000
8
--
-
5
-
Kontrol
5
-
-
-
-
1
4
Cədvəldən göründüyü kimi yoxlanılan
antibiotiklər aqalaktiya xəstəliyinin müali-
cəsində çox yaxşı təsir göstərir.
Xəstəlikdən sağalmış heyvanlarda xəstə-
liyin daşıyıcısı olub olmadığını müəyyən
etmək üçün 6 baş heyvan öldürüldü və
onlardan götürülmüş patoloji materiallarda
bakterioloji müayinələr aparıldı, bu zaman
bütün yoxlamaların nəticələri mənfi oldu.
Eksperimental şəraitdə müsbət nəticələr
əldə olunduqdan sonra biz həmin antibio-
tikləri təsərrüfat şəraitində geniş miqyasda
yoxladıq.
Bu məqsədlə Ağcabədi və Yevlax rayo-
nunda qeyri-sağlam təsərrüfatlarda yoxla-
malar apardıq.
Dibiomisin antibiotikinin yoluxucu aqalaktiya xəstəliyinin müalicəsinin effektliyi.
Cədvəl 2
Xəstəliyin forma
və stadiyası
Müalicə olunan
heyvan miqdarı
Preparat neçə
dəfə vurulub
Müalicənin nəticələri
Sağaldı
Xəstə qalır
Sağalma
faizi
Yelin forması
Başlanğıc
İnkişaf etmiş
-
84
40
-
1-2
2
-
84
35
-
3
5
-
96,43
87,5
Oynaq forması
Başlanğıc
İnkişaf etmiş
-
162
53
-
1-2
2
-
159
49
-
3
4
-
98,14
92,45
Göz forması
Başlanğıc
İnkişaf etmiş
-
53
27
-
3
3
-
49
24
-
4
3
-
92,45
88,88
Qarışıq forma
Başlanğıc
İnkişaf etmiş
-
61
19
-
2-3
2-3
-
57
14
-
4
5
-
93,44
73,68
Cəmi: 499 1-3
468
31
93,78
Kontrol: 110 Müalicə
olunmayıb
14 96
12,77
BAYTARLIQ
Elmi-praktik jurnal
10
Ditetrasiklinin terapevtiki effektliyini
527 baş hər yaşda (2 aylıqdan 6-7 yaş arası)
xəstə heyvanlar üzərində öyrəndik, nəticəsi
3saylı cədvəldən görünür.
Hər iki cədvəldən göründüyü kimi dibio-
misin və ditetrasiklin antibiotiklərinin
tətbiqi aqalaktiya xəstəliyinin müalicəsində
yüksək effektliyə malikdir.
Beləliklə eksperimental və təsərrüfat
şəraitində aparılan təcrübələrin nəticəsi
olaraq bildiririk ki, xəstə heyvanlar əzələ
daxilinə yeridilmiş suspenziyalara qarşı
inyeksiya nahiyyəsində narahatlıq və ağrı
keçirsələrdə bu hal tezliklə keçib gedir.
Hər iki antibiotik aqalaktiya xəstəliyinin
başlanğıc dövründə daha yaxşı təsir göstərir.
Xəstəliyin tam inkişaf etmiş formasında isə
5-6% xəstə heyvan sağalma-mış qalır və
təsərrüfat yararlığını itirərək çıxdaş olunur.
Diobimisin və ditetrasiklinin aqalaktiya
xəstəliyinin müalicəsində üstün cəhəti baş-
qa preparatlardan onunla fərqlənir ki, əv-
vəla preparatlar xəstəliyin bütün forma-
larında 8 gündə bir dəfə əzələ arasına vur-
maqla cəmi 2-3 dəfə təkrar edilir.
