37.1. Baytarlıq mütəxəssislərinin hazırlanması və ixtisaslarının artırılması Azərbaycan
Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həyata keçirilir.
Maddə 39. Baytarlığın maliyyə təminatı
39.1. Baytarlıq sahəsində aşağıdakılar dövlət büdcəsindən maliyyələşdirilir:
39.1.1. baytarlıq sahəsində fəaliyyət göstərən dövlət orqanlarının saxlanma
xərcləri;
39.1.2.
müvafiq icra hakimiyyəti orqanının
təsdiq etdiyi siyahı üzrə heyvanların
xüsusi təhlükəli xəstəliklərinin profilaktikası, diaqnostikası və ləğvi üçün lazım
olan epizootiya əleyhinə xərclər, dövlət sərhədinin buraxılış məntəqələrində
nəqliyyat vasitələrinin dezinfeksiyası, baytarlıq preparatlarının ehtiyatının
yaradılması və saxlanılması xərcləri;
39.1.3.
müvafiq icra hakimiyyəti orqanının
təsdiq etdiyi siyahıya uyğun olaraq
heyvanların və əhalinin sağlamlığı üçün xüsusi təhlükə yaradan heyvanların,
heyvan mənşəli məhsulların və xammalın götürülməsi və məhv edilməsi xərcləri;
39.1.4.
müvafiq icra hakimiyyəti orqanının
təsdiq etdiyi xüsusi təhlükəli yoluxucu
xəstəliklərə yoluxmuş heyvanların, heyvan mənşəli məhsulların və xammalın
götürülməsi və məhv edilməsi ilə əlaqədar onların sahiblərinə dəyən zərərin
ödənilməsi;
39.1.5. baytarlığın elmi təminatı;
39.1.6. Milli Kolleksiyada saxlanılan mikroorqanizmlərin, parazitar xəstəliklərin
törədiciləri və keçiricilərinin ştammlarının saxlanma xərcləri;
39.1.7. Azərbaycan Respublikasının üzvü olduğu baytarlıq sahəsində müvafiq
beynəlxalq təşkilatlara üzvlük haqqının ödənilməsi xərcləri;
39.1.8. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan və həyata
keçirilən digər baytarlıq tədbirlərinin xərcləri.
39.2.
Müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydada və şərtlərlə dövlət
baytarlıq nəzarəti vacib olan obyektlərin mülkiyyətçilərinin vəsaiti hesabına aşağıdakı
tədbirləri maliyyələşdirir:
39.2.1. ölkədə istehsal olunan və idxal edilən baytarlıq preparatları, yem və yem
əlavələrinin istifadə üçün təqdim edilən seriyalarının (partiyalarının) aprobasiyası,
sınağı, ekspertizası, qeydə alınması və nəzarət xərcləri;
39.2.2. heyvanların, heyvandarlıq müəssisələrinin, bazarların, dövlət baytarlıq
nəzarətində olan yüklərin istehsalı, tədarükü, saxlanması, emalı və satışı
yerlərinin, həmçinin heyvanlar üçün yem və bioloji preparatlar istehsalı
obyektlərinin identikləşdirilməsi (kodlaşdırılması) xərcləri;
39.2.3. heyvanların dehelmintizasiyası, obyektlərin dezinfeksiyası, dezinseksiyası,
deratizasiyası (məcburi dezinfeksiya, dezinseksiya və deratizasiya və dövlət
sərhədinin buraxılış məntəqələrində nəqliyyat vasitələrinin dezinfeksiyası istisna
olunmaqla) və heyvan mənşəli məhsulların və xammalın baytarlıq (baytarlıq-
sanitariya) ekspertizası xərcləri;
39.2.4. müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahıya daxil edilmiş
xüsusi təhlükəli heyvan xəstəlikləri istisna olmaqla, digər xəstəliklərin
qanunvericiliklə müəyyən edilmiş qaydada profilaktikası, diaqnostikası, müalicəsi
və ləğvi xərcləri;
39.2.5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
baytarlıq sənədlərinin verilməsi xərcləri.
39.3. Baytarlıq şəhadətnaməsinin, sertifikatının və baytarlıq preparatlarının qeydiyyat
şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumu ödənilir.
Dostları ilə paylaş: