V fəsil. Qeyri-dövlət baytarlıq xidməti
Maddə 27. Qeyri-dövlət baytarlıq xidmətinin quruluşu
27.1. Qeyri-dövlət baytarlıq xidmətinə qanunvericiliklə müəyyən olunmuş qaydada
baytarlıq sahəsində sahibkarlıq fəaliyyəti göstərən özəl baytarlıq təbabəti və əczaçılığı
müəssisələri, hüquqi şəxs yaratmadan fərdi baytarlıq təbabəti praktikası və baytarlıq
əczaçılığı üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər daxildir.
27.2. Qeyri-dövlət baytarlıq xidməti dövlət baytarlıq nəzarəti funksiyalarını yerinə yetirə
bilməz.
Dostları ilə paylaş: |