Aqalaktiya xəstəliyində ditetrasiklinin müalicə effektliyi Cədvəl № 3
Xəstəliyin forma
və stadiyası
Müalicəyə
cəlb olunan
heyvanların
miqdarı
Preparat neçə
dəfə yeridilib
Müalicənin nəticələri
Sağaldı
Xəstə qalır Sağalma faizi
Yelin forması
Başlanğıc
İnkişaf etmiş
103
39
1-2
2
201
36
2
3
98,06
92,30
Oynaq forması
Başlanğıc
İnkişaf etmiş
133
76
1-2
2
129
71
4
5
96,99
91,42
Göz forması
Başlanğıc
İnkişaf etmiş
71
23
3
3
68
18
3
5
95,77
78,26
Qarışıq forma
Başlanğıc
İnkişaf etmiş
55
27
2
2-3
52
23
3
4
94,54
85,15
Cəmi: 527 1-3 498 29 94,5
Kontrol: 98 Müalicə
olunmayıb
16 82 16,3
Hər iki antibiotikin belə uzun müddətli
təsirə malik olması baytar həkimlərin işini
yüngülləşdirməklə bərabər bütün şəraitlərdə
tətbiq edilməsinə imkan verir.
Elmi-praktik jurnal
BAYTARLIQ
11
РЕЗЮМЕ
Мурадов Р.Г.
ОБ ЭФФЕКТНОСТИ ДИБИОМИСИНА И ДИТЕТРАСИКЛИНА ПРИ ЛЕЧЕНИИ
ИНФЕКЦИОННОЙ АГАЛАКТИИ ОВЕЦ И КОЗ
Проведенными опытами на экспериментально зараженных и естественно больных
животных инфекционной агалактией было установлено, что дибиомисин и дитетра-
сиклин является эффективным препаратом для лечения инфекционной агалактии
овец и коз, эффективность ровна 93,7% и 94,5%.
SUMMARY
Muradov R.H.
ABOUT EFFİCACY DİBİOMİCİN AND DİTETRACİKLİN AT TREATMENT
İNFECTİOUS AGALACTİA SHEEP AND GOATS
By the experiences spent by us on experimentally infected and naturally sick animals in-
fectious agalactia it has been established, that dibiomicin and ditetraciklin is an effective
preparation for treatment infectious agalactia sheep and goats efficacy it is equal 93,7% and
94,5%.
ƏDƏBİYYAT
1. Ежов В.И. “Особенности концентрации хлортетрациклина в организме телят
при парентеральном применении дибиомицина” Бюллете ВИЕВ,11 Москва-1967.
Р.Г.Мурадов
2. У.А.Касумов “Испытание дитет-рациклина при лечении инфекционной агалак-
тии овец и коз”. Тезисы докладов второй всесоюзной конференции молодых ученых
Москва-1971.
3. Р.Г.Мурадов. Об эффективности дибиомицина и дитетрациклина при лечении
больных инфекционной агалактии овец и коз. Тезисы докладов симпозиума молодых
ученых сельского хозяйства. Ленинград-1971.
4. Р.Г.Мурадов, М.Фарзалиев, У.А.Касумов “Использование антибиотиков при
инфекционной агалактии овец” Журнал “Ветеринария” № 4 Москва - 1974.
______________________________
BAYTARLIQ
Elmi-praktik jurnal
12
UOT 619· 616· 1/.4.
ÇİÇƏK XƏSTƏLİYİ VƏ ONUNLA MÜBARİZƏ
Əsgərov C.Ə. baytarlıq üzrə fəlsəfə doktoru
Azərbaycan Elmi Baytarlıq Tədqiqat İnstitutu
AÇAR SÖZLƏR
: insan, qara mal, qoyun, keçi, at, toyuq, müalicə, profilaktika.
KEY WORDS
: humans, a gattle, cheep, she-qoat horse, chicken, treatment, profilaktikas,
Kənd təsərrüfatı heyvanlarının və quşla-
rın çiçəyi yüksək kontagiozlu, iti yoluxucu
xəstəliyi olub, intoksikasiya əlamətləri,
yüksək hərarət, dəri və selikli qişalar üzə-
rində düyünlü-pustulozlu suluqlu səpgilərin
və konyunktivitin əmələ gəlməsi ilə xarak-
terizə olunur.
İnsanlar da çiçəklə xəstələnirlər.
Qoyunlarda çiçək xəstəliyi barədə yazılı
məlumat bizim eradan ikinci minilliyə şa-
mil edilir. Belə ki, xəstəlik İngiltərədə
1275-ci ildə, Fransada 1640-ci ildə müşa-
hidə olunmuşdur. Çiçəyin yoluxucu olması-
nı 1763-cü ildə Burjelya müəyyən etmişdir.
İnəklərdə çiçəyin olmasını ilk dəfə
İngiltərədə 1796-ci ildə Cenner aşkarlayıb
və xəstəliyə qarşı peyvənd vasitəsi təklif
etmişdir ki, bu o zaman epidemiyaya qarşı
mübarizədə həledici əhəmiyyəti olmuşdur.
Donuzlarda, atlarda, dəvələrdə çiçək
xəstəliyinin olması barədə XIX əsrin sonla-
rında qeyd edilmişdir. Xəstəliyin əsasən
qoyunlarda Avropada, Asiyada, Afrika öl-
kələrində, həmçinin Hindistanda, İranda,
İraqda, Əfqanıstanda, Portuqaliyada, İspa-
niya, İtaliya, Yunanıstanda olması barədə
ədəbiyyatlarda göstərilir. Keçmiş SSRİ
məkanında çiçək qoyunlarda XVIII və XIX
əsrlərdə geniş yayılmışdır.
Quşlarda çiçək xəstəliyinin ayrı-ayrı
ölkələrədə olması barədə məlumatlar vardır.
Xəstəliyin insanlar arasında keçmiş SSRİ-
də hələ 1979-cu ildə ləğv olunduğu bildi-
rilir. Ölkəmizdə qoyunların çiçəyinə qarşı
Rus alimi N.V.Lixacovun 1944-cü ildə tək-
lif etdiyi hidrookisalyuminium formal vak-
sinin baytarlıq təcrübəsində istifadəsinin
çox böyük əhəmiyyəti olmuşdur.
Xəstəliyin virus etiologiyalı olması barə-
də Marks və Stiger 1902-ci ildə məlumat
vermişlər. Xəstəliyin törədicisi süzülən vi-
rusdur, onu ilk dəfə 1903-cü ildə Fransız
tədqiqatçısı Borel qeyd etmişdir.
Çiçək xəstəliyinə qoyunlar, keçilər, do-
nuzlar, iri buynuzlular, dəvələr, atlar, to-
yuqlar, hind toyuqları, göyərçinlər, tovuz
quşu, sarı bülbüllər, qaz, ördəklər, çöl və
bəzək quşları və s. həssasdırlar. Qoyunlar
xəstələndikdə təsərrüfatlara gözə çarpacaq
dərəcədə ziyan dəyir. Belə ki, quzularda
ölüm 50%, çoşkalarda 65%, yaşlılarda isə
süd və yun çıxarı kəskin azalır.
Ədəbiyyatlardan məlumdur ki, insanlar-
da çiçək virusu iri buynuzlu heyvanlarda
həmin xəstəliyi əmələ gətirir.
Çiçəyin virusunu toxuma hüceyrələrin-
də, həmçinin toyuq embrionunun xoriallan-
tois qişasında yetişdirmək olar. Süni qida
mühitlərində qoyunların, keçilərin, donuz-
ların virusunu adaptasiya etmək çətindir.
Virus yüksək hərarətə çox həssasdır. 53
o
qızdırma onu 15 dəqiqəyə, 58
o
isə onu 3 də-
qiqəyə, turş qida mühiti (PH- 3,0 - 3,6) 1
saata, aşağı hərarət virusu 2 ilə qədər kon-
servləşdirir. Qoyun damlarında virus 6 aya,
otlaqlarda 62 günə, yunda 2 aya qədər qalır.
Müyyən edilmişdir ki, firus fars gənəsi-
nin orqanizmində 1 ay, birədə 35 gün, orni-
Elmi-praktik jurnal
BAYTARLIQ
13
todoris lahorenzis gənəsində 3 aydan yuxarı
ağcaqanadlarda isə 7 aydan çox sağ qalır.
Çürümüş materialda törədici tez məhv
olur. Xloraminin 4%-li, yeyici qələvinin 3%-
li məhlulları 1 saat ərzində törədicini inak-
tivləşdirir. Qaynatma virusu o dəqiqə öl-
dürür. 2-5%-li korbol turşusu məhlulu virusu
bir neçə dəqiqəyə məhv edir. Eyni təsirə 1%-
li formaldehid məhlulu da malikdir.
Virus antibiotiklərə həssas deyildir. Törə-
dici ilə yoluxmuş peyinin biotermiki zərər-
sizləşdirilməsi 28 gündən sonra başa çatır.
İnfeksiyanın mənbəyi xəstə heyvanlar-
dır, hansı ki, virusu irinlə ətraf mühitə ya-
yırlar. Həmçinin xəstələnib sağalmış hey-
vanların yunu, dərisi infeksiya mənbəyi ki-
mi böyük təhlükə yaradır.
Xəstəlik virusunun tez yayılmasının sə-
bəbi, həmçinin orqanizmdə əmələ gələn çi-
çək qərtməklərində, ağız suyunda, burun
axıntılarında olan virus ətrafa yayılır və
aerogen yolla orqanizmə daxil olmasıdır.
Sağlam heyvanların xəstə heyvanlardan
yoluxması əsasən dəri, selikli qişa vasitəsi
ilə, kontakt, həmçinin tənəffüslə və alimen-
tar yolla baş verir.
Xəstəliyin törədicisinin yayılmasında
həmçinin çöl quşlarının, dəri parazitlərinin,
qansoran həşaratların və gəmiricilərin rolu
böyükdür. Törədici orqanizmdə 100 günə
qədər yaşaya bilir.
Çiçək epizootiyası heyvanlarda, həmçi-
nin çöl quşlarında, ilin istənilən fəsillərində
müşahidə olunur. Əksər hallarda isə otlaq
şəraitində saxlanılan vaxtlarda olması da
qeyd olunur.
Heyvanlarda, quşlarda və insanlarda or-
qanizmdə baş verən çiçək prosessinin inki-
şafı əsasən eyni tiplə əlaqədardır.
Xəstəliyin inkubasiya dövrü 4-12 gündür.
Müxtəlif növ heyvanlarda xəstəlik əmələ
gətirən törədici morfoloji cəhətdən bir-birinə
yaxındır və oxşar əlamətləri mövcuddur.
Qoyunların, keçilərin, donuzların və quş-
ların çiçək virusu ayrı-ayrı heyvan növləri
üçün patogendir və təbii şəraitdə hər biri
sərbəst şəraitdə xəstəliyi yarada bilir.
İnəyin çiçək virusu, camışlar, atlar, ke-
çilər, uzunqulaqlar, qoyunlar, donuzlar, qa-
tırlar, dəvələr, dovşanlar, meymunlar və
insanlar üçün geniş əhatəli patogenliyə ma-
likdir. Xəstəlik iri buynuzlu heyvanlarda
sporodik formada baş verir. Otlaq şəraitində
naxırda geniş yayılır və heyvanların əksə-
riyyəti yoluxa bilir.
Qaramalın çiçəyində inkubasiya müddəti
4-8 gündür. Mürəkkəbləşmə mastit kimi
ortaya çıxa bilər, bu zaman virus südlə ifraz
olunur.
Qoyunlarda çiçək ilin bütün vaxtlarında
epizootiya formasında baş verir, xüsusi ilə
də soyuq, yağışlı və quraqlıq keçən aylarda.
Qoyunlar bütün yaşlarda yoluxurlar. Zərif
yunlu qoyun cinsləri və cavan qoyunlar
arasınada çiçək daha ağır keçir. Belə sürü-
lərdə müalicə tədbirləri vaxtında aparılmaz-
sa, çiçək qısa müddət ərzində 100%-ə qədər
yayıla bilir.
Əgər çiçək ana qoyunlarda boğazlıq döv-
ründə olursa, balasalma baş verir. Quzu-
larda xəstəlik ağır keçir, mürəkkəbləşmələr
pnevmoniya, qastroenterit, irinli artrit və
korluq olur. Xəstəliyin yaxşı proqnozu za-
manı ölüm 2-3%, yayılmış və hemoroji çi-
çək zamanı isə 100%-dək ola bilər.
Quşlarda xəstəlik adətən xroniki, yarım
iti, bəzən də iti formada gedir. İnkubasiya
dövrü 4-16 gündür. Çiçəyin dəri formasında
pipikdə, saqqalda, göz qapağı, üzdə və bə-
dənin digər tüksüz yerlərində çiçək yaraları
əmələ gəlir.
Ayrı-ayrı növ heyvanlarda və quşlarda
bir sıra alimlər, müxtəlif illərdə və ölkələr-
də çiçək xəstəliyini ətraflı öyrənmişlər.
Keçmiş SSRİ-nin müxtəlif ölkələrində
inəklərdə, donuzlarda, toyuqlarda vaxtaşırı
xəstəliyin baş verməsi barədə qeyd edilir.
Dəvələrdə çiçəyin İranda, Monqolustanda,
BAYTARLIQ
Elmi-praktik jurnal
14
Pakistanda, Afrikanın Şimali-Qərbində,
Türkmənistanda, Qazaxıstanda yayılması
göstərilir.
Heyvanlarda və insanlarda çiçəyin törə-
dicisinin 20 növünün olması bildirilir. To-
xuma hüceyrələrində, xüsusi ilə qurudul-
muş qərtməkdə virus həyat fəalyyətini ay-
larla saxlayır.
Patoloji-anatomik dəyişiklər dəridə, se-
likli qişalarda səpgi şəklində müşahidə edi-
lir. Qara ciyərdə, ürəkdə, böyrəkdə distro-
fiya, baş beyində nekroz sahələri və polife-
rativ dəyişiklər olur. Bəzi hallarda orxit, ağ
ciyər, dalaq, limfa vəziləri böyüyür və şiş-
kinləşir. Endokardda, böyrəklərdə, yumur-
talıqlarda qansağıntıları baş verir.
Mədə-bağırsağın selikli qişalarında qan-
sağıntıları, hemoroji iltihab, eroziya və s.
dəyişiklər əmələ gəlir. Orqanizmdə ümumi
arıqlıq, parenximatoz orqanlarının endote-
lial toxuma hüceyrələrinin damarlarında
xarakterik əlamətlər olur.
Dərinin və selikli qişaların epitelial hü-
ceyrələrində dəyişiklər əsasən epidermis to-
xumalarında hiperplaziya, qara ciyərdə de-
generasiya və s. olur ki, bunun da diaq-
nostik əhəmiyyəti vardır.
Diaqnoz-kilinik əlamətlərə, epizootoloji,
epidemioloji məlumatləra, patoloji-anato-
mik dəyişiklərə və laborator müayinələrin
nəticələrinə əsasən qoyulur.
Mikroskopiki müayinə üçün təzə vezi-
kullardan və papullemalardan yaxma ha-
zırlanıb, Morozov və Romanovski- Himza
üsulu ilə boyanıb baxılır.
Şübhəli heyvanlardan material götürü-
lüb, həssas təcrübə heyvanlarını eksperi-
mental yoluxdurmaqla-bioloji sınaqla diaq-
noz qoymaq mümkündür. Həmçinin virusu
müəyyən etmək üçün elektron mikroskopi-
yadan, immunoferment diffuz presipitasiya
reaksiyalarından, hüceyrə toxumalarını və
toyuq embrionlarını yoluxdurmaqla diaqnoz
qoymaq mümkündür.
Təfriqi diaqnoz - inəklərdə dabaqdan,
vezikulyar stomatitdən, yemlərdən əmələ
gələn dəri səpgilərindən; qoyunlarda konta-
gioz ektimadan, qoturluqdan, infeksion xa-
rakterli olmayan ekzemadan; donuzlarda
dabaqdan, salmanelyoz, qripdən, sterpto-
kokkozdan; keçilərdə dabaqdan, kontagioz
ektimadan; atlarda vezikulyar stomatitdən;
quşlarda infeksion larinqotraxeitdən, respi-
rator mikoplazmazdan, avitaminoz A, kan-
didamikozdan ayırd edilir.
Müalicə məqsədi ilə xəstəliyin başlanğıc
dövrlərində qoyunlara hiperimmun, keçilərə
rekonvalessent serumlar vurulur və simpto-
matik müalicə vasitələrindən istifadə edilir.
Ağır xəstələr kəsimə verilir. Xəstə və
xəstəliyə şübhəli heyvanlar təcrid edilərək
quru, yağışdan, küləkdən qorunan tövlələrə
salınır, yaxşı keyfiyyətli və asan həzmə
gedən yemlər verilir. İçməli suya kali yod
əlavə olunur. Xəstə inəkləri tez-tez sağmaq
və lazım gəldikdə kateterdən istifadə edilir.
Kliniki sağlam heyvanlar başqa tövlələrə
keçirilir və peyvəndləmə aparılır. Dərinin
sirayətlənmiş hissələrinə yağa ağrıkəsici və
dezinfeksiyaedici maddələr qatılıb, hazır-
lanmış məlhəmlər sürtülür, kimyəvi tera-
pevtik prepatlardan istifadə olunur.
Həmçinin yelində çiçək olduqda yodo-
form, sink, bor, dermatol məlhəmləri və an-
tibiotik tərkibli emulsiyalar da tətbiq edilir.
Atların ağızları zəif dezinfeksiya məh-
lulları ilə yuyulur. Dəri səthini isə kalium
permanqanatın 0,5%-li məhlulu ilə işləmək
lazımdır. Yaxşı müalicəvi effekt 1kq diri
çəkiyə 10 min TV penisillini əzələ daxilinə
yeritməklə də alınır.
Xəstə heyvanlar olan tövlələrdə yeyici
qələvinin 3%-li məhlulu və 20%-li əhəng
məhlulu ilə dezinfeksiya aparılır.
Xəstəlikdən ölmüş heyvanların cəsədlə-
rində yarma aparılmır və dəri ilə birlikdə
yandırılır. İri buynuzlu heyvanların çiçəyinə
qeyri sağlam məntəqələrdən alınan süd pas-
Elmi-praktik jurnal
BAYTARLIQ
15
terizə (85
o
C- 30 dəqiqə) yaxud da qayna-
dılıb (5 dəqiqə) zərərsizləşdikdən sonra
istifadəsinə icazə verilir.
Qoyunlarda baş vermiş çiçək xəstəliyi-
nin yayılmasını məhdudlaşdırmaq üçün
qonşu təsərrüfatlarda profilaktik peyvənd-
ləmələr aparılmaqla geniş dairəvi immun
zona yaradılır.
Quşlarda simptomatik müalicələr apa-
rılır, verilən yemlər vitamin A və karotinli
yemlərlə (morkov, ot unu, balıq yağı və s.)
zənginləşdirilir. Sağlam quşlara vitamin-
antibiotik qarışıqlı yemlər verilir.
Karantin məhdudiyyəti sağlam olmayan
təsərrüfatlardan axırıncı sağalmadan, ölüm-
dən və son dezinfeksiya tədbirləri həyata
keçirildikdən 2 ay sonra götürülür.
Təsərrüfatlara yeni gətirilən heyvanlar
30 gündən az olmayaraq müddətdə karan-
tində saxlanılmalıdır.
Xəstəliyə görə qeyri sağlam təsərrüfat-
lardan yemlərin gətirilməsinə icazə veril-
mir. Qoyunlar başqa yerlərə sürülərkən,
yolda digər təsərrüfatların qoyunları ilə
kontaktda olmasına yol verilməməlidir.
Qoyunların çiçək xəstəliyinə qarşı aktiv
immunizasiya aparmaq üçün N.V.Lixaço-
vun təklif etdiyi hidrookisalyuminium for-
mal vaksin işlədilir. Vaksin qoyunlara 5 ml,
quzulara isə 3 ml budun içəri nahiyyəsinə
dərialtı vurulur. İmmunitet 8 günədək ya-
ranır və 6-8 ay davam edir.
Həmçinin N.V.Lixarovin və P.A.Jidko-
vanın hazırladıqları quru kultural vaksini
tətbiq edildikdən 3-5 gün sonra immunitet
yaranır. N.V.Lixacov əməkdaşları ilə təklif
etdiyi qliserinli vaksin hal-hazırda istifadə
olunur. İmmunitet 9-12 ay davam edir.
Peyvənd vasitəsi yeni epizootik ocaqlarda
və təhlükə gözlənilən zonalarda aparılır.
Quşların çiçəyi əleyhinə F.B.Şirinovun
attenuasiya olunmuş “27-AŞ və Bakı”
(AzETBİ-nin) ştamlarından hazırladığı quru
embrion virus və quru kultural vaksinlərdən
geniş şəkildə istifadə olunur. Vaksinlər qa-
nad pərdəsinin dərisinə iynə ilə sancmaqla
yaxud da budun dərisinin follikula vəzi-
lərinə sürtülür. İmmunitet 15-20 gündən
sonra yaranır və cavanlarda 4 ay, yaşlılarda
isə 9-10 ay davam edir. Vaksinlə toyuqlar,
hind toyuqları, bildirçinlər, qırqovullar qey-
ri-sağlam və qorxulu təsərrüfatlarda pey-
vənd edilir.
Çiçək xəstəliyi keçirmiş quşlarda ömür-
lük immunitet yaranır.
Bunlardan başqa CEBAK FP-diri quru-
dulmuş vaksindən cücələrin çiçəyinə qarşı
aktiv peyvəndlənməsi üçün istifadə olunur.
Vaksin qanad pərdəsinin dərisinə 0,01ml
dozada iynə ilə sancmaqla vurulur.
Quşlarda çiçək xəstəliyi baş verdikdə
təsərrüfata karantin qoyulur, xəstə və zəif
quşlar kəskiyə göndərilir, şərti sağlamlar isə
peyvənd edilirlər.
Quş damları, yem, su qabları, istifadə
olunan avadanlıq və inventarlar yeyici qə-
ləvinin 2-3%-li isti məhlulları, formalde-
hidin 20%-li, təzə söndürülmüş əhəngin
20%-li məhlulu ilə dezinfeksiya edilib-
yuyulur.
İnkubator və inkubatoriya hipoxlorit nat-
rinin 3%-li məhlulu ilə işlənilir.
Peyin yığılıb biotermiki zərərsizləşdiri-
lir, iaşə üçün istifadə olunacaq yumurta,
kəsilən quşların tük və lələyi formaldehid
buxarı ilə işlənilməsi məsləhət bilinir.
Karantin xəstəlik ləğv olunandan 2 ay
keçəndən və axırıncı dezinfeksiya aparıldıq-
dan sonra götürülür.
Təsərrüfatlara yaşlı toyuqların və cücə-
lərin gətirilməsinə karantin götürüldükdə 6
ay sonra icazə verilir.
Digər tədbirlər çiçək xəstəliyinə qarşı
mübarizə haqqında təlimatın tələblərinə
müvafiq yerinə yetirilir.
Mal-qaranın və quşların xəstəliklərinin
qarşısı nə qədər tez, vaxtında və müvəf-
fəqiyyətlə alınarsa, heyvandarlıq bir o qədər
|