Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu


Maddə 12. Dövlət baytarlıq nəzarəti obyektləri



Yüklə 342,7 Kb.
Pdf görüntüsü
səhifə11/34
tarix25.12.2016
ölçüsü342,7 Kb.
#3172
1   ...   7   8   9   10   11   12   13   14   ...   34
Maddə 12. Dövlət baytarlıq nəzarəti obyektləri  

12.0. Dövlət baytarlıq nəzarətinin obyektləri aşağıdakılardır: 

12.0.1. heyvanlar və onların genetik materialları; 

12.0.2. heyvan xəstəliklərinin törədiciləri; 

12.0.3. heyvan mənşəli məhsullar və xammal, baytarlıq preparatları, yem və yem 

əlavələri, patoloji material və ya diaqnostika, baytarlıq (baytarlıq- sanitariya) 

ekspertizası üçün onlardan götürülən nümunələr, habelə su, hava, torpaq və bitki 

nümunələri; 

12.0.4. heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsi, baytarlıq 

(baytarlıq-sanitariya) ekspertizası üçün istifadə edilən baytarlıq və zoogigiyena 

təyinatlı materiallar və atributlar; 



12.0.5. yoluxucu xəstəliklərin törədicilərinin keçməsinə səbəb ola bilən nəqliyyat 

vasitələri, bütün növ qablar, qablaşdırma materialları, inventarlar, qulluq əşyaları 

və s; 

12.0.6. hüquqi və fiziki şəxslərin baytarlıq sahəsində fəaliyyət göstərdikləri 



obyektlər; 

12.0.7. heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, saxlanması, 

emalı, satışı və ya istifadə üçün nəzərdə tutulan istehsal binaları və ərazilər; 

12.0.8. heyvanların dayanacaq və suvarılma yerləri, köç yolları, otlaq və örüş 

əraziləri; 

12.0.9. öz səlahiyyətləri daxilində baytarlığa dair uçot və hesabat sənədləri, 

sertifikat, şəhadətnamə, arayış, baytarlığın (baytarlıq-sanitariya) rəyi, ekspertiza 

aktı, dövlət baytarlıq nəzarətində olan yüklərin istehsalı, tədarükü, saxlanması, 

daşınması və emalına aid normativ-texniki sənədlər, baytarlıq sahəsində digər 

normativ sənədlər. 




Yüklə 342,7 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin