30.1. Baytarlıq ixtisası üzrə ali və orta ixtisas təhsili olan Azərbaycan Respublikasının
30.2. Fərdi baytarlıq təbabəti praktikası ilə məşğul olan şəxslər öz fəaliyyətlərini bu
Qanuna və bu Qanuna uyğun olaraq qəbul edilmiş normativ hüquqi aktlara əsasən həyata
keçirirlər.
VI fəsil. Baytarlıq preparatlarının dövriyyəsi
Maddə 31. Baytarlıq preparatlarının dövriyyəsi sahəsində dövlətin vəzifələri
31.0. Baytarlıq preparatlarının dövriyyəsi sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
31.0.1. Azərbaycan Respublikasında baytarlıq preparatları istehsalı proqramını
hazırlamaq və həyata keçirmək;
31.0.2. baytarlıq preparatları istehsalına, daşınmasına və saxlanmasına dair
standartlarını və müvafiq normativ-texniki tələblərə aid sənədləri hazırlamaq və
təsdiq etmək;
31.0.3
. baytarlıq preparatlarının aqrobasiyası, dövlət qeydiyyatına alınması və
dövlət reyestrinin aparılması qaydalarını müəyyən etmək;
31.0.4. baytarlıq preparatlarının dövriyyəsinin bütün mərhələlərində onların
keyfiyyətinə və tətbiqinə dövlət nəzarətini təşkil etmək;
31.0.5. xüsusi təhlükəli yoluxucu xəstəliklərin profilaktikasını, müalicəsini və
ölkədə baytarlıq sağlamlığını təmin etmək üçün lazım olan baytarlıq
preparatlarının tədarükünə dövlət sifarişini vermək;
31.0.6. baytarlıqda istifadə olunan bioloji və güclü təsiredici baytarlıq
preparatlarının istehsalı, idxalı, saxlanması, daşınması, satışı və istifadəsi
qaydasını müəyyənləşdirmək;
31.0.7
. baytarlıq preparatlarının dövriyyəsinə dair vahid statistika hesabatı
formasını və təqdim edilməsi qaydasını müəyyən etmək;
31.0.8. baytarlıq preparatlarının alınmasına və istehsalına ayrılan büdcə
təxsisatlarının səmərəli istifadəsinə nəzarət etmək;
31.0.9. baytarlıq preparatları istehsalı, idxalı, ixracı və tətbiqi sahəsində
beynəlxalq əməkdaşlığı həyata keçirmək.
Maddə 32. Baytarlıq preparatlarının dövriyyəsində hüquqi və fiziki şəxslərin iştirakı
Baytarlıq preparatlarının istehsalı, saxlanması, daşınması, satışı və tətbiqi ilə baytarlıq
ixtisası üzrə ali və orta ixtisas təhsilli fiziki şəxslər və mülkiyyət formasından asılı
olmayaraq, bütün hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məşğul ola
bilərlər.
Dostları ilə paylaş: