Maddə 24. Karantin və ya məhdudiyyət tədbirlərinin tətbiqi ilə əlaqədar dəyən
ziyanın ödənilməsi
24.1. Heyvanların və əhalinin sağlamlığı üçün təhlükəli olan xəstəliklərə tutulmuş
heyvanlar, onlardan alınan məhsullar və xammal təhlükəlilik dərəcəsindən asılı olaraq,
qanunla müəyyən olunmuş qaydada götürülməli, məhv edilməli və ya qanunla təsdiq
etdiyi qaydaya uyğun olaraq götürülmədən məcburi zərərsizləşdirilməli, emal və ya
təkrar emal edilməlidir.
24.2. Heyvanların və əhalininn sağlamlığı üçün təhlükə törədən xüsusi təhlükəli
xəstəliklərin siyahısı
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
24.3. Heyvanların və əhalinin sağlamlığı üçün təhlükə yaradan heyvanların, heyvan
mənşəli məhsulların və xammalın, baytarlıq preparatlarını, yem və yem əlavələrinin
götürülmədən zərərsizləşdirilməsi, emalı və ya təkrar emalı ilə nəticələnən heyvan
xəstəliklərinin siyahısı
müvafıq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
24.4. Heyvanlarının və əhalinin sağlamlığı üçün xüsusi təhlükəli xəstəliklərə yoluxmuş
heyvanların, heyvan mənşəli məhsulların və xammalın götürülməsi və məhvi nəticəsində
dəymiş ziyanın əvəzini hüquqi və fiziki şəxslər
müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydada və şərtlərlə almaq hüququna malikdirlər.
24.5. Karantin rejiminin tətbiqi və ya heyvanların karantin xəstəliklərinin ləğvi,
profilaktikası və qarşısının alınması ilə əlaqədar zərər çəkmiş hüquqi və fiziki şəxslərə
dəymiş maddi ziyan Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş
qaydada ödənilir.
24.6. Karantin xəstəliklərinin ləğvində, profilaktikasında və yayılmasının qarşısını
alarkən, əmlakından və ehtiyatlarından istifadə olunmuş hüquqi və fiziki şəxslər
müvafiq
icra hakimiyyəti orqanının
müəyyən etdiyi qaydada və məbləğdə onlara dəymiş maddi
ziyanın əvəzini almaq hüququna malikdirlər.
24.7. Heyvanların və əhalinin sağlamlığı üçün təhlükə törədən dövlət baytarlıq
nəzarətində olan yüklərin zərərsizləşdirilməsi və ya məhv edilməsi
müvafiq icra
hakimiyyəti orqanları
ilə razılaşdırılaraq,
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən
xüsusi ayrılmış yerlərdə həyata keçirilir.
Dostları ilə paylaş: |