Maddə 41. Mübahisələrin həlli
Baytarlıq haqqında qanunvericiliyin pozulması və baytarlıq fəaliyyəti ilə əlaqədar
mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, o cümlədən
məhkəmə qaydasında həll edilir.
IX fəsil. Beynəlxalq əməkdaşlıq və yekun müddəaları
Maddə 42. Baytarlıq sahəsində beynəlxalq əməkdaşlıq
Baytarlıq sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə əsasən həyata keçirilir.
Maddə 43. Beynəlxalq müqavilələr
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə baytarlıq
sahəsində müəyyən edilmiş qaydalar bu Qanunda nəzərdə tutulmuş qaydalardan fərqli
olduqda, beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.
Maddə 44. Qanunun qüvvəyə minməsi
44.1. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
44.2. Bu Qanun qüvvəyə mindiyi gündən «
Baytarlıq təbabəti haqqında
» Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il,
№ 21, maddə 312, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002-ci il, №
12, maddə 706; 2004-cü il, № 2, maddə 57) qüvvədən düşmüş hesab edilsin.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 31 may 2005-ci il
№ 922-IIQ
«Azərbaycan» qəzetində dərc edilmişdir (31 avqust 2005-ci il, № 201)
(«VneshExpertService» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust
2005-ci il, № 8, maddə 682) («VneshExpertService» LLC).
7 dekabr 2007-ci il tarixli, 509-IIIQD nömrəli; 1 fevral 2008-ci il tarixli, 543-IIIQD
nömrəli; 1 aprel 2008-ci il tarixli, 584-IIIQD nömrəli; 20 oktyabr 2009-cu il tarixli,
890-IIIQD nömrəli; 4 dekabr 2009-cu il tarixli, 926-IIIQD nömrəli Qanunlara əsasən
əlavələr və dəyişikliklərlə («VneshExpertService» LLC).
© VneshExpertService LLC