Maddə 23. Baytarlıq normativləri
23.1. Baytarlıq normativləri (baytarlıq (baytarlıq-sanitariya) və ya zoogigiyena
normaları) əhalinin və heyvanların sağlamlığı və ətraf mühit üçün təhlükəsiz olan
baytarlıq və baytarlıq (baytarlıq-sanitariya) amillərini xarakterizə edən kəmiyyət və
keyfiyyət göstəricilərinin məqbul hədlərini müəyyən edir.
23.2. Baytarlıq normativləri obyektiv və əsaslandırılmış epizootik monitorinq keçirmək,
baytarlıq (baytarlıq-sanitariya) sağlamlığına nail olmaq üçün baytarlıq tədbirlərinin
həcmini və xarakterini planlaşdırmaq, həmçinin heyvan xəstəliklərinin baş verməsi,
yayılması və ləğv edilməsi imkanlarını proqnozlaşdırmaq üçün əsasdır.
23.3. Baytarlıq normativləri baytarlıq qanunvericiliyinə uyğun olaraq aparılan tədqiqatlar
əsasında baytarlıq sahəsində müvafiq beynəlxalq təşkilatın tələb və tövsiyyələri nəzərə
alınmaqla müəyyən edilir və
müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilir.
23.4. Baytarlıq normativlərinə əməl edilməsi baytarlıq sahəsində fəaliyyət göstərən,
heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, saxlanması, daşınması və
ticarəti ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün məcburidir.
Dostları ilə paylaş: